Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1532/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: reyestrdə qeydiyyatın qismən ləğv olunması; dinlənilmə hüququnun və işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəs inə qarşı (üçüncü şəxslər: Balakən rayon İcra Hakimiyyəti, "xxxx" MMC) - “cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m² ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-67/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Balakən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 nömrəli Sərəncamına əsas ən, Balakən şəhəri, S.Vurğun küçəsində yaşayış binasının tikintisi üçün 3000 kv.m torpaq sahəsinin "xxxx" MMC-yə alqı-satqı əsasında satılması qərara alınmışdır.
2. Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 79 nömrəli Sərəncamına əsasən, RİH-nin Memarlıq və Tikinti bölməsi ilə razılaşdırılmış və xx.xx.2007-ci ildə qeydiyyatdan keçmiş layihə əsasında Balakən şəhəri, S.Vurğun küçəsində 60 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir.
3. Balakən Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən "xxxx" MMC-nin sədri P.Əliyarova ünvanlanmış xx.xx.2008-ci il tarixli 542/1 saylı məktubdan görünür ki, Balakən Rayon İcra Hakimiyyəti sözügedən Cəmiyyətdən Balakən şəhəri N.Nərimanov küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından dörd otaqlı bir mənzil Rayon İcra Hakimiyyətinə ayrılmasını xahiş etmişdir.
4. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti başçısının 172 saylı, xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında mənzil məsələləri üzrə ictimai komissiya "xxxx" MMC-nin xx.xx.2008ci il tarixli, 31 saylı məktubunu nəzərə alaraq "xxxx" MMC tərəfindən xx.xx.2008-ci il tarixli, 542/1 saylı məktub əsasında Balakən Rayon İcra Hakimiyyətinə ayrılmış mənzilin İddiaçı ayrılmasını təklif etmiş, Balakən şəhəri S.Vurğun küçəsində (hazırda N.Nərimanov küçəsi) tikilən çoxmərtəbəli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 m2 olan 40 saylı mənzil həmin Sərəncamla İddiaçı verilmişdir. Sərəncam əsasında iddiaçının adına xx.xx.2008-ci il tarixli 000013 nömrəli order tərtib ed ilmişdir.
5. Balakən Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş 2010-cu il tarixli “Tikintisi başa çatdırılmış Balakən şəhərində 60 mənzilli yaşayış evinin istismara buraxılması haqqında” Dövlət Qəbul Komissiyasının Aktına əsasən, Dövlət Qəbul Komissiyasına təqdim edilmiş “Balakən şəhərində 60 mənzilli yaşayış evi”nin istismara buraxılması qərara alınmışdır.
6. Həmin bina xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. İddiaçı cavabdehə müraciət edərək, Balakən şəhəri, Nəriman Nərimanov küçəsi 93 ünvanında yerləşən çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış qeydiyyatın həmin binada yerləşən sahəsi 116 m² olan 40 saylı mənzilə dair hissəsinin ləğv edilməsini xahiş etmişdir.
8. Cavabdehin xx.xx.2022-ci il ta rixli, **********93 saylı cavab məktubunda bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi cavabdehin səlahiyyətləri daxilində deyildir. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m² ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cav abdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadları ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri, Balakən Rayon İcra Hakimiyyəti isə adi qaydada cəlb edilmişdir. İddiaçının əsaslandırması:
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2000-ci ildən Balakən rayonundan Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməyi ilə əlaqədar həmin rayona tez-tez gəlməyinə, həmçinin bu rayonda mənzilinin olmamasına əsaslanan Balakən Rayon İcra Hakimiyyətinin başçısı özünün xx.xx.2008-ci il tarixli, 172 № li sərəncamında "xxxx" MMC-nin Balakən Rayon İcra Hakimiyyətinə ünvanladığı 31 № li, xx.xx.2008-ci il tarixli məktubuna rayon İcra Hakimiyyəti başçısı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyada baxılmasına və sözügedən komissiyanın mənzilməişət şəraitini araşdıraraq Balakən şəhəri S.Vurğun küçəsində inşa olunmuş hündürmərtəbəli, çoxmənzilli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 40 saylı mənzillə təmin edilməyini təklif etdiyinə istinad edərək həmin sərəncamla yuxarıda sözügedən ünvanda yerləşən, yaşayış sahəsi 116 m² olan 40 saylı mənzilin ona verilməsini qərara almışdır.
12. Bununla əlaqədar olaraq sərəncamın verildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq Balakən Rayon İcra Hakimiyyəti başçısı tərəfindən onun adına xx.xx.2008-ci il tarixli, 000013 № li order verilmişdir.
13. İddia ərizəsinə əlavə edilən Balakən rayon Dövlət Arxivindən alınmış xx.xx.2022-ci il tarixli, 65 № li arxiv arayışında n görünür ki, Balakən Rayon İcra hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 № li sərəncamı arxiv fondunda qeydiyyata alınmışdır. Sözügedən mənzil yuxarıda istinad edilən sənədlərə əsasən ona verildikdən sonra tərəfindən həmin mənzil tam təmir edilməklə, mənzil zəruri olan mebel və digər məişət avadanlıqları ilə də təchiz olunmuşdur. Qeyd olunan mənzil keçən müddət ərzində tərəfindən faktiki olaraq əməli istifadə olunur. Sözügedən mənzil ona verildikdən sonra tərəfindən həmin mənzilə dair müvafiq kommunal xərclərin, eləcə də digər müvafiq ödənişlərin ödənilməsi mütəmadi olaraq icra olunur.
14. Yuxarıda göstərilən mənzilə dair hüquqlarının dövlət reyestrində qeydə alınması üçün tərəfindən müvafiq addımlar atılsa da, hər dəfə bildirilirmişdir ki, mənzilinin də daxil olduğu hündürmər təbəli, çoxmənzilli binanın istismarına dair aidiyyəti dövlət orqanları tərəfindən müvafiq icazə verilmədiyindən mənzil üzərindəki hüquqlarının dövlət reyestrinə daxil edilməsi mümkün deyildir.
15. Bir müddət əvvəl onun da mənzilinin daxil olduğu yuxarıda göstərilən çoxmənzilli, hündürmərtəbəli binaya dair "xxxx" MMC-nin adına ümumilikdə reyestrdən çıxarış verildiyi barədə şifahi məlumat aldıqdan sonra, tərəfindən bu məlumatın dəqiqləşdirilməsi məqsədi ilə vəkili vasitəsi ilə cavabdehə müvafiq sorğu verilmişdir. Sözügedən sorğuya verilən cavab məktubunda qeyd olunmuşdur ki, mənzilinin daxil olduğu hündürmərtəbəli binanın yeni ünvanı Balakən şəhəri, Nəriman Nərimanov küçəsi, bina 93 olaraq dəyişdirilməklə həmin bina xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 01 saylı reyest r kitabının 1-ci səhifəsində "xxxx" MMCnin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
16. Tərəfindən cavabdehə müraciət edilərək, ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat № **********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m² ibarət olan 40 saylı mənzilinə dair hissəsinin ləğv olunması xahiş edilmiş, lakin bu xahişi cavabdeh inzibati orqan tərəfindən təmin olunmamışdır. Cavabdehin etirazları:
17. Cavabdeh və üçüncü şəxslər iddia tələbinə qarşı etiraz təqdim etməmişlər. Sorğu və arxiv arayışları:
18. Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Balakən RİH tərəfindən "xxxx" MMCnin sədri P.Əliyarova ünvanlanmış xx.xx.2008-ci il tarixli, 542/1 saylı müraciətdə şəhərin N.Nərimanov küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından dördotaqlı bir mənzilin rayon icra hakimiyyəti üçün ayrılması xahiş edilmişdir.
19. Balakən RİH başçısı yanında mənzil məsələləri üzrə ictimai komissiya tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin Balakən rayonundan (109 saylı seçki dairəsi) seçilmiş deputatı İddiaçı mənzil-məişət şəraiti araşdırılmış, tez-tez ezamiyyətdə olan millət vəkilinin rayonda mənzili olmadığı nəzərə alınaraq onun Balakən şəhəri, S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8ci mərtəbəsində 40 saylı mənzillə təmin edilməsi təklif edilmiş, Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 172 saylı Sərəncamı ilə S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 m² ibarət 40 saylı mənzilin İddiaçı verilməsi məqsədəuyğun sayılmışdır.
20. Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 172 nömrəli Sərəncamının və əlavə edilmiş orderin surətindən görünür ki, millət vəkili İddiaçı Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 m² olan 40 saylı mənzilin verilməsi qərara alınmışdır.
21. Balakən Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mənzil şəraiti ilə bağlı Balakən RİH-ə müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Balakən Rİ H-də "Alazançay” MMC-nin sərəncamda qeyd olunan 31 saylı xx.xx.2008-ci il tarixli məktubu yoxdur. Balakən RİH başçısı tərəfindən "Alazançay” MMC-yə ünvanlanmış xx.xx.2008-ci il tarixli məktuba yazılı cavab verilib-verilməməsi barədə məlumat RİH-də yoxdur. RİHdə "xxxx" MMC-nin sözügedən mənzilin İddiaçı verilməsi ilə bağlı yazılı müraciəti yoxdur.
22. Balakən Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mənzil şəraiti ilə bağlı Balakən RİH-ə müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Balakən RİH-də "xxxx" MMCnin sərəncamda qeyd olunan 31 saylı xx.xx.2008-ci il tarixli məktubu rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının səhvi nəticəsində itmişdir. Balakən RİH başçısı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2008-ci il tarixli məktuba verilmiş yazılı cavabı müəyyən etmək mümkün olmamışdır. Lakin Balakən RİH başçısının xx.xx.2008-ci il tarixli, 172 saylı sərəncamına əsasən şəhərin N.Nərimanov küçəsində yerləşən çoxmənzilli binanın səkkizinci mərtəbəsində 40 saylı mənzilin R. Aslanovaya həmin məktub əsasında verilməsi məqsədəuyğun hesab edilmişdir. RİH-də "xxxx" MMC-nin sözügedən mənzilin İddiaçı verilməsi ilə bağlı yazılı müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin, R. Aslanova həmin mənzildən istifadə etmiş, kommunal xidmət haqlarını ödəmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
23. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-252/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Bal akən şəhəri, Nəriman Nərimanov küçəsi 93 (yeni qaydalarla ünvan 9 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) iddiaçının adına order verilmiş mənzilə dair hissəsinin (hazırkı ünvan 9 ləğv olunması öhdəliyi qoyulmuşdur.
24. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 172 nömrəli Sərəncamına əsasən Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, birgirişli yaşayış binasının 8-ci mərtəbəsində 116 m² yaşayış sahəsi olan 40 saylı mənzil iddiaçıya verilmişdir. Sərəncam əsasında xx.xx.2008-ci il tarixli 000013 nömrəli order iddiaçının adına tə rtib edilmişdir. İddiaçı tərəfindən mənzil təmir etdirilmiş və onun istifadəsində olmuşdur. "xxxx" MMC tərəfindən 15 ildən artıq müddət ərzində sözügedən Sərəncam və order, həmçinin, iddiaçının həmin mənzildən istifadəsi mübahisələndirilməmişdir. Verilmiş sorğulara əsasən müəyyən edilmişdir ki, sözügedən sərəncam ləğv edilməmiş, order hazırda da qüvvədədir. Cavabdeh inzibati orqan tərəfindən order nəzərə alınmadan həmin mənzil üzərində "xxxx" MMC-nin adına qeydiyyat aparılmışdır.
25. Üçüncü şəxs "xxxx" MMC həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
26. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-67/2024 nömrəli qərarı ilə üçüncü şəxs "xxxx" MMC tərəfindən v erilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılmış, iddia təmin edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.
28. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının M ənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir.
29. Qeyd olunan normalara əsasən, yalnız dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşa verilən order yaşayış sahəsinə köçmək üçün yeganə əsas kimi müəyyən edilmişdir. Lakin mübahisə predmeti olan mənzilin yerləşdiyi torpaq sahəsi həmin dövrdə bələdiyyə tərəfindən "xxxx" MMC-yə satılmış, Balakən RİH başçısının xx.xx.2007-ci il tarixli 79 nömrəli Sərəncamı ilə Balakən şəhəri, S.Vurğun küçəsində 60 mənzilli yaşayış binasını n tikintisinə RİH-nin Memarlıq və Tikinti bölməsi ilə razılaşdırılmış və xx.xx.2007-ci ildə qeydiyyatdan keçmiş layihə əsasında aparılmasına icazə verilmişdir. RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli, **********2 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mənzil "xxxx" MMC-nin xüsusi mülkiyyətinə verilmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan mənzil "xxxx" MMC-nin mülkiyyətində olduğundan cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
31. İddiaçının nümayəndəsi və vəkili həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ON A QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
32. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti başçısının 172 saylı, xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında mənzil məsələləri üzrə ictimai komissiya "xxxx" MMC-nin 31 saylı xx.xx.2008-ci il tarixli məktubunu nəzərə alaraq "xxxx" MMC tərəfindən xx.xx.2008-ci il tarixli, 542/1 saylı məktub əsasında Balakən Rayon İcra Hakimiyyətinə ayrılmış mənzil İddiaçı ayrılmasını təklif etmiş və bununla da Balakən şəhəri S.Vurğun küçəsində (hazırda N.Nərimanov küçəsi) tikilən çoxmərtəbəli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 m2 olan 40 saylı mənzil İddiaçı verilmişdir.
33. Sözügedən sərəncamın məzmununda göstərilən "xxxx" MMC-nin 31 saylı, xx.x x.2008-ci il tarixli məktubu Balakən Rayon İcra Hakimiyyətinin başçısının 542/1 saylı, xx.xx.2008-ci il tarixli məktubu əsasında "xxxx" MMC tərəfindən inşa edilən müvafiq mənzilin Balakən Rayon İcra Hakimiyyətinə mənzil fonduna ayrılması ilə bağlı olmuşdur. "xxxx" MMC sözügedən məzmunda rayon icra hakimiyyətinə məktub vermədiyini bildirərək, həmin məktubun surətini məhkəməyə təqdim etməmişdir.
34. Hazırkı işin materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti başçısının Aparatı adından Şəki İnzibati Məhkəməsinə göndərilən 03-1558 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Balakən RİH-də "xxxx" MMC-nin sərəncamda qeyd olunan 31 saylı xx.xx.2008-ci il tarixli məktubu rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının səhvi nəticəsində i tmişdir.
35. Nəzərə alınması zəruridir ki, "xxxx" MMC-nin Balakən Rayon İcra Hakimiyyətinə ünvanladığı 31 saylı, xx.xx.2008-ci il tarixli məktubu məhkəməyə təqdim etməməsi, eləcə də sözügedən məktubun rayon İcra Hakimiyyətinin əməkdaşlarının səhvi nəticəsində itirilməsi İddiaçı hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktının qəbuluna əsas ola bilməz.
36. Üçüncü şəxs apellyasiya şikayətinin dəlillərindən biri kimi onu göstərmişdir ki, Balakən Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı mənzil ayrılarkən "xxxx" MMC-nin buna razılığı, başqa sözlə, "xxxx" MMC-nin razılıq məktubu olmamışdır.
37. Halbuki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya İddiaçı ayrılmış mübahisəli mənzilin Balakən Rayon İcra Hakimiyyətinin balansına verilməsinə dair "xxxx" MMC 31 saylı, xx.xx.2008-ci il tar ixli razılıq məktubu olmuş və həmin razılıq əsasında sözügedən mənzil iddiaçıya ayrılmışdır. Sonradan naməlum şəraitdə həmin razılıq məktubunun itməsi, başqa sözlə, üçüncü şəxsin Balakən Rayon İcra Hakimiyyətinə ünvanladığı 31 saylı, xx.xx.2008-ci il tarixli məktubunun olmaması iddiaçının etimad göstərdiyi Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş xx.xx.2008-ci il tarixli, 000013 saylı orderin şübhə altına alınmasına əsas ola bilməz.
38. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhk əmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
39. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. İddianın mahiyyətindən görünür ki, iddiaçı Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 № li sərəncamına və həmin sərəncam əsasında verilmiş orderə istinad edərək, cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşə n 116 m2 ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Üçüncü şəxs "xxxx" MMC Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 № li sərəncamını və həmin sərəncam əsasında verilmiş orderin etibarsız hesab edilməsini tələb etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-518/2023 saylı qərarı ilə iddia tələbi təmin edilsə də, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-294/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-518/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə qərardad qəbul edilmiş və iddiaçı "xxxx" MMC-nin cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı “Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 172 nömrəli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş xx.xx.2008-ci il tarixli 000013 nömrəli orderin etibarsız hesab edilməsi” tələbinə dair iddia mümkün sayılmamışdır. "xxxx" MMC həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)2048/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-294/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 42. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fondunu Azərbaycan SSR əra zisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); Həmin Məcəllənin 48-ci maddəsinin tələbinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
44. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müq aviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
45. İstinad olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Balakən rayon İHB-nın xx.xx.2008-ci il tarixli 172 nömrəli sərəncamı və həmin sərəncam əsasında verilmiş xx.xx.2008-ci il tarixli 000013 nömrəli order əsasdır.
46. Lakin apellyasiya instansiya məhkəməsi yuxarıda istinad olunan normativ hüquqi aktların tələbini pozaraq hesab etmişdir ki, Balakən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 nömrəli Sərəncamına əsasən, Balakən şəhəri, S.Vurğun küçəsində “Alazançay" MMC-yə yaşayış binasının tikintisi üçün 3000 kv.m torpaq sahəsinin alğı-satqı əsasında satıldığı, eləcə də xx.xx.2018-ci il tarixli çıxarışla həmin torpaq sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı üçün cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
47. Nəzərə almaq lazımdır ki, nəinki iddiaçıya, ümumiyyətlə şəxsə icra hakimiyyəti orqanı tərəfindən mənzilin ayrılması və bununla bağlı müvafiq sənədləşdirmənin aparılması həmin orqanın səlahiyyət sferasına aiddir. Sənədləşmə ilə bağlı qüsurlar, sənədləşdirmə zamanı yol verilən prosedur pozuntular şəxsin təqsirkar davranışından irəli gəlmədiyi hallarda onun ziyanına təfsir oluna bilməz.
48. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçının 2000-ci ildən Balak ən rayonundan Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməyi ilə əlaqədar həmin rayona tez-tez gəlməyi, həmçinin bu rayonda mənzilinin olmaması ilə bağlı İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 № li sərəncamı ilə Balakən şəhəri S.Vurğun küçəsində inşa olunmuş hündürmərtəbəli, çoxmənzilli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 40 saylı mənzilin iddiaçıya ayrılması qərara alınmışdır.
49. Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamı ilə sözügedən mənzil iddiaçıya ayrılmış və bu barədə müvafiq orderin verilməsi nəzərdə tutulmuşdur.
50. Balakən Rayon İcra Hakimiyyəti başçısının sərəncamından iddiaçıya mənzilin ayrılmasının hər hansı tələblə və ya müqavilənin bağlanılması ilə, eləcə də hər hansı öhdəl iklə şərtləndirildiyi görünmür. Başqa sözlə, iddiaçıya mənzil qeyd-şərtsiz ayrılmış və bu baxımdan iddiaçıda mənzilin onun mülkiyyətinə verilməsinə dair qanuni gözləntilər yaranmışdır. Belə hallarda iddiaçının etimad hüququ nəzərə alınmalı və qorunmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir.
51. Belə ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, icra hakimiyyəti orqanının mənzilin iddiaçının mülkiyyətinə deyil, daimi istifadəsinə ayırmaq niyyətinin olduğu hallarda, həmin orqan bu niyyəti barədə ən azından iddiaçıya məlumat verməli və bununla bağlı iradəsini mənzilin ayrılması barədə inzibati aktda əks etdirməli, sərəncamda qanunvericiliyin tələblərindən irəli gələn müvafiq müddəalar, o cümlədən mülkiyyətçi ilə sosial kirayə müqaviləsinin bağlanı lması barədə müddəa nəzərdə tutulmalı idi.
52. Hazırkı mübahisəyə münasibətdə hüquqi müəyyənlik prinsipindən irəli gələn həmin tələblərə əməl olunduğu müəyyən olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.
53. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz.
54. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndiril məli və yetərli sayılmalıdır. Bu baxımdan həmin mənzilin qeydiyyata alınmasına münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi tətbiq olunmalı və Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamı istinad olunmuş maddədə nəzərdə tutulmuş əsas qismində qəbul edilməlidir. b) kassasiya şikayətinə etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
56. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə va sitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallard a 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
57. Kassasiya şikayəti va xtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
58. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
59. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
60. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həl li üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
61. Apelyasiya instansiyası məhkəməsi qərarında Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 172 nömrəli Sərəncamına və xx.xx.2008ci il tarixli orderə əsasən, iddiaçıya Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 kv.m olan 40 saylı mənzilin verilməsinin qərara alındığına istinad edərək göstərmişdir ki, İddiaçı adına orderin verildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində yalnız dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi v erilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşa verilən order yaşayış sahəsinə köçmək üçün yeganə əsas kimi müəyyən edilmişdir. Mübahisə predmeti olan mənzilin yerləşdiyi torpaq sahəsinin həmin dövrdə bələdiyyə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmasına, Balakən Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli 79 nömrəli Sərəncamı ilə Balakən şəhəri, S.Vurğun küçəsində 60 mənzilli yaşayış binasının tikintisinin RİH-nin Memarlıq və Tikinti bölməsi ilə razılaşdırılmasına və xx.xx.2007-ci ildə qeydiyyatdan keçmiş layihə əsasında aparılmasına icazə verildiyinə, həmçinin RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli, **********2 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyya tı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətinə verilmişdir.
62. Məhkəməsi kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
63. Apelyasiya instansiyası məhkəməsi, ilk növbədə nəzərə almalı idi ki, Balakən rayon İHB-nin xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamı, onun məzmunundan da göründüyü kimi, sərəncamda bilavasitə istinad edilən, habelə bilavasitə istinad olunmasa belə, sərəncamın qəbul edilməsinə səbəb olan faktiki hallar əsasında qəbul edilmişdir. Başqa sözlə, İcra Hakimiyyəti bunun üçün müqəddəm şərtlərin (o cümlədən, tikinti sahibinin – üçüncü şəxsin razılığının) mövcudluğunda hazırkı məzmunda sərəncam verə bilərdi. Həmin Sərəncamda da üçüncü şəxsin məktubuna istinad edilir. Digər tərəfdən, işin materiallarında İcra Hakimiyyətinin üçüncü şəxsə (tikinti sahibinə) yazılı müraciəti mövcuddur. Sərəncamda istinad edilən məktubun sərəncamın verildiyi vaxtda mövcud olduğunu İcra Hakimiyyəti də təsdiq edir.
64. Beləliklə, məhkəmə iddia olunan yaşayış sahəsinin İcra Hakimiyyətinin sərəncamına verilməsinə dair dəlilləri işdəki digər sübutlarla birlikdə tam və hərtərəfli araşdırdıqdan sonra onları qiymətləndirməli idi. Hazırkı halda, bu, baş verməmişdir.
65. Bu zaman, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərlə yerli icra hakimiyyəti orqanları arasında formalaşmış praktika da nəzərdən qaçırılmalı deyil. Belə praktika normativ qaydada 1982-ci il Mənzil Məc əlləsinin 24-cü maddəsində, lakin dövlət əsaslı vəsaiti hesabına tikilmiş yeni evlərdə mənzil sahəsinin bir hissəsinin məskunlaşdırılmaq üçün evtikənlər tərəfindən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə və başqa təşkilatlara verilməsi tənzimlənmiş, bina tikintisi fəaliyyətinin sahibkarlıq subyektləri tərəfindən həyata keçirildiyi vaxtdan isə həmin praktika qeyridövlət əsaslı vəsait hesabına tikilmiş yeni binalara da şamil edilmiş və hal-hazırda da bu praktika davam etməkdədir.
66. Bu qənaət, həmçinin ondan irəli gəlir ki, qanunverici məhz həmin praktikanı nəzərə almaqla bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələri vergiyə cəlb olunan gəlir hesab etmir, həmçinin həmin şəxslər tərəfindən dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəfləri gəlirdən çıxılan xərclərə aid edir (Vergi Məcəlləsinin 13.2.12, 108.3 və 164.1.47-ci maddələri).
67. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən Sərəncam və onun əsasında iddiaçının adına verilmiş xx.xx.2008-ci il tarixli, 000013 saylı order hal-hazırda da qüvvədədir, hər hansı əsasla ləğv edilməmiş, etibarsız hesab olunmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, həmin sərəncam və order "xxxx" MMC tərəfindən 14 ildən sonra məhkəmə qaydasında mübahisələndirilmiş, lakin iddia qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mümkün sayılmamışdır.
68. İPM-in 92.0, 92.0.3-cü maddələrinin tələbindən göründüyü kimi, proses iştirakçıs ının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.
69. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların və izahat verməmələrinin üzərindən sükutla keçə bilməz.
70. Balakən rayon İHB-nin xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamının qəbulu üçün səbəb və əsasların mövcudluğuna, bunun ardınca, binanın istismara verildiyi vaxtdan iddia olunan mənzilin iddiaçının istifadəsində olması, mənzilin onun tərəfindən təmir olunması və kommunal ödənişlərin edilməsi (bu fakt Balakən Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubu ilə də təsdiq olunur), sərəncam və orderin verildiyi 2008-ci ildən üçüncü şəxs "xxxx" MMC-nin mülkiyyət hüququnun qeydə alındığı 2018-ci ilədək həmin MMC-nin sərəncama, orderə və iddiaçının mənzilə sahiblik faktına hər hansı etiraz və şikayətinin olmadığına dair iddiaçı tərəfin dəlilləri araşdırma predmeti olmamış, məhkəmə qərarında həmin dəlillərə hər hansı münasibət bildirilməmişdir.
71. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır.
72. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
73. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-67/2024 saylı qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.