Məhkəmə qərarları › İş №2-1(102)-153/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-153/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-153/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ torpaq sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-125/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bağlar Təsərrüfatı İdarəsinin 4 nömrəli Orderinə əsasən Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 5953 nömrəli bağ İddiaçı Lütvəli qızına ayrılmışdır.

2. İddiaçı ərizə ilə Bağlar İdarəsinin rəisinə müraciət edərək, ona ayrılmış bağ sahəsinin mübahisəsiz bağ sahəsi ilə əvəz edilməsini xahiş etmiş və onun ərizəsi təmin edilərək, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5953 və 5309L saylı bağ sahələrinin dəyişdirilməsi barədə akt tərtib e dilmişdir.

3. İddiaçı istifadəsində olan bağ sahəsinin qeydə alınması barədə cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdeh inzibati orqan tərəfindən 3 iyun 2019-cu il tarixli imtina məktubunda sözügedən bağ sahəsinin qonşu bağ sahələri ilə ümumi hasar daxilində olması, ara sərhədlərinin şərti olması və notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsi, həmçinin göstərilən bağ sahəsinə digər fiziki şəxs tərəfindən müraciət olunduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 1993-cü ildən iddiaçının qanuni istifadəsində və sahibliyində olan 0,12 ha torpaq sahəsinə malik 5953 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 16 dekabr 1993-cü il tarixli, 2022 nömrəli sərəncamı ilə Ləhiş ərazisindəki 248 nömrəli Bağ Tikinti Kooperativində iddiaçıya 012 ha bağ sahəsi ayrılmışdır. Həmin sərəncamla təsdiq edilmiş Sərəncama 2 №-li əlavədə Ləhiş ərazisindəki 248 nömrəli Bağ Tikinti Kooperativinin siyahısında 4-cü sırada İddiaçı 5953 saylı bağ sahəsinin verildiyi göstərilir. Ona ayrılmış bağ sahəsi təcrid olunmuş halda hasara alınıb, giriş qapısı qoyulub və faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 5953 saylı bağ sahəsinin ona ayrılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatından verilmiş xx.xx.2019-cu il tarixli H153-112 saylı arxiv arayışı və hazırda cavabdeh olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli arxivdə saxlanılan Ləhiş ərazisindəki 248 №-li Bağ Tikinti Kooperativinin yaradılması haqqında siyahının arxivdə saxlanılan nüsxəsinin surəti ilə təsdiq olunur.

7. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatından verilmiş xx.xx.2019-cu il tarixli H-153-112 saylı arxiv arayışında Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 nömrəli qərarına əsasən Ləhiş bağlar ərazisində 248 nömrəli bağ tikinti kooper ativinin yaradılması və Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 16 dekabr 1993-cü il tarixli, 2022 №-li Sərəncamına 2 №-li Əlavə ilə yuxarıda qeyd edilən hallar öz təsdiqini tapır. Həmin arxiv arayışında Sərəncamla təsdiq edilmiş 2 №-li Əlavə Ləhiş ərazisindəki 248 №-li BTK-nın yaradılması haqqında siyahıdır ki, həmin siyahıda da Hüseynova X1 üzvü kimi 4-cü sırada göstərilmişdir.

8. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin xx.xx.2014-cü il tarixli xx/xx-1339 saylı cavab məktubu ilə istifadədə olan torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə ərizəsinə imtina edilmişdir. Həmin imtina məktubunda göstərilir ki, qeyd olunan torpaq sahəsinin sənədləşdirilməsi üçün ilkin torpaqayırma sənədlərini (sərəncam və ya qərar, torpaq sahəsinin sxemi) təsdiq olunmuş arxiv surəti təqdim olunduqdan sonra sənədlərə yenidən baxılacaqdır. Bağ sahəsinə dair verilmiş Order itirildiyindən həmin Orderin surətinin verilməsi də Arxivdən xahiş edilmiş, ancaq Arxiv Arayışında göstərilmişdir ki, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilən Orderlər BŞİH-tinin idarə arxivində saxlanılmır. İstifadədə və sahibliyində olan Ləhiş ərazisindəki 0,12 ha bağ sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə cavabdeh inzibati orqana ünvanladığı xx.xx.2019-cu il tarixli məktuba cavab olaraq həmin idarədən göndərilmiş xx.xx.2019-cu il tarixli məktubda göstərilir ki, sözügedən bağ sahəsi qonşu bağ sahələri ilə ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir və notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Həmçinin göstərilə n bağ sahəsinə digər fiziki şəxs tərəfindən müraciət olunmuşdur. Bundan əlavə Orderin itirilməsi barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosunun arayışı sənədlər toplusuna əlavə edilməyib. Bundan əlavə idarənin arxiv qovluğunda Bağlar İdarəsi tərəfindən Sizin iştirakınızla tərtib edilmiş bağ sahəsinin əvəzləşdirilməsi barədə akt mövcuddur və o akta əsasən sizə ayrılmış “5953” saylı bağ sahəsindən istifadə edilməsinin mümkünsüzlüyündən “5309 L” saylı bağ sahəsi ilə dəyişdirilməsi qeyd olunmuşdur. Qeyd olunan səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Orderin itirilməsi ilə bağlı qəzetdə elan verilmiş və Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna müraciət edilmişdir. 9. “Azərbaycan” qəzetinin 19 mart 2019-cu iyul tarixli buraxılışında elan verilmiş və həmin elanda İddiaçı adına Ləhiş bağlar sahəsində 248 №-li Bağ Tikinti Kooperativi nəzdində 5953 saylı bağa verilmiş Order itirildiyi üçün etibarsız sayılmışdır. Həmçinin, Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 039- 13687 H - 3219 saylı məktubda göstərilir ki, Sizə məxsus 5953 saylı bağa dair verilmiş Orderin tapılması barədə Tapıntılar Bürosuna məlumat daxil olmamışdır. Göstərilən sənədlər əsasında və ilkin olaraq cavabdehdən alınmış məktubda göstərilənlərin həqiqətə uyğun olmaması və bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb mülkiyyət hüququna dair müvafiq çıxarış və bağ sahəsinin plan ölçüsünün verilməsi barədə təkrarən müraciət edildi və müraciətə müvafiq sənədlər əlavə edildi, lakin onun müraciətinin təmin edilməsindən imtina edi ldi.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-321/2021 nömrəli, 2 mart 2021-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 1993-cü ildən iddiaçının qanuni istifadəsində və sahibliyində olan ümumi sahəsi 0,12 ha olan 5953 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan 5953 nömrəli bağ sahəsinin digər şəxsin adına qeydiyyatdan keçməsi, həmçinin iddiaçının 5953 nömrəli bağ sahəsindən imtina etməsi və həmin bağ sahəsinin 5309L saylı bağ sahəsi ilə əvəzləşdirilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, həmin bağ sahəsi 1993-cü ildən iddiaçının istifadə və sahibliyində olduğundan cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-125/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi biri nci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq bağ sahəsi qonşu bağ sahələri ilə ümumi bir hasar daxilində yerləşir, ara sərhədləri şərtidir. Lakin müvafiq bağ sahələrinin naturada ayrılması barədə notarial qaydada təsdiq edilmiş bölgüsxemi təqdim edilməmişdir. Həmçinin, idarənin arxiv qovluğunda Bağlar təsərrüfatı tərəfindən İddiaçı iştirakı ilə tərtib edilmiş bağ sahəsinin əvəzləşdirilməsi barədə akt mövcuddur və həmin akta əsasən iddiaçıya ayrılmış “ 5953” saylı bağ sahəsindən iddiaçının istifadə etməsinin mümkün olmaması səbəbindən “5309e” saylı bağ sahəsi ilə dəyişdirilməsi qeyd olunmuşdur. Daha sonra həmin bağ sahəsi vətəndaşın öz razılıq ərizəsinə əsasən digər şəxsin (Hüseynov Pərviz) adına keçirilmişdir. Həmin şəxslə xx.xx.2006-cı il tarixli, 38381 saylı müqavilə bağlanılmışdır. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanuna müvafiq qaydada imtina məktubu ünvanlanmışdır.

17. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.

18. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7, 9,11.1,23-cü, Torpaq Məcəlləsinin 68-ci, “Torpaq islahatı haqqında” Qanunun 10 və İPM-in 91, 96.9-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətinin rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilm əsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasınd a qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84.1. Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə

88. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdud iyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. 22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reye strindən çıxarışla rəsmiləşdirilir.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməs inin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri nin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Hazırkı mübahisənin predmeti Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 1993-cü ildən iddiaçının qanuni isti fadəsində və sahibliyində olan 0,12 ha torpaq sahəsinə malik 5953 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi ilə bağlıdır.

30. Bununla bağlı cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, müvafiq bağ sahəsi qonşu bağ sahələri ilə ümumi bir hasar daxilində yerləşir, ara sərhədləri şərtidir. Lakin müvafiq bağ sahələrinin naturada ayrılması barədə notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilməmişdir. Həmçinin, idarənin arxiv qovluğunda Bağlar təsərrüfatı tərəfindən İddiaçı iştirakı ilə tərtib edilmiş bağ sahəsinin əvəzləşdirilməsi barədə akt mövcuddur və həmin akta əsasən iddiaçıya ayrılmış “ 5953” saylı bağ sahəsindən iddiaçının istifadə etməsinin mümkün olmaması səbəbindən “5309e” saylı bağ sahəsi ilə dəyişdirilməsi qeyd olunmuşdur. Daha sonra həmin bağ sahəsi vətəndaşın öz razılıq ərizəsinə əsasən digər şəxsin (Hüseynov Pərviz) adına keçirilmişdir.

31. İlk öncə qeyd edilməlidir ki, Bağlar Təsərrüfatı İdarəsinin 4 nömrəli Orderinə əsasən Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 5953 nömrəli bağ İddiaçı Lütvəli qızına ayrılmışdır.

32. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2006-cı il tarixli ərizədə olan imzanın İddiaçı və ya başqa şəxs tərəfindən icra olunubolunmamasının müəyyən edilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-cu il tarixli, 4/426 nömrəli ekspert rəyində qeyd olunmuşdu r ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 43-cü vərəqində olan xx.xx.2006-cı il tarixli ərizənin kserosurətinin aşağı hissəsində "İmza:” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əksi ekspertizaya təqdim edilmiş, mülki işin 43-cü vərəqində olan xx.xx.2006-cı il tarixli ərizənin kserosurətinin aşağı hissəsində “İmza:” qrafasındakı imzada - imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən olunmadı. Əksi ekspertizaya təqdim edilmiş, mülki işin 43-cü vərəqində olan xx.xx.2006-cı il tarixli ərizənin kserosurətinin aşağı hissəsində “İmza:” qrafasındakı imzada - oxşadılmaqla icra olunma əlamətləri müşahidə olundu.

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan 5953 nömrəli bağ sahəsinin digər şəxs in adına qeydiyyatdan keçməsi, həmçinin iddiaçının 5953 nömrəli bağ sahəsindən imtina etməsi və həmin bağ sahəsinin 5309L saylı bağ sahəsi ilə əvəzləşdirilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, həmin bağ sahəsi 1993-cü ildən iddiaçının istifadə və sahibliyində olduğundan və iddiaçıya ayrılmış bağ sahəsinin qonşu bağ sahəsi ilə ümumi hasar daxilində yerləşməsi həmin sahəyə hüququn qeydə alınmasından imtina üçün əsas olmadığından cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

34. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq e tmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-125/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar