Məhkəmə qərarları › İş №2-1(102)-1531/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1531/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1531/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüs usi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)83/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur.

2. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlarına əsasən, o, xx.xx.1982 - ci ildən xx.xx.1988 - ci ilə qədər elektrik sexində elektrik montyoru, xx.xx.1988 - ci ildən xx.xx.2002 - ci ilə qədər Elektrik sexində yüksək gərginlikli labaratoriyada kimya, qazan, turbin sexlerinin elektrik avadanlıqlarına xidmət edən usta, xx.xx.2002-ci ildən xx.xx.2021ci ilə qədər Elektrik sexində kimya, qazan, turbin sexlerinin elektrik avadanlıqlarına xidmət edən böyük usta vəzifəsində, xx.xx.2021-ci ildən hal hazıradək elektrik sexinin rəisi vəzifəsində işləyir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməmiş və göstərmişdir ki, onun işlədiy vəzifələr qazanxanaların, turbin (buxar-qaz turbini) avadanlığının yanacaqötürücü avadanlığın xidməti və təmiri ilə məşğul olan bütün adlarda elektrik montyorları və avadanlığın yerində tə miri üzrə ustalar, böyük ustalar vəzifələrinə uyğun deyildir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona İT ******* saylı xx.xx.1984-cü il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının və HZ ******* saylı xx.xx.1980-ci il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə qədər alınmamış pensiya məbləğinin hes ablanmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il tarixdə Ucar rayonunun Müsüslü kəndində anadan olmuş, xx.xx.1980-ci il tarixdə hərbi xidmətdə getmiş, və xx.xx.1982-ci il tarixdə isə hərbi xidmətdən qayıtmışdır. 01 sentyabr 1982-ci il tarixdə Sumqayıt şəhər X1 daxil olmuş, 27 iyun 1986-ci il tarixdə həmin Texnikumu "Kimya sənayesində avtomatik qurğuların istismarı" ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə başladığı 1982-ci ildən "Sumqayıt İEM-2" də elektrik mantyoru(xx.xx.1982-xx.xx.1988=5 il 5 ay), yüksək gərginlikli labaratoriyada kimya, qazan, turbin sexlərinin elektrik avadanlıqlarına xidmət edən usta (xx.xx.1988- xx.xx.2002=14 il 5 ay 24 gün), yüksək gərginlikl i labaratoriyada kimya, qazan, turbin sexlərinin elektrik avadanlıqlarına xidmət edən böyük usta (xx.xx.2002-xx.xx.2006=3 il 6 ay 27 gün) işləmiş və indiyə kimi də həmin müəssisədə işləyir.

7. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1028/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia təmin edilərək, İddiaçı əmək kitabçasında qeyd edilmiş əmək stajının və hərbi biletində qeyd edilmiş hərbi xidmət müddətinin sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi (ödəniş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu nun 32.1-1-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir) öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən güzəştli iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-83/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: F.Ə. Məmmədov, hakimlər: H.Ç. Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1028/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi ni və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair 18 oktyabr 2021-ci il tarixli 19-KŞ nömrəli arayışında xx.xx.1982xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “Sumqayıt İEM”-in elektrik sexində elektrik montyoru, xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə yüksək gərginlikli laboratoriyada usta, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin sexdə böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi sahələr yuxarıda qe yd olunan qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinə və qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikası xidmət sahəsinə uyğun deyil. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8 ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər halla rda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2017-ci il tarixədək olan redaksiya) Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını h əmin işlərdə çalışarsa;...

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstəri lməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA NAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisəl əndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyul ması barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.

27. Cavabdeh qeyd etmişdir ki, iddiaçının işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermədiyindən iddia əsassızdır.

28. Cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı min imum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır;

32. İddiaçının hərbi xidmət müddəti və əmək kitabçasındakı iş illəri nəzərə alındıqda, o, 2006-cı il 1 yanvar tarixə 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malikdir.

29. Qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş 2 saylı siyahının “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlanan 13-cü bölməsinin təsiri altına düşür.

30. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə-“İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Re spublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı”nda Xİİİ bölmə elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı adı ilə adlanır. Qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (2140000a-18455) Xİİİ bölmənin “a” yarımbəndində, avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini)) yanacaq ötürmə, tozhazırlama (2140000b23362) “b” yarımbəndində göstərilmişdir.

31. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışında qeyd edilir ki, xx.xx.1961-ci il təvəllüd lü İddiaçı “Sumqayıt İEM-2”-də xüsusi zərərli iş şəraitində işləmişdir: - xx.xx.1982-ci ildən (əmr № 111-k) xx.xx.1988-ci ilə qədər elektrik sexində elektrik montyoru vəzifəsində; - kod: 2140000а - 18455; xx.xx.1988-ci ildən (əmr № 10-k) xx.xx.2002-ci ilə qədər elektrik sexində yüksək gərginlikli labaratoriyada kimya, qazan, turbin sexlerinin elektrik avadanlıqlarına xidmət edən usta vəzifəsində; - kod: 2140000b - 23362; xx.xx.2002-ci ildən (əmr № 10-kş) xx.xx.2021-ci ilə qədər elektrik sexində kimya, qazan, turbin sexlerinin elektrik avadanlıqlarına xidmət edən böyük usta vəzifəsində; - kod: 2140000b - 23362; xx.xx.2021-ci ildən (əmr 31-kş) indiyədək elektrik sexinin rəisi vəzifəsində işləyir. 31. 2 №-li siyahının Xİİİ bəndinə uyğun olan vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüquq u keçir.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş əmək stajının və hərbi biletində qeyd edilmiş hərbi xidmət müddətinin sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

33. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-83/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar