Məhkəmə qərarları › İş №2-1(102)-1533/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1533/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1533/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs: Abşeron rayonu Mehdiabad bələdiyyəsi) qarşı “Abşeron rayon Mehdiabad bələdiyyəsinin 14 iyul 2007-cii l tarixli, 13 nömrəli iclas protokoluna əsasən X2 adına ayrılmış 0,66 ha torpaq sahəsinin qeydiyyata alınması və adına arayış verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2023-cü il tarixli, 2-1(105)96/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mehdiabad Bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli, 13 nömrəli protokolundan çıxarışa əsasən, X1 məqsədilə bələdiyyə mülkiyyətində olan 0,66 ha boş sahənin satılmasına qərar verilmiş, 15 fevral 2018-ci il tarixdə X5 tərəfindən bələdiyyənin hesabına torpağın alqı-satqısı ilə bağ lı 10020 manat ödənilmiş və 20 fevral 2018-ci il tarixdə "Torpaqların alqı-satqısına dair" akt tərtib edilmişdir.

2. X5 26 dekabr 2019-cu ildə ölmüşdür. Əri İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsidir.

3. İddiaçı Abşeron rayonu Mehdiabad qəsəbəsində arvadı X4 ayrılmış 0,66 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 09 fevral 2021-ci il tarixli məktubla iddiaçının tələbinin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, X4 0,66 ha torpaq sahəsi 14 iyun 2007-ci il tarixdə 13 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktı 20 fevral 2018-ci il tarixdə, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi 03 deka br 2020-ci il tarixdə verilmişdir.

4. Bundan əlavə, müraciətə əlavə edilmiş Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən olunmuşdur. Həmçinin, sözügedən torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayon Mehdiabad Bələdiyyəsinin 14 iyul 2007-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən mərhum arvadının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X2 adına arayış verilməsi öhdə liyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum arvadı 10 noyabr 2006-cı ildə ərizə ilə Abşeron rayonu Mehdiabad bələdiyyəsinə müraciət etmiş və Mehdiabad bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən ona sahibkarlıq məqsədilə bələdiyyə mülkiyyətindən 0,66 ha torpaq sahəsi ayrılması barədə qərar verilmişdir. X5 26 dekabr 2019-cu il tarixində öldüyü üçün iddiaçıya 16 fevral 2021-ci il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Uzun illərdir ki, iddiaçı həmin torpaq sahəsini özəlləşdirə və onun üzərində tikinti apara bilmir. İddiaçı, bununla bağlı cavabdehin imtina məktubunu əsassız hesab edir. Belə ki, ayrılmış torpaq sahəsinin yerquruluşu planından çıxarış verilmiş və Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydaları"na əlavəyə əsasən torpaqların alqı-satqısına dair akt tərtib edilərək, Mehdiabad bələdiyyəsinin büdcəsinə 10.020 manat məbləğində pul vəsaiti köçürülmüş və 20 fevral 2018-ci il tarixində təsdiq olunmuşdur.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)1436/2021 nömrəli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Mehdiabad bələdiyyəsinin 14 iy ul 2007-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən iddiaçının mərhum arvadının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına arayış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən həm DTXK-nin Abşeron rayon şöbəsinin, həm də Abşeron rayon İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyi alınmış və həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Mehdiabad bələdiyyəsinin hesabına köçürülmüş, bununla bağlı torpaq sahəsinin alqı-satqısına dair müqavilə tərtib edilmişdir. Eyni zamanda, sözügedən torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi də verilmişdir. Müvafiq rəylər sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı müsbət rəylər olmuş, qeyd olunan o rqanlar tərəfindən həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Həmçinin, qüvvədə olan qanunvericiliyin tələbinə görə DƏDRX və onun ərazi idarələri, bir qayda olaraq, mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Yəni, qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(105)-288/2022 nömrəli qərarı ilə (hakimlər F.Ə.Məmmədov-sədrlik edən, H.Ç.Babayeva və Z.T.Məmmədov) a pellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1436/2021 nömrəli qərarı dəyişdirilmiş, Abşeron rayonu, Mehdiabad bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən iddiaçının mərhum arvadı X4 ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli iclasının tarixini 14 iyul 2007-ci il kimi göstərmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1485/2022 nömrəli qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və K.N.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 21(105)-288/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və bu nəticəyə dair əsaslandırması İnzibati Prosessual Məcəllənin 12.1, 12.2 58.7 və 82-ci maddələri nin tələbələrinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə “Torpaqların alğı-satqı Qaydaları” ndan “Torpaqların alğı-satqısına dair Akt” çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi akt isə 20 fevral 2018-ci il tarixində tərtib edilmişdir. Digər tərəfdən, həmin akt alıcı tərəfindən də imzalanmamışdır. Beləliklə, bələdiyyə qərarında nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçının hüquq sələfinə verilməsi baş tutmamışdır ("Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 6.2-ci maddəsi). Buradan, alıcının həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan mülkiyyət hüququ yaranmamışdır.

16. Bundan başqa, işə əlavə edilmiş, fərqli qurumlar (keçmiş DTXK-nin Abşeron rayon torpaq şöbəsi, Abşeron RİH memarlıq və tikinti şöbəsi) və vəzifəli şəxslər (şöbə müdirləri, bələdiyyə sədrləri) tərəfindən təsdiqlənmiş 2 ədəd “Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarışlar” da ayrılan 0,66 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və konfiqurasiyası da fərqli göstərilmişdir (iş v. 10, 11).

17. İşin həmin halları araşdırma predmeti olmamış, onlara qiymət verilməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2023-cü il tarixli, 2-1(105)-96/2023 nömrəli qərarı ilə (sədrlik edən Z.İ.Məmmədov, hakimlər İ.K.Dəmirov və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1436/20 21 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır və bu səbəbdən də cavabdehin apellyasiya şikayəti əsaslıdır. Hazırkı iş üzrə 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X3 adına arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. M addə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq d övlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericilikl ə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. Azərbaycan Respublikası Prezidentinin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 07, maddələr 464, 465, № 10, maddə 640, № 12, maddə 775, 2002, № 08, maddə 480, 2003, № 10, maddələr 54 5, 577, 581, 583, 2006, № 5, maddə 409, № 7, maddə 590, 2010, №7, maddə 610) ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 3. “Torpaqların alğı-satqısı Qaydaları”na Əlavə - “Torpaqların alğı-satqısına dair Akt” çıxarılsın. 26. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı 1. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki:... 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kad astr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahid ləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyə t növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...

27. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təq dim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yen idən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmə də icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktın ın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

31. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münas ibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalıdır.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.

33. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Mehdiabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı protokol qərarından çıxarışa əsasən, bələdiyyə mülkiyyətində olan boş torpaq sahəsi (0,66 ha) sahibkarlıq məqsədilə alqı-satqı qaydasında X4 ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 721 nömrəli rəyinə əsa sən, bələdiyyə mülkiyyətində olan 0,66 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə X4 ayrılmasına etiraz edilməmişdir.

34. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, ayrılmış torpaq sahəsinin dəyəri olaraq X5 tərəfindən Mehdiabad Bələdiyyəsinin hesabına 10 020.00 manat ödənilmişdir. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 247 nömrəli məktubundan görünür ki, həmin torpaq sahəsinin Teyyubə Əzimovanın adına sənədləşdirilməsinə etiraz olunmamışdır. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli,141 nömrəli rəyinə əsasən, 0,66 ha torpaq sahəsinin Teyyubə Əzimovanın adına sahibkarlıq məqsədilə sənədləşdirilməsinə etiraz edilməmişdir.

35. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli arayışına əsasən, Mehdiabad Bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 13 saylı qərarı ilə X4 ayrılmış 0,66 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə yerləşir və şərti yararsızdır.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 505 nömrəli məktubuna əsasən xx.xx.2019-cu ildə vəfat etmiş X2 əri – İddiaçı onun hüquqi varisidir və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

37. Cavabdeh və apelyasiya məhkəməsi tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina olunarkən, torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq orqanların rəylərinin tam alınmadığına, torpaq sahəsinin xx.xx.2007-ci il tarixdə ayrılmasına rəğmən, alqı-satqı aktının 20 fevral 2018-ci il tarixdə tərtib edildiyinə, həmin dövrdə “Torpaqların alğı-satqı Qaydaları”ndan torpaqların alğı-satqısına dair aktla bağlı müddəaların çıxarıldığına və akt institutunun ləğv olunduğuna, aktın tərtib olunduğu tarixdə qüvvədə olan qanunvericilikdə torpaq sahəsinin alqı-satqısının müqavilə əsasında həyata keçirilməsinin nəzərdə tutulduğuna, torpaq sahəsinə görə ödəmənin də sonrakı tarixdə həyata keçirildiyinə istinad olunmuşdur.

38. Bununla bağlı qeyd olunmalıdır ki, şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq səlahiyyətli orqanların rəylərinin alınması və ya həmin orqanlarla razılaşdırmaların aparılması torpaq sahəsinin ayrılması üzrə icraatın tərkib hissə sini təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasına görə, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bu tənzimələməni nəzərdə tutmaqda qanunvericinin məqsədi ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul olunmasına xidmət edir. Lakin nəzərə almaq lazımdır ki, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmaq keyfiyyətinə malik deyildir və bu baxımdan inzibati akt kimi q iymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində alınan rəylər və ya aparılan razılaşdırmalar yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradənin formalaşması və son nəticədə həmin iradəni ifadə edən inzibati aktın, yəni qərarın qəbul olunması məqsədlərinə xidmət edir. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, məhz icraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır, yəni ona torpaq sahəsinin ayrılması ilə bağlı məsələni tənzimləyir və həll edir. Başqa sözlə, şəxsə torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu məna da hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır.

39. Torpaq sahəsinin ayrılması üzrə icraat zamanı qərar qəbul etməyə səlahiyyətli inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması inzibati aktın hüquqi qüvvəsinə hər hansı təsir göstərmir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə yanaşma “X.Mustafayevanın şika yəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedən də irəli gəlir. İstinad olunan həmin hüquqi mövqeyə görə, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati or qanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun (bununla bağlı bax: “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı).

40. Torpaq sahəsinin alqı-satqı Aktı institutunun ləğv olunması, onun tərtib olunduğu tarixdə qüvvədə olan qanunvericilikdə torpaq sahəsinin alqı-satqısının müqavilə əsasında həyata keçirilməsinin nəzərdə tutulması, ödəmənin də sonrakı tarixdə həyata keçirilməsi ilə bağlı xüsusatlar torpa q sahəsinin ayrılması barədə inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını istisna edən, eləcə də həmin inzibati akta əsaslanan hüququn mərhuma məxsus olmasına dair arayışın verilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, torpaq sahəsinin alqı-satqısının akt və ya müqavilə formasında həyata keçirilməsi mahiyyət baxımından hüquqmüəyyənedici sənəd olan qərardan irəli gələn, ona əsaslanan və onun icrasına yönəlik hərəkət kimi qəbul edilməlidir. Bu zaman önəmli olan və həlledici əhəmiyyət kəsb edən alqı-satqının həyata keçirildiyi forma deyil, tərəflər arasında alqı-satqının (bunun forma ilə bağlı tələbin pozulmaşı ilə müşayiət olunduğuna rəğmən) baş tutduğuna dair iradə ifadəsidir. Hazırkı mübahisəyə münasibətdə tərəflərin alqı-satqı ilə bağlı iradəsi onları n istifadə etdiyi alqı-satqı aktında ifadə olunmuşdur. Torpaq sahəsinə görə müəyyən olunmuş vəsaitin Mehdiabad Bələdiyyəsinin hesabına ödənilməsi də tərəflər arasında torpaq sahəsinin alqı-satqısının baş tutduğunun təsdiqi kimi qəbul olunmalıdır.

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, alqı-satqı ilə bağlı forma tələbinə riayət olunmasını təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir. Bu baxımdan forma tələbinin pozulması şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz.

42. Bundan başqa, inzibati idarəçilikdə hüquqi varisliklə bağlı tələblərin nəzərə alınmasının zəruriliyi də vurğulanmalıdır. Mübahisəyə dair iş üzrə materiallara əlavə edilmiş Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 247 nöm rəli məktubunda həmin torpaq sahəsinin Teyyubə Əzimovanın adına sənədləşdirilməsinə etiraz olunmadığı qeyd olunmuşdur. Həmçinin Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli,141 nömrəli rəyindən 0,66 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə onun adına sənədləşdirilməsinə etiraz edilmədiyi görünür. Yəni səlahiyyətli qurumlar sahibkarlıq məqsədilə alqı-satqı qaydasında X4 ayrılmış 0,66 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmiş və beləliklə də, əvvəlki iradə ifadələrini hüquqi varislik qaydasında sonradan bir daha təsdiq etmişlər.

43. Məhkəmə kollegiyası fərqli qurumlar (keçmiş DTXK-nin Abşeron rayon torpaq şöbəsi, Abşeron RİH-in Memarlıq və tikinti şöbəsi) və vəzifəli şəxslər (şöbə müdirləri, bələdiyyə sədrləri) tərəfindən təsdiqlənmiş 2 ədəd “Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarış”da ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətinin və konfiqurasiyasının fərqli göstəricilərinin nəzərdə tutulmasına münasibətdə qeyd edir ki, həmin qüsurların aradan qaldırılması iddiaçının deyil, yerquruluşu planından həmin çıxarışı verməyə səlahiyyətli olan qurumların və vəzifəli şəxslərin məsuliyyət sferasına aid edilməlidir. Bundan başqa, hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması bir vəzifə olaraq “Azərbaycan Respublikasında torpaq müna sibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd olunan səbəblərdən iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.

45. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2023-cü il tarixli, 2-1(105)-96/2023 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Abşeron rayon Mehd iabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı protokol qərarına əsasən ayrılmış 0,66 ha torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar