Məhkəmə qərarları › İş №2-1(102)-1535/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1535/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1535/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əyani təhsil müddətinin sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1187/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 1 mart 2012-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçıya məxsus A-İ seriyalı 016183 nömrəli diplomun surətinə əsasən, o, 1971-1976-cı illərdə Azərbaycan Pol itexnik İnstitutunda təhsil almışdır.

3. İş materiallarında olan Azərbaycan Texniki Universitetinin xx.xx.2021-ci il tarixli 022-269 nömrəli arxiv arayışına əsasən, iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1976cı il tarixədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Mexanika" fakültəsində əyani təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli Qərarına əsasən, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Universiteti olaraq adlandırılmışdır.

4. İddiaçının pensiya işində olan sənədlərə əsasən, ona 1 mart 2012-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

5. İddiaçı 8 yanvar 2021-ci il tarixdə cavabdehə müraciət edərək xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin ödənilməsini xahiş etmişdir.

6. Cavabdehin iddiaçıya ünvanlanmış 1 mart 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi he sabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında" Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, təhsil müddəti əmək stajına daxil edilmir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyanızın ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 16 may 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 21.08.197l-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetində təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etm işdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2012-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin əmək pensiaysı təyin olunarkən təhsil müddəti iş stajı kimi nəzərə alınmamışdır. Belə ki, xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetində təhsil almış, bundan sonra xx.xx.1976-cı il tarixdən xx.xx.2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, cavabdehə Azərbaycan Texniki Universitetində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması, yaranmış fərqin ödənilməsi barədə ərizə ilə müraciət etmiş, lakin sonuncu həmin müddətin onun əmək stajına daxil edilməsini mümkünsüz hesab edərək ərizəsinin təmin olunmasından imtina etmişdir. İddiaçı hes ab edir ki, imtina qanunsuz və əsassızdır.

9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6585/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetində təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan, x x.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. Bundan başqa, xx.xx.1992-ci il tarixli (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsi l aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur.

12. Məhkəmə hesab etmişdir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, iddiaçının təhsil aldığı dövrün qanunvericiliyinə əsasən iddiaçının təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməldir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1187/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) cavabd ehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6585/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiy ası məhkəməsinin qeyd olunan qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: -32.1-1 əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 20. xx.xx.1956-cı ildən xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin «v» bəndi nəzərədə tuturdu ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 21. xx.xx.1992-ci il tarixdə qəbul olunmuş və 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşları n pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin «ğ» bəndi nəzərədə tuturdu ki, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hes ab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Hazırkı inzibati icraat üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, idd iaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetinin əyani şöbəsində təhsil amlış və ona 57 yaşının tamam olduğu 01 mart 2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən onun təhsil müddəti sığorta stajına daxil edilməmişdir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə istinad edərək müraciətin icrasından imtina etmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə predmeti ilə bağlı apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin «v» bəndinə və 01 yanva r 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin «ğ» bəndinə istinad edərək bu nəticəyə gəlmişdir ki, iddiaçının 1971-1976-cı illər üzrə ali təhsil müddəti onun sığorta stajına daxil edilməlidir.

29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin iddiaçının ali təhsil müddəti nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması ilə yanaşı yaranmış pensiya fərqinin ona ödənilməsinin cavabdehə həvalə edilməsi ilə bağlı hissəsinə münasibətdə düzgün olaraq Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında əks olunmuş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı hüquqi mövqeyinə istinad edərək qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixində güzəştli şərt lərlə əmək pensiyası təyin olunarkən, iddiaçının ali təhsil müddəti də onun sığorta stajına daxil edilməklə, əmək pensiyasının hesablanması aparılmalı olduğu halda, qanunvericilyin tələblərini pozaraq cavabdeh həmin müddəti onun sığorta stajına daxil etmədən hesablama aparmışdır.

30. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin iddiaçıya ödənilməsi ilə bağlı məsələni apelyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının nömrəli, 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. 2-1(103)-1187/2022

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar