Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1536/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Tina Əlireza Xəndanın cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Tina Əlireza Xəndanın cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı 24 may 2018-ci il tarixli İQ-56/1 saylı və 26 iyul 2018-ci il tarixli 98 saylı qərarlarının ləğv edilməsi, onun qaçqın statusunun verilməsi haqqında vəsatətinin təmin edilərək ona qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzə rinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-481/2019 saylı iş üzrə 08.02.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Tina Əlireza Xəndan 21.09.1993-cü il tarixdə İİR-nın Tehran şəhərində anadan olmuşdur. Cavabdeh dövlət miqrasiya xidməti olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə anadan olmuş İran vətəndaşıdır. İslamın şiə təriqətinə etiqad edir. Onun atası onu təhsil almağa qoymamış, ərə vermək istəmişdir, iddiaçı müxtəlif işlərdə işləsə də atası buna qarşı çıxdığına görə işdən çıxmalı olmuşdur. 2010-cu ildə atası ikinci dəfə ailə qurmuş və arvadını iddiaçının yaşadığı evə gətirmişdir. İddiaçının anası buna dözə bilməmiş, evi tərk etmişdir, iddiaçı isə ögey anası ilə yola getmədiyindən evi tərk etmiş və məişət zorakılığı ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Lakin məhkəmə imtina cavabı vermişdir. İddiaçı özünün instaqram səhifəsində İran hökumətinin siyasəti, qadın hüquqları ilə bağlı yazılar yazmış, İranda prezident seçkilərindən bir həftə əvvəl iddiaçının telefonuna instaqram səhifəsinin blok olunması ilə bağlı məlumat gəlmişdir, növbəti gün iddiaçı küçədə gəzərkən izlənilməsi ilə bağlı növbəti mesajı almışdır, bundan sonra iddiaçı növbəti səhifəsini açmış və İran siyasətçiləri haqqında fikirlərini payla şmışdır. İddiaçı Azərbaycana gəldikdən sonra İran hökumət rəsmiləri haqqında müxtəlif kliplər çəkmiş və onları internetin müxtəlif resurslarında yerləşdirmişdir. Hazırda iddiaçı atası və İran hökuməti ilə olan problemlərinə görə geri qayıtmaq istəmir, fəaliyyətinə görə həbs olunacağından və edam ediləcəyindən qorxur. İddiaçı Tina Əlireza Xəndan cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı 24 may 2018-ci il tarixli İQ-56/1 saylı və 26 iyul 2018-ci il tarixli 98 saylı qərarlarının ləğv edilməsi, onun qaçqın statusunun verilməsi haqqında vəsatətinin təmin edilərək ona qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məh kəməsinin 19.11.2018-ci il tarixli iş № 2-1(81)-3970/2018, (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.11.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 08.02.2019-cu il tarixli iş № 2-1(103)-481/2019 (hakimlər Səriyyə Seyidova - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və İlham Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 19.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelya siya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddiaçıya qaçqın statusu verilməlidir. Belə ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdır. Burada “Məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir” dedikdə apelyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan qanunu və ya digər normativ aktı tətbiq etməməsini və qanunu səhv təfsir etməsini vurğulamaq zəruridir. Belə ki, məhkəmə tətbiq edilməli olan bir-sıra maddi normanı tətbiq etməmiş və qərarın çıxarılması nda əsas kimi göstərilən normanı da səhv təfsir etmişdir. İddiaçının hazırkı vəziyyəti 1951-ci il Konvensiyasında nəzərdə tutulan qaçqın anlayışı ilə ehtiva edilir, çünki o, müəyyən sosial qrupa mənsubdur, siyasi baxışlarına görə təqibə məruz qalıb və öz ölkəsinin himayəsindən istifadə edə bilmir. Məhkəmə göstərilən hüquq normalarını tətbiq etməli olduğu halda tətbiq etməmiş, qərarında yalnız bəzi daxili qanunvericilik normalarını sadalamış və apelyasiya şikayətini rədd etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak ed ən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı his sə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,iş üzrə apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddiaçıya qaçqın statusu verilməlidir. Belə ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdır. Burada “Məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir” dedikdə apelyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan qanunu və ya digər normativ aktı tətbiq etməməsini və qanunu səhv təfsir etməsini vurğulamaq zəruridir. Belə ki, məhkəmə tətbiq edilməli olan bir-sıra maddi normanı tətbiq etməmiş və qərarın çıxarılmasında əsas kimi göstərilən normanı da səhv təfsir etmişdir. İddiaçının hazırkı vəziyyəti 1951-ci il Konvensiyasında nəzərdə tutulan qaçqın anlayışı ilə ehtiva edilir, çünki o, müəyyən sosial qrupa mənsubdur, siyasi baxışlarına görə təqibə məruz qalıb və öz ölkəsinin himayəsindən istifadə edə bilmir. Məhkəmə göstərilən hüquq normalarını tətbiq etməli olduğu halda tətbiq etməmiş, qərarında yalnız bəzi daxili qanunvericilik normalarını sadalamış və apelyasiya şikay ətini rədd etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iddiaçı İran İslam Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasında “qaçqın" statusu almaq üçün cavabdehə müraciət etmiş, müraciətini onunla əsaslandırmışdır ki, o qadın hüquqları və siyasət haqqında fikirlərini instaqram səhifəsində paylaşdığı üçün İran xüsusi xidmət orqanları tərəfindən izlənilmiş, onun instaqram səhifəsi bloklanmışdır. O internetdə İran hökumətinin rəhbərliyi haqqında video-çarxlar yerləşdirdiyinə görə İrana qayıtmaqdan həyatına təhlükə yaranacağı səbəbindən qorxur. Qaçqın statusunun verilməsi haqqında məsələ lər “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu və “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin 13.11.2000-ci il tarixli Fərmanı ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, eh tiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən ş əxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını nəzərdən keçirərkən, iddiaçının kasasiya şikayətində qaçqın statusu alınması üçün əsas gətirdiyi halların, yalnız iddiaçının ehtimallar üzərində qurulduğunu və həmin halları mövcudluğu təsdiq edən hər hansı bir mötəbər sübutun iş materiallarına əlavə edilmədiyini müəyyən etmişdir. Yəni iddiaçı öz mövqeyini yalnız izahatı ilə təsdiq etməyə çalışmış, digər hər hansı bir əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də a pelyasiya instansiyası məhkəməsinin 08.02.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Tina Əlireza Xəndanın kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08.02.2019-cu il tarixli 21(103)-481/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1536/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1536/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver