Məhkəmə qərarları › İş №2-1(102)-1532/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1532/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1532/2025 11.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması barədə qərarın etibarsız hesab edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair tarixsiz və nömrəsiz qərarın etibarsız hesab edilməsi və 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 2-1(103)-673/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya cavabdehin xx.xx.2013-cü il tarixli, 13/2446 nömrəli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqi əsasında 34 il 5 ay 12 gün xidmət müddətinə müvafiq olaraq hərbi qulluqçu kimi xx.xx.2013-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci uyğun olaraq müvafiq təminat xərcliyinin 92 faizi məbləğində (817,78 manat) güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək, natamam ildəki iş stajının (5 ay 12 gün) nəzərə alınmasını, bununla bağlı 2014-2024-cü illər üzrə pensiyasının düzgün (yenidən) hesablanmasını və yaranmış fərqin ödənilməsini xahiş etmişdir.

3. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024cü il tarixli, 3-17-1/2-7-2864/2024 nömrəli qərarına əsasən, yenidən hesablama nəticəsində iddiaçının əmək pensiyası 2059,21 manat məbləğində müəyyən olunmuş və xx.xx.2024-cü il tarixində bununla bağlı ona sms-lə məlumat göndərilmişdir (Sözügedən hesablama tarixinə qədər pensiya məbləği 2031,60 manat təşkil etmişdir).

4. Daha sonra, cavabdeh tərəfindən bir daha iddiaçının pensiyası tarixsiz və nömrəsiz qərarla, hesabl ama tarixinə qədər pensiya məbləği 2031,60 manat qeyd olunmaqla, yenidən hesablanaraq 2038,57 manat məbləğində müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair tarixsiz və nömrəsiz qərarın etibarsız hesab edilməsini və 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildən ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Xidmət keçdiyi Müdafiə Nazirliyi tərəfindən cavabdehə təq dim olunmuş məlumat vərəqinə əsasən xidmət illəri 34 il 5 ay 12 gün təşkil edir. Cavabdeh tərəfindən ona pensiya təyin olunarkən 34 il xidmət stajı nəzərə alınsa da, 5 ay 12 gün xidmət müddəti nəzərə alınmamışdır. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək, pensiya təyinatı zamanı nəzərə alınmamış 5 ay 12 gün xidmət müddəti nəzərə alınmaqla pensiyasının düzgün hesablanmasını xahiş etmiş, lakin ona rəsmi cavab verilməmiş, əvəzində cavabdehdən iki müxtəlif tarixdə fərqli məzmunlu sms-lər almışdır. xx.xx.2024 tarixdə göndərilən sms-də bildirilmişdir ki, onun müraciətinə əsasən əmək pensiyası yenidən hesablanaraq 2059,21 manat məbləğində müəyyən edilib. xx.xx.2024-cü il tarixində göndərilən sms-də isə bildirilmişdir ki, onun müraciətinə əsasən əmək pen siyası yenidən hesablanaraq 2038,57 manat məbləğində müəyyən edilib. Aprel ayında aldığı pensiyanın üzərinə 6,97 manat əlavə edilərək kart hesabına köçürülmüşdür. Cavabdehin bu mövqeyi onu qane etmədiyindən ona qarşı hazırkı iddianı qaldırmaq məcburiyyətində qalmışdır.

7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əmək pensiyası düzgün hesablanmışdır. Belə ki, məlumat vərəqində qeyd olunan 34 il 5 ay 12 gün (təqvimi xidmət illəri 26 il 15 gün, güzəştli xidməti illəri 8 il 4 ay 27 gün) xidmət müddəti üçün ona xx.xx.2013-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, müvafiq təminat xərcliyinin 92 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Onun müraciəti ilə əlaqədar tərəflərindən aparılan araşdırma zamanı əmək pensiyası müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət müddətindəki natamam ildəki iş stajı aylarının nəzərə alınmadığı müəyyən edilib. Bu səbəbdən də, iddiaçının əmək pensiyası yenidən hesablanaraq 1453 manat müəyyən edilib və keçmiş üç il müddət üçün hesablanıb.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 10 sentyabr 2024-cü il tarixli, 2-1(112)-8858/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya münasibətdə pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı etibarsız hesab edilmiş, iddiaçının natamam ildəki iş stajının (5 ay 12 gün) nəzərə alınma ması nəticəsində 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/2-7-2864/2024 nömrəli qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablama nəticəsində 2059,21 manat məbləğində müəyyən olunmuş (hesablama tarixinə qədər pensiya məbləği 2031,60 manat) və xx.xx.2024 tarixində iddiaçıya bununla bağlı məlumat xarakterli sms göndərilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçının əmək pensiyası bir daha yenidən hesablanaraq 2038,57 manat məbləğində müəyyən olunmuş və hesablama tarixinə qədər pensiya məbləği 2031,60 manat kimi qeyd olunmuşdur (tarixsiz və nömrəsiz qə rara əsasən). Yenidən hesablama ilə bağlı xx.xx.2024-cü il tarixdə iddiaçıya məlumat xarakterli sms göndərilsə də, yenidən hesablama ilə bağlı qərarın nömrəsi, tarixi müəyyən edilməmişdir.

10. İddiaçıya münasibətdə əmək pensiyasının 2038,57 manat müəyyən olunmasına dair cavabdeh orqanın qərarının tarixi (eləcə də nömrəsi) faktiki olaraq qeyd edilməsə də, iddiaçıya yenidən hesablama ilə bağlı sms xx.xx.2024-cü il tarixdə göndərildiyindən müvafiq qərarın (pensiyanın 2038,27 manat müəyyən olunması ilə bağlı) iddiaçıya münasibətdə əmək pensiyasının 2059,21 manat müəyyən olunmasına dair xx.xx.2024-cü il tarixli qərardan sonra qəbul edilmiş olduğu nəzərə alınır. Odur ki, mübahisələndirilən tarixsiz və nömrəsiz qərar qəbul edilərkən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərar qüvvədə olmuş və iddiaçıya təyin edilmiş pensiya məbləği 2059,21 manat müəyyən edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə əmək pensiyasının məbləğinin 2038,57 manat müəyyən olunmasına dair cavabdehin tarixsiz və nömrəsiz qərarı “İnzibati icraat haqqında” Qanunun 59.1.3, 59.1.4-cü maddələrinin tələblərinə cavab vermədiyi üçün həmin Qanunun 65.1.3-cü maddəsinə əsasən etibarsız hesab edilməlidir.

11. Məhkəmə nəzərə alır ki, iddiaçıya münasibətdə əmək pensiyasının 2059,21 manat müəyyən olunmasına dair xx.xx.2024-cü il tarixli qərarla onun marağı təmin edilməklə düzgün hesablama aparılmışdır. İddiaçının 34 il 5 ay 12 gün xidmət illərinə görə təminat xərcliyi (25 ilə görə 65% + 25 ildən yuxarı hərbi xidmətin (9 il) hər ilinə görə 3% + 5 aya görə 1,25%) ən azı 93,25% nəzərə alınmalı idi (12 günə görə əlavə 0,1%). Təminat xərcliyinin 1573,9 manat olduğu nəzərə alınarsa, həmin məbləğin 93,35% hissəsi 1469,23 + maddi yardım 10% olmaqla 146,92 + 2023-cü il üçün indeksləşdirilmiş məbləğ (14,7%) olmaqla 237,57 manat + 2024-cü il üçün indeksləşdirilmiş məbləğ (11,2%) 207,61 manat 2061,35 manat təşkil etməlidir.

12. İddia tələbinin ikinci (2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsi) hissəsinə münasibətdə məhkəmə müəyyən edir ki, mübahisənin yaranmasının səbəbi iddiaçının pensiya təyinatı zamanı natamam ildəki iş stajının (5 ay 12 gün) ümumi staja daxil edilib-edilməməsi ilə bağlıdır. İddiaçıya münasibətdə xx.xx.2013-cü il tarixdə əmək pensiyası təyin edilərkən natamam ildəki iş stajına görə əlavələr nəzərə alınmamışdır. İddiaçının müraciəti ilə əlaqədar cavabdeh tərəfindən aparılan araşdırma zamanı əmək pensiyasının müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət müddətindəki natamam ildəki iş stajı aylarının (5 ay) nəzərə alınmadığı müəyyən edilmiş və natamam ildəki iş stajı aylarına görə əlavələr də nəzərə alınaraq iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Lakin cavabdeh orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad olunaraq yaranmış fərqin yalnız müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilməli olduğu qeyd edilmişdir.

13. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə izah (dəqiqləşdirmə) xarakterli əlavənin məhz xx.xx.2017-ci il tarixdə n qüvvəyə minməsi iddiaçının hüququnun dəqiqləşdirmədən öncə mövcud olmaması və ya məhdudlaşdırılması kimi qəbul edilə bilməz. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının qanunvericilikdə mövcud olan hüququnun tətbiq edilməməsi (məhdudlaşdırılması) cavabdeh orqanın məsuliyyət sferası ilə əhatə olunur. İddiaçının 34 il 5 ay 12 gün xidmətinə dair dəqiqləşdirilmiş məlumat vərəqi Müdafiə Nazirliyi tərəfindən 2014-cü ildə cavabdeh quruma təqdim edilmişdir. Odur ki, iddiaçı əmək pensiyasının müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət müddətindəki natamam ildəki iş stajının nəzərə alınmaması nəticəsində 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icras ı zamanı son üç il üzrə müəyyən edilmiş və cavabdeh tərəfindən ödənilmiş məbləğ nəzərə alınmalıdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Günel Abbasova və Aytən Oruczadə) 16 yanvar 2025ci il tarixli, 2-1(103)-673/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmam asını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olu nduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələr dən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 9.5 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluq çuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: Maddə 9.5.1 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Maddə 20.14 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hər bi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla; 20.14.1 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.1 (xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gü ndən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin ad ı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verm əyən inzibati akt; Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu günd ən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin q ərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdir ilməli, iddia qismən təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona münasibətdə pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının etibarsız hesab edilməsinə və onun natamam ildəki iş stajının (5 ay 12 gün) nəzərə alınmaması nəticəsində 2014-2024cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsinə nail olmaqdan ibarətdir.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya münasibətdə pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının etibarsız hesab edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən l azımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. İddiaçının “natamam ildəki iş stajının (5 ay 12 gün) nəzərə alınmaması nəticəsində 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 29. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaql a ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə isə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “mür aciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində natamam ildəki iş stajı aylarının nəzərə alınması ilə bağlı dəyişiklik izah (dəqiqləşdirmə) xarakterli əlavə kimi təfsir oluna və qiymətləndirilə bilməz. Bu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanunun 1-ci maddəsinin məzmunundan da görünür. Həmin maddəyə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kasının Qanununda müvafiq dəyişikliklərin edilməsi, o cümlədən həmin Qanunun 20.14.1-ci maddəsinə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözlərinin əlavə edilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, qeyd olunan əlavə dəqiqləşdirməni deyil, natamam ildəki iş stajı aylarının nəzərə alınması ilə bağlı yeni tənzimləməni ifadə edir.

32. İddiaçının bu qərarın 20-ci bəndində istinad olunan normaya edilmiş dəyişikliyə əsasən əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə xx.xx.2024-cü il tarixdən daha əvvəl müraciət etdiyi iş materialları ilə müəyyən olunmur. Eyni zamanda, bununla bağlı iddiaçı tərəfindən də məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda, iddiaçıya natamam ildəki iş stajının (5 ay 12 gün) nəzərə alınmaması nəticəsində yaranmış pensiya fərqi xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün ödənilməlidir.

33. Pensiya fərqi üzrə xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün cavabdeh tərəfindən hər hansı məbləğin ödənilmiş olduğu təqdirdə, həmin məbləğ məhkəmə qərarının icrası zamanı nəzərə alınmalıdır.

34. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, yəni pensiya fərqinin ödənilməsi hissəsində dəyişdirilməli, iddiaçıya natamam ildəki iş stajının (5 ay 12 gün) nəzərə alınmaması nəticəsində yaranmış pensiya fərqinin xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qalan hissədə təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 21(103)-673/2025 nömrəli qərarı qismən, yəni pensiya fərqinin ödənilməsi hissəsində dəyişdirilir. İddiaçıya natamam ildəki iş stajının (5 ay 12 gün) nəzərə alınmaması nəticəsində yaranmış pensiya fərqinin xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulur. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qalan hissədə təmin edilmir. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 21(103)-673/2025 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar