Məhkəmə qərarları › İş №2-1(102)-1532/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1532/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1532/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə qərarı ilə marağına toxunan şəxsin üçüncü şəxs kimi işə cəlb edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN: x xxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçünün, çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Hacıyev Eldar Şabulla oğlunun (xx.xx.1952-ci il təvəllüdlü; FİN: 1B2FVPE) tərəfindən verilmiş üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 17 may 2022-ci il tarixli, 2-1(103)-940/2022 nömrəli qərardadından Hacıyev Eldar Şabulla oğlunun verdiyi kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin 8 noyabr 2006-cı il tarixli, 326 nömrəli sərəncamı və Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının BağlarTəsərrüfatının İnkişafı və İstismarı Birliyinin 10 noyabr 2006-cı il tarixli, 37495 nömrəli müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən torpaq sahəsi 0,12 ha olan 385/t nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 8 noyabr 2006-cı il tarixli, 326 nömrəli sərəncamı və Bakı Şəhəri İcra Hak imiyyəti başçısı Aparatının Bağlar-Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 10 noyabr 2006-cı il tarixli, 37495 nömrəli müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən torpaq sahəsi 0,12 ha olan 385/t nömrəli bağ sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 may 2018-ci il tarixli, 2-1(81)37/2018 nömrəli qərarı (hakim: T.Ə.Əsədova) ilə iddia təmin edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 oktyabr 2018ci il tarixli, 2-1(103)-1844/2019 nömrəli qərarı (h akimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və X.Ə.Sarıyev) ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2-1(102)-1844/2019 nömrəli qərarı (hakimlər: İ.K.Hüseynov, /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və Z.M.Quliyev) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 oktyabr 2018-ci il tarixli, 2-1(103)1844/2019 nömrəli qərarı dəyişdirilmədən saxlamışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 may 2018-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilməsi məqsədi ilə icra məktubu tərtib edilərək, icra edilməsi üçün cavabdehə göndərilmişdir.

7. Cavabdeh 29 aprel 2019-cu il tarixdə 1 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətlə müraciət etmiş, cavabdeh məhkəmədən ərizənin təmin edilməsini və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 may 2018-ci il tarixli qərarının ləğv edilməsinə və işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini, vəsatətlə isə məhkəmə qərarının icrasının dayandırılmasını xahiş etmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2-1(81)37/2018 saylı qərardadı (hakim: T.Ə.Əsədova) ilə ərizə və vəsatət təmin edilməmişdir.

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2019cu il tarixli, 2-1(103)-1844/2019 nömrəli qərardadı (hakimlər: A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2-1(81)-37/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2-1(102)-23/2020 nömrəli qərarı (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, İ.A.Dadaşov və S.Ə.Hüseynova) ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 21(103)-1844/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Hazırkı iş üzrə ərizəçi 19 may 2021-ci il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 oktyabr 2018-ci il tarixli, 21(103)-1844/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2-1(102)-1262/2021 nömrəli qərarı (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) ilə kassasiya şikayəti mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.

13. Cavabdehin 12 avqust 2021-ci il tarixli, **********07 nömrəli məktubunda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 may 2018-ci il tarixli, 2-1(81)-37/2018 nömrəli qərarının icra olunduğu qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

14. Ərizəçi 18 noyabr 2021-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-37/2018 nömrəli inzibati işi üzrə onun üçüncü şəxs qismində icraata cəlb edilməsi, həmin iş üzrə qəbul edilən 2 may 2018-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

15. Ərizə onunla əsaslandırılmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN21942D nömrəli KOD 00100003 olan şəhadətnamə ilə Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarına əsasən X4 və İstismarı Birliyinin 32 saylı orderi ilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,12 ha olan 351 “V” saylı bağ sahəsi onun mülkiyyətinə verilmişdir. Şəhadətnamə 2 nüsxədən ibarət tərtib edilərək 2512 nömrə ilə kitabda qeydə alınmış, “Torpağa mülkiyyət hüququn a dair” şəhadətnamənin bir nüsxəsi ona verilmiş, 9 iyun 2005-ci il tarixdə DTXK-nin Bakı şəhər şöbəsinin müdiri N.Məlikov, Dövlət Yerquruluşu Layihə İnstitutunun direktoru F.Cəfərov tərəfindən imza və möhürlə təsdiqlənmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Bakı X7 Mərkəzi tərəfindən cavabdehə 28 dekabr 2013-cü il tarixli 48-520v nömrəli məktubla Binəqədi rayonu, Goradil Bağ massivində yerləşən torpaq sahəsinə hazırlanmış “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə (JN-21942D) əks olunan torpaq sahəsinin faktiki vəziyyətdə döngə nöqtələrinin müəyyənləşdirilməsinə dair koordinat cədvəli göndərilmiş natura və xəritəyə keçirilmişdir. O, məhkəmə tərəfindən iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfində n təkrar ekspertiza təyin edilməlidir. Belə ki, 7 fevral 2018-ci il tarixli 23028 nömrəli ekspert rəyi sözügedən torpaq sahəsinin JN-21942 nömrəli şəhadətnamə ilə üst-üstə düşmədiyini qeyd etmişdir. Lakin, məhkəmə tərəfindən təyin edilmiş ilkin ekspertiza düzgün keçirilməmiş, ekspert rəyi düzgün əsaslandırılmamış və sözügedən məsələ məhkəmə tərəfindən ətraflı araşdırılmamışdır. İşin apellyasiya baxışı zamanı onun iş üzrə şahid qismində dəvət edilməsi və ona məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri, Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsi, dalan 10, 3 ünvanına bildiriş və iş üzrə sənədlərin surətlərinin göndərilməsi və qəbul edilməsi qeyd edilmişdir. Cəlilabad rayon X1 baş həkimi vəzifəsində işlədiyindən artıq 10 ilə yaxındır ki, qeydiyyatda olduğu ünvanda ünvan 1ədar ailəsi ilə bi rlikdə Cəlilabad rayonunda yaşayır. Yəni ki, həmin məhkəmələrin gedişatından heç bir xəbəri və ya məlumatı olmamışdır.

16. Bakı İnzibati Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli, 2-1(81)-37/2018 nömrəli qərardadı (hakim N.İ.Abıyev) ilə ərizə təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin göstərdiyi hallar hazırki iş üzrə işə baxmış birinci, apellyasiya və kassasiya instansiyalarında məhkəmənin araşdırma predmeti olmuş və buna dair məhkəməyə sübut təqdim edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli müraciətinə əsasən mübahisəli obyektə baxış keçirilmiş və aparılmış araşdırma nəticəsində mütəxəssis rəyi hazırlanmışdır. Çöl təd qiqat işlərinin nəticəsi olaraq mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək, kameral şəraitdə “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”nin elektron baza məlumatlarına və iş materiallarına əsasən müqayisələndirilərək, hazırda iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan mübahisələndirilən torpaq sahəsinin işə əlavə edilmiş JN-21942 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” (ərizəçinin adına tərtib olunmuş) ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 fevral 2018-ci il tarixli 23028 saylı ekspert rəyi ilə mübahisələndirilən torpaq sahəsinin işə əlavə edilmiş ərizəçinin adına tərtib olunmuş JN-21942 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Ərizəçi məhkəməyə hazırki müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını sübuta yetirə bilməmiş və məhkəmənin 2 may 2018-ci il tarixli, 2-1(81)-37/2018 nömrəli qərarının qanuni qüvvəyə mindiyi vaxtdan xeyli müddət keçdikdən sonra, yəni 3 (üç) il 06 (altı) ay sonra ərizə ilə məhkəməyə müraciət etmişlər.

18. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Apellyasiya instansiyası məhkəməsi işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-71/2009 və 2(001)-9019/2015 nömrəli mülki işlərə baxış keçirmiş və müəyyən etmişdir ki, Bakı şəhə ri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(001)-71/2009 nömrəli qətnaməsi ilə iddiaçı Hacıyev Eldar Şabulla oğlunun cavabdeh X5 ona məxsus olan və özbaşına zəbt edilmiş torpaq sahəsinin boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Hacıyev Eldar Şabulla oğluna Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 9 iyun 2005-ci il tarixli JN-21942D saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(103)-1598/2009 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-71/2009 nömrəli, 5 yanvar 2009-c u il tarixli qətnaməsi və 09 yanvar 2009-cu il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının 17 noyabr 2009-cu il tarixli, 2(102)-3253/09 nömrəli qərarı ilə iddiaçı Hacıyev Eldar Şabulla oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(103)1598/2009 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)9019/2015 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 9 iyun 2005-ci il tarixli, JN-21942D KOD-00100003 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Hacıyev Eldar Şabulla oğl unun mülkiyyətinə verilmiş Goradil bağ massivində yerləşən 351v saylı, 0,12 ha ölçüdə bağ sahəsinin 197 kv.m sahəsi (2,3,4 və 5 saylı koordinat nöqtələrində yerləşən hissə) cavabdeh X2 qanunsuz sahibliyindən alınaraq Hacıyev Eldar Şabulla oğluna qaytarılması, həmin 351v saylı bağ sahəsinin şərq hissəsindəki koordinat nöqtələri 2-ci nöqtədən 5-ci nöqtəyə qədər olan məsafədə, yəni 43,15 metr uzunluğunda çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, şərq hissədə 3-cü nöqtədən 4-cü nöqtəyədək olan məsafədə, yəni 42,56 metr ölçüdə hasarın cavabdeh tərəfindən bərpa edilməsi qərara alınmışdır. Qətnamədən apellyasiya şikayəti verilməmiş, qərar icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2022-ci il ta rixli, 2-1(103)-940/2022 nömrəli qərardadı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli, 2-1(81)-37/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, ərizəçinin ərizəsinin və eyni zamanda apellyasiya şikayətinin əsasını təşkil edən onun mübahisələndirilən torpaq sahəsinə dair 09 iyun 2005-ci il tarixli JN-21942D saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ləğv edilmiş, eyni zamanda ərizəçinin daha sonradan Bakı şəhər İcraiyyə Komitəsinin (qərar qəbul edən) 13 iyun 1 990-cı il tarixli 4/143 saylı qərarı və X3 və İstismarı Birliyinin 32 saylı orderi ilə Goradil Bağ massivində yerləşən 0.12 hektar, 351 “v” saylı bağ sahəsinə dair yeni (yerləşmə koordinatları konkret olaraq qeyd edilmiş) şəhadətnamə alması iş materialları ilə müəyyən edilməmişdir.

23. Apellyasiya məhkəməsi ərizəçinin məhkəmə iclasları barədə məlumatlandırılmaması barədə apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan, işin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsi tərəfindən ərizəçiyə ünvanlanmış 2(103)-1837/2018 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə bildirişində onun hazırkı mübahisə ilə bağlı şahid qismində məhkəməyə dəvət olunması qeyd edilmişdir. Məhkəmə tərəfindən qeyd edilən bildiriş ərizəçinin şəxsiyyət vəsiqəsinə əsasən rəsm i qeydiyyat ünvanı ünvan 3 poçt xəbərnaməsinə əsasən (ştrix kod – SS532933400AZ) “Hacıyev Eldar” qeyd edilməklə imzalanaraq təhvil alınmışdır. Ərizəçi hazırkı inzibati işin mövcudluğundan məlumatlı olmuşdur.

24. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Ərizəçinin kassasiya şikayətinin dəlilləri onun üçüncü şəxs qismində icraata cəlb edilməsi barədə ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

28. Üçüncü şəxslərin inzibati məhkə mə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət bar əsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən mə hkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veril miş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normal arının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə üçüncü şəxs qismində cəlb olunma ilə bağlı ərizənin və apellyasi ya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi ərizəçinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasının zəruriliyi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

34. Kassasiya şikayətinin dəlillərinə əsasən “Torpa ğın mülkiyyətə verilməsinə dair” JN-21942D nömrəli KOD 00100003 olan şəhadətnamə əsasında iddiaçının mülkiyyətinə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,12 ha olan 351 “V” saylı bağ sahəsi verilmişdir. Hazırkı iş üzrə məhkəmələr iddia tələbini təmin edərkən onun torpaq üzərində mülkiyyət hüququnu nəzərə almamış, nəticədə, onun hüquqları kobud şəkildə pozulmuşdur. Apellyasiya məhkəməsi şəhadətnamənin ləğv edildiyinə istinad etsə də, torpağın verilməsinə dair Bakı şəhəri İK-nın xx.xx.1990-cı il tarixli 4/143 saylı qərarı hal-hazırda qüvvədədir.

35. İşin halları ilə müəyyən edilir ki, hazırkı mübahisəyə mahiyyəti üzrə baxılarkən cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsinin E.Ş.Hacıyevə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsini və bu səbəbdən E.Ş.Hacıyevin üçünc ü şəxs kimi məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş, mütəxəssis rəyi ilə həmin dəlil təsdiqini tapmadığından cavabdehin vəsatəti rədd edilmişdir. Bundan başqa, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra cavabdeh yeni açılmış halla bağlı məhkəməyə müraciət etmiş və E.Ş.Hacıyevin üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş, cavabdehin bu müraciəti də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilməmişdir.

36. İki dəfə məhkəmə icraatı çərçivəsində E.Ş.Hacıyevin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi məsələsinə baxılmış və hər iki halda onun işə cəlb edilməsi üçün əsas olmamışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadının 38-39-cu bəndlərində qeyd edilmişdir ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraql arına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmadığından ərizəçinin kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hacıyev Eldar Şabulla oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 17 may 2022-ci il tarixli, 21(103)-940/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar