Məhkəmə qərarları › İş №2-1(102)-1530/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1530/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1530/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sağlamlığı pozulmuş işçiyə aylıq müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-ci il təvəllüdlü; FİN-120QXEW) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1389/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 21 saylı Tikinti İdarəsinin Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlandığı 01/07 nömrəli, 25 avqust 2014-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı istehsalat qəzası nəticəsində xəsarət almış və ona 2012-ci ilin oktyabr ayına qədər ayda 120 manat ödənilmişdir. Həmçinin müəssisənin hal-hazırda fəaliyyət göstərmədiyi, ona görə də xəsarətə görə kompensasiya ödəməyə imkanı olmadığı qeyd olunmuşdur.

2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəf indən verilmiş 000275 nömrəli, 17 sentyabr 2001-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında yerləşən 21 saylı Tikinti İdarəsi özəlləşdirilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı 13 iyun 2018-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən, həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında" Qaydaların 5.3-cü bəndinə əsasən, özəlləşd irilməyə açıq elan edilmiş müəssisədə çalışarkən əmək zədəsi almış şəxslərə aylıq və birdəfəlik müavinətlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2008-ci il tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”na əsasən bu qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cu il 27 sentyabr tarixindən bu qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin və bu qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülk Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquqi varisi daşıyır, zərər əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.

4. Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəməyə ünvanlandığı **********96 nömrəli, 3 mart 2020-ci il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsində mövcud olan arxiv sənədlərinə əsasən araşdırma aparılmış və müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında yerləşən 21 saylı Tikinti İdarəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi Departamentı ilə bağlanmış 10 iyul 2001-ci il tarixli, 2252 nömrəli alqı-satqı müqaviləsinə əsasən əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs X7 tərəfindən özəlləşdirilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən, həmin Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin həmin Qaydalar qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. 21 saylı Tikinti İdarəsinin özəlləşdirilməsi həmin Qaydalar qüvvəyə minənədək başa çatdığından (2001-ci ildə), qeyd edilən müəssisənin adı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş müvafiq siyahıya daxil edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar X3, İddiaçı, X8 və X6 xx.xx.2019-cu il tarixində cavabdeh Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özəlləşdirilən «Bakı şəhər Tikinti» Trestinin 21 saylı Tikinti İdarəsi dövlət müəssisəsinin sosial ödəncləri üzrə aşağıdakı şəxslərə: X1 11.305 manat, İddiaçı 10.800 manat, X5 5.544 manat, X4 3.696 manat olmaqla, oktyabr 2012-ci ildən oktyabr 2019-cu il tarixədək 7 il müddətində yaranmış borcun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Sonradan iddia tələbləri üzrə icraatlar ayrılmışdır.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsində fəhlə işləyərkən əmək xəsarətləri alaraq, qanunla nəzərdə tutulan qaydada müavinət almışlar. Oktyabr 2012-ci il tarixdən onlara ödənilən müavinətlərin verilməsi dayandırılmışdır. Əvvəl əsaslandırmışlar ki, idarə özəlləşməyə gedir, lakin onların ödəncləri veriləcəkdir. Onlar da rəhbərliyin şifahi göstərişinə inanmışlar. Nəhayət, “Bakı şəhər Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsi 21 iyun 2016-cı il tarixdə ləğv edilərək Azərbaycan Respublikası X2 dövlət reyestrindən çıxarılmışdır. Ondan sonra aidiyyəti bütün dövlət orqanlarına müraciət etsələr də, həmin müvafiq orqanlardan heç biri onlara kimə müraciət etmək lazım olduğunu dəqiq cavablandırmamışdır. Hər birinə oktyabr 2012ci il tarixədək «Bakı şəhər Tikinti» Trestinin 21 saylı Tikinti İdarəsi tərəfindən istehsalat qəzası nəticəsində aldıqları xəsarətə görə müvafiq olaraq 135, 120, 66 və 44 manat ödənc verilmişdir.

7. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqi qləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2012-ci ilin oktyabr ayından etibarən ona istehsalatda baş verən bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödənclərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsi tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilərək, “Bakı şəhər Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsinin özəlləşdirilməsi ilə bağlı arxivdə saxlanılan sənədlərin təqdim edilməsini xahiş etmişdir.

10. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 19 dekabr 2019-cu il tarixdə həmin sorğuya ca vab olaraq tələb edilən sənədlərin təsdiqlənmiş surətləri məhkəməyə təqdim olunmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2016-cı il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi “Bakı şəhər Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsi 2016-cı il 21 iyun tarixdə ləğv edilərək X2 dövlət reyestrindən çıxarıldığından, eyni zamanda ləğv zamanı ödənclərin gələcəkdə ödənilməsi kapitallaşdırılmadığından, hazırda bu sahədə dövlət siyasətini həyata keçi rən və əhalinin bu statusda olan qisminin sosial müdafiəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı il 21 iyun tarixdən etibarən həmin ödəncləri iddiaçıya ödəməli idi. İddiaçının işlədiyi və istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş müəssisə 2001-ci ildə özəlləşdirildiyindən, iddiaçı barədə məlumatların Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilməməsi, həmçinin müəssisənin ləğvi zamanı prosedur qaydalara riayət edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil və onun Konstitusiya ilə müdafiə olunan hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olun mamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-742/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qərardadı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və iyul məruzəçi/, M.N.Tağızadə və A.S.Hüseynov) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik aktlarının məzmununda iddiaçının işlədiyi 2001-ci ildə özəlləşdirilən müəssisənin 2016-cı il 21 iyun tarixdə ləğv edilməsi zamanı qanunvericilikdə nəzərdə tutulan qaydada ödənclərin gələcəkdə ödənilməsini tənzimləmək məqsədilə kapitallaşdırılma prosesinin aparılmadığı və müəssisənin X2 dövlət reyestrindən çıxarıldığı üçün bundan sonrakı müddətdə həmin ödənclərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmalı olması ilə bağlı hər hansı müddəa öz əksini tapmamışdır. Buna görə də, iddiaçının hazırki iddia tələbində qoyduğu vəzifənin cavabdeh inzibati orqanın qanundan irəli gələn öhdəliyinə aid olduğu müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında göstərilən əsaslandırma və ümumiyyətlə işə mahiyyəti üzrə baxılmasının mümkün hesab edilməsi ilə razılaşmayaraq hesab etmişdir ki, inzibati orqanın üzərinə qanunda nəzərdə tutulmayan hər hansı vəzifənin qoyulması yolverilməzdir. Buna görə də, iddiaçıya məhkəmə kollegiyası tərəfindən müvafiq hüquqi yardım göstərilmiş, lakin iddiaçı məhz bu inzibati orqana q arşı verdiyi tələbə mahiyyəti üzrə baxılmasında israrlı olmuşdur.

16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)21/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) apellyasiya məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1389/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və iyul məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işlədiyi və istehsalat qəzası nəticəsində sağlamlığının pozulduğu müəssisə 2001-ci ildə özəlləşdirildiyindən iddiaçı barədə məlumatların Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilməməsi, həmçinin müəssisənin ləğvi zamanı prosedur qaydalara riayət edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil və onun Konstitusiya ilə müdafiə olunan hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz.

20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansi yası məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən vətəndaş 1993-cü ildə xəsarət almış və müəssisə tərəfindən 2012-ci ilədək ona xəsarətə görə ödənc ödənilmişdir. Qaydaların məzmunundan görünür ki, orada özəlləşdirilməsi haqqında qərar qəbul edilmiş müəssisələrə münasibətdə həmin qaydalar qüvvəyə minənədək yaranmış borclar nəzərdə tutulur. Göründüyü kimi qaydalar qüvvəyə minənədək (xx.xx.2003-cü il) müəssisənin vətəndaşlara borcu olmamışdır.

22. Məhkəmə qərarında sözügedən Qaydaların xx.xx.2010- cu il tarixə qüvvədə olmuş redaksiyasının 3.7 və 3.8-ci bəndlərinə istinad edir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 3.7-ci bəndinə əsasən, Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək h aqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.

24. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir.

25. Daha sonra sözügedən qərarın 3.11-ci maddəsində qeyd edilmişdir ki, zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərər çəkənə zərərin əvəzi ödənilir.

26. Məhkəmə qaydaların 3.7 və 3.8-ci maddələrində qeyd ediləndən sonra məhz 3.11-ci maddədə qeyd edilənlərə fikir vermədən qanunun analogiyasını tətbiq etmişdir.

27. Belə ki, qanunverici həmin maddədə ləğv edilmiş təqsirkar kolxoz və sovxozlar, Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanma qaydasını xüsusi norma kimi qeyd etmişdir. Norma imperativ normadır. Bu norma konkret davranış qaydası müəyyən edir və olduğu kimi icra edilməlidir. Lakin məhkəmə tərəfindən norma genişləndirici şəkildə tövsif edilərək hüquqi şəxslər ləğv edildikdən sonra onun “əmək xəsarətinə görə ödənc ödəmək" öhdəliyi dövlətin üzərinə qoyulmuşdur.

28. Bununl a yanaşı, ləğv edilmiş təqsirkar kolxoz və sovxozlar və Ermənistan Respublikasında xəsarət alan qaçqın statuslu şəxslərin çalışdığı müəssisələr dövlətin mülkiyyətində olmuşdur. Lakin vətəndaşın işlədiyi müəssisə əvvəl dövlət mülkiyyətində olsa da, sonradan özəlləşdirilmiş hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və müstəqil fəaliyyət göstərmişdir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balan sı olmalıdır.

30. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X2 Dövlət Qeydiyyat İdarəsinin **********115100 nömrəli məktubundan görünür ki, "Bakı şəhər Tikinti" Trestinin 21 saylı Tikinti İdarəsinin (VÖEN **********) təmsilçilik funksiyasına malik rəhbəri Səfa Fəqan oğludur və müəssisə xx.xx.2016-cı il tarixdə ləğv edilərək X2 dövlət reyestrindən çıxarılmışdır.

31. Qeyd edilməlidir ki, İddiaçı “əmək xəsarəti ödənişi" tələbi ilə "xxxx"nə qarşı Nərimanov Məhkəməsinə müraciət etmişdir. Müəssisə hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığı üçün vətəndaşın tələbinə dair icraata xitam verilmişdir.

32. Lakin, apellyasiya şikayətində də qeyd olunmuş hallar məhkəmə tərəfindən yoxlanılmamış və həmin xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

35. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsind ə olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Bənd

2. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi il ə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələr də isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərin ə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliy yətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Həmin Qaydaların 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Həmin Qaydaların xx.xx.2010-cu il tarixə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublika sı Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası” Bənd

1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin is tehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. Bənd

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başa çatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə mə lumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Şöbələr və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunduğu halda, komissiya bu barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir.

38. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxl aya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. X11 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiy a şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya iş yerində bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənclərin ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətl əndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

46. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

47. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı “Bakı şəhər Tikinti» Trestinin 21 saylı Tikinti İdarəsində daş ustası işləyən zaman xx.xx.1981-ci il tarixdə bədbəxt hadisə zamanı xəsarət almış, istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80 %-ni itirmiş, ona 2-ci qrup əlillik təyin edilmiş və işlədiyi müəssisə tərəfindən 2012-ci ilin oktyabr ayına kimi ödənclər ödənilmişdir. 2012-ci ilin oktyabrından müəssisə fəaliyyət göstərmədiyinə istinad edərək ödənclərin verilməsini dayandırmışdır. Bundan sonra iddiaçı ona ödənclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə «Bakı şəhər Tikinti» Trestinin 21 saylı Tikinti İdarəsinin xx.xx.2016-cı il tarixdə ləğv edilərək X2 dövlət reyestrindən çıxarıldığına əsaslanaraq iddiaçının tələbi üzrə icraata xitam vermişdir. İddiaçı bu barədə cavabdehə müraciət edərək ödənclərin ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən müəssisənin 2001-ci il tarixdə özəlləşdirildiyi, ödənişin müəssisə tərəfindən həyat keçirilməli olduğu əsas gətirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur.

48. Az ərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalar ı”nın 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir.

50. Həmin Qaydaların xx.xx.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8- ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müva fiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir.

51. Yuxarıda istinad olunan normaların məzmunundan və onların müddəalarının təhlilindən göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin ödənilməsinə məsul olan və cavabdehlik daşıyan subyektlərin dairəsi və bununla bağlı hüquqi varislik məsələsi tam şəkildə tənzimlənməmişdir.

52. Hazırkı mübahisəyə münasibətdə işəgötürən müəssisənin hüquqi şəxs kimi ləğv edildiyi nəzərə alındıqda, həmin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır. Lakin istinad edilən Qaydaların 3.7 və 3.8-ci bəndlərinin 19 mart 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyalarında oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydası tənzimlənirdi.

53. Həmin normalara əsasən, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.

54. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun mədudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz.

55. Bundan əlavə, bu məsələnin həlli zamanı həm də bərabər yanaşma prinsipi, layiqli həyat səviyyəsinin təmin olunması və sosial həssas qrupa aid olan şəxslərin sosial təminatı ilə bağlı dövlətin məsuliyyəti kimi konstitusion hüquqi dəyərlər də nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 12-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 25-ci maddəsinin 5-ci hissəsinə görə, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən əmək xəsarəti nəticəsində sağlamlığına dəymi ş zərərə görə, işlədiyi müəssisə özəlləşdirildiyi və sonradan ləğv edildiyi üçün ödənişi dayandırılmış ödəncin ona cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

57. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1389/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar