Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1533/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X1” Şirkətinin Azərbaycandakı filialının cavabdeh Аzərbаycаn Rеspubliкаsı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “X1” Şirkətinin Azərbaycandakı filialının cavabdeh Аzərbаycаn Rеspubliкаsı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-469/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İş materiallarından görünür ki, iddiaçı Şirkətin Azərbaycandakı Filialında cavabdehin xx.xx.2018-ci il tarixli **********170108 nömrəli qərarı ilə cavabdeh vergi orqanı tərəfindən 2017-ci ilin yanvar - 2018-cu ilin sentyabr dövrü üzrə 30 gün müddətində növbəti səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar xx.xx.2018-ci il tarixdə Ədliyyə Nazirliyində Vahid məlumat reyestrind ə qeydə alınmışdır.
2. İşdən görünür ki, yoxlamanın həmin müddəti sonradan 90 gündən çox olmayan müddətə uzadılmış, eyni zamanda, 9 aydan çox olmayan müddətdə dayandırılmaqnla, təxirə salınmışdır.
3. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vəkil sorğusuna cavab məktubuna əsasən müəyyən olunur ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən yoxlamanın başlanması barədə xx.xx.2019 və sonrakı xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli dayandırmalar, eləcə də xx.xx.2019-cu il tarixli uzadılma reyestrə daxil edilmiş, xx.xx.2019-cu il tarixli uzadılma isə reyestrə daxil edilməmişdir
4. Cavabdeh vergi orqanı tərəfindən həmin yoxlama xx.xx.2020-ci il tarixində ba şa çatdırılaraq səyyar vergi yoxlaması aktı tərtib olunmuş və həmin akt əsasında da hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********198585 saylı qərar qəbul edilərək iddiaçı müəssisə aşağıdakı həcmdə vergi məsuliyyətinə cəlb olunmuşdur: 1). «2017-ci il mənfəət vergisinin 145623,99 manat məbləğində azaldılmasına görə 72812 manat məbləğində maliyyə sanksiyası; 2). 2017-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin 76744,62 manat azaldılmasına görə 13970,03 manat faizin tutulması; 3). 2018-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin 190085,07 manat azaldılmasına görə 33600,51 manat faizin tutulması; 4). 2017-ci ildə ƏDV məbləğinin ödənilməməsinə görə 8.075,44 manat məbləğində maliyyə sanksiyası. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) b irinci instansiya məhkəməsində icraat
5. İddiaçı 24 iyun 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 07 fevral 2020-ci il tarixli **********171574 saylı səyyar vergi yoxlaması aktının və onun əsasında qəbul olunmuş 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsasla ndırmışdır ki, “...cavabdehin 28 noyabr 2018-ci il tarixli **********170108 saylı qərarına əsasən iddiaçı müəssisədə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsində 07 fevral 2020-ci il tarixli akt tərtib olunmuş və həmin akta əsasən müəssisəyə 2017-ci il üzrə mənfəət vergisinin 145623,99 manat məbləğində azaldılmasına görə 72812 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması, 2017-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin 76744,62 manat azaldılmasına görə 13970,03 manat faizin tutulması, 2018-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin 190085,07manat azaldılmasına görə 33600,51 manat faizin tutulması, 2017-ci ildə ƏDV məbləğinin ödənilməməsinə görə 8075,44 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması səbəblərinə görə iddiaçı nın məsuliyyətə cəlb olunması qərara alınmışdır. İddiaçı hesab edir ki, qərar qanunsuz və əsassızdır.
8. Belə ki, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə iddiaçıya xidmət müqaviləsi əsasında xidmət göstərən 7 nəfər fiziki şəxs, fərdi sahibkar kimi vergi uçotuna durmuş, VÖEN almış və 2017-ci ilin noyabr ayından öz iradələri ilə könüllü şəkildə iddiaçı ilə xidmət müqaviləsi bağlamışdır. Cavabdeh isə qeyd edilən xidmət müqavilələrinə, mövcud əmək münasibətlərini pərdələmək məqsədilə bağlanılan əqdlər kimi qiymət vermişdir. halbuki, qeyd edilən xidmət müqavilələrinin yalan olmasına dair heç bir əsas yoxdur, bu sadəcə vergi orqanın ehtimalıdır. Aktda, xidmət müqavilələrinin yalan (pərdələnmiş) olması faktını təsdiq edən heç bir sübut və ya dəlil yoxdur, cavabdehin yeganə əsası odur ki, xidmət müqaviləsinə əsasən görülən işlərin xarakterinə və digər şərtlərə görə həmin münasibətlər əmək münasibətlərinin xarakterini daşıyır. Aktda əsaslandırma ondan ibarətdir ki, görülən işlərin xarakteri, iş qrafiki, ödənilmə qaydası və digər şərtləri faktiki olaraq əmək hüquq münasibətləri xarakteri daşıyır, fərdi sahibkarın yerinə yetirdiyi işin xarakteri, iş qrafiki və ödənilmə qaydası əmək münasibərtləri üzrə yerinə yetirilən işdən fərqli olmalıdır.” Lakin həmin fərqin nədən ibarət olmasını aktda göstərilmir.
9. Mənfəət vergisinin azaldılması ilə bağlı isə iddiaçı qeyd edir ki, filial tərəfindən digər hüquqi şəxsə həqiqətən faizsiz borc verilmişdir və aktla vergi orqanı tərəfindən, borcun verilmə tarixinə Mərkəzi bank tərəfindən xx.xx.2017xx.xx.2017-ci il tarixləri üzrə oxşar müddətə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi nəzərə alınmaqla, bu borca faiz hesablanmış və həmin faizdən 145623.99 manat mənfəət vergisinin hesablanması qərara alınmışdır. Aktakı əsaslanmaya görə filial borc müqaviləsini qarşılıqlı surətdə asılı olduğu "xxxx" MMC ilə bağlamış, həmin müqavilələrə əsasən 2016-cı il üzrə 2 986 335,99 manat və 2017-ci il üzrə 1 077 437,60 manat, cəmi 4 063 773,59 manat məbləğində pul vəsaitini faizsiz maliyyə yardımı və borç verilməsi şəklində ödəmişdir və buna görə belə nəticəyə gəlmişdir ki, qeyd olunan dövr ərzində filiala, Vergi Məcəlləsinin 18.1-ci, 14.9-cu və 104.1-ci maddələrinə müvafiq olaraq, həmin fəaliyyətdən 2017-ci il üzrə əlavə olaraq faiz gəliri və müvafiq olaraq, 145.623.99 manat əlavə mənfəət vergisi hesablanmalıdır. Aktda bununla bağl ı vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan maddə göstərməmişdir. Cavabdehin istinad etdiyi 18.1-ci, 14.9-cu və 104.1-ci maddələri vergi ödəyicisi üçün vəzifə müəyyən etmir, başqa sözlə, həmin maddələr faizsiz borc verilməsini qadağan etmir.
10. İddiaçı peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olmur və həmin fəaliyyətdən mənfəət əldə etmir ki, həmin mənfəətdən vergi ödəsin. İddiaçı təsadüfdən maliyyə yardımı kimi digər şəxsə qısamüddətli pul borc vermiş və bu yeganə haldır. Həmçinin cavabdeh, yoxlamanın uzadılması və dayandırması barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə çıxarışları, iddiaçıya təqdim etməmişdir...”
11. Cavabdeh iddia ərizəsinə etiazında səyyar v ergi yoxlaması aktında göstərilənlərə uyğun əsaslandırma ilə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1177/2021 nömrəli iş üzrə 3 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdehin istinad etdiyi Vergi Məcəlləsinin 18.1ci, 14.9-cu və 104.1-ci maddələrinin heç biri iddiaçıya tətbiq edilən vergi qanunvericiliyinin pozulması halı və həmin pozuntuya görə məsuliyyət nəzərdə tutan konkret maddə hesab oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Borc müqavilə si) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
14. Həmin Məcəllənin 741-ci (Borc üzrə faizlər) maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdir irlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 15. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 40.3-cü (Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması) maddəsinə əsasən, bankların aidiyyəti şəxslərə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlərin verilməsi və ya güzəştli şərtlərlə digər əməliyyatların aparılması qadağandır.
16. Qüvvədə olan qanunvericilik aktları faizsiz kredit verilməsini mümkün etməklə bir vaxtda aidiyyəti şəxslərə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlər verilməsini müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslərə aid edir. İddiaçı, həmin şəxslər sırasına aid deyil. İş materiallarından müəyyən olunur ki, iddiaçı peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olmur və həmin fəaliyyətdən mənfəət əldə etmir ki, həmin mənfəətdən vergi ödəsin. İddiaçı təsadüfdən maliyyə yardımı kimi digər şəxsə qısamüddətli pul borc vermişdir, qanunvericilik isə yalnız peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslərə peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəalarını gözləmək vəzifəsini öhdələrinə qoyur.
17. Cavabdeh tərəfindən həmçinin yoxlama ilə əhatə olunmuş 2017-ci il üzrə Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət ilə Hasilatın pay bölgüsü haqqında Sazişləri çərçivəsində fəaliyyət arasında gəlir və xərclərin bölgüsü düzgün aparılmadığı müəyyən edilmiş, gəlirlər üzrə məzənnə fərqinin hesablanması zamanı, Hasilatın pay bölgüsü haqqında Sazişləri fəaliyyət üzr ə yaranmış debitor borclarına görə 2017-ci il üzrə hesablanmış 172 500.29 manat mənfi məzənnə fərqinin düzgün olmayaraq Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət üzrə gəlirdən çıxılmalara aid edilmiş, habelə 2017-ci il üzrə hesablanmış 4 190.47 manat əmlak vergisinin 3 684.26 manatı Hasilatın pay bölgüsü haqqında Sazişləri fəaliyyət üzrə xərclərə aid edilməli olduğu halda Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət üzrə xərclərə aid edilmişdir və yekunda bu fəaliyyyət üzrə mənfəətin 2017-ci il üzrə 176 184,55 manat, nəticədə mənfəət vergisinin 35 236,91 manat azaldıldığı qeyd edilmişdir. Lakin cavabdeh həmin halı təsdiq edən və belə qərarın qəbulu üçün əsas olmuş hər hası bir sübuta nə yoxlama aktında, nə qərarında istinad etməmiş, məhkəmə araşdırması zamanı da təqdim etməmiş dir. Yəni iddiaçı tərəfindən 172 500.29 manat mənfi məzənnə fərqinin düzgün olmayaraq Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət üzrə gəlirdən çıxılmalara aid edilməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir.
18. Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin yoxlama dövründə 266 829,69 manat azalması ilə bağlı məhkəmə qeyd edir ki, 2017-ci ilin noyabr ayından 7 nəfər xarici vətəndaşların Azərbaycan Respublikasında qeydiyyatda olan vergi ödəyicisi kimi iddiaçı ilə bağlanılan xidmət müqaviləsi əsasında fəaliyyət göstərməsi cavabdehin iddia etdiyi kimi Vergi Məcəlləsinin 98.1-ci və 101.1-ci maddələrinə zidd deyil. Həmin maddələr fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirin nə olduğunu, hansı dərəcədə, qaydada və necə tutulduğunu müəyyən edir və vergi ödəyic isi üçün hər hansı qadağa müəyyən etmir. Vergi ödəyicisi vergi orqanlarında uçotda olan fiziki şəxslə mülki-hüquqi müqavilə bağlayarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Vergi ödəyicisinin qeyd edilən şəxslərlə xidmət müqaviləsi bağlanması hər iki tərəfin iradə ifadəsi ilə bağlı olmuş və hər hansı tərəfin hüquqlarını pozmağa yönəlməmişdir.
19. Yoxlama zamanı qanunvericiliklə mülki hüquq müqavilələrin bağlanmasına yol verilməyən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Əmək Məcəlləsinin 7-ci maddəsinə edilmiş dəyişikliklər, bir daha onu dəlalət edir ki, yoxlanılan dövrdə iddiaçı ilə həmin 7 nəfər xarici vətəndaş arasın da yaranan münasibətlərin əmək münasibətlərinin hesab edilməsi üçün qanuni əsaslar olmamış və həmin şəxslərdən mülki hüquq müqavilələrin rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilməmişdir.
20. Məhkəmə hesab etmişdir ki, vergi orqanının iddiaçı müəssisənin ayrı-ayrı şəxslərlə bağladığı xidmət müqaviləsini əmək müqaviləsi kimi qiymətləndirməsi və bu əsasla ona əlavə vergi borcu hesablaması əsassız olmuşdur.
21. İddiaçının 16 150,87 manat ƏDV məbləğinin vergi ödəyicisinin sub hesabına xx.xx.2017-ci il tarixində ödənilməli olduğu təqdirdə xx.xx.2017-ci il tarixində, yəni 2 gün gec ödənilməsi və bununla da 8 075,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin faktın təkzib etməməsinə baxmayaraq, qərar aşağıda qeyd edilən səbəblərə gör ə həmin hissədə də əsassızdır.
22. Belə ki, cavabdeh səyyar vergi yoxlamasını apararkən qanunvericiliyinin bir sıra normalarını pozmuşdur. Səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixində başlanılmış, xx.xx.2019-cu il tarixdə bitmişdir. Səyyar vergi yoxlamasının müddəti 2 dəfə uzadılmış, 9 dəfə isə yoxlama müvəqqəti dayandırılmışdır. Yoxlamanın müddəti 2 dəfə uzadılsa da (xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə) xx.xx.2019-cu il tarixli yoxlama müddətinin uzadılması barədə qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməmişdir.
23. Vergi orqanı yoxlamanın müddətini uzatsa da, bu barədə məlumatı reyestrə daxil etməməklə qanunvericiliyin tələblərini pozmuşdur, halbuki, həmin qeydiyyata alınmamış müddəti uzatmadan sonra yoxlamanın müddəti 8 dəf ə dayandırılmışdır və belə olan halda yoxlamanın hüquqi nəticəsi yoxdur. Həmin yoxlama əsassız olaraq 1 ildən çox müddətdə aparılmış, yoxlamanın uzadılması üçün səbəb isə, keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun aparılması üçün sənədlərin ətraflı öyrənilməsinə və araşdırılmasına əlavə vaxtın tələb olunduğu qeyd edilmişdir, lakin iddiaçının təqdim etdiyi arayışdan məlumdur ki, yoxlamaya faktiki həmin il ərzində cəmi 121 saat sərf edilmiş və cavabdeh həmin faktı təkzib etməmişdir.
24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-469/2022 nömrəli, 28 aprel 2 022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1177/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının qismən, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərarının iddiaçıya 8.075,44 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinin ləğv edilməsi ilə bağlı iddianın təmin edilən hissəsində ləğv olunması qərara alınmış, həmin hissədə iddiaçının iddia tələbi təmin edilməmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli yoxlama müddətinin uzadılması barədə qərarın Vahid məlumat reye strində qeydə alınmadığını əsas gətirərək yoxlamanın nəticələrinin bütövlükdə etibarsız olduğunu mübahisələndirən dəlilləri ilə aşağıdakılara görə razılaşmır.
27. Birincisi, işə əlavə olunmuş həmin qərar iddiaçıya təqdim olunmuş, lakin sonuncu həmin qərara dair hər hansı irad və şikayətini bildirməmişdir. O, hüquqlarını pozan əlverişsiz inzibati akt kimi, qeydiyyata alınmayan həmin qərarı isə mübahisələndirmək üçün İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 günlük müddəti də buraxmışdır.
28. İkinci bir tərəfdən, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan büt ün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
29. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
30. Qanunvericiyin tələbləri baxımından, həmçinin qeyd edilməlidir ki, 20172018- ci ilin vergi dövrü üzrə növbəti səyyar vergi yoxlanmasının təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli ilkin qərar reyestrdə qeydə alınmış, bundan sonrakı uzadılmalar və dayandırmalar (təxirə salınmalar) isə yoxlamanın təyin olunması barədə ilkin qəbul olunmuş əsas qərarın icrasından irəli gələn aralıq tipli inzibati aktları özündə əks etdirir. Digər tərəfdən, xx.xx.2019-cu il tarixli qərarı ilə uzadılma müddəti 30 gün təşkil edir ki, burada həmin müddətə münasibətdə yalnız cavabdehin yoxlama hərəkətlərinə etibarsızlığından söhbət gedə bilər. Həmin günlərdə isə faktiki yoxlama hərəkətlərinin mövcudluğu və ya iddiaçıya münasbətdə onun hüquqlarını məhdudlaşdıran hər hansı əlverişsiz inzibati aktının qəbul olunduğu da müəyyən olunmur. Həm də sözügedən uzadılma nəzərə alınmasa belə, ümumil ikdə, yoxlama ilə əhatə olunan dövr, qanunvericiklə müəyyən edilən həddini də aşmamışdır. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci hisəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının yoxlamanın bütün nəticələrinin etibarsızlığına istinad olunan və bu əsasdan çıxış edərək onun tərəfindən ödənilməli olan 16.150,87 manat ƏDV məbləği xx.xx.2017-ci il tarixində vergi ödəyicisinin subhesabına köçürüldüyü təqdirdə, bu köçürülmə 2 gün gecikmə ilə, yəni xx.xx.2017-ci il tarixində həyata keçirildiyinə görə ona həmin məbləğin 50 faizi miqdarında 8.075,44 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsini əsassız hesab edən mövqeyi ilə razılaşmır. Əslində, bu gecikmənin mövcudluğu tərəflər arasında mübahisələndirilmir.
32. Apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 58.6 və 175.1.3-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixdə təqdim edilən 4 hesab faktura üzrə malın dəyəri olaraq ümumilikdə 89.727,05 manat vəsait Azərbaycan Beynəlxalq Bankı vasitəsilə xx.xx.2017-ci il tarixində ödənildiyi halda, həmin fakturalar üzrə 16.150,87 manat ƏDV məbləğinin depezit hesaba xx.xx.2017-ci il tarixində ödənilməsi işin mübahisələndirilmədiyi halda cavabdehin mübahisələndirilən qərarı ilə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən iddiaçı ya həmin məbləğin 50 faizi miqdarında 8.075,44 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi vergi qanunvericiliyinə uyğun olmuşdur.
33. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə cavabdehin qərarına düzgün hüquqi qiymət verilməmiş, bununla bağlı ümumiyyətlə araşdırma aparılmamış, xx.xx.2019-cu il tarixli uzadılma qərarının Vahid məlmat reyestrində qeydə alınmadığına istinadən, mübahisələndirilən qərara əsasən ƏDV maliyyə sanksiyasını ləğv etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki, məhkəmə digər hissələrində mübahisələndirilən qərara mahiyyəti üzrə araşdırma aparmaqla müvafiq hüquqi qiymət vermişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin hissədə birinci instaniya məhkəməsinin qərarının əsass ız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və hesab edir ki, məhkəmənin qərarı, cavabdehin mübahisələndirilən qərarını ƏDV sanksiyası hissəsində ləğv olunmasını ehtiva edən hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası mübahisələndirilən qərara əsasən yoxlanılan dövr üzrə iddiaçıya əlavə mənfəət vergisi və muzdlu ödəmə mənbəyində əlavə vergi hesablanmasını əsassız saymışdır.
34. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2 və 741-ci maddələrinə istinad edərək həmin qərarın qəbul olunmasına əsas olan səyyar vergi yoxlaması aktında mənfəət vergisinin hesablanmasına göstərilmiş əsaslarla bağlı qeyd etmişdir ki, mənfəət vergisinin borc müqavilələrinə əsasən, həmin dövrün kreditlər üzrə orta faiz dərəcəsi nəzərə alınmaqla, iddiaçı müəssisəyə hesablanan 110.337,08 manat məbləğində mənfəət vergisi tamamilə əsassızdır. İstinad edilən borcun faizlərlə verilməsinə dair müqavilə şərtinin mövcud olmadığını mübahisələndirməyən cavabdeh vergi orqanı tərəfindən, həmin borcun faizlərlə verilməsi, ümumiyyətlə, bu borcu verən şəxs kimi onun müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olması sübuta yetirilmir.
35. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, borc müqaviəlsinə görə borc alan almış olduğu borcunu eyni keyfiyytdə və miqdarda da borc verənə qaytarır. Belə olan halda, borc müqaviləsindən gəlir əldə olunmasından söhbət gedə bilməz. Gəlir əldə olunması isə o halda baş verə bilər ki, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslə kredit müqaviləsi bağlanmış olsun ki, bunun əsasında da borc faizlərlə verilmiş olsun.
36. Bundan başqa, qeyd edilmişdir ki, satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir (Deponent - qiymətli kağızların saxlanılması və ya depozitarda saxlanılan qiymətli kağızlara aid hüquqların uçotu üzrə depozitarın xidməti ndən müqavilə əsasında istifadə edən şəxsdir).
37. Gəlirin qeyd olunan anlayışı da onu eməyə əsas verir ki, cavabdeh tərəfindən i 2017-ci ildə həmin dövr üzrə orta faiz dərəcələri ilə 551.935,38 manat faizlər hesabına gəlir etdiyini əsas gətirərək, iddiaçıya 110.337,08 manat məbləğində əlavə mənfəət vergisi hesablaması tamamilə əsassız olmuşdur.
38. Məhkəmə kollegiyası, həmçinin, “Hasilatın pay bölgüsü haqqında Sazişlər” çərçivəsində fəaliyyəti üzrə yaranmış debitor borclarına görə cavabdeh tərəfindən iddiaçıya 2017-ci il üzrə hesablanmış 172.500,29 manat mənfi məzənnə fərqinin, habelə, 2017-ci il üzrə bəyannamə üzrə hesablanan 4190,47 manat əmlak vergisinin 3684,26 manat məbləğində hissəsinin, ümumilikdə 176.184,55 (172.500,29+3684,26) manat vəsaitin Vergi Məcəlləsi ilə vergiyə cəlb edilə n xərclərə deyil, sözügedən “Hasilatın pay bölgüsü haqqında Sazişlər” çərçivəsində fəaliyyət üzrə xərclərə aid edilərək, ona 35.236,91 manat məbləğində əlavə vergi hesablanması ilə də razılaşmır. Çünki, qeyd edilən halda, cavabdeh heç bir əsaslandırma verilmədən, vergi qanunvericiliyinin hansı tələbi əsas tutulmadan, öz fərziyə və mülahizəsi əsasında bu qənaətə gəlmişdir.
39. Məhkəmə kollegiyası mübahisələndirilən qərar ilə iddiaçıya muzdlu ödəmə mənbəyində tutulan verginin 2017-ci ildə 76.744,62 manat azaldılmasına görə 13.970,03 manat faizin tutulması, 2018-ci ildə isə həmin verginin 190.085,07 manat azaldılmasına görə 33.600,51 manat faizin tutulması barədə hissəsini də əsassız saymışdır. (Cəmi, azaldılmış məbləğ 266.829,69 (76744,62+190085,07) manat). Hesab etmişdir ki, iddiaçı ilə V ÖEN-i olan şəxslər arasında xidmət müqavilələri bağlanmışdır ki, həmin müqavilələrin bağlanması 2021-ci il tarixinə qədər olan dövrə təsadüf edir.
40. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən 2017-2018-ci illəri əhatə edən dövr üzrə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə görə qəbul olunmuş mübahisələndirilən qərara əsasən müəssisəyə hesablanmış mənfəət vergisi və muzdlu ödəməyə mənbəyində tutulan vergiyə görə əlavə vergilər hesablanmasının və maliyyə sanksiyaları tətbiq olunmasının qanunsuz və əsassız olduğu sübuta yetirilir. Başqa sözlə, həmin hissələrdə cavabdeh inzibati orqan tərəfindən İPM-in 14.1-ci maddəsinə müvafiq olaraq mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Birinci instansiya məhkəməsinin qə rarından da görünür ki, məhkəmə həmin hissələrlə bağlı sübutlara düzgün hüquqi qiymət vermiş və iddianın təmin olunması barədə maddi və prosessual hüquq normalarına, o cümlədən, İPM-in 70.1-ci maddəsinə uyğun olan nəticəyə gəlmişdir.
41. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilmədiyi hissədə ləğv olunaraq iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Həmçinin cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
43. Kassasiyaçı qeyd etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sa hibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2.-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 44. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
45. Həmin Əsasnamənin 3.4.16-cı bəndinə əsasən reyestrə yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) daxil edilir.
46. Bundan başqa, qeyd edilmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı təşkilatda, səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixində başlanılmış, xx.xx.2019cu il tarixdə bitmişdir. Səyyar vergi yoxlamasının müddəti 2 dəfə uzadılmış, 9 dəfə isə yoxlama müvəqqəti dayandırılmışdır. Yoxlamanın müddəti 2 dəfə uzadılsa da (xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə) xx.xx.2019-cu il tarixli yoxlama müddətinin uzadılması barədə qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməmişdir, bundan sonra isə yoxlamanın müddəti 8 dəfə dayandırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, dayandırmanın səbəbi kimi ekspert və mütəxəssisin dəvət edilməsi göstərilmiş, ekspertin dəvət edilməsi qərara alınmış, lakin son nəticədə ekspertiza aparılmasına ehtiyac qalmamışdır. Yəni yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəs haqqında” Azərbaycan Respublikasının Qanununun və onun əsasında qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinin pozulması ilə aparıl mışdır. Qanunvericilik isə imperativ olaraq, vergi yoxlamalarının müddətinin artırılması barədə məlumatların (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) reyestrə daxil edilməsini tələb edir və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsinin olamdığını və bununla bağlı məsuliyyət tədbirlərinin tətbiq edilə bilinmədiyini müəyyən edir. Bu səbəbdən xx.xx.2018-ci il tarixindən xx.xx.2019 tarixinədək, iddiaçı təşkilatda aparılan səyyar vergi yoxlamasının hüquq nəticəsi oomadığına görə, iddiaçı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərarı tam olaraq ləğv edilməlidir.
47. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasimn 2-1(103)-469/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı qismən, “X2” Şirkətinin Azərbaycandakı filialının iddia tələbinin təmin eilmədiyi hissədə ləğv olunmasına və iş üzrə yeni qərar qəbul edilərək, həmin hissədə də “X1” Şirkətinin Azərbaycandakı filialının iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
48. Kassasiyaçı qeyd etmişdir ki, yoxlama zamanı filial tərəfindən yoxl ama ilə əhatə olunmuş 2017-ci il üzrə Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət ilə Hasilatın pay bölgüsü haqqında Sazişlər çərçivəsində fəaliyyət arasında gəlir və xərclərin bölgüsünün düzgün aparılmadığı müəyyən edilmişdir.
49. Belə ki, gəlirlər üzrə məzənnə fərqinin hesablanması zamanı, Hasilatın pay bölgüsü haqqında Sazişlər çərçivəsində fəaliyyət üzrə yaranmış debitor borclarına görə 2017-ci il üzrə hesablanmış 172.500,29 manat mənfi məzənnə fərqinin düzgün olmayaraq Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət üzrə gəlirdən çıxıimalara aid edildiyi, habelə 2017-ci il üzrə hesablanmış 4.190,47 manat əmlak vergisinin 3.684,26 manatı Hasilatın pay bölgüsü haqqında Sazişlər çərçivəsində fəaliyyət üzrə xərclərə aid edilməli olduğu halda, düzgün olmayaraq Vergi Məcəlləsi ilə v ergiyə cəlb edilən fəaliyyət üzrə xərclərə aid edildiyi müəyyən edilmişdir.
50. Yekunda, bu fəaliyyət üzrə mənfəətin 2017-ci il üzrə isə 176.184,55 manat azaldıldığı müəyyən edilmiş və 35.236,91 manat mənfəət vergisi hesablanmışdır.
51. MÖMV üzrə - MÖMV bəyannamələrin və ƏDV bəyannamələrinin yoxlanılması zamanı 2017-ci ilin noyabr-dekabr və 2018-ci ilin yanvar-sentyabr ayları üzrə Hindistan Respublikasının vətəndaşları olan bir sıra xarici fiziki şəxlərin gəlirlərinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə cəlb edilmədiyi və nəticədə MÖMV məbləği 266.829,69 manat (2017- ci ilin noyabr-dekabr ayları üzrə 76.744,62 manat və 2018-ci ilin yanvar-sentyabr ayları üzrə 190.085,07 manat) azaldılması müəyyən edilmişdir.
52. Yoxlama zamanı 2017-ci ilin noyabr-dekabr və 2018-ci ilin yanvar-sen tyabr ayları üzrə Hindistan Respublikasının vətəndaşları olan xarici fiziki şəxlər ilə filial arasında bağlanmış xidmətlərin təqdim olunmasına və işlərin göstərilməsinə aid müqavilələr üzrə bu xarici fiziki şəxlər tərəfindən mühəndis xidmətləri göstərilmişdir.
53. Həmin xarici fiziki şəxlər 2017-ci ilin noyabr ayına kimi bağlanmış əmək müqavilələrinə əsasən filialın işçiləri olmuş və onlann gəlirlərindən MÖMV tutlaraq ödənilmişdir.
54. Lakin sonradan bu xarici əməkdaşlar Azərbaycan Respublikasında qeydiyyatda olan vergi ödəyicisi kimi xidmət müqaviləsi əsasında fəaliyyət göstərmişlər.
55. Bu zaman, görülən işlərin xarakteri, iş qrafiki, ödənilmə qaydası və digər şərtlər faktiki olaraq əmək hüquq münasibətləri xarakterini daşısa da, tərəflər arasında əmək müqaviləsi deyil, xidmət müqavilə ləri bağlanmışdır.
56. Mülki hüquqi müqavilələr əmək münasibətlərini pərdələmək məqsədilə bağlanmışdır. Məhkəmə kollegiyası obyektiv həqiqəti müəyyən etmək üçün heç bir Hindistan vətəndaşını iş üzrə şahid qismində dindirməmiş və bu istiqamətdə heç bir əməli fəaliyyət göstərməmişdir.
57. Bundan başqa, filial tərəfindən təqdim edilmiş bank məlumatlarına və baza məlumatlarına görə "Haydratayt Opereyşns Limited" şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) xx.xx.2017-ci i! tarixində təqdim etdiyi H0219182, H0219183, H0219184, H0219185 nömrəli vergi hesab-fakturalan üzrə ümumilikdə 89 727,05 manat məbləğ xx.xx.2017-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə ödənmişdir.
58. Bu zaman, filialın ƏDV Depozit Hesabı üzrə çıxarış məlumatlarına görə qeyd olunan faktu ralar üzrə 16 150,87 manat ƏDV məbləği isə xx.xx.2017-ci il tarixində, yəni 2 gün gec olaraq filialın sub-hesabından vergi ödəyicisinin sub-hesabına ödənilmişdir.
59. Qeyd olunanları nəzərə alaraq Vergi Məcəlləsinin 58.6-cı maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən mallann (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50%-i miqdarında, yəni 8 075,44 (16150,87*50%) manat maliyyə sanksiyasının tətbiq edilmişdir.
60. Yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, məhkəmə kollegiyası aşağıda qeyd olunan maddi hüquq normalarım inzibati mübahsiə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir.
61. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
62. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
63. Həmin məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
64. İddiaçı ilə borc müqaviləsinin digər tərəfi olan borcalan arasında olan münasibətlər nəzərə alınmaqla vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin 18.2.2-ci və 14.9-cu maddələri iş üzrə səyyar vergi yoxlaması zamanı tətbiq edilmiş və qanunvericliyə uyğun olaraq müvafiq vergilər hesablanmışdır.
65. Vergilərin hesablanması əsasları həm səyyar vergi yoxlaması aktında, həm məsuliyyət qərarında, həm də cavabdeh tərəfindən tərtib edilmiş prosessual sənədlərdə qeyd edilməsinə baxmayaraq, məhkəmə heç bir əsas olmadan əsaslandırmanın aparılmamasına istinad etmişdir.
66. Məhkəmə kollegiyasının “müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olması sübuta yetirilmir” dəlilini təkzib edərək bildiririk ki, faizlə borc verilməsi üçün müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olması vacib tələb olunan şərt deyildir.
67. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (103)-469/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
68. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
69. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
70. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
71. İş üzrə apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
72. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin kassasiya şikayətlərindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh səyyar vergi yoxlamasını apararkən qanunvericiliyinin bir sıra normalarını pozmuşdur. Səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixində başlanılmış, xx.xx.2019-cu il tarixdə bitmişdir. Səyyar vergi yoxlamasının müddəti 2 dəfə uzadılmış, 9 dəfə isə yoxlama müvəqqəti dayandırılmışdır. Yoxlamanın müddəti 2 dəfə uzadılsa da (xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə) xx.xx.2019-cu il tarixli yoxlama müddətinin uzadılması (artırılması) barədə qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməmişdir.
73. Məlum olduğu kimi isə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının v ə onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 74. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
75. Həmin Əsasnamənin 3.4.16-cı bəndinə əsasən reyestrə yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) daxil edilir.
76. Beləliklə, ver gi orqanı yoxlamanın müddətin uzatsa da, bu barədə məlumatı reyestrə daxil etməməklə qanunvericiliyin tələblərini pozmuşdur, halbuki, həmin qeydiyyata alınmamış müddəti uzatmadan sonra yoxlamanın müddəti 8 dəfə dayandırılmışdır və belə olan halda yoxlamanın hüquqi nəticəsi yoxdur. Həmin yoxlama əsassız olaraq 1 ildən çox müddətdə aparılmış, yoxlamanın uzadılması üçün səbəb isə, keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun aparılması üçün sənədlərin ətraflı öyrənilməsinə və araşdırılmasına əlavə vaxtın tələb olunduğu qeyd edilmişdir, lakin iddiaçının təqdim etdiyi arayışdan məlumdur ki, yoxlamaya faktiki həmin il ərzində cəmi 121 saat sərf edilmiş və cavabdeh həmin faktı təkzib etməmişdir.
77. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzi bati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
78. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayətverildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.
79. Lakin apellyasiya məhkəməsi yuxarıda göstərilmiş normativ hüquq normalarını yanlış təfsir edərək öz qərarında yazır ki, “2017-2018-ci ilin vergi dövrü üzrə növbəti səyyar vergi yoxlanmasının təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli ilkin qərar reyestrdə qeydə alınmış, bundan sonrakı uzadılmalar və dayandırmalar (təxirə salınmalar) isə yoxlamanın təyin olunması barədə ilkin qəbul olunmuş əsas qərarın icrasından irəli gələn aralıq tipli inzibati aktları özündə əks etdirir. Digər tərəfdən, xx.xx.2019-cu il tarixli qərarı ilə uzadılma müddəti 30 gün təşkil edir ki, burada həmin müddətə münasibətdə yalnız cavabdehin yoxlama hərəkətlərinə etibarsızlığından söhbət gedə bilər. Həmin günlərdə isə faktiki yoxlama hərəkətlərinin mövcudluğu və ya iddiaçıya münasbətdə onun hüquqlarını məhdudlaşdıran hər hansı əlverişsiz inzibati aktının qəbul olunduğu da müəyyən olunmur. Həm də sözügedən uzadılma nəzərə alınmasa belə, ümumilikdə, yoxlama ilə əhatə olunan dövr, qanunvericiklə müəyyən edilən həddini də aşmamışdır. Belə ki, Vergi M əcəlləsinin 38.2-ci maddəsinin 2-ci hisəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən “...yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır)...” Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının, yoxlamanın bütün nəticələrinəin etibarsızlığına istinad olunan və bu əsasdan çıxış edərək onun tərə findən ödənilməli olan 16.150,87 manat ƏDV məbləği xx.xx.2017-ci il tarixində vergi ödəyicisinin subhesabına köçürüldüyü təqdirdə, bu köçürülmə 2 gün gecikmə ilə, yəni xx.xx.2017-ci il tarixində həyata keçirildiyinə görə ona həmin məbləğin 50 faizi miqdarında 8.075,44 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsini əsassız hesab edən mövqeyi ilə razılaşmır. Əslində, bu gecikmənin mövcudluğu tərəflər arasında mübahisələndirilmir.”
80. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən məsələni bu cür qiymətləndirməsini tamamilə səhv və əsassız bir hüquqi mövqe olaraq hesab edir.
81. Belə ki, yuxarıda artıq göstərildiyi kimi, cavabdeh “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinin və “Sahib karlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması aparılması qaydası haqqında” Əsasnamənin 1.5, 3.4.16-cı bəndlərinin tələblərini pozduğundan, cavabdehin səyyar vergi yoxlamasına dair tərtib etdiyi 29 mart 2020-ci il tarixli qərarın heç bir hüquqi nəticəsi yoxdur.
82. Belə olan halda apellyasiya məhkəməsinin Vergi Məcəlləsinin 58.6, 175.1.3cü maddələrinə (Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 175.1.3-cü maddəmsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDVnin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir.) istinadən “xx.xx.2017-ci il tarixdə təqdim edilən 4 hesab faktura üzrə malın dəyəri olaraq ümumilikdə 89.727,05 manat vəsait Azərbaycan Beynəlxalq Bankı vasitəsilə xx.xx.2017-ci il tarixində ödənildiyi halda, həmin fakturalar üzrə 16.150,87 manat ƏDV məbləğinin depezit hesaba xx.xx.2017-ci il tarixində ödənilməsi işin mübahisələndirilmədiyi halda cavabdehin mübahisələndirilən qərarı ilə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən iddiaçıya həmin məbləğin 50 faizi miqdarında 8.075,44 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi vergi qanunvericiliyinə uyğun olmuşdur” qənaətinə gəlməsi qanuna ziddir.
83. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən yuxarıda göstərilmiş hüquq normalarına riayət edilməməsi cavabdehin sözügedən səyyar vergi yoxlamasına dair tərtib etdiyi 29 mart 2020-ci il tarixli qərarının bütövlükdə ləğv edilməsi üçün kifayətdir.
84. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Vergi qanunvericiliyinə əsasən ümumiyyətlə “bazar qiyməti” malın ( işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.
85. Yəni burada “bazar qiyməti”nin təşəkkül tapmasının dairəsi mal, iş, xidmətlə məhdudlaşır.
86. Lakin iddiaçının hazırkı konkret halda etdiyi hərəkət mal, iş, xidmətlə əlaqədar deyil, belə ki, iddiaçı pul vəsaitini faizsiz şəkildə borc vermişdir ki, belə olan halda iddiaçının əldə etdiyi hansısa mənfəətdən söhbət gedə bilməz, belə ki, sözügedən müqavilə üzrə iddiaçının gəlir almaq hüququ yoxdur.
87. Eyni zamanda, qeyd edilməlidir ki, həmin əməliyyat vergi qanunvericiliyinə görə maliyyə xidmətlərinə də aid edilə bilməz.
88. Digər tərəfdən iddiaçının fiziki şəxslərlə bağladığı xidmət göstərilməsi barədə müqavilələrin əmək müqavilələri kimi qiymətləndirilməsi də yanlışdır, belə ki, əmək müqaviləl ərinin hüquqi nəticələri fərqli olmaqla yanaşı, vergi orqanının sözügedən məsələyə bu cür yanaşması Azərbaycan Respublikasının Konstitusiyasının 35.4-cü maddəsinin tələblərinə də uyğun deyildir.
89. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35.4-cü maddəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
90. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı qismən, yəni cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1177/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının, qismən, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərarının iddiaçıya 8.075,44 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinin ləğv edilməsi ilə bağlı iddianın təmin edilən hissəsində ləğv olunması, həmin hissədə “X1” Şirkətinin Azərbaycandakı filialının iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddiaçının iddiasının həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməli, apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
91. Şərh edilənləri və İPM-nin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-469/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı qismən, yəni “cavabdehin apellyasiya şikayətinin qismən təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1177/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı qismən – cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərarının iddiaçıya 8.075,44 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinin ləğv edilməsi ilə bağlı hissəsində ləğv olunması, həmin hissədə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilsin. İddiaçının iddiası həmin hissədə təmin edilsin. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 29 mart 2020-ci il tarixli, **********198585 nömrəli qərarı iddiaçıya 8.075,44 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-469/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.