Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1533/2021 28.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı X4 Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: mübahisələndirmə haqqında iddia tələbinin mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, üçüncü şəxsin vəkili X2 iştirakı ilə, İddiaçı X4 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X7) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 2-1(103)-1189/ 2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1221 saylı, 23.07.1998-ci il tarixli sərəncamı ilə Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə 200mx50m ölçüdə torpaq sahəsinin abadlaşdırılması və əhalinin rahatlığını təmin etmək təqdim olunmuş cizgi əsasında X5 təhkim olunmuşdur.
2. İddiaçı X6 Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 25.10.2001-ci il tarixli 902 nömrəli sərəncamı ilə Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasında 1685,6 kv.m. tikinti sahəsi olan mövcud istifadə vəziyyətində təhkim olunmasına və 3349,3 kv.m. sahənin abadlaşdırılmasına icazə verilmiş, Tİ və MHQ idarəsinə sahənin mövcud vəziyyətində texniki pasportunun tərtib olunmasına və qeydiyyat vəsiqəsinin verilməsinə icazə verilmişdir.
3. Sonradan hazırkı iş üzrə üçüncü şəxs X7 Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı çoxsahəli istehsalat kommersiya firması) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 25.10.2001-ci il tarixli 902 saylı sərəncamı əsassız olduğuna görə ləğv olunması və Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 23.07.1998-ci il tarixli 1221 saylı sərəncamı bərpa edilərək ona ayrılmış torpaq sahəsinə verilmiş cizgi planına dəyişiklik edilməsi vəzifəsinin Suraxanı RİH-in üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkə məsinin 25.12.2019-cu il tarixli, 2-1(82)-97/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddianın təmin edilməməsi torpaqların üst-üstə düşməməsi ilə əsaslandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. Hazırda İddiaçı X9 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin X5 təhkim edilməsinə dair Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 23.07.1998-ci il tarixli, 1221 saylı sərəncamının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6897/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qərardadına əsasən X7 3-cü şəxs qismində işə cəlb edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2 8.01.2021-ci il tarixli, 2-1(112)-1987/2021 saylı qərardadı ilə (hakim Fərid Mədətli) iddia mümkün sayılmamışdır.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1998-ci il tarixli sərəncamı 2020-ci ildə mübahisələndirməklə iddia müddətini ötürmüşdür.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 21(103)-1189/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Cahangir Yusifov və Aida Hüseyn) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2-1(112)-1987/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Məhkəmə birinci instansiya məhkə məsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Məhkəmə qərardadı iddiaçıya 07.06.2021-ci il tarixində təqdim edilmişdir.
12. İddiaçı 21.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 2-1(103)-1189/2021 nömrəli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinə görə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində Hövsan çimərliyi adlanan ərazi 2001-ci il tarixindən İddiaçı X4 faktiki sahibliyi və istifadəsindədir. Həmin sahə əvvəllər Suraxanı rayon İcra Ha kimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli, 1221 saylı sərəncamına əsasən Hövsan qəsəbəsində yaşayan X5 təhkim edilmişdir. Həmin sahəni iddiaçı 2001-ci ilin may ayında qarşılıqlı razılıq əsasında X1 almışdır. Bundan sonra Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 25.10.2001-ci il tarixli, 902 saylı sərəncamına əsasən torpaq sahəsi İddiaçı X4 adına keçirilmişdir. Qeyd edilən ərazi Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 25.10.2001-ci il tarixli, 902 saylı sərəncamına əsasən İddiaçı X4 adına keçirilsə də, X3 adına olan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 23.07.1998-ci il tarixli, 1221 saylı sərəncamı ləğv edilməmişdir. Lakin iddiaçının bu barədə məlumatı olmamışdı və belə hesab edirdi ki, əvvəlki sərəncam ləğv edilmişdir. Lakin sonradan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı nın 23.07.1998-ci il tarixli, 1221 saylı sərəncamının ləğv edilmədiyi ona məlum olmuşdur ki, bu da iddiaçının hüquqlarını pozur. Məhkəmə isə göstərilənləri nəzərə almamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə zidd qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili X8 izahat verərək kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Həmin Məcəll ənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərara əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd),iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, idd ianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd), məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd).
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağ lıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı dır, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
25. Kassatorun dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə əlaqədar iddiaçının subyekt iv hüququnun olmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəni əsaslı hesab edir.
26. Belə ki, subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olubolmamasını özündə ehtiva edir.
27. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.
28. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorun an maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır.
29. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 23.07.1998-ci il tarixli, 1221 saylı sərəncamının ləğv edilməsini tələb etsə də, həmin sərəncamın onun hüquqlarına toxunmasını sübut edə bilmir.
30. Belə ki, iddiaçıya torpaq sahəsi 25.10.2001-ci il tarixli sərəncamla ayrılmışdır. Bu isə o deməkdir ki, iddiaçının 25.10.2001-ci il tarixindən əvvəl (1998-ci ildə) həmin torpaq sahəsi üzərində hər hansı bir istifadə hüququ yox idi. Yəni, Suraxanı RİH başçısının 1221 saylı, 23.07.1998-ci il tarixli sərəncamı verilərkən həmin sərəncamla üçüncü şəxsə ayrılmış torpaq sahəsinə dair iddiaçının hər hansı bir hü ququ olmamışdır.
31. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı X9 11.09.2000-ci il tarixində kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır (iş v.13). Göründüyü kimi, mübahisələndirilən sərəncam qəbul edilərkən hələ İddiaçı X9 mövcud deyildi. Bu hal bir daha onu təsdiq edir ki, 23.07.1998-ci il tarixli sərəncam verilərkən hələ iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində heç bir hüququ yox idi. Mövcud olmayan hüququn pozulması isə qeyri-mümkündür.
32. Bununla yanaşı, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 2-1(82)-97/2019 saylı iş üzrə X3 iddiasına baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 12.11.2019-cu il tarixli, 11811 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, B akı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 25.10.2001-ci il tarixli 902 saylı sərəncamı ilə İddiaçı X6 verilmiş torpaq sahəsinin eskiz layihəsində olan sxem ilə Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 23.07.1998-ci il tarixli 1221 saylı sərəncamı ilə X5 təhkim edilmiş torpaq sahəsi üst-üstə düşmür.
33. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar onu deməyə əsas verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 23.07.1998-ci il tarixli, 1221 saylı sərəncamı iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmur. İddiaçı özü də nə kassasiya şikayətində, nə də işə aşağı instansiya məhkəmələrində baxılarkən hüququnun pozulmasını, yəni hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edə bilməsi üçün subyektiv hüququnun mövcudluğunu sübut edə bilməmişdir.
34. Belə ola n halda, məhkəmələr haqlı olaraq iddia tələbini mümkün saymamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 2-1(103)1189/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 21(103)-1189/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.