Məhkəmə qərarları › İş №2-1(102)-1531/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1531/2019

14.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1531/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçının Azərbaycan Respublikası X10 üzrə Dövlət Komitəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və 14.05.2019 Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçının sədri-nümayəndəsi X3 və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası X10 üzrə Dövlət Komitəsinin vəkili X5,3-cü şəxs «Xilaskarın Yevangelik-Lüteranlarının Bakı Dini İcması»nın nümayəndəsi X4, tərcüməçi X7 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası X10 üzrə Dövlət Komitəsinə və 3-cü şəxs «Xilaskarın Yevang elik-Lüteranların Bakı Dini İcması»na qarşı «Xilaskarın Yevangelik-Lüteranlarının Bakı Dini İcması»nın dövlət qeydiyyatına əsas olmuş sərəncamın ləğv edilməsi haqqında iddi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərardadından iddiaçı İcmatərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası X10 üzrə Dövlət Komitəsinə və 3-cü şəxs «Xilaskarın Yevangelik-Lüteranlarının Bakı Dini icması»na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xilaskarın Yevangelik-Lüteranlarının Bakı Dini İcması»nın dövlət qeydiyyatına əsas olmuş sərəncamın ləğv edilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakim Z.Tağıyev; iş № 2-1(82)-3062/2018) iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən Ü.Mayılov, hakimlər V.Həsənov və K.Abiyeva; iş № 21(103)-3106/2018) iddiaçı İcma tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.11.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı İcma kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iş materiallarını yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı İcmanın kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işdə olan iddia tələbini və bu tələbin əsasını təşkil edən sübutları düzgün qiymtələndirmədiyindən maddi və prosessual hüquq normalarını pozmuş; nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27dekabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi və işin materiallarını yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş et mişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən İddiaçının sədri-nümayəndəsi T.Hümbətova vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Azərbaycan Respublikası X10 üzrə Dövlət Komitəsinin vəkili V.Əmrahov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş 3-cü şəxs «Xilaskarın YevangelikLüteranlarının Bakı Dini İcması»nın nümayəndəsi V.Nesterova Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə i ştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan cavabdeh Ko mitənin «”Xilaskarın X2”nın adını dəyişməklə yenidən dövlət qeydiyyatına alınması haqqında» 14.05.2010-cu il tarixli, 217 saylı sərəncamı ilə «Xilaskarın Yevangelik- Lüteranlarının Dini İcması» adı dəyişdirilərək (yeni adı «Xilaskarın Yevangelik- Lüteranlarının Bakı Dini İcması») yenidən dövlət qeydiyyatına alınması, «Xilaskarın X1»na Komitə tərəfindən verilmiş 07 fevral 2002ci il tarixli dövlət qeydiyyatı haqqında 59 saylı Şəhadətnamə hüquqi qüvvəsini itirimiş hesab edilməsi, «Xilaskarın Yevangelk-Lüteranlarının Bakı Dini İcması»nın Dövlət reyestr kitabına 100110A3-367 qeydiyyat nömrəsi ilə daxil idilməsi və «Xilaskarın YevangelikLetranlarının Bakı Dini İcması»na qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Şəhadətnamə və dini qurumların Dövlət Reyestrindən Çıxarış verilməsi qərara alınmışdır. İddiaçı İcma cavabdeh Komitə tərəfindən 8 il öncə (iddia qaldırılan tarixə) qəbul edilmiş (14.05.2010-cu il tarixli) sərəncamın ləğvini mübahisələndirir. Həmçinin iddiaçı İcmanın nümayəndəsi 1-ci instansiya məhkəməsinin iclasında mübahisələndirilən inzibati aktdan 2010-cu ilin mayında xəbərdar olduğunu, daha sonra 2016-cı il tarixdə məhkəmə icraatı zamanı məlumatlı olduğunu bildirmiş və eyni zamanda iddia müddətini ötürmədiyi üçün iddia müddətinin üzürlü səbəbdən ötürülməsi ilə bağlı ərizənin verilməsindən imtina etmişdir. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı İcmanın hazırki iddia tələbi iddiaların növünə görə mübahisələndirmə iddiasıdır. Belə ki, Azərbaycan Respublikası 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünük şərtləri iddiaya mahiyyət i üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibatü məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəb ul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, ümumilikdə iddia müddətinin başlanılması üçün yalnız şəxsin öz hüququnun pozulduğunu bildiyi an deyil, eyni zamanda öz hüququnun pozulduğunu bilməli olduğu an əsas götürülür. Hazırki iş üzrə müəyyən edilir ki, hər bir halda iddiaçı İcma hazırda mübahisələndirdiyi inzibati aktın yəni sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 1.1 -ci maddəsinə müvafiq olaraq iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Həmin Qərarın 1.3-cü maddəsinə görə, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 4.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzi bati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın mənasından da göründüyü kimi, inzibati icraat qaydasında işə baxılması üçün, yəni iddianın mümkünlüyü məsələsinin həll edilməsi üçün ilk növbədə mübahisənin subyektiv tərkibi və predmeti müəyyən edilməlidir. Mübahisənin subyektiv tərkibi dedikdə ilk növbədə iddia olunan tələbdə cavabdeh tərəfindən edilən hərəkət iddiaçının qanunla qorunan hüquqlarına və azadlığına toxunmalıdır və iddiaçı tərəfindən sübut edi lməldir. Predmetə aid hissədə iddia yalnız o halda mümkün sayıla bilər ki, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsindən və üzərinə düşən öhdəliyin icrasından imtina nəticəsində və yaxud hüquq və azadlıqlarına müdaxilə nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna əsaslana bilsin. Məhz, iddianın əsaslılığının araşdırılması üçün ilkin şərtin onun mümkünlüyü məsələsi olduğundan məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindərj asılı olmadan, xidməti vəzifəsinə görə yoxlayır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı İcmanın hazırki iddia tələbi mümkünlük şərtlərini ödəmədiyindən, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı İcmanın kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Ona görə də, məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35, 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar