Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1531/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X9 Xüsusi X2rşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1531/2020) Açar sözlər: ailə başçısını itirməyə görə (prokuror ailəsi) təyin olunmuş pensiyanın yenidən hesablanması Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə 12.08.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X6 Nazir liyi yanında Dövlət X9 Xüsusi X2rşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-718/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı əri X8 xx.xx.1976-cı ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş və xx.xx.1993-cü ildə vəfat etmişdir. İşə baxmış məhkəmələr müəyyən etmişdir ki, iddiaçıya DSMF-nin Nəsimi rayon Şöbəsinin 1493 №-li xx.xx.2007-ci il tarixli Qərarı ilə xx.xx.2007-ci ildən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2009-cu il tarixdən ona təyin olunmuş pensiya ailə başçısını itirm əyə görə əmək pensiyasına dəyişdirilmişdir. DSMF-nin Nəsimi rayon Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək 45.649,99 manat artıq verilmiş məbləğ xx.xx.2015-ci il tarixdən hər ay iddiaçının pensiyasından 268,53 manat məbləğində tutulmağa başlanmışdır. Eyni zamanda, iddiaçıya xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur. İddiaçı Dövlət X9 Nəsimi rayon şöbəsinə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək, mərhum ərinə iki aylıq məzuniyyət haqqı, iki aylıq müalicə haqqı, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım və bayram günləri ilə bağlı mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə olmaqla maddi yardım, həmçinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsini xahiş etmişdir. DSMF-nin Nəsimi rayon Şöbəsi həmin müraciəti təmin etməmiş, iddiaçıya xx.xx.2019-cu il tarixli **********4 №-li məktubla cavab verərək bildirmişdir ki, iddiaçı həmin mükafat və maddi yardımları X4 aldığını təsdiq edən arayışları təqdim etməmişdir. Bundan sonra iddiaçı cavabdeh Dövlət X9 Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iki aylıq məzuniyyət haqqı, iki aylıq müalicə haqqı, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım və bayram günləri ilə bağlı mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə olmaqla maddi yardım, həmçinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alı nmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qarar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X8 xx.xx.1976-cı ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Naxçıvan Nəqliyyat prokuroru vəzifəsində işləmişdir. Ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Lakin pensiya təyin olunan zaman qüvvədə olan qanunvericilik normaları ona tətbiq olunmamışdır. İki aylıq məzuniyyət haqqı, iki aylıq müalicə haqqı, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım və bayram günləri ilə bağlı mart, okty abr və dekabr aylarında ümumilikdə 3 dəfə olmaqla maddi yardım, həmçinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanmasından cavabdehin imtina etməsi əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DSMF-nin Nəsimi rayon şöbəsi əsl caabdeh DSMF-nin X7 İdarəsi ilə əvəz edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazı yuxarıda göstərilən imtina məktubunun məzmununa uyğun əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4562/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia tələbi qismən təmin edilərək, İddiaçı iki a ylıq məzuniyyət haqqı, iki aylıq müalicə haqqı, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım, həmçinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin DSMF-nin X7 İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əri X8 «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən nəzərdə tutulmuş mükafat və maddi yardımları almasa da, həmin normalar iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığına görə, ona münasibətdə də tətbiq olunmalıdır. Cavabdehin nümayəndəsi həmin qərarın dəl illəri ilə razılaşmayaraq xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-718/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ü.Mayılov (sədrlik edən və məruzəçi), M.Tağızadə və K.Abiyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərarı qanunun normalarına uyğun əsaslandırılmışdır. Cavabdeh xx.xx.2020-ci ildə qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, iş üzrə ilkin cavabdeh olan DSMFnin Nəsimi rayon şöbəsi əsl cavabdeh olan DSMF-nin X7 İdarəsi ilə əvəz olunsa da, bu barədə qərardadın surəti onlara xx xxxxxx 2019-cu il tarixdə gəlmiş, məhkəmə işə xx xxxxxx 2019-cu il tarixdə baxmışdır. Göründüyü kimi iddiaçı hazırki tələblə ümumiyyətlə X7 İdarəsinə müraciət etməmiş, məhkəmə bununla bağlı iddianın mümkünlüyü məsələsini araşdırmamışdır. Bundan başqa, mərhum Eldar Həsənovun işlədiyi dövrdə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatını, müalicə olunma q üçün verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətini, əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı almadığı şübhəsizdir. «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsi pensiyanın «əmək haqqının orta aylıq məbləğindən» hesablanmalı olmasını, bu zaman əmək haqqındakı sonrakı artımların da diqqətə alınacağını nəzərdə tutur. Deməli, qanun «orta aylıq məbləğ» və «sonrakı artım» anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, «orta aylıq məbləğ» şəxsin pensiyaya çıxan andakı aylıq gəlirin orta aylıq miqdarını, «sonrakı artım» isə, orta aylıq məbləğin deyil, əmək haqqındakı artımı ifadə edir. Tərəflərin izahatları: Cavabdehin vəkili X1 şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırıcı hissə Kollegiya iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi «iki aylıq məzuniyyət haqqı, iki aylıq müalicə haqqı, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım və bayram günləri ilə bağlı mart, oktya br və dekabr aylarında ümumilikdə 3 dəfə olmaqla maddi yardım nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin DSMF-nin X7 İdarəsinin üzərinə qoyulması» hissəsində təmin olunmamalı, iddia qalan hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddiaçı qüvvədə olan qanunvericilik normalarının tətbiq edilməsi ilə pensiyanın yenidən hesablanmasını xahiş edir və tələbini əsaslandırarkən «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» Qanunun 20.9, 20.8 və 21.4-cü maddələrinə istinad edir. İddia tələbinin hüquqi əsası kimi həm də "Əmək pensiyaları haqqında" Qanunun 20.1 və 20.1.5-ci maddələrinə istinad olunmalıdır. Həmin normalara görə bu Qanunun 9.4-cü madd əsində göstərilən prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Lakin bu qanun xx xxxx 2002-ci il t arixli 167-İİQ nömrəli qanunla qəbul olunmuşdur. Yəni həmin qanun iddiaçının vəfat etdiyi vaxtdan sonrakı münasibətləri tənzimləyir. İddiaçının mərhum ərinə bu qanunla tətbiq olunan ödənclərin ödənilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Buna baxmayaraq işə baxmış apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını düzgün hesab etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İşin yuxarıda göstərilən hallarını nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçını n əri X8 «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun müddəalarına əsasən nəzərdə tutulmuş mükafat və maddi yardımları almasa da, həmin normalar iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə də tətbiq olunmalıdır. Eyni zamanda iddianı təmin edərkən məhkəmələr «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1.-ci maddəsinə istinad etmişlər. Həmin normaya görə əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra - sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Məhkəm ə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Çünki adı çəkilən qanunun 1-ci maddəsinin mənasına görə əmək pensiyası ilə kompensasiya olunan məbləğ - şəxslərin aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərə bərabərdir. Bu mənada vəfat etmiş şəxsin almadığı əmək haqqı və digər ödənişlərin pensiya kimi hesablanması bu normanın tələblərinə ziddir. Konstitusiya Məhkəməsi "“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2020-ci il tarixli qərarında da göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı ar tımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərarda eyni zamanda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göründüyü kimi, məhkəmələr iddia tələbini təmin edərkən maddi hüquq normasını səhv təfsir etmiş, iddiaçıya mərhum ərinin prokurorluqda qulluq keçdiyi dövrdə almadığı, təmi nat xərcliyinə daxil edilməmiş ödənişlərə əsasən pensiya hesablamışdır. Buna görə də yeni qərar çıxarılmaqla iddia tələbi "iki aylıq məzuniyyət haqqı, iki aylıq müalicə haqqı, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım və bayram günləri ilə bağlı mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə olmaqla maddi yardım nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi" tələbinə aid hissədə təmin olunmamalıdır. Lakin iddianın "həmçinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi" hissəsi aydın deyildir və iddiaçı tərəf məhkə mə kollegiyasına gəlmədiyinə görə bu boşluğu aradan qaldırmaq mümkün olmamışdır. Ona görə də həmin hissədə iddia tələbinin yenidən araşdırılması üçün iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsiə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərba ycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-718/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi «iki aylıq məzuniyyət haqqı, iki aylıq müalicə haqqı, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım və bayram günləri ilə bağlı mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə olmaqla maddi yardım nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin DSMF-nin X7 İdarəsinin üzərinə qoyulması» hissəsində təmin edilməsin. İddia tələbinə "həmçinin 16 il 3 ay prokurorluq işçisi stajı olmas ı da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi" hissəsində təkrar baxılması üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1531/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1531/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver