Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1533/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və işləməyən əmək pensiyaçısı kimi fərdi hesabında toplanmış pensiya kapitalı və qulluq stajına əlavələr azaldılmamaqla pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2020-ci il tarixdə işdən azad olunmaqla əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdə fərdi hesabında toplanmış 18010,36 manat pensiya kapitalı nəzərə alınmaqla, qulluq stajına əlavələr azaldılmamaqla pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 20 23-cü il tarixli, 21(104)-885/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və ona xx.xx.2000-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmiş, pensiya məbləği 829,43 manat (sığorta hissəsi 279,07 manat, qulluq stajına əlavələr 474,96 manat, maddi yardım 75,40 manat) təşkil etmişdir.
2. İddiaçı ona pensiya təyin edildikdən sonra xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək DİN BDYPİ-nin Siqnal İLİ İdarəsinin Gəncə İstismar sahəsində mexanik işləmişdir.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanmasını xahiş etmiş, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-75923/2023 nömrəli qərarla onun əmək pensiyası yenidən hesablanaraq 829,43 manat (sığorta hissəsi 529,21 manat, qulluq stajına əlavələr 224,82 manat, maddi yardım 75,40 manat) məbləğində müəyyən edilmiş, əvvəlki məbləğdə dəyişiklik edilməmişdir.
4. İddiaçı pensiyasının yenidən hesablanması üçün yenidən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 18010,36 manat pensiya kapitalı qeydə alınmışdır. Sonun cu dəfə işdən azad olduğu tarixədək (xx.xx.2020-ci il) topladığı sığorta kapitalı sonrakı illər üzrə indeksləşdirilməklə, müəyyən edilmiş 18010,36 manat “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 maddəsinə uyğun olaraq 72 aya bölünərək (18010,36:72=250,14 manat) əmək pensiyasının sığorta hissəsinin (279,07 manat) üzərinə əlavə olunmaqla, pensiyasının sığorta hissəsi 529,21 (279,07+250,14) manat müəyyən edilmişdir. Eyni zamanda, qulluq stajına görə əlavənin məbləği (474,96 manat) həmin artım qədər (250,14 manat) azaldılmışdır. Nəticədə hazırda əmək pensiyasının sığorta hissəsi 529,21 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 224,82 (474,96-250,14) manat və əlavə 75,40 manat maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icr aat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2020-ci il tarixdə işdən azad olunmaqla əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdə fərdi hesabında toplanmış 18010,36 manat pensiya kapitalı nəzərə alınmaqla, qulluq stajına əlavələr azaldılmamaqla pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçının tələbi hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
7. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciəti ndən imtinaya dair məktubların dəlilləri ilə eynilik təşkil edir.
8. Gəncə İnzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) 14 sentyabr 2023-cü il tarixli, 2-1(114)-3351/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5923/2023 nömrəli qərar ləğv edilmiş və onun xx.xx.2020-ci il tarixdə işdən azad edilməsi ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdə fərdi hesabında toplanmış 18010,36 manat məbləğində pensiya kapitalının qulluq stajına əlavələr azaldılmamaqla pensiyanın yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin normanın xx.xx.2019-cu ildən qüvvəyə minən yeni redaksiyası iddiaçıya tətbiq edilə və həmin tarixədək onun pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Odur ki, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenid ən hesablanmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və R.Z.Mamedov) 20 dekabr 2023-cü il tarixli, 2-1(104)-855/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən- İddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad edilməyi ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdə fərdi hesabında toplanmış 18010,36 manat məbləğində pensiya kapitalının qulluq stajına əlavələr azaldılmamaqla pensiyanın yenidən hesablanması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə, iddiaçının yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə işləyərək qazandığı və xx.xx.2019-cu ilədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, birinci instansiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi pensiyanın yenidən hesablanmasının iş fəaliyyətini sonlandığı vaxtdan götürməklə səhvə yol vermiş, maddi normanın tətbiqini pozmuşdur. Belə ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddəyə edilmiş dəyişiklik qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək olan redaksiyası, eləcə də 37.3.1 və 45-ci maddələrinin müddəalarına müvafiq olaraq pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanmalıdır. İddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmışdır və “Əmək pensiyaları haqqında” qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək i ddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edi lmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;... 18. “Əmək pensiyaları haqqında” Azərbaycan (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiy ada) Respublikası Qanunu Maddə 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır (xx.xx.2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 29.2-ci maddə ləğv edilmişdir)....
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə prose s iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.
1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul e dir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tam t əmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. İlk növbədə məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı işləməyən əmək pensiyaçısı olduğu üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdə fərdi hesabında toplanmış 18010,36 manat məbləğində pensiya kapitalının qulluq stajına əlavələr azaldılmamaqla nəzərə alınması və əmək pensiyanın yenidən hesablanmasından ibarətdir.
24. İşə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qismən ləğv edərkən qeyd etmişdir ki, iddiaçının əmək pensiyası yenidən onun iş fəaliyyətinin sonlandığı vaxtdan hesablanmamalıdır.
25. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mövqeyində haqlıdır.
26. Əvvəla, məh kəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə “Əmək pensiyaları haqqında” Qanununun xx.xx.2023-cü il tarixədək qüvvədə olan 29.2 və 37.3.1-ci maddələrinin müddəalarına müvafiq olaraq pensiyanın sığorta hissəsinin, ona pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında toplanan sığorta kapitalı əsasında yenidən hesablanması ilə bağlıdır.
27. İddiaçıya xx.xx.2000-ci il tarixdə pensiya təyin edilmiş, iddiaçı həmin vaxtdan sonra da əmək fəaliyyətini xx.xx.2020-ci il tarixədək davam etdirmiş və fərdi şəxsi hesabında 18010,36 manat məbləğində pensiya kapitalı toplanmışdır. İddiaçı xx.xx.2020ci il tarixdə işdən azad olsa da, cavabdeh inzibati orqan onun pensiyasını avtomatlaşdırılmış qaydada yenidən hesablamamış, daha sonra iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixli qə rarla həmin tarixdə artıq qüvvədə olmayan (ləğv edilmiş) maddəyə istinad etməklə, həmin normada müəyyən edilmiş qaydada, yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablamışdır. Bu səbəbdən, əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı qanunsuzdur.
28. Belə ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir ki, həmin dövrdə də artıq qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablaması barədə qanunvericilik norması mövcud olmamışdır.
29. Belə olan halda, iddiaçının müraciət etdiyi xx.xx.2023-cü il tarixdə toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır.
30. Sonda məhkəmə kollegiyası onu da qeyd edir ki, işin kassasiya qaydasında baxılması zamanı cavabdeh ərizə ilə müraciət edərək, birinci instansiya məhkəməsinin qərarının icra edildiyini və bununla da artıq mübahisə qalmadığını bildirmiş, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
31. Cavabdehin ərizəsinə münasibətdə məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iddiaçı aşağı instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq həmin qərardan kassasiya şikayəti vermişdir.
32. Eyni zamanda, cavabdeh inzibati orqanın ərizəsində məhkəmə qərarının icra edildiyi bildirilsə də, məhz hazırkı q ərarın icrasının nəticəsi ilə birinci instansiya məhkəməsinin qərarı əsasında cavabdeh inzibati orqan tərəfindən aparılmış yenidən hesablamanın nəticəsinin eyni olması barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassız olduğundan onun təmin edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsas yoxdur. Odur ki, ərizə rədd edilməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tam təmin edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(104)-855/2023 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5923/2023 nömrəli qərar ləğv edilsin və onun xx.xx.2020-ci il tarixdə işdən azad edilməsi ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün pensiyasının, müraciət etdiyi xx.xx.2023-cü il tarixdə fərdi hesabında toplanmış 18010,36 manat məbləğində pensiya kapitalına əsasən, qulluq stajına əlavələr azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərar qətidir.