Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1530/2021 28.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində cəlbetmədən imtina; ərizəçinin maraqlarının pozulması sübut olunmur) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkil X1, iddiaçının nümayəndəsi X2, Ərizəçi, ərizəçinin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət K omitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.05.2021-ci il tarixli, 2-1(103)-1313/2021 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Ünvan1 mənzilinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 05.04.2016-cı il tarixl i, 2-1(82)820/2016 saylı qərarı ilə iddia təmin edilərək İddiaçı Ünvan1 mənzilinə mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək onun hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 2-1(82)-820/2016 saylı 05.04.2016-cı il tarixli qərarının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, bir övlad kimi hazırda yaşadığı Ünvan1 mənzilin anası İddiaçı adına mülkiyyətçi kimi sənədləşdirildikdən sonra o nun (ərizəçinin) adına verilməsi şərti ilə şifahi razılaşmışlar. Həmin mənzilin anası İddiaçı adına rəsmiləşdirilməsi məqsədilə yazılı razılıq ərizəsi də vermişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyd olunan mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsindən imtina olunmuşdur. Bununla da, anası ilə arasında olan razılaşma bitmişdir. Lakin anası İddiaçı qeyd olunan mənzildən ona və ailəsinə kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin mülki iş üzrə məhkəmə icraatında ona məlum olmuşdur ki, İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində həmin iddianı qaldırmış, işə baxan məhkəmə isə onu mənzildə qeydiyyatda olan şəxs kimi icraata cəlb etmədən iddianı təmin etmişdi r. Ona görə də hesab edir ki, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-820/2016 saylı 5 aprel 2016-cı il tarixli qərarı ləğv edilməli və işə onun iştirakı ilə baxılmalıdır.
5. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(82)-820/2016 saylı qərardadı ilə Ərizəçi ərizəsi təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, inzibati orqan tərəfindən inzibati icraat aparılarkən mənzildə yaşayan yetkinlik yaşına çatmayan şəxs kimi hazırkı Ərizəçi da yazılı razılıq ərizəsi təqdim olunmuşdur. İlkin məhkəmə icraatında yazılı razılıq verən adıçəkilən şəxsin də üçüncü şəxs qismində işə cəlbinə zərurət olmamışdır.
7. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsin də icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.05.2021-ci il tarixli, 21(103)-1313/2021 saylı qərardadına əsasən (sədrlik edən Aida Hüseyn, hakimlər Afaq Nuriyeva və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(82)-820/2016 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
9. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Məhkəmə qərardadı ərizəçiyə 14.06.2021-ci il tarixində təqdim edilmişdir.
11. Ərizəçi 22.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.05.2021-ci il tarixli, 2-1(103)-1313/2021 saylı qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2 -1(82)-820/2016 saylı, 05.04.2016-cı il tarixli qərarının ləğv edilərək 2-1(82)820/2016 saylı işə mahiyyəti üzrə baxılmasının təzələnərək Ərizəçi üçüncü şəxs qismində cəlb edilməyi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinə görə İnzibati Prosessual Məcəllənin 28.2-ci maddəsinə uyğun olaraq məhkəmə Ərizəçi üçüncü şəxs kimi məhkəmə icraatına cəlb etməli idi. Çünki, həmin mənzil təkcə onun anasına deyil, anası ilə birlikdə bir neçə nəfərə, o cümlədən Ərizəçi da verilib. Belə olan halda, məhkəmə qərarı birbaşa olaraq onun maraqlarına toxunsa da, işə baxan apellyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, onu n məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilməsinə zərurət yoxdur. Məhkəmənin bu qənaəti əsassız və qanunsuz olmaqla yanaşı, İnzibati Prosessual Məcəllənin 28.2, 70.1, 73.1-ci maddəsinin tələblərinə, eləcə də Avropa Məhkəməsinin presedentlərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 və iddiaçının nümayəndəsi X1 kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhk əmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
18. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
19. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
21. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlə nməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun İPM-in 28-ci maddəsinin şərh edilməsinə dair hazırkı qərarın 22-ci bəndində forma laşdırdığı hüquqi mövqeyinə görə məhkəmə qanuni qüvvəyə minmiş qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına xüsusi diqqət yetirməlidir.
27. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi də həmin mövqeyə uyğun olaraq işin hallarını araşdırmış və hesab etmişdir ki, ərizəçinin hüquqları və qanunla qorunan maraqları pozulmamışdır.
28. Kassasiya şikayətinin dəlillərində məhkəmə qərardadının ərizəçinin hüquqlarına toxunduğu qeyd edilsə də, işin müəyyən edilmiş hallarından görünür ki, inzibati orqan tərəfindən inzibati icraat aparılarkən Ərizəçi müvafiq mənzil in iddiaçının adına özəlləşdirilməsinə dair notariat qaydasında təsdiq olunmuş yazılı razılıq verib və məhkəmə buna əsasən onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini zəruri hesab etməmişdir.
29. Bununla bağlı məhkəmə kollegiyası da qeyd edir ki, Ərizəçi hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması öz təsdiqini tapmadığından onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması və icraatın təzələnməsi məqsədəuyğun deyil.
30. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.05.2021-ci il tarixli, 2-1(103)1313/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.05.2021-ci il tarixli, 21(103)-1313/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.