Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1534/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kasasiya şikayətinin mümkün sayılmaması, prosessual müddətin buraxılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-399/2020 nömrəli iş üzrə 31.01.2020-c i il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin mümkünlüyünə 11 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Əfqanıstan vətəndaşı olub Azərbaycanda yaşamaqları nəzərə alınaraq ona və ailəsinə qaçqın statusunun verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2019-cu il tarixli, 21(81)-4512/2019 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Məhkəmənin qeyd olunan qərardadında n narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 05.12.2019-cu il tarixli, 21(81)-4512/2019 nömrəli qərardadının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar;n qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 31.01.2020-ci il tarixli, 2-1(103)-399/2020 nömrəli (hakimlər Səriyyə Seyidova - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 05.12.2019-cu il tarixli, 2-1(81)-4512/2019 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
5. İddiaçı 03.03.2020-ci il tarixdə (daxil olma 12.06.2020-ci il) yenidən apelyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/19 nömrəli iş üzrə 05.12.2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
6. Apelyasiya instansiyası məhkəməsinin 21.07.2020-ci il tarixli, 21(103)-1320/2020 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Vidadi Məmmədov) qərardadı ilə apelyasiya şikayətinin mümkün sayılmaması, apelyasiya şikayətinin qəbulundan imtina edilməsi və apelyasiya şikayətinin onu verən şəxsə qaytarılması qərara alınmışdır. 7. 21.07.2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1320/2020 nömrəli, 21 iyul 2020-ci il tarixli qərardadından kasasiya şikayəti verilməsi üçün döv lət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1320/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmişdir.
9. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 21.07.2020-ci il tarixli, 2-1(103)1320/2020 nömrəli qərardadının ləğv edilməsini, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. kasasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.10.2020-ci il tarixli, 21(102)-2161/2020 nömrəli qərardadı ilə (hakim Z.Quliyev) iddiaçının apelyasiya instansiyası məhkəməsinin 21.07.2020-ci il tarixli, 2-1(103)-1320/2020 nömrəli qərardadından verilmiş kasasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina edilməsi, işin Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılması qərara alınmışdır.
11. Daha sonra iddiaçı 24.11.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-399/2020 nömrəli, 31.01.2020-ci il tarixli qərardadından kasasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
12. Apelyasiya instansiyası məhkəməsinin 16.02.2021-ci il tarixli, 21(103)-1320/2020 nömrəli qərardadı ilə ərizəsinin təmin edilməsi qərara alınmışdır. Tərəflərin izahatları
1. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının verdiyi kasasiya şikayətinin mümkün s ayılması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
2. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil verdiyi izhata uyğun çıxış edərək verdiyi kasasiya şikayətinin mümkün sayılması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
3. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
4. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti mümkün sayılmamalıdır.
5. Azərbaycan Respublikasl İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinin tələbinə görə Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kasasiyanın mümkünlüyü əsasları dedikdə, kasasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, habelə kasasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş tələblərə və müddətlərə riayət olunmaqla verilməsi, İPM-in 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun olması başa düşülür.
6. Apelyasiya instansiyası məhkəməsinin 31.01.2020-ci il tarixli, 21(103)-399/2020 nömrəli qərardadından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasasiya şikayəti verilmişdir.
7. Yuxarıda göstərilən mümkünlük şərtləri baxımından işin halları araşdırıldıqda görünür ki, kasasiya şikayəti Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən müəyyən olunmuş tələblərə əməl olu nmadan verilmişdir. Yəni iddiaçı kasasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpasına dair ərizə (vəsatət) verməmişdir.
8. Kasasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürülməklə verilməsi, kasasiya şikayətinin mümkün sayılmaması üçün əsaslardan biridir.
9. İPM-nin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kasasiya şikayəti verən şəxsə yardım etməlidir.
10. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanı 11 avqust 2021-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmiş və əks halda kasasiya şikayətin mümkün sayılm aması nəzərinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən bu nöqsan aradan qaldırılmamış və o, məhkəmə iclasında bu müddətin buraxılmasının səbəblərini izah edə bilməmişdir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.2-ci maddəsinə görə hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla b ağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər.
12. Həmin Məcəllənin 24.4-cü maddəsinə müvafiq olaraq təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
13. Buna görə də iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin.22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.
15. Azərbaycan Respublikası MPM-nin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
17. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq Qərara aldı İddiaçının Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.01.2020ci il tarixli, 2-1(103)-399/2020 nömrəli qərardadından verdiyi kasasiya şik ayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın.