Məhkəmə qərarları › İş №2-1(102)-1530/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1530/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1530/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, üçüncü şəxs “xxxx” MTK-nın vəkili Vəkil1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəl ələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər “xxxx” MTK, “xxxx” KB ASC) “ünvan 1 ünvanda yerləşən 3 və 14 saylı mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 kv.m olmasını nəzərə almaqla, qeydə alınmayan 120 kv.m sahəni əlavə etməklə, ümumi 566,7 kv.m mövcud sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-652/2020 saylı, 5 mart 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 avqust 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxara q aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110,5 kv.metr olan 3 saylı mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 25.02.2013-cü il tarixdə qeydiyyata alınmışdır (çıxarışa əsasən). ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 336,2 kv.metr olan 14 saylı mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27.07.2018-ci il tarixdə qeydiyyata alınmışdır (çıxarışa əsasən). Nəsimi Rayon İcra Hakimiyyəti başçısı ilə “xxxx” MMC arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli müqaviləyə görə müqavilə tərəfləri arasında Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbir lər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarının icrası və məqsədinə nail olunması üçün şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün NK Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələr imzalanmışdır. Bakı şəh əri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 263 saylı, 16 oktyabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1531 saylı, 02.09.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini və memarlıq-planlaşdırma bölməsini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 264 saylı, 16 oktyabr 2017-ci il tarixli sərəncami ilə Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşq ay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən, qəzalı vəziyyətdə olan yaşayış binalarının və qeyri-yaşayış binalarının sökülərək yerində “xxxx” MMC tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin ərazisənədləri təsdiq olunmuşdur. “xxxx” MTK tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının 263-264 nömrəli Sərəncamlarına əsasən Azadlıq prospekti, Mirəli Qaşqay, Süleyman Rəhimov və Şamil Əzizbəyov küçələrinin kəsişməsində yerləşən ərazidə istismar müddəti başa çatmış köhnə binaların sökülüb yerində yüksək mərtəbəli yaşayış binalarının tikilməsinin onların şirkətinə həvalə olunduğu, bununla bağlı ərazidə olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə sənədləşdirilməsinin dayandırılması və bu ünvanda digər sənədləşmə işlərinin aparılmaması xahiş edilmişdir. Məktub 26.02.2018-ci il tarixdə qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 259 saylı, 08 avqust 2018-ci il tarixli sərəncamından görünür ki, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə qanunvericilikdə nəzərdə tutulmuş qaydada şə hərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan, iddia predmetini təşkil etmiş ünvan 1 ünvanda yerləşən 3 və 14 saylı mənzillər həmin ərazinin hüdudları daxilində yerləşir. Cavabdehin iddiaçıya ünvanladığı 2 avqust 2018-ci il tarixli məktublardan görünür ki, iddiaçı 30 iyul 2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayiş sahəsinə çıxarışın verilməsini xahiş etmiş, cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 11.1, 12.1-ci maddələrinə istinad edilərək ərizəyə hüquqmüəyyəned ici sənədlərin əlavə edilməməsi əsası ilə ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. İddiaçı 17 sentyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 3 və 14 saylı mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 kv.m olmasını nəzərə almaqla, qeydə alınmayan 120 kv.m sahəni əlavə etməklə, ümumi 566,7 kv.m mövcud sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 3 və 14 saylı mənzillər iddiaçının mülkiyyətindədir. Mənz illərin ümumi sahəsi 446.7 kv.metrdən ibarətdir. İddiaçı mənzilləri uzun müddətdir ki, qeyri-yaşayiş sahəsi kimi istifadə edir. Lakin mənzillər qeyriyaşayiş sahəsi kimi hüquqi qeydiyyata alınmamışdır. İddiaçı hesab edir ki, cavabdeh idarə sənədləri araşdırmadan, ölçülər aparılmadan əsassız olaraq ərizəsinin icrasından imtina etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 12.10.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarla iddianı təmin etmişdir. Məhkəmə 12.06.2019-cu il tarixli qərardadla “xxxx” MMC-nin ərizəsini təmin etmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 12.10.2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə icraatı təzələmişdir. Məhkəmə 28.06.2019-cu il tarixli qərardadla “xxxx” KB ASC-ni inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-3012/2019 saylı iş) 30 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin 20 və 21.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakların qeyri-yaşayış sahəsinə keçirilməsi üçün yeri icra hakimiyyəti orqanı tərəfindən sərəncam qəbul edilməlidir. Hazırkı mübahisə üzrə isə belə sərəncamın mövcud olmadığı müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X1-məruzəçi, X2 və X3, 2-1(103)-652/2020 saylı iş) 5 mart 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansi ya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 7 aprel 2020-ci il tarixdə qərarın surətini almış, 6 may 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Məcəllənin tələbindən göründüyü kimi, məhkəmə qərarının ləğv olunması ilə üçüncü şəxsin işə cəlb edilməsi yalnız məhkəmə qərarını qanuni qüvvəyə minmədiyi halda mümkündür. İPM-nin 28-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının həmin məhkəmənin özü tərəfindən ləğv edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Bu halda maraqlarına toxunan şəxs qərarın ləğvi ilə bağlı yuxarı məhkəmə instansiyasına müraciət etməli idi. Hazırkı halda “xxxx” MTK-nın iş üzrə 12.10.2018-ci il tarixli qərarın ləğv edilməsi barədə ərizəsi ya apelyasiya şikayətinə bərabər tutularaq baxılması üçün 5 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilməli və ya “xxxx” MTK-nın hüquqlarını izah etməklə ona yuxarı məhkəmə instansiyasına ünvanlanmış apelyasiya şikayəti ilə müraciət etməyi tövsiyə etməli idi. Hazırkı işdə “xxxx” Mənzil-Tikinti Kooperativi özünü maraqlarına toxunan şəxs kimi qələmə verməyə çalışsa da, əslində qərar onun maraqlarına toxunmamışdır. Belə ki, mülkiyyətçi olmadığı halda subyektiv hüquqa, eyni zamanda söküntü və tikinti işlərini aparmaq hüququna malik olmaqdan ötrü o həmin ərazidə olan əmlak mülkiyyətçiləri ilə razılıq əldə etməli, onlarla müqavilələr bağlamalı, köçürülmələrini, mənzil kirayələrini təmin etməli, sonra işlərin görülməsinə başlamalı idi. Həmin ərazidə ət rafdakı bütün binaların 1-ci mərtəbələri qeyri-yaşayış sahəsi kimi istifadə olunur, 1-ci mərtəbələrdə mənzil yoxdur, hətta bu işdə üçüncü şəxs qismində iştirak edən “xxxx” Mənzil-Tikinti Kooperativinin inşa etdiyi binanın layihəsi nəinki 1-ci, eyni zamanda 2-ci mərtəbə üzrə də qeyri-yaşayış sahəsi kimi təsdiq edilmişdir. Cavabdehin imtinası, mübahisələndirilən məhkəmə qərarı ilə hüquqa uyğun hesab olunsa da, məhkəmənin bu qiymətləndirməsi qanunsuz və əsassızdır. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarında1 göstərilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə və ya əksinə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini tələb etmək iddiaçının hüququdur. Qeyri-yaşayış sahəsinin y aşayış sahəsi olaraq qeydiyyata alınması xahiş olunan bu mübahisədə iddiaçı faktiki olaraq həmin sahəni yaşayış sahəsi kimi istifadə etmişdir. Məhkəmə bu faktı da nəzərə almaqla, iddiaçının “qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi qeydiyyata alınması vəzifəsinin inzibati orqanın üzərinə qoyulması” barədə iddiasını təmin etmişdir. Şikayətin maddi hüquqi əsası kimi Mənzil Məcəllənin 20-ci maddəsinə istinad olunmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil o lunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı ünvan 1 ünvanda yerləşən 3 və 14 nömrəli mənzillərin ümumi qeydiyyata alınm ış sahəsinin 446,7 kv.m (336,2+110,5) olmasını nəzərə almaqla, qeydə alınmayan 120 kv.m sahəni də əlavə etməklə, ümumi (336,2+110,5+120) 566,7 kv.m sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdə olan sahənin onun adına qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10-cu maddələrində nəzərdə tutulan əsasların hər hansı biri olmadığına istinad edərək hüququn qeydə alınmasından imtina etmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İ ddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara görə, ünvan 1 ünvanda yerləşən müvafiq olaraq ümumi sahəsi 110,5 və 336,2 kv.m olan 3 və 14 nömrəli mənzillər üzərində iddiaçının xüsusi mülkiyyət hüquqları 25.02.2013 və 27.07.2018-ci il tarixlərdə qeydiyyata alınmışdır. Çıxarışlarda, habelə mənzillərin texniki pasportlarında daşınmaz əmlak təyinatı kimi mənzil olaraq qeyd edilmiş, həmçinin hər iki mənzilin ümumi, yaşayış və köməkçi sahələri ayrı-ayrılıqda göstərilmişdir. İddia tələblərindən biri ümumi sahəsi 110,5 kv.m və 336,2 kv.m olan 3 və 14 nömrəli mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeyd edil məsi ilə bağlıdır. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsi ilə nizama salınmışdır. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahən in yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” 24.05.2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tu tulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri- yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana təqdim edilməsi qanunvericiliklə tələb olunan əsas sənəd keçirilən sahənin yerləşdiyi inzibati ərazi vahidində keçirilməni həyata keçirən orqan ın, yəni yerli şəhər rayonu icra hakimiyyəti orqanının qərarıdır. Lakin işdən məlum olur ki, iddiaçı bu qərarı cavabdehə təqdim etməmişdir. İddiaçı bu sənədi məhkəmələrə də təqdim etməmiş, məhkəmə iclaslarında və şikayətlərində onda belə bir qərarın olduğunu bildirməmişdir. Eyni əsasla iddiaçı 120 kv.m sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydə alınması üçün lazımi sübutlari məhkəmələrə təqdim etməmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuşdur. İddiaçının tələbinin təmin edilməsi üçün Qanunda nəzərdə tutulan əsasların hər hansı biri möv cud olmamışdır. İddiaçı şikayətində üçüncü şəxs birinci instansiya məhkəməsinin qərarının “xxxx” MMC-nin mənafeyinə toxunmadığını və onun üçüncü şəxs kimi icraata cəlb edilməsi üçün İPM-in 28-ci maddəsində nəzərdə tutulan halların olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edildikdən sonra “xxxx” MMC-nin müraciəti əsasında 12 iyun 2019-cu il tarixli qərardadla MMC üçüncü şəxs kimi icraata qəbul edilmiş, bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. İddianın rədd edilməsi barədə 30 oktyabr 2019-cu il tarixli qərar qəbul edilmiş, iddiaçı məhkəmənin qərarından apelyasiya şikayəti vermiş, apelyasiya şikayətində “xxxx” MMC-nin üçüncü şəxs kimi icraata cəlb edilməsinin qanunsuzluğu barədə mübahisə açmamışdır. İPM-in 83. 4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İddiaçı birinci instansiya məhkəməsinin yekun qərarından verdiyi apelyasiya şikayətində “xxxx” MMC-nin üçüncü şəxs kimi icraata cəlb edilməsinin əsassızlığı barədə mübahisə açmadığından kasasiya icraatı qaydasında şikayətin bu dəlili kasasiyanın predmeti sayıla bilməz. İddiaçı şikayətində bildirmişdir ki, mülkiyyətində olan sahə binanın 1-ci mərtəbəsində yerləşir, qeyri-yaşayış sahəsi olması binanın layihəsində nəzərdə tutulmuşdur. İddiaçıya izah edilir ki, mülkiyyətində olan sahə ilkin sənədlərdə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğu halda həmin sahələr qeyri-yaşayış sahəsi deyil, yaşayış sahəsi kimi qeydə alındığına g örə daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi barədə cavabdehə müraciət edə bilər. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-652/2020 saylı, 5 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar