Məhkəmə qərarları › İş №2-1(102)-1533/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1533/2019

22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1533/2019 22.05.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-1533/2019 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xxxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiya təyin edilməsini, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 1992-ci ildən Daxili İşlər Nazirliyinin tabeçiliyində olan 14 saylı X1 İdarəsində yanğınsöndürən vəzifəsində işləmişdir. Bundan sonra Cavabdeh Yasamal rayonu 3 saylı Yanğından Mühafizə bölməsində yanğınsöndürən, baş yanğınsöndürən, sonra isə bölmə komandiri vəzifəsində işləmiş, rütbəsi baş çavuş olmuşdur. Əmək kitabçası ilə 1992-ci ildən 2007-ci ilə kimi işləmiş və hərbi xidməti Əfqanıstan müharibəsində olduğu üçün 1 ili 3 il hesablanır, Cavabdeh bu iş yükünü düzgün hesablamadığından Nazirliyə müraciət edərək təqaüdə çıxması ilə bağlı köməklik göstərilməsini xahiş etsə də, ona imtina məktubu göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-3524/2018 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim T.Ə.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-33/2019 saylı qərarı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər İ.S.Şirinov və İ.B.Əhmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyi və şikayətə vəkilin orderi əlavə edilmədiyi üçün mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə kassasiya şikayəti qaytarılmalıdır. İş materiallarından da göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmiş, kassasiya şikayətinin mümkünlüyü yoxlanılan tarixədək Ali Məhkəməyə müvafiq orderlə vəkil tərəfindən tərtib edilərək imzalanmış kassasiya şikayəti daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə əsasən v ə Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq Qərara aldım: İddiaçı kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar