Məhkəmə qərarları › İş №2-1(102)-1532/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1532/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1532/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-ın Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (müvəqqəti xarakterli müdafiə tədbiri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə İddiaçı MTK-nın cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı «qərarın ləğv edilməsi» barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-453/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə, Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "İddiaçı" MTK (VÖEN: **********) barəsində Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti (hazırkı adı: Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, **********696000 nömrəli «xxxx» qərarının tam ləğv edilməsi, Vergilər Nazirliyinin xx xxxxxxx 2019-cu il tarixli, **********023300 nömrəli «İnzibati şikayətin qismən təmin edilməsi barədə» qərarının şikayətin təmin edilməyən hissəsində ləğv edilməsi, 2018-ci ilin 4-cü rübü üzrə iddiaçıya əlavə hesablanmış 381991,27 manat sadələşdirilmiş verginin tam silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı tərəf ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri Lokal Gəlirlər Departamentinin "İddiaçı" MTK (VÖEN: **********) barəsində qəbul etdiyi xx.xx.2019-ci il tari xli, **********696000 saylı «xxxx» qərarının icrasının dayandırılması, iddiaçının əmlakının siyahıya alınmasının və üzərində hər hansı bir məhdudlaşdırıcı tədbirlərin edilməsinin cavabdehlərə qadağan edilməsi, həmin qərar əsasında "İddiaçı" MTK-nın bank hesablarına qoyulmuş bütün sərəncamların, o cümlədən də **********1D, **********9A saylı sərəncamların icrasının dayandırılması, gələcəkdə sərəncamın qoyulmaması, sərəncamlar qoyulduğu təqdirdə isə banklar tərəfindən icra edilməməsi, "İddiaçı" MTK-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kameral yoxlamanın nəticəsi olaraq xx.xx.2019-ci il tarixli, ******** **696000 saylı xxxx qərarı əsasında iddiaçıya 2018-ci ilin 4-cü rübü üçün 381991,27 manat əlavə vergi hesablamışdır. İddiaçı hal-hazırda bu qərarı məhkəmə qaydasında mübahisələndirir. Cavabdeh xxxx qərarın icrasının təmini məqsədi ilə iddiaçının bank hesabından pul vəsaitinin silinməsi haqqında iddiaçının bank hesabına sərəncam qoyur. Bundan əlavə, cavabdehlər tərəfindən Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən iddiaçının əmlakının siyahıya alınması faktı realdır. Bu isə cavabdehin iş prosesini iflic edəcək, işsizlik və sair neqativ hallar yaradacaqdır. Cavabdehin qoyduğu bu məhdudiyyətlər iddiaçı tərəfindən dövlət büdcəsinə vergi və digər icbari öhdəliklərin, həmçinin işçilərinin əmək haqlarının ödənilməsinin təmin edilməsi ilə bağlı qanunvericilik tərəfindən iddiaçının üzərinə qoyulmuş funksional vəzifələrin icrasını mümkünsüz edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4139/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə (hakim: X.X.İmanov) ərizənin qismən təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (hazırkı adı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) "İddiaçı" MTK (VÖEN: **********) barəsində qəbul etdiyi xx.xx.2019-ci il tarixli, **********696000 saylı «xxxx» qərarının icrasının dayandırılması, MTK-nın əmlakının siyahıya alınması və üzərində hər hansı məhdudlaşdırıcı tədbirlərin görülməsinin cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi, qalan hissədə ərizənin təmin edilməm əsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-453/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və V.T.Həsənov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4139/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qərardadından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri ba rədə ərizəsinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, İddiaçı ərizəsi əsasında qəbul edilmiş qərardaddan göründüyü kimi, məhkəmə iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi halları, mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı səbəblərini əsaslandırmadan, iş üzrə ziddiyyətli maraqları hərtərəfli araşdırmadan və qiymətləndirmədən müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadı dəyişdirmədən qüvvədə saxlamaqla İnzibati-Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin tələlərini nəzərə almamışdır. Belə ki, “xxxx” xx.xx.2019-cu il tarixli **********696000 nömrəli qərarın icrasının dayandırılması barədə birinci instansiya məhkəməs inin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Ona görə ki, mübahisənin predmetini təşkil edən qərarın inzibati orqanın özü tərəfindən xx.xx.2019-cu il tarixdə ləğv edildiyi nəzərə alınmamışdır. Göstərilən səbəbdən də həmin qərarla hesablanmış əlavə vergi məbləği ilə bağlı iddiaçının əmlakının siyahıya alınmasının və üzərində hər hansı məhdudlaşdırıcı tədbirlərin görülməsinin cavabdehlərə qadağan edilməsinin də hüquqi əsası olmamışdır. Daha sonra qeyd edilir ki, apelyasiya şikayətinə baxılarkən məhkəmə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********175500 nömrəli qərarın olmasına əsaslanaraq digər inzibati aktın, yəni “xxxx” xx.xx.2019-cu il tarixli **********696000 nömrəli qərarın ləğv edilməsi barədə inzibati iş üzrə qəbul edilmiş məhkəmə qərardadını qüvvədə saxlamaqla İnzibati-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olumasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya və digər cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərda rlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslı sayıla və apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qanuni qərardad ləğv edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. - 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. - 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Göstərilən normaların tələblərinə əsasən, ərizəçi ilkin təcili tənzimlənmənin zəruri olması və maddi tələbinin mövcud olması ehtimalını məhkəməyə aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Bu o deməkdir ki, ərizəçi hüquqi müdafiə üçün iddia icraatının nəyə görə yetərli olmadığı nı, yəni “faktlar yaradılmamışdan” əvvəl nə üçün müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməli olmasını təsvir etməlidir. Sözügedən hallarda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı tərəfindən verilmiş ərizə bu qaydada əsaslandırılmışdır. İPM-in 41.2-ci maddəsində qeyd olunub ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirm əsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından irəli gələn digər mühüm bir tələb isə ondan ibarətdir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardad ərizəçinin iddia tələbinin (iddia icraatı qaydasında qaldırdığı və ya qaldıracağı) ilkin uğurluluq ehtimalının qiymətləndirilməsi nəticəsində çıxarılmalıdır. Bu zaman məhkəmə ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Belə uğurluluq ehtimalının qiymətləndirilməsi bir qayda olaraq maddi hüquq normalarına istinadla həyata keçirilməlidir. Hazırkı işin hallarından isə müəyyən olunur ki, ərizə verilərkən iddianın uğurluluq ehtimalına dəlalət edən faktiki hallara və maddi hüquqi əsaslara istinad edilmiş, eləcə də İPM-in 43.2-ci maddəsinin tələblərinə uyğun zəruri əsaslandırma təqdim olunmuşdur. Qeyd olunanlardan belə nəticə hasil olur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş iddiaçı iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. İşə baxan məhkəmə də ilkin araşdırma zamanı iddiaçı ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə, onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırm aq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Apelyasiya instasiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli, **********696000 nömrəli qərarı ilə kameral yoxlamanın nəticəsi olaraq iddiaçıya 2018-ci ilin 4-cü rübü üçün 381991,27 manat əlavə vergi hesablamış və həmin qərarın qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Mübahisəyə məhkəmədə baxılanadək həmin qərarın icrasının dayandırılmaması, iddiaçının əmlakının siyahıya alınması və üzərində hər hansı bir məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi iş üzrə qəbul ediləcək qərarları n icrasını çətinləşdirməklə bərabər, MTK-nin kommersiya fəaliyyətinə ciddi zərbə vurulmasına səbəb ola bilər. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, “xxxx” xx.xx.2019-cu il tarixli **********696000 nömrəli qərarın icrasının dayandırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Ona görə ki, mübahisənin predmetini təşkil edən qərarın inzibati orqanın özü tərəfindən xx.xx.2019-cu il tarixdə ləğv edildiyi nəzərə alınmamışdır. Göstərilən səbəbdən də həmin qərarla hesablanmış əlavə vergi məbləği ilə bağlı iddiaçının əmlakının siyahıya alınmasının və üzərində hər hansı məhdudlaşdırıcı tədbirlərin görülməsinin cavabdehlərə qadağan edilməsinin də hüquqi əsası olmamışdır. Odur ki, apelyasiya şikayətinə baxılarkən məhkəmə “Vergilərin, s osial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********175500 nömrəli qərarın olmasına əsaslanaraq digər inzibati aktın, yəni “xxxx” xx.xx.2019-cu il tarixli **********696000 nömrəli qərarın ləğv edilməsi barədə inzibati iş üzrə qəbul edilmiş məhkəmə qərardadını qüvvədə saxlamaqla İnzibati-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyası cavabdehin şikayətinin bu dəlilini əsassız hesab edir və eyni dəlilə qiymət verilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, şikayətdə xx xxxxxx 2019-cu il tarixli, **********696000 saylı qərarın ləğv edilməsi göstərilsə də, xx xxxxxxx 2019-cu il tarixli **********175500 saylı qərardan müəyyən olunur ki, həmin qərara əsasən 2 018-ci ilin 4-cü rübü üzrə xx xxxxxx 2019-cu il tarixli qərarla əlavə hesablanmış 381.991,27 manat sadələşdirilmiş vergi məbləği yuxarı vergi orqanının müvafiq qərarına əsasən 88.568,77 manat məbləğində azaldılmış və qalan 293.422,50 manat hissəsində isə dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqda haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-453/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar