Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1535/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: söküntü ilə bağlı vurulmuş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.09.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə dəymiş kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(105)-27/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 15 sentyabr 2014-cü il tarixli, 138 saylı torpaq icarəsi müqaviləsinə əsasən, Sumqayıt bələdiyyəsi Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində ümumi sahəsi 45 kv.m olan torpaq sahəsini kommersiya məqsədilə 24 iyul 2039-cu il tarixədək, 25 yanvar 2018-ci il tarixli, 11 saylı torpaq icarəsi müqaviləsinə əsasən isə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi sahibkarlıq məqsədilə 18 yanvar 2067-ci il tarixədək İddiaçı icarəsinə vermişdir. RX №1210481 seriyalı hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət rey estrdən çıxarışa əsasən, Sumqayıt şəhəri, Çerkassi küçəsindəki 0,12 ha torpaq sahəsi üzərində icarə hüququ xx.xx.2067-ci il tarixədək İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2015-ci il tarixli Q-11 saylı məktubuna Memarlıq və Şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəyə əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sahədə sahibkarlıq obyektinin tikintisinə etiraz edilməmişdir.
3. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış icarə hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən 0,12 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə tərəfindən inşa edilmiş 1200 kv.metr sahəsi olan tikilinin Sumqay ıt Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz sökülməsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 200000 ABŞ dolları, dəymiş mənəvi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh 02 dekabr 2019-cu il tarixli məktubla cavab olaraq bildirmişdir ki, Sumqayıt şəhəri, Çerkassi küçəsində olan 0,12 ha torpaq sahəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı söküntü barədə inzibati akt qəbul edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı və Sumqayıt bələdiyyəsi arasında 25 yanvar 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında 0,12 ha torpaq sahəsi icarə qaydasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 29 y anvar 2018-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə verilməsinin ümumi qaydaları tam təfsilatı ilə öz əksini tapmışdır. Qeyd olunan çıxarışa əsasən həmin müddətdən sonra iddiaçı tərəfindən tikinti niyyəti barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə hər hansı bir müraciət daxil olmamışdır.
5. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Apellyasiya şurasının 30 dekabr 2019-cu il tarixli 06 nömrəli məktubu ilə bildirilmişdir ki, Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən torpaq sahəsindəki yarımtikilinin sökülməsi nəticəsində dəymiş mənəvi və maddi ziyanın ödənilməsi ilə bağlı müraciətiniz şurada araşdırılmşdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Apellyasiya şurasına təqdim olunan sənədlərə əsasən m əlum olmuşdur ki, vətəndaş İddiaçı və Sumqayıt bələdiyyəsi arasında xx.xx.2018-ci ildə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarış təqdim olunmuşdur. Qeyd olunan müddətdən sonra sözügedən ərazidə tikinti işləri aparılmasına icazə verilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 200.000 ABŞ dolları məbləğində və dəymiş mənəvi ziyanın əvəzi olaraq 100.000 manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən 0,12 ha torpaq sahəsi icarə hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 1200 kv.m sahəsi olan tikili inşa etmişdir. Tikilinin inşası üçün iddiaçı və həyat yoldaşı Moskva şəhərində yerləşən mənzillərini 100000 ABŞ dollarına satmışlar, "xxxx" ASC-dən 100000 ABŞ dolları məbləğində külli miqdarda kredit vəsaiti götürmüşlər. Lakin həmin tikili inşasının başa çatmasına az qalmış 2016-cı ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən polis əməkdaşlarının və xüsusi texnikanın cəlb edilməsi ilə qanunsuz sökülmüş, nəticə də ona 200000 ABŞ dolları məbləğində maddi və 100.000 manat məbləğində mənəvi ziyan dəymişdir. İddiaçı ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubunda ərizəsində qaldırdığı məsələyə aidiyyəti olmayan cavab verilərək müraciəti təmin olunmamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurası iddiaçının şikayəti ilə əlaqədar hər hansı bir hərəkət etmədən, şikayətçi qismində iddiaçını şuranın iclasına dəvət edərək dinləmədən, şikayəti üzrə Azərbaycan Respublikasının Konstitusiyasının, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmi ş “Yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuraları haqqında nümunəvi Əsasnamə”nin və digər aidiyyəti qanunvericilik aktlarının tələblərinə uyğun qaydada araşdırma aparmadan Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubunda göstərilənlərlə eyni məzmunda 30 dekabr 2019-cu il tarixli, 06 saylı cavab məktubu ilə guya şikayətə cavab vermiş, bununla da vətəndaş və sahibkar kimi bir sıra hüquqları pozulmuşdur. Cavabdehin etirazları:
8. Cavabdeh iddiaya dair məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-127/2021 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddia çının obyektinin məhz Sumqayıt Şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsi müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçıya tələb olunan məbləğdə ziyanın vurulması da təsdiq edilmir. Belə ki, iddiaçı göstərilən məbləğdə ziyan çəkməsini təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınması, ustalara xərc çəkilməsi, abadlıq işlərinə sərf edilmiş vəsait barədə hər hansı bir sənəd təqdim etməmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)456/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)679/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tari xli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən, işin həqiqi hallarının və işdəki sübutların araşdırılmasına səthi və formal yanaşmış, faktiki olaraq birinci instansiya məhkəməsinin apardığı ziddiyyətli araşdırmanın nəticələri ilə kifayətlənmişdir. Belə ki, işdə olan 17 fotoşəkillərdən ən azı 8 fotoşəkillərdə iki (2) nəfər polis işçisinin və digər bir neçə mülki geyimli şəxslərin fotoları aşkar surətdə görünür, lakin apellyasiya məhkəməsi həmin şəxslərin kimlər olmasını müəyyən etməmiş və onların iddiaçıya məxsus ərazidə nə etmələrini araşdırmamışdır. İşdə olan ən azı beş (5) fotoşəkildə ekskavatorun və yük avtomobillər inin artıq sökülmüş sözügedən ərazidə olması açıqaydın görünür, lakin apellyasiya instansiyası məhkəməsi həmin texnikanı idarə edən şəxslərin müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparmamış, nəticə etibarı ilə sözügedən texnikanın hansı məqsədlə və kim tərəfindən iddiaçıya məxsus əraziyə göndərilməsi məsələsi yoxlanılmamışdır. d) apellyasiya instansiyası məhkəməsində icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-27/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən zərərin vurulması ilə bağlı iddia ərizəsində qeyd edilən halları təs diq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, o cümlədən göstərilənlər işin araşdırılmış halları və məhkəmə iclasında tədqiq olunan sübutlarla da müəyyən edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, iddia tələbi vurulmuş zərərin ödənilməsi ilə bağlı olduğundan zərərin yetirildiyi və həcminin məbləği sübut edilməlidir. Yəni, zərərin ödənilməsi üçün ziyanın mövcud olması, onun qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması şərtdir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 7 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etm işdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, qeyri-yaşayış sahəsini qanunsuz olaraq sökmüş cavabdeh orqan məsuliyyət daşıyırdı. Lakin apellyasiya məhkəməsi bu hala hüquqi qiymət verməmiş, hətta əksinə, cavabdehin məsuliyyətinin olmadığını, onun tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini sübut etməyə çalışmışdır. Məhkəmə cavabdeh tərəfindən söküntünün aparılmasına dair heç bir sübutun olmadığını bildirmiş, halbuki, söküntünün başqa şəxs tərəfindən aparılması mümkün deyildir. Söküntünün aparılması yalnız cavabdehin maraqlarında idi. Məhkəmə hal-hazırda da icarəsində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən maneələrin olmasına heç bir münasibət bildirmə mişdir.
21. İddiaçı həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə istinad edərək, Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri(hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə tərəfindən ödənilməsini bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, id diaçının icarəsində olan torpaq sahəsində yerləşdiyi iddia olunan tikilinin məhz cavabdeh tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, tikilinin kim tərəfindən və hansı əsasla söküldüyünün araşdırılması məqsədi ilə sorğular vermişdir.
29. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin və Sumqayıt bələdiyyəsinin cavab məktublarında sözügedən tikilinin kim tərəfindən sökülməsi barədə məlumat olmadığı qeyd olunmuşdur.
30. Sumqayıt şəhər Polis İdarəsinin 08 sentyabr 2022-ci il tarixli, 123-352021222 nömrəli məktubunda isə qeyd olunmuşdur ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Sumqayıt şəhəri, Çerkassi küçəsində inşa etdiyi tikilinin sökülməsi barədə Sumqayıt ŞPİ-də hər hansı bir müraciəti qeydə alınmamışdır.
31. Digər tərəfdən, iddiaçıya tələb olunan məbləğdə zərərin vurulması da təsdiq edilmir. Belə ki, iddiaçı göstərilən məbləğdə zərər çəkməsini təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınması, ustalara xərc çəkilməsi, abadlıq işlərinə sərf edilmiş vəsait barədə hər hansı sənəd təqdim etməyərək iddia tələbini ümumi ifadələrlə əsaslandırmışdır. Halbuki, iddia tələbi vurulmuş zərərin ödənilməsi ilə bağlı olduğundan zərərin yetirildiyini və həcminin məbləğini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, zərərin ödənilməsi üçün ziyanın mövcud olması, onun qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanun suz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması şərtdir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-27/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.