Məhkəmə qərarları › İş №2-1(102)-1535/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1535/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1535/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1535/2020) Açar sözlər: 57 yaşdan güzəştli şərtlə pensiya təyin olunması, ali təhsil müddətinin staja daxil edilməsi. Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkil i Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin olunması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-296/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1961-ci ildə Neftçala şəhərində doğulmuşdur və yaşayış yeri üzrə Bakı şəhərinin Xətai rayonunda qeydiyyatdadır. İddiaçı xx.xx.1979-cu il tarixdə Bakı Dəniz Yolları məktəbinə daxil olmuşdur. xx.xx.1980-ci il tarixdə həmin məktəbi bitird ikdən sonra təhsilini davam etdirmək üçün Bakı Dənizçilik Məktəbinə göndərilmişdir. xx.xx.1984-cü il tarixdə sözü gedən məktəbi bitirdikdən sonra X4 Donanmasının “S.Orucov” gəmisinə 1-ci dərəcəli matros peşəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdən “Vodoley-4” gəmisinə kapitanın 3-cü köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci il tarixdən “Atlet-2” gəmisində kapitanın 2-ci köməkçisi, xx.xx.1986-cı il tarixdən həmin gəmidə kapitanın böyük köməkçisi, xx.xx.1993cü il tarixdən “E.Xalıqov” gəmisində kapitan vəzifəsində çalışmışdır. xx.xx.1997-ci il tarixdən “Şirvan” gəmisində kapitanın 3-cü köməkçisi, xx.xx.1998-ci il tarixdən “R.Hacıyev” gəmisində kapitan, xx.xx.1999-cu il tarixdən “R.Xankişiyev” gəmisində kapitan, xx.xx.2005-ci il tarixdən “R.Hacıyev” gəmisində kapitan, xx.xx.2011-ci il tarixdən “Nerça” gəmisində kapitanın 2-ci köməkçisi, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “S.Vəzirov” gəmisində kapitan, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “İ.Kərimov” gəmisində kapitan vəzifəsində çalışmışdır. xx.xx.2016-cı il tarixdən X2 tabeçiliyində X1 Mərkəzinin Bələdçi Xidmətində bələdçi vəzifəsində işləyir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra ixtisarla DSMF-nin XŞTİ yazılacaq) xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, iddi açının təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmamasına əsasən pensiya təyin edilməsi mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdeh DSMF-nin XŞTİ-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona xx xxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx xxxxxx 2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı var və bu stajın 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarın 21.2 bəndində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazı yuxarıda göstərilən imtina məktubunun məzmununa uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, iddiaçının çalışdığı peşələr Nazirlər Kabinetinin təsdiqlədiyi Siyahıların heç birində yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-40 60/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli əsaslarla əmək pensiyasının təyin olunması öhdəliyinin DSMF XŞTİ-nin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2006cı il tarixədək 25 ildən artıq sığorta stajına malik olduğundan və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyindən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 9.1-ci və 9.8-ci maddələrinə əsasən ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Cavabdeh həmin qərarın dəlilləri ilə razılaşmamış, apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-296/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər K.Abiyeva (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2006-cı ilədək qanunla tələb olunan güzəştli iş stajını toplamışdır. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə təqdim olunmuşdur və cavabdeh xx.xx.2020-ci ildə qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şi kayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. İş materiallarına X3 QSC-nin arayışı əlavə olunmuşdur və həmin arayışda iddiaçının bu idarədə işləməsi göstərilmişdir. Halbuki, iddiaçının əmək kitabçasını oxumaq mümkün deyildir. Əmək kitabçası rus dilində tərtib olunmuşdur və tərcümə edilməmişdir. İddiaçınin işlədiyi, arayışda qeyd edilən peşələr nə Azərbaycan Resbulikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında, nə də Nazirlər Kabinetinin xx.xx.1993-cı il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2-ci Siyahıların heç birində yoxdur. Yeni Siyahının “Nəqliyyat” adlanan bölməsində və əvvəlki Siyahının eyni adlı bölməsində qeyd olunmuş, peşələrin və müxtəlif vəzifələrinin arasında iddiaçının qeyd etdiyi “matros”, “kapitanın 3-cü, 2-ci, baş köməkçisi” vəzifələrinin heç biri qeyd olunmamışdır. Bu peşələrin adları Siyahıda göstərilmədiyi üçün iddiaçının həmin işlərdə çalışdığı müddət xüsusi sığorta stajına əlavə oluna bilməz. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Əsaslandırıcı hissə Kollegiya cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdeh tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üzrə yaranmış mübahisədir. Belə ki, iddiaçı onun xx.xx.2006-cı il tarixə 25 il sosial sığorta stajına malik olduğunu, bu dövrün 12,5 ilinin güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını xahiş edir. İddiaçının bu tələbinin hüquqi əsaslarını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sı ğorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşl arın pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin «b» bəndində isə göstərilirdi ki, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsd iq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. Göründüyü kimi iddanın təmin olunması üçün aşağıdakı şərtlər məcmu halda mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı il tarixə 25 il ümumi stajı olmalıdır;

2. İddiaçı həmin müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən işlərdə işləməlidir;

3. İddiaçı 57 yaşa çatmalıdır. Apelyas iya instansiyası məhkəməsi də bu şərtlər üzrə araşdırma apararaq iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda (XXVİİİ. "Nəqliyyat" bölməsində "3. Dəniz və çay donanması - Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) kod ********) həm də Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (21. Nəqliyyat bölməsində 21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı - xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri olmaqla)) göstərilmiş işlərdə çalışması barədə nəticəyə gəlmişdir və bu nəticə əsaslıdır. Həmçinin məhkəmələr iddiaçının təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunmuşdu ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr haz ırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi iddiaçının ali təhsil aldığı müddətin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan başqa, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazanı lmış pensiyanın nəzərə alınması müəyyən edilmişdir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi təhsil illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün, həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalıdır. İddiaçının işlədiyi «matros», «kapitanın 3-cü, 2-ci, baş köməkçisi» vəzifələrinin Siyahılardakı «Nəqliyyat» bölməsinə uyğun olmaması barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2000-c i il tarixli, 83 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası dəniz nəqliyyatı gəmilərində xidmət Nizamnaməsi»nin 19-cu bəndinə əsasən gəmi heyəti kapitandan, digər rəhbər şəxslərdən və gəmi komandasından ibarətdir. Həmin Nizamnamənin 20-ci bəndinə əsasən komandir heyətinə daxildirlər: kapitan, kapitanın köməkçiləri, mexaniklər və elektrik mexanikləri, radio stansiya rəisi, elektroradionaviqator, gəmi həkimi (feldşer), radio texniki, radio operatoru, restoran direktoru və sərnişin xidməti administratoru. Kapitan, kapitanın böyük köməkçisi və baş mexanik gəminin böyük komandir heyətidirlər. Heyətin qalan üzvləri gəmi komandasına aiddirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. Siyahının «XXVİİİ. Nəqliyyat» bölməsində «3. Dəniz və çay donanması- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)» (kod ********) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahının «21.Nəqliyyat» bölməsində «21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)» nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda gəmi heyəti göstərilmişdir. İddiaçının işlədiyi vəzifələrin heç biri (kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi və kapitan) qeyd edilən Siyahılarda göstərilmiş istisnaya aid deyildir. Apelyasiya instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə: Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-296/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar