Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1530/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilm əsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-207/2019 nömrəli, 06 fevral 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 29 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1954-cü ildə Xocavənd rayonu, Tuğ kəndində anadan olmuş, Xocavənd rayonu, Tuğ kəndindən məcburi köçkündür, hal-hazırda ünvan 1 ünvanda müvəqqəti qeydiyyatdadır. İddiaçı yaşa görə ona pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon ş öbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, lakin cavabdehin 19.02.2018-ci il tarixli, 16/01-970 nömrəli məktubu ilə müraciətin təmin olunmasından imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının təqdim etdiyi ərizəsində qeyd olunan 01.01.1971-ci il tarixdən 01.01.1999cu il tarixədək olan iş stajı əmək kitabçasında qeyd olunmadığı üçün həmin illəri sığorta stajına daxil etmək mümkün olmamışdır. Bu cavabla razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1971-ci ildən 1972-ci ilədək Xocavənd rayonun “Oktyabr” kolxozunda fəhlə vəzifəsində, 1978-ci ildən 1979-cu ilədək 7 saylı Tibb-sanitariya hissəsində həkim-interna vəzifəsində, 1979-cu ildən 1980-ci ilədək Xocavənd rayonu Dömü həkim ambulatoriyasında müdir vəzifəsində, 1980-ci ildən 1995-ci ilədək Xocavənd rayonu Edilli sahə xəstəxanasında baş həkim vəzifəsində və eyni zamanda 1993-cü ildən 1998-ci ilədək Sumqayıt şəhər X5 stansiyasında böyük həkim vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia bildirmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü olduğundan pensiya yaşına çatmışdır. Bununla əlaqədar 1971-ci ildən 1972-ci ilədək Xocavənd rayonunda "Oktyabr" kolxozunda fəhlə vəzifəsində, 1978-ci ildən 1979-cu ilədək 7 saylı Tibb-sanitariya hissəsində həkiminterna vəzifəsində, 1979-cu ildən 1980-ci ilədək Xocavənd rayonu Dömü həkim ambulatoriyasında müdir vəzifəsində, 1980-cı ildən 1995-ci ilədək Xocavənd rayonu Edilli sahə xəstəxanasında baş həkim vəzifəsində və eyni zamanda 1993-cü ildən 1998-ci ilədək Sumqayıt şəhər X5 stansiyasında böyük həkim vəzifəsində işləmişdir. Göstərilən illərdə işləməsi əmək kitabçasında qeyd edilməmişdir. Lakin işlədiyi illər barədə müvafiq arayışlar əldə edilmişdir. O, əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək 1971-ci ildən 1972-ci ilədək Xocavənd rayonunda “Oktyabr” kolxozunda fəhlə vəzifəsində, 1978-ci ildən 1979-cu ilədək 7 saylı Tibb-sanitariya hissəsində həkim-interna vəzifəsində, 1979-cu ildən 1980-ci ilədək Xocavənd rayonu Dömü həkim ambulatoriyasında müdir vəzifəsində, 1980-ci ildən 1995-ci ilədək Xocavənd rayonu Edilli sahə xəstəxanasında baş həkim vəzifəsində və eyni zamanda 1993-cü ildən 1998-ci ilədək Sumqayıt şəhər X5 stansiyasında böyük həkim vəzifəsində, eyni zamanda 22.04.1997-ci il tarixdən 07.10.2002-ci il tarixə qədər Bakı şəhər Təcili və X2 Stansiyasında böyük həkim vəzifəsində, 05.02.1999-cu il tarixdən 30.04.2006-cı ilə qədər “X3 AN”nin İHT layihəsində təlimatçı vəzifəsində, mart 2006-cı il tarixindən avqust 2006-cı il tarixinə kimi və may 2007-c i il tarixindən dekabr 2007-ci il tarixinə və yanvar 2008-ci il tarixindən dekabr 2008-ci il tarixinə kimi Beynəlxalq Xilasetmə Komitəsində təlim rəhbəri vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona 25.02.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh 09.04.2018-ci tarixli, 16/01-1953 nömrəli etirazında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə istinad edərək bildirmişdir ki, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsas ən müəyyən edilir. İddiaçının təqdim etdiyi ərizəsində qeyd olunan 01.01.1971-ci il tarixdən 01.01.1999-cu il tarixədək olan iş stajı əmək kitabçasında qeyd olunmadığı üçün həmin illəri sığorta stajına daxil etmək mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2-1(82)1812/2018 nömrəli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, iddiaçının 1971-ci ildən 1972-ci ilədək Xocavənd rayonunda “Oktyabr” kolxozunda fəhlə vəzifəsində, 1978-ci ildən 1979-cu ilədək 7 saylı Tibb-sanitariya hissəsində həkim-interna vəzifəsində, 1979-cu ildən 1980-ci ilədək Xocavənd rayonu Dömü həkim ambulatoriyasında müdir vəzifəsində, 1980-ci ildən 1995-ci ilədək Xocavənd rayonu Edilli sahə xəstəxanasında baş həkim vəzifəsində və eyni zamanda 1993-cü ildən 1998-ci ilədək Sumqayıt şəhər X5 stansiyasında böyük həkim vəzifəsində, eyni zamanda 22.04.1997-ci il tarixdən 07.10.2002-ci il tarixə qədər Bakı şəhər Təcili və X2 Stansiyasında böyük həkim vəzifəsində, 05.02.1999-cu il tarixdən 30.04.2006-cı ilə qədər “X3 AN”nin İHT layihəsində təlimatçı vəzifəsində, mart 2006-cı il tarixindən avqust 2006-cı il tarixinə kimi və may 2007ci il tarixindən dekabr 2007-ci il tarixinə və yanvar 2008-ci il tarixindən dekabr 2008-ci il tarixinə kimi Beynəlxalq Xilasetmə Komitəsində təlim rəhbəri vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona 25.02.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-207/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: Ə.İ.Qasımov və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2-1(82)-1812/2018 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələb etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olduğundan xüsusi icraat qaydasında ümumi məhkəmədə baxılmalıdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin təkrar apelyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul olunma sını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi faktlar hüquqi əhəmiyyətli faktlardır və o, bu faktları təsdiq edən lazımı sənədləri başqa qaydada üzrlü səbəbdən əldə edə bilmir. İnzibati orqan isə haqlı olaraq belə bir faktın müəyyən edilməsindən imtina etmişdir. İddiaçının tələb etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olduğundan xüsusi icraat qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə istinad edərək iddianı mümkünsüz hesab etmişdir. Şikayət müəllifi qeyd edir ki, məhkəmənin gəldiyi bu nəticə ilə q ətiyyən razılaşmaq olmaz. Belə ki, inzibati orqan faktın müəyyən edilməsindən imtina etməyib. Ümumiyyətlə, inzibati orqanın faktın müəyyən edilib-edilməməsi ilə bağlı heç bir səlahiyyəti yoxdur. İnzibati orqan yalnız pensiya təyin etməkdən imtina edib. Qərardadda hazırki mübahisəyə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi kimi qiymət verilərək iddianın mümkünsüz hesab edilməsi tamamilə qanunsuzdur. İddiaçının hüquqi bilikləri olmadığından iddia ərizəsində Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı normalarına istinad etməsi (307 və 308-ci maddələrinə) məhkəməni işi araşdırmaq və ədalətli qərar qəbul etmək vəzifəsindən azad etmir. Əksinə, İnzibati Prosessual Məcəllədə məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsi bir başa nəzərdə tutulub. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-207/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin apelyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qəra r qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçü n əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında ma hiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdən görünür ki, iddiaçının 01.01.1971-ci il tarixdən 01.01.1999-cu il tarixədək olan iş stajı əmək kitabçasında qeyd olunmadığı üçün cavabdeh inzibati orqan tərəfindən həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamış və bu səbəbdən pensiya təyin olunmasından imtina edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən illər əmək kitabçasında öz əksini tapmadığından və həmin illərə dair işdə arxiv arayışları olmadığından iddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair xüsusi icraat qaydasında iddia qaldırmalı və bu iddiaya ümumi məhkəmə tərəfindən baxılmalıdır. Bu əsasla iddia mümkünsüz sayılmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə tam razılaşmır. Belə ki, işdən görünür ki, aşağıdakı illər iddiaçının əmək kitabçasında qeyd edilməmişdir: 1. 1971-ci ildən 1972-ci ilədək Xocavənd rayonunda “Oktyabr” kolxozunda fəhlə; 2. 1978-ci ildən 1979-cu ilədək 7 saylı Tibb-sanitariya hissəsində həkim-interna; 3. 1979-cu ildən 1980-ci ilədək Xocavənd rayonu Dömü həkim ambulatoriyasında müdir; 4. 1980-ci ildən 1995-ci ilədək Xocavənd rayonu Edilli sahə xəstəxanasında baş həkim; 5. 1993-cü ildən 1998-ci ilədək Sumqayıt şəhər X5 stansiyasında böyük həkim; 6. 22.04.1997-ci il tarixdən 07.10.2002-ci il tarixə qədər Bakı şəhər Təcili və X2 Stansiyasında böyük həkim. Apelyasiya instansiya mə hkəməsi işdə olan sübutlara lazımi hüquqi qiymət vermədən qeyd edilən illərdə iddiaçının əmək stajının arxiv arayışı ilə təsdiq edilmədiyini əsas tutaraq, ümumilikdə iddianı mümkün saymışdır. Halbuki, iddiaçının 1979-cu ildən 1980-ci ilədək Xocavənd rayonu Dömü həkim ambulatoriyasında müdir və 1980-ci ildən 1995-ci ilədək Xocavənd rayonu Edilli sahə xəstəxanasında baş həkim vəzifəsində işlədiyi dövrlər mötəbər sübutlarla təsdiq edilməsə də, digər dövrlərə dair işdə təsdiqedici sənədlər vardır. Belə ki, 7 saylı Tibbi-Sanitariya Hissəsinin 02.07.1979-cu il tarixli 0/1 nömrəli arayış ilə iddiaçının 04.08.1978-ci ildən 22.07.1979-cu ilədək 7 saylı Tibbi-Sanitariya Hissəsində həkim- interna kimi işləməsi sübuta yetirilir. Bundan əlavə, Xocavənd rayonu Tuğ kəndi “Oktyabr” kolxozu tərəfindən veri lmiş 12.04.1972-ci il tarixli 87 nömrəli arayışda iddiaçının 1971-1972-ci illərdə Xocavənd rayonunda Tuğ kəndində yerləşən “Oktyabr” kolxozunda işləməsi qeyd edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhər Təcili və X2 Stansiyasının 31.05.2018-ci il tarixli, 306 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı 22.04.1997-ci il tarixdən MS-nin Operativ şöbəsinə müvəqqəti 2 ay müddətində 1 ay təcrübə keçmək şərti ilə 0.5 ştat vahid böyük həkim vəzifəsinə təyin edilmiş, 22.05.1997-ci il tarixdən MS-nin operativ şöbəsinin kompleks briqadasına daxil edilmiş, 17.09.1997-ci il tarixdən 17.11.1997-ci il tarixinə qədər müvəqqəti iş vaxtı uzadılmış, 01.10.1997-ci il tarixdən MS-da böyük həkim-növbətçi vəzifəsinə 1.0 ştat vahid keçirilm iş və BŞİH BSİ-nin sərəncamına göndərilmiş, 01.11.1999cu il tarixdən MS-da Operativ şöbəsinə 0.5 ştat vahid böyük həkim vəzifəsinə 2 ay müddətinə keçirilmiş, 01.01.2000-ci il tarixdən 30.03.2000-ci il tarixədək iş vaxtı uzadılmış, 01.07.2001-ci il tarixdən Bakı Səhiyyə İdarəsinə 0.5 ştat vahid növbətçi həkim vəzifəsinə ezam edilmiş və 07.10.2002-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Eləcə də, Sumqayıt şəhər X5 Xəstəxanasının 27.04.2008-ci il tarixli, 16 saylı arayışında iddiaçının 06.10.1993-cü il tarixdən Sumqayıt şəhər X5 Xəstəxanasının ekst.terapiya şöbəsində həkim-terapevt vəzifəsində işləməsi qeyd edilmişdir. İş yerindən verilmiş arayışlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanu nun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eyni zamanda, SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “b” bəndinə görə iş yerindən verilmiş arayışlar iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının 1971-1972, 1978-197 9, 1997-2002 illərdə işlədiyi dövr “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğundan və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçının həmin dövrlərdə işləməsi iş yerindən verilmiş arayışlar ilə ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. İddianın mümkünsüz sayılmasına dair apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Q anununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi, iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür - 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə v ə 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının 1999-cu ilədək iş stajını təsdiq edən əmək kitabçası olmasa da, onun yuxarıda qeyd edilən illərdə işlədiyi iş yerindən verilmiş arayışlarla təsdiq edilir. Odur ki, iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi də qeyri-mümkündür. Çünki belə hüqu qi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən iş yerindən arayışlar nəzərə alına bilər. İddiaçının 1993-cü ildən 1998-ci ilədək Sumqayıt şəhər X5 stansiyasında böyük həkim işlədiyinə dair iş yerindən verilmiş arayışda onun işləməyə başladığı il qeyd edilsə də, hansı tarixədək işləməsi dəqiq göstərilmədiyindən, təkrar apelyasiya baxışı zamanı Sumqayıt şəhər X5 stansiyasına sorğu verilməklə qeyd edilən hal araşdırılmalı və yuxarıda sadalanan maddi hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçının iki tələbi vardır: işlədiyi illərin sığorta stajına daxil edilməsi və 25.02.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi. Apelyasiya instansiyası məhkəməsi birinci hissədə iddianı mümkünsüz saysa da, ikinci tələbə ümumiyyətlə qiymət verməmiş, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtlərin ödənilib-ödənilmədiyini araşdırmamış, əmək kitabçası üzrə iddiaçının iş stajına ümumiyyətlə qiymət verilməmişdir. Ha lbuki, “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd hissəsinə əsasən, 7-ci maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, qüvvədə olan pensiya qanunvericiliyinə əs asən, yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Odur ki, təkrar apelyasiya baxışı zamanı iddiaçının hər iki tələbi üzrə lazımi araşdırma aparılmalı, yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan sığorta stajı toplayıb-toplamadığı, eyni zamanda nə qədər pensiya kapitalına malik olduğu araşdırılmalı və buna müvafiq olaraq iddianın əsaslığına qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəl ləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apelyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərin ə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipinin tələbləri pozulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlmiş, beləliklə də prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən iddiaçının kassasiya şikayəti təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməklə, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-207/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1530/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1530/2019
29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver