Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1531/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusuna əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzr ə Mərkəzi filialı) “pensiyanın təyin edilməsi və yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 6 aprel tarixli, 2-1(103)-390/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2018-ci il 4 fevral tarixdən 63,5 yaşdan dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini və pensiyanın yenidən hesablanaraq ödənilməsi xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 6 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 2019-cu il 1 yanvar tarixdən qüvvədə olan 20.30-cu maddəsinə əsasən dövlət qullu qçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədən kənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Eyni zamanda, 2019-cu il 22 avqust tarixdə öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar ona 2019-cu il 7 oktyabr tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə uyğun olaraq 26 il dövlət qulluğu stajına görə qulluq keçdiyi sonuncu vəzifə üzrə orta aylıq əmək haqqının (913,25 manat) 80 faizi - 730,60 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Dövlət qulluqçusu kimi əmək pensiyası hüququ 2019-cu il 22 avqust tarixdə yarandığından ərizədə qeyd etdiyi büdcədənkənar vəsaitlər hesabına ona verilən pul təminatının sabiq dövlət qulluqçusu kimi əmək pensiyasına hesablanması z amanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 17 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona hüququnun yarandığı 2018-ci il 4 fevral tarixdən 63,5 yaşdan dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1954-cü il 4 avqust tarixdə anadan olmuşdur. 1991-ci ildən 2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işləmişdir. 28 il dövlət qulluğu stajı var. 2018-ci il 4 fevral tarixdə 63,5 yaşı tamam olmuşdur. Həmin tarixdən də dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ yaranmışdır. Lakin dövlət qulluqçusu kimi əmək pensiyasına 2019-cu il 22 avqust tarixdə çıxmışdır. Dövlət qulluqçusu kimi pensiyaya çıxarkən pensiyası düzgün hesablanmamışdır. “Əmək pensiyaları haqqında” Qanununun 20.30-cu maddəsinə istinad olunaraq qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına ödənişlər nəzərə alınmamışdır. O, hüququnun yarandığı 2018-ci il 4 fevral tarixdən 63,5 yaşından ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın hesablanaraq ödənilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təm in edilməmişdir. İddiaçı cavabdehin imtinasını mövcud qanunvericiliyə zidd hesab etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsi 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Onun isə dövlət qulluqçusu kimi pensiya hüququ 63,5 yaşdan 2018-ci ilin 4 fevral tarixindən yaranmışdır. “Dövlət qulluğu haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilər. Həmin maddənin 32.1-1-ci maddəsinə görə isə əmək pensiyaları onu almaq hüququ yarandığı gün dən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə ödənilir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya görə onun dövlət qulluqçusu kimi pensiya hüququ 2018-ci il 4 fevral tarixdə yaranmışdır. Dövlət qulluqçusu kimi əmək pensiyasına 2019-cu il 22 avqust tarixdə çıxmışdır. Dövlət qulluqçusu kimi pensiyaya çıxarkən onun pensiyası düzgün hesablanmamışdır. Belə ki, inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə istinad edərək əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişləri nəzərə almamışdır. Halbuki, iddiaçının pensiya hüququ sözügedən maddənin “Əmək pensiyaları h aqqında” Qanuna əlavə edilməsindən, 2019-cu il 1 yanvar tarixdən əvvəl yaranmış, ona görə də həmin maddə iddiaçıya şamil edilə bilməz. “Dövlət qulluğu haqqında” Qanunun 23.1-ci maddəsinə görə dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə görə, “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşla rı (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) sadalanan vəzifələrdə işlədikdə, onlara qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. 2018-ci il 30 noyabr tarixli, 1362-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Qanuna yeni məzmunda 20.30-cu maddə əlavə edilmiş və 2019-cu il 1 yanvar tarixdən qüvvəyə minmişdir. Həmin maddəyə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmamışdır. Beləliklə, 2018-ci il 4 fevral tarixdə iddiaçıya dövlət qulluqçusu kimi deyil, ümumi əsaslarla pensiya təyin edilmişdir. Çünki iddiaçı 1954-cü il 4 avqust təvəllüdlüdür. 2018-ci il 4 fevral tarixdə kişilər üçün pensiya yaşı 64 yaş olduğu üçün ona ümumi əsaslarla pensiya təyin edilə bilmişdir. Daha sonra, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən, 2019-cu il 22 avqust tarixdə iddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. İddiaçıya 2019-cu il 7 oktyabr tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə müvafiq olaraq 26 il dövlət qulluğu stajına görə qulluq keçdiyi sonuncu vəzifə üzrə orta aylıq əmək haqqının (913,25 manat) 80 faizi - 730.6 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, 2018-ci il 4 fevral tarixdə iddiaçı dövlət qulluğunda olmuşdur. İddiaçının dövlət qulluğunda olarkən dövlət qulluğuna görə əmək pensiyasına əlavələr i almaq hüququ olmamışdır. İddiaçının həmin əlavələri almaq hüququ yalnız 2019-cu il 22 avqust tarixdə, yəni dövlət qulluğuna xitam verildiyi andan yaranmışdır. Bu tarixdə isə “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsi artıq qüvvədə idi. Odur ki, cavabdeh idarənin imtinası tamamilə əsaslı və qanunidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna 2018-ci il 30 noyabr tarixli, 1362-VQD nömrəli Qanunla yeni məzmunda 20.30-cu maddə əlavə edilmiş və 2019-cu il 1 yanvar tarixdən qüvvəyə minmişdir. Həmin maddəyə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qu lluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Beləliklə, iddiaçıya 2018-ci il 4 fevral tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edildiyi, dövlət qulluqçusu kimi pensiya hüququnun 2019-cu il 22 avqust tarixdə yarandığı, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən dövlət qulluqçusu kimi pensiyasına əlavələrin hesablandığı müəyyən edildiyindən, pensiyanın yenidən hesablanması üçün əsaslar olmadığından, iddia tələbi rədd edilməlidir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 2021-ci il 6 aprel tarixli, 2-1(103)-390/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmənin qərarında göstərdiyi pensiya hüququnun yarandığı 2018-ci il 4 fevral tarixdə ümumi əsaslarla yaşa görə əmək p ensiyası təyin edilmişdir müddəası yanlışdır. İddiaçıya 2019-cu ilin yanvarından avtomatlaşdırılmış sistem əsasında pensiyaya təyin edilmişdir. Avtomatlaşdırılmış sistem əsasında iddiaçıya pensiya təyin edilərkən elə ümumi əsaslarla deyil dövlət qulluqçusu kimi pensiya təyin edilə bilərdi. Apellyasiya instansiyası məhkəməsinin qərarı mövcud qanunvericiliyə zidd hesab edilməlidir. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsi 2019-cu ilin yanvarın 1dən qüvvəyə minmişdir. İddiaçının isə dövlət qulluqçusu kimi pensiya hüququ 63,5 yaşdan 2018-ci ilin 4 fevral tarixdən yaranmışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və vəkili 2021-ci il 28 sentyabr tarixli məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
14. Cavabdehin vəkili 2021-ci il 28 sentyabr tarixli məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şika yət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
20. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 19912019-cu illərdə dövlət qulluğu vəzifələrində işləmiş, 2019-cu il 22 avqust tarixdə öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş, həmin tarixdən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
21. İddiaçının iddia tələbinin məzmunundan göründüyü kimi, o, 2018-ci il 4 fevral tarixdən – 63 yaş 6 ayının tamam olduğu gündən ona dövlət qulluqçusu kimi əmək pensiyasının tə yin olunmasını və əmək pensiyasının həmin tarixdə qüvvədə olmuş qanuna əsasən yenidən hesablanmasını tələb edir.
22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin məzmunda tələbinin təmin olunması “Dövlət qulluğu haqqında” Qanunun 23.1–ci maddəsinə və “Əmək pensiyaları haqqında” Qanunun 20.1, 20.1.7 və 37.3.4-cü maddələrinə əsasən istisna edilir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr həmin Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş əmək pensiyaçılarına, o cümlədən, həmin Qanunun 2 0.1.7-cimaddəsində nəzərdə tutulmuş - əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir.
23. Həmin Qanunun 37.3.4 -cü maddəsinə əsasən isə, bu Qanunun 20.1.120.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər 20.1.7-ci maddəsində sadalanan vəzifələrdə çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.
24. Göründüyü kimi, iddiaçı iddia etdiyi vaxtda (2018-ci ildə) dövlət qulluğu vəzifəsində çalışdığından, o, dövlət qulluqçusu kimi ona əmək pensiyasının 2018-ci ildən təyin edilməsini və həmin vaxtdan qulluq stajına görə əmək pensiyasına əlavələrin ödənilməsini tələb edə bilməzdi.
25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 6 aprel tarixli, 21(103)-390/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.