Məhkəmə qərarları › İş №2-1(102)-1535/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1535/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1535/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1535/24) (Açar sözlər: iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasındakı məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1956-cı il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyina tı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-131/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir.

2. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-33813/2023 nömrəli məktub ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.

3. İmtinanın əsasları kimi göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi xidmət haqqında arayışının surətinə əsasən sığ orta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 23 il 8 ay 4 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Həmçinin iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək və xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının doldurulma qaydalarına riayət edilmədiyindən və qaralamalar olduğundan) həmin dövrlərin sığorta stajına daxil edilməmişdir. İddiaçının ümumi sığorta stajı 25 ildən az olduğundan yaşa görə əmək pensiyası təyin edilməmişdir. xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən isə 220 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun hazırda 67 yaşı vardır. 1973-cü ildən əmək fəaliyyətinə başlamış, 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 2006-cı ilin yanvar ayının 1-dək ümumi əmək stajı 25 ildən artıqdır və bu barədə qeydlər əmək kitabçasında da göstərilmişdir. O, müvafiq sənədlə rini toplamaqla cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda ona əmək pensiyası təyin etməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X1 Qanunun 7-ci maddəsinə əsasən 2006-cı il yanvar ayının 1nə kimi əmək stajı 25 il və daha artıq olan şəxslərə əmək pensiyası təyin olunur, guya onun əmək kitabçasında yetərli müddətdə əmək stajı yoxdur və həmin tarixə onun ümumi əmək stajı 23 il 8 ay 4 gündür və bu səbəbdən də ona əmək pensiyası təyin oluna bilməz. Cavabdeh təşkilat onun əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı ildən xx.xx.1991-ci il tarixə və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi olan dövr üzrə əmək stajını nəzərə almamış və bunu əmək kitabçasının doldurulması qaydasına riayət edi lməməsi və həmin tarixlərdə qaralamanın olması ilə əsaslandırmışdır. Cavabdehin bu imtinası tam əsassızdır, belə ki, onun qeyd edilən tarixlərdə müvafiq təşkilatlarda işləmiş və həmin səhifələrdə onun işə qəbulu və işdən çıxarılmağı barədə əmrlərdə tarixlər aydın oxunur və bu da ona dəlalət edir ki, o həmin müəssisələrdə işləmiş, bu illər də onun ümumi əmək stajına daxil edilməlidir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Ərizəçinin müraciətinə Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmışdır. Cavabdeh tərəfindən 3-17-1/2-A-33813/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtin a məktubuna əsasən, iddiaçının təqdim etdiyi hərbi biletinə və əmək kitabçasına əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən 01.11,1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 8 ay 4 gün təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdən yaşa görə müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına malik olmadığı ndan, həmçinin xx.xx.2006-sı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilib və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Qeyd olunanlardan da aydın olduğu kimi iddiaçının iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdehin iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2893/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməs i gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsaslı olmamışdır. İddiaçının mübahisə olunan dövrləri çıxmaqla 23 il 8 ay 4 gün, əlavə olaraq işlədiyi 4 ay, ümumilikdə 24 il 4 gün iş stajı cavabdeh orqan tərəfindən nəzərə alınır. Nəzərə alınmayan dövrlər iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək (6 ay 2 gün) və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il (9 ay 23 gün) tarixədək (cəmi 1 il 3 ay 25 gün) olan dövrlərdir. Cavabdeh həmin dövrlərin nəzərə alınmasından imtinaya əsas kimi əmək kitabçasının doldurulma qaydalarına riayət edilməməsi və qaralamalar olmasını qeyd edir. İddiaçı tərəfindən əmək kitabçasının əsli məhkəməyə təqdim edilmişdir. Əmək kitabçasından görünür ki, mübahisə olunan dövrlərin qeydiyyatı ardıcıl o laraq aparılmışdır. Qaralamalar olsa da, həmin sətirdə qeydiyyatı aparılan bu tarixlər mübahisəli dövrlərin müvafiq əmrlərin tarixi ilə eynilik təşkil etdiyi aşkar görünür. 1991-ci il tarixdən sonrakı dövrlər isə cavabdeh tərəfindən mübahisələndirilmir. Qeyd edilənlər əmək kitabçasının və orada aparılan qeydiyyatların mötəbərliyinə şübhə yaratmır. Beləliklə, iddiaçı pensiya yaşına çatdığına və 25 ildən artıq sığorta stajı olduğuna görə məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. X1 Qanuna 32.1-1 maddəsinə əsasən “Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.”

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh xx.xx.2023-cü il tarixdə vəsatətlə apellyasiya instansiya məhkəməsinə müraciət edərək iş üzrə məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-841/2023 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası və məhkəmə xətşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizaların aparılması Azərbay can Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: İddiaçının adına olan xx.xx.1974-cü il tarixli əmək kitabçasında xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Ekspress” kooperativində sürücü işləməsinə dair aparılmış qeydlərdə və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan “Qarabağ” kooperativində sürücü işləməsinə dair aparılmış qeydlərdə (qeydlərin tarixi, qeydin aparılmasına əsas olan sənədlər və digər hissələrində) olan əlyazma qeydlərin əslini əks etdirirmi, yaxud dəyişilməyə məruz qalmışdırmı? İkinci sual: İddiaçının adına olan xx.xx.1974-cü il tarixli əmək kitabçasında xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Ekspress” kooperativində sürücü işləmə sinə dair aparılmış qeydlərdə və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan “Qarabağ” kooperativində sürücü işləməsinə dair aparılmış qeydlərdə (qeydlərin tarixi, qeydin aparılmasına əsas olan sənədlər və digər hissələrində) düzəlişlər edilmişdirmi? Əgər düzəliş edilmişdirsə, həmin düzəlişin edilmə vaxtının müəyyən edilməsi mümkündürmü (həmin düzəlişlər qeydlərlə eyni vaxtda icra edilib, yoxsa sonradan düzəliş edilmişdir)? Üçüncü sual: Təqdim edilən sənəddə xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Ekspress” kooperativində sürücü işləməsinə dair aparılmış qeydlər və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan “Qarabağ” kooperativində sürücü işləməsinə dair aparılmış qeydlər eyni vaxtda, yoxsa müxtəlif vaxtlarda icra olunmuşdur? Dördüncü sual: Təqdim edilən sənədin və onun ayrı-ayrı hissələrinin icra olunmasının nisbi və ya mütləq müddətinin müəyyən edilməsi mümkündürmü? Əgər mümkündürsə müəyyən edilsin.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1611-5/1618 nömrəli ekspert rəyi ilə qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. Birinci suala cavab: İddiaçının adına xx.xx.1974-cü il tarixli əmək kitabçasının 22-ci səhifəsinin birinci sətrindəki “1990” əlyazmasındakı “0” rəqəmində, səkkizinci sətrindəki “1991” əlyazmasındakı ikinci “1” rəqəmində rəqəm təşkil etməyən cizgilər müəyyən edildi. Əmək kitabçasının 22-23-cü səhifələrindəki digər əlyazılarda hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) müəyyən edilmədi. Digər suallar üzrə metodika olmadığına görə tədqiqat aparılmamışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-131/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qəbul edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2893/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.

15. Məhkəmə kollegiyası tərəfindən işin mübahisəli hallarının araşdırılması məqsədilə iş üzrə müvafiq məhkəmə ekspertizası təyin edilmişdir. Ekspert rəyinin məzmunundan görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrlərlə bağlı əmək kitabçasında hər hansı düzəliş edilməsi müəyyən ed ilməmişdir.

16. Bundan əlavə, məhkəmə araşdırması zamanı əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Cavabdeh tərəfindən də əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir.

17. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Ekspressservis” kooperativi dövlət statistik vahidlərin dövlət reyestrində 1996-cı il tarixdə (reyestrin yaradıldığı vaxt) qeydiyyata alınmışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Qarabağ” və “Ekspress” kooperativləri tərəfindən sənədlər arxivə təhvil verilməmişdir.

18. Cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında əks olunduğundan, həmin qeydlərin mötəbər olmaması halı müəyyən edilmədiyindən, arxiv sənədlərin olmaması halı isə iddiaçının təqsiri ilə əhatə olunmadığından (onun məsuliyyət daşıdığı hal kimi çıxış etmədiyindən), həmin dövrlə sosial sığorta stajına daxil edilməklə, nəzərə alınmalıdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair dəlillər:

20. İddiaçı barəsində göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-63594/2023 nömrəli sorğuya cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-66779/2023 nömrəli xidməti məkt ubla bildirilmişdir ki, iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə mübahisələnd irilməyən sığorta stajı 23 il 8 ay 4 gün təşkil edir.

21. Buradan aydın olur ki, iddiaçının əmək fəaliyyəti dövrləri üzrə mübahisələndirilən (cəmi 1 il 3 ay 25 gün) və mübahisələndirilməyən (23 il 8 ay 4 gün) sığorta stajı toplandıqda belə Qanunla nəzərdə tutulmuş 25 il müddətdən az (24 il 11 ay 29 gün) olmuşdur.

22. Beləliklə iddiaçı pensiya yaşına çatsa da, 25 ildən az sığorta stajına malik olduğundan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olmuşdur. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin hallan tam və hərtərəfli a raşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.

24. Hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

25. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilən zaman apellyasiya şikayətinin dəlillərində iddiaçının əmək fəaliyyəti üzr ə mübahisələndirilən (cəmi 1 il 3 ay 25 gün) və mübahisələndirilməyən (23 il 8 ay 4 gün) sığorta stajı toplandıqda belə Qanunla nəzərdə tutulmuş 25 il müddətin tamamlanmadığı və ümumilikdə stajın 24 il 11 ay 29 gündən ibarət olduğu qeyd edilməsinə baxmayaraq, bu hal apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa və əldə edilən sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməyə borclu olduğu halda, bunları etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə etiraz təqdi m edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “X1” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 28. “X1” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 6 3 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “P ensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidm ət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitə si ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansi yası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, o cümlədən apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəm əsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. İşin hallarından görünür ki, iddiaçının mübahisə olan dövrləri çıxmaqla 23 il 8 ay 4 gün, əlavə olaraq işlədiyi 4 ay, ümumilikdə 24 il 4 gün cavabdeh tərəfindən nəzərə alınmışdır.

37. Cavabdehin mübahisələndirdiyi iş illərinə gəldikdə, apellyasiya instansiyası məhkəməsində icraat zamanı işin araşdırılmış hallarına görə, iddiaçının 25 il sığorta stajına malik olması, o cümlədən, xx.xx.1990-xx.xx.1991-ci il tarixlərində “Ekspress” kooperativində, xx.xx.1991—xx.xx.1991-ci il tarixlərində isə “Qarabağ” kooperativində işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, cavabdeh mübahisələndirilən dövrl ərin nəzərə alınmasından imtinaya əsas kimi əmək kitabçasının doldurulma qaydalarına riayət edilməməsinə və qaralamalar olmasına istinad etsə də, iddiaçının əmək kitabçasının əsli birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim edilərək araşdırılmış, əmək kitabçasında mübahisə olunan dövrlərin qeydiyyatının ardıcıl olaraq aparıldığı, qaralamalar olsa da, həmin sətirdə qeydiyyatı aparılan tarixlər mübahisəli dövrlərin müvafiq əmrlərin tarixi ilə eynilik təşkil etdiyi, 1991-ci il tarixdən sonrakı dövrlərin isə cavabdeh tərəfindən mübahisələndirilmədiyi, başqa sözlə, mübahisələndirilən dövrdə iddiaçının əmək fəaliyyətinin müəyyən edilməsinin mümkünlüyü nəzərə alınmışdır.

39. Cavabdehin kassasiya şikayətində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-66779/2023 nömrəli xidməti məktubundakı məlumata istinadına gəldikdə, həmin məlumatda iddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci i l tarixinədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə mübahisələndirilməyən sığorta stajının 23 il 8 ay 4 gün təşkil etdiyi qeyd olunsa da, əslində (əmək münasibətlərinin yarandığı və ona xitam verildiyi günlər də nəzərə alınmaqla), həmin dövrlərin məcmusu 23 il 8 ay 15 gün təşkil edir.

40. Cavabdeh tərəfindən mübahisələndirilən və məhkəmə tərəfindən mötəbərliyi müəyyən edilən 1 il 3 ay 25 gün də nəzərə alındıqda, iddiaçının 25 ildən artıq iş stajının olduğu təsdiq edilir.

41. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(105)-131/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar