Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1532/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış qadına güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ciı il təvəllüdlü; FİN xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edi lməsi və ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-175/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər İcra Hakimiyyəti MKTB-nin 8 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli 1488 saylı ailə tərkibi haqqında arayışına əsasən, iddiaçı övladları 01 oktyabr 1987-ci il təvəllüdlü X1 və 07 aprel 1989-cu il təvəllüdlü X2 doğub 8 yaşına qədər tərbiyə etmişdir.
2. İddiaçıya məxsus ПТ ******* saylı əmək kitabçasının məlumatlarına əsasən, o, 01 may 1985-ci ildən 8 dekabr 1988-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.2010-cu ildək, xx.xx.2010-cu ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. 3. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu Kadrlar şöbəsinin 63 saylı, 64 saylı, 65 saylı xx.xx.2022-ci il tarixli arayışlarına əsasən, iddiaçı 02 oktyabr 1995-ci ildən 31 iyul 1997-ci ilə kimi “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun izolyasiya və hidroizolyasiya sexində sarğıçı, 01 avqust 1997-ci ildən 31 dekabr 2005-ci ilədək tikinti və izolyasiya sexində izoləedici, 01 yanvar 2006-cı ildən 19 iyul 2010-cu il tarixədək izolyasiya sahəsində izoləedici, təmir-tikinti və izolyasiya sahəsində izoləedici işləmişdir. Sarğıçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 n ömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XXVİİ bölməsində 290000a-12520 kodu ilə izolyasiyaçılar istehsalatında, tikinti və izolyasiya sexində izoləedici peşəsi, XXVİİİ bölməsində 290000a-12570 kodu ilə izolyasiya sahəsində izoləedici, təmir-tikinti və izolyasiya sahəsində izoləedici, XXİX bölməsində izolyasiyaedici peşəsi olaraq göstərilmiş və o, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyi “TəmirTikinti” İdarəsinin 01/04-01 saylı, 13 aprel 2022-ci il tarixli arayışında qeyd edilmişdir k i, iddiaçı 20 iyul 2010-cu ildən hal-hazıra kimi “Azərikimya” İstehsalat Birliyinin “Təmir-Tikinti” İdarəsinin 02 saylı İzolyasiya sahəsində izoləedici-plyonkaçı işləyir və göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin a) bəndinə əsasən, izoləedici-plyonkaçı istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
5. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə xx.xx.2022-ci il tairxli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə ona imtina edilmişdir. İmtinada “Əmək pensiyaları haqq ında” Qanunun 9.1 və 9.8-ci maddələrinə və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə istinad edilməkə göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilən “Azərkimya” İB “Etilen-Polietilen” zavodunun onun barəsində arayışında xx.xx.2001xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən, qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu ümumilikdə 3 il müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən, onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az (9 il 11 ay 29 gün) təşkil edir. Bundan başqa, onun ümumi iş stajı 20 ildən az (17 il 8 ay 16 gün) təşkil edir. Eyni zamanda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 56880,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36363,37 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 24 may 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək uşaqları xx.xx. 1987-ci il təvəllüdlü X3 və xx.xx.1989-cu il təvəllüdlü X4 qulluq etdiyi 2 il 7 ay 2 günun işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi müddət kimi onun ümumi iş stajına daxil edilməsi, 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı ərizəsində hazırkı qərarın 1-4-cü bəndlərində qeyd olunan faktiki hallara istinad edərək, cavabdehin imtinasını qanunsuz və əsassız hesab etmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) 2-1(118)-1982/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək uşaqları - xx.xx.1987-ci il təvəllüdlü X3 və xx.xx.1989-cu il təvəllüdlü X4 qulluq etdiyi 2 il 7 ay 2 günun işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi müddət kimi onun ümumi iş stajına daxil edilməsi, 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq ümumi iş stajına daxil edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının bir övladı xx.xx.1987-ci il təvəllüdlü, digəri isə xx.xx.1989-cu il təvəllüdlüdür. Belə olan halda, iddiaçının uşaqlarının 3 yaşına çatanadək onlara qulluq etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməli olması qanunun tələbindən irəli gəlir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi müddətdə körpə uşaqlarına qulluq etdiyi müddət ona əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. İddiaçının 52 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ yaranmışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmas ı və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.T.Məmmədov / sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) 2-1(105)175/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1982/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN V Ə ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığor taolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddə tindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: (iddiaçının 52 yaşı tamam olduğu zaman qüvvədə olan redaksiyada): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:... qadınlar-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:...e) işləməyən ananın körpə uşaqlar a qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;....Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillə rindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının iş materiallarında olan əmək kitabçasının, onun uşaqlarının doğum haqqında şəhadətnamələrinin surətlərindən və “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun xx.xx.2022-ci il tarixli ara yışlarından görünür ki, iddiaçının ona “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən deyil, həmin qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulan şərtlərlə (52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa) pensiya təyin edilməsi üçün zəruri olan bütün şərtlər ödənilmişdir.
26. Qanunvericilik iddiaçının müvafiq dövrlərdə işlədiyi izolyasiya və hidroizolyasiya sexində sarğıçı və tikinti və izolyasiya sexində izoləedici peşələri yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında nəzərdə tutulmuşdur. Bununla belə, cavabdeh iş materiallarında olan, iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsində istinad etd iyi halları nəzərə almayaraq və qanunvericiliyin yuxarıda istinad edilən tələblərini pozaraq iddiaçının işləməyən ana kimi körpə uşaqlarına qulluq etdiyi müddəti onun ümumi əmək stajına daxil etməməklə formal olaraq onun ümumi iş stajının 20 ildən az (17 il 8 ay 16 gün) təşkil etməsinə, habelə güzəştli arayış üzrə 10 ildən artıq olan stajının hesablanması zamanı xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olması nəzərə alınaraq güzəştli iş stajının 10 ildən az - 9 il 11 ay 29 gün (tələb olunan 10 ildən cəmi 2 gün az) olmasına istinad etmişdir.
27. Məhkəmə kollegiyası həmçinin, bu xüsusda apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək kitabçası üzrə işləmədiyi dövrlər onun körpə uşaqlarına qulluq etdiyi dö vrlər olmuşdur ki, həmin dövrlər də qanunvericiliyin tələblərinə uyğun olaraq birmənalı şəkildə iddiaçının ümumi iş stajına daxil edilməlidir. İddiaçının güzəştli şərtlərlə pensiya təminatı verən iş yerində işlədiyi dövrdə cəmi 1 dəfə 3 ay müddətinə ödənişsiz məzuniyyətdə olmasına gəldikdə isə Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dö vr isə təqvim üzrə 6 aydan artıq olmamışdır. Digər tərəfdən, cavabdehin müvafiq dəlili həm də ona görə əsassızdır ki, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu abzası əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxil edildiyini müəyyən etsə də, həmin tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajının həmin maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanmasını müəyyən etmişdir ki, bu halda da ən azından iddiaçının işlədiyi və əmək kitabçasında qeyd edilən dövrləri də əhatə edən ödənişsiz məzuniyyət dövrünə düşən xx.xx.2001-xx.xx.2001-ci il tarixədək olan dövrlər o nun əmək stajı kimi nəzərə alınmalıdır. Bu halda isə iddianın tələb olunan güzəştli stajı 10 ildən artıq olur.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
29. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-175/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən sa