Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1531/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi; işin hallarının hərtərəfli araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 (xx.xx.1961-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublika sının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər "xxxx" ASC Bank olmayan Kredit Təşkilatı, X5 və X2) qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)603/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri”nin adına rəsmiləşdirilməklə orada fərdi evin tikintisinə icazə verilməsi üçün Səbail ray on icra Hakimiyyətinə müraciət etmişdir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının müraciətinə baxılmış, Səbail rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli, 506 nömrəli sərəncamı ilə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri”nin iddiaçının adına rəsmiləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir.
2. Səbail rayon icra Hakimiyyətinin 11 aprel 1997-ci il tarixli, 506 saylı Sərəncamı ilə iddiaçıya Bibiheybət qəsəbəsində Salyan şosesi, “Köhnə bağ sahələrində” (mövcud vəziyyətdə 1800 kv.m) fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin situasiya planı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 30 oktyabr 2018-ci il tarixdə razılaşdırılmışdır.
3. İddiaçı 28 fevral 2020-ci il tarixli ərizə ilə Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsini xahiş etmişdir.
4. Cavabdeh 30 aprel 2020-ci il tarixli, **********67 nömrəli məktubla cavab olaraq iddiaçıya bildirmişdir ki, Səbail rayon icra Hakimiyyəti başçısının 506 nömrəli, 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi oxunmadığından və həmin sərəncamda torpaq sahəsinin sahəsi göstərilmədiyindən torpaq sahəsinin mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır. Eyni zamanda ünvanda uyğunsuzluq mövcuddur və sözügedən torpaq sahəsinə digər fiziki şəxs tərəfindən müraciət daxil olmuşdur. İŞ ÜZRƏ QƏ BUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən 1800.0 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının qeydiyyata alınması və 1800.0 kv.m. torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri”nin adına rəsmiləşdirilməklə orada fərdi evin tikintisi nə icazə verilməsi üçün Səbail rayon icra Hakimiyyətinə müraciət etmiş, Səbail rayon İcra Hakimiyyəti tərəfindən həmin müraciətə baxılmış, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri”nin onun adına rəsmiləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir.
7. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 30 aprel 2020-ci il tarixli, **********67 saylı imtina məktubunda həmin torpaq sahəsi ilə bağlı müraciət etmiş digər fiziki şəxs barəsində məlumat alınması ilə bağlı həmin orqana sorğu göndərmişdir. Sorğuya cavab olaraq cavabdeh qeyd etmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı X3 müraciəti olmuşdur.
8. Cavabdeh iddia tələbinə qarşı y azılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli. 2-1(112)-5770/2020 nömrəli qərardadı ilə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı, 5 noyabr 2020-ci il tarixli, 2-1(112)-5770/2020 nömrəli qərardadı ilə X5, 11 fevral 2021-ci il tarixli, 2-1(112)1377/2021 nömrəli qərardadı ilə X2 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər
10. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1377/2021 nömrəli qərarı (hakim A.P.Oruczadə) ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış t orpaq sahəsinin ölçüsü sərəncamda qeyd edilməmişdir. Eyni zamanda sahənin ünvanında uyğunsuzluq mövcuddur. Belə ki, sərəncamda ünvan kimi “Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32, “Köhnə bağ sahələri” qeyd olunsa da, faktiki torpaq sahəsi Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşir. İddiaçı iddia tələbində göstərdiyi hallara dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhz bu səbəblərə görə məhkəmə qeyd etmişdir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur.
12. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-603/2022 nömrəli qərarı (hakimlər H.Ü.Həmidov ( sədrlik edən və məruzəçi), A.V.Tanrıverdiyev və C.A.Yusifov) ilə Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1377/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə əsaslanır. Əlavə olaraq şikayətdə qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin qərarı ədalətsiz və qanunsuzdur. Bununla bağlı kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün iddiaçı “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Qanunun 10.1. 10.2-ci maddələrinə istinad etmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-603/2022 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri s übutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəyə dair işin halları obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq iş üzrə obyektiv düzgün qərarın qəbulu üçün zəruri olan həcmdə, tam və hərtərəfli araşdırılmam ışdır.
22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir.
23. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti vəzifəsinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan məhkəmə hazırkı mübahisəyə münasibətdə işə aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
24. Hazırkı mübahisə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən 1800.0 kv.m torpaq sahəsi üzərində hüququn iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlıdır.
25. Cavabdehin imtinasına görə, torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi oxunmadığından, eləcə də təqdim e dilmiş həmin sərəncamda torpaq sahəsinin sahəsi göstərilmədiyindən torpaq sahəsinin mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə, cavabdeh tərəfindən torpaq sahəsinin ünvanı ilə bağlı uyğunsuzluğun mövcud olduğuna və sözügedən torpaq sahəsi ilə bağlı digər fiziki şəxsin müraciətinin daxil olduğuna da istinad edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi ilə bağlı mövqeyini iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün sərəncamda qeyd edilməməsi, eyni zamanda torpaq sahəsinin ünvanında uyğunsuzluğun olması ilə əsaslandırmışdır. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, sərəncamda ünvan kimi “Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32, “Köhnə bağ sahələri” qeyd olunduğu halda, faktiki torpaq sahəsi Səbail rayonu, Sal yan şossesi 32 ünvanında yerləşir. İddiaçı tərəfindən isə iddia tələbində göstərilən hallara dair heç bir mötəbər sübut təqdim edilməmişdir.
27. Məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda mübahisəli torpaq sahəsi ilə bağlı digər şəxslər tərəfindən də cavabdehə müraciət daxil olduğu, eləcə də iddiaya dair etirazında torpaq sahəsi ilə bağlı həmçinin "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən də müraciəti edildiyi bildirilmişdir.
28. Halbuki iş materiallarına əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, Elektron kadastr baza məlumatlarında mübahisələndirilən, yəni iddiaçının istifadəsində olan torpaq sahəsinin hər hansı hüquqi və ya fiziki şəxsin adına ayrılması, habelə hər hansı hüquqi və y a fiziki şəxsin adına həmin torpaq sahəsinə dair hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda rəydə həmçinin iddiaçının istifadəsində olan torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmədiyi, X3 istifadəsinə verilmiş torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.
29. Digər tərəfdən, apellyasiya məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün sərəncamda göstərilmədiyini və həmin torpaq sahəsinin ünvanında uyğunsuzluğun mövcud olduğunu qeyd edərək əslində cavabdehin imtinasında istinad etdiyi əsasları təkrarlamışdır.
30. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə kimi İPM-in 12-c i maddəsinin tələbləri baxımından xidməti vəzifəsinə uyğun olaraq yuxarıda qeyd olunan ziddiyyətli məqamlar tam və hərtərəfli araşdırılmamış, torpaq sahəsinin ayrılması barədə 11 aprel 1997-ci il tarixli, 506 nömrəli Sərəncamda qeyd olunan ünvanla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ünvanın uyğunluğu yoxlanılmamış və qeyd olunan xüsusatlara aydınlıq gətirilməsi məqsədi ilə aidiyyəti qurumlara lazımi sorğular veriməmiş, eləcə də iş üzrə ekspertizanın keçirilməsi zərurəti nəzərə alınmamışdır.
31. Bundan əlavə, məhkəmə kollegiyası ünvanla bağlı uyğunsuzluğa münasibətdə qeyd edir ki, əslində hər iki halda ünvan kimi Salyan şossesi 32 ünvanı qeyd olunur. Odur ki, həmin ünvanda yerləşən “Köhnə bağ sahələri” (Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32, “ Köhnə bağ sahələri”) ifadəsinin hansı ərazini əhatə etdiyi, həmin ünvanda başqa torpaq sahəsinin mövcudluğu, mövcud olduğu təqdirdə həmin torpaq sahəsinin ayrılması barədə müvafiq sənədlərdə istinad olunan ünvanların uyğunluğu da araşdırılmalıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən xüsusatların araşdırılması və müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Odur ki, işə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən hazırkı qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməli, yalnız bundan sonra qərar qəbul olunmalıdır.
33. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olun madığından, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-603/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.