Məhkəmə qərarları › İş №2-1(102)-1536/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1536/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1536/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı2 kiçik müssisəsinin cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə Q Ə R A Rİ (iş № 2-1(102)-1536/2020) Açar sözlər: kompensasiyanın ödənilməsi. Bakı şəhəri xx xxxxxx 2020-ci il 31.08.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X1 və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı A pelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-89/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının 209 saylı, xx xxxxxx 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki 2210-cu məhəllədə akkumulyator zavodunun tikintisi üçün İddiaçı2nə 4,2 ha torpaq sahəsi ayrılmışdır. Müəssisə tərəfindən həmin torpaq sahəsində zavod tikintisi aparılmamış, orada qəbir daşlarının hazırlanması sexi, ümumi sahəsi 71 kv.m olan ofis binası və anbarlar tikilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli, 225 saylı sərəncamına əsasən Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə tapşırılmışdır. İddiaçı tərəfindən sözügedən ünvanda tikilmiş tikililər cavabdeh inzibati orqan tərəfindən «Ağşəhər» layihəsi çərivəsində sökülmüşdür. Söküntüyə məruz qalmış tikililər cavabdehin sifarişi əsasında “xxxx” Qiymətləndirmə MMC tərəfindən qiymətləndirilmiş və həmin qurumun rəyi üzrə İddiaçı2 KM-ə 213.000 manat məbləğində kompensasiya hesablanaraq müəssisəsinin rəhbərinin adına açılmış bank hesabı na köçürülmüşdür. İddiaçı ona ödənilmiş həmin kompensasiya məbləği ilə razılaşmamış, cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona məxsus obyektlərin sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 1.040.800 manat məbləğində pulun Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandımışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 1995-ci il tarixli, 209 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu ərazisində Babək prospektindəki 2210-cu məhəllədə İddiaçı2nə akkumulyator zavodunun tikintisi üçün 4,2 ha torpaq sahəsi ayrılmışdır. Sonradan zavodun tikintisi mümkün ol madığından, həmin sahədə üzlük daşlarının istehsalı və qəbirüstü abidələr və daşların hazırlanması üçün sex inşa edilmiş, bir müddət fəaliyyət göstərmişdir. Son vaxtlar xammal alınması ilə əlaqədar problemlər yarandığından, habelə kifayət qədər sifariş olmadığından, sexin fəaliyyəti dayandırılmışdır. Ayrılmış torpaq sahəsinin bir hissəsində 2 mərtəbəli inzibati bina, gözətçi otağı, sanitar qovşağı və istehsal sexi tikilmişdir. Bundan əvvəl istehsal sexinə və ofis binasına 3 km məsafədən kabel-hava elektrik xətti çəkilmiş və bir ədəd transformator məntəqəsi qurulmuşdur. İstehsal sahəsinə 150 metr məsafədən su xətti, ofis binasına telefon xətti çəkilmiş, sahədə abadlaşdırma və yaşıllaşdırma işləri görülmüşdür. 2017-ci ilin iyun ayında müəssisənin təsərrüfat obyektləri “Ağ Şəhər” tikinti la yihəsi ilə əlaqədar Bakı şəhəri Xətai RİH-in müvafiq müvafiq komissiyasının bilavasitə iştirakı və nəzarəti ilə sökülmüşdür. Müəssisənin istehsal sexinin, ofis binasının gözətçi otağının, sanitar qovşağının razılıq (icazə) olmadan sökülməsi və sahənin düzənlənməsi ilə əlaqədar müəssisəyə aşağıdakı həcmdə ziyan vurulmuşdur: uzunluğu 3 km, gücü 0,6 kV elektrik ötürücü xəttinin dəyəri 200.000 manat, 150 metr məsafədən çəkilmiş su xəttinin dəyəri 10.000 manat, uzunluğu 60 metr eni 3 metr olan beton əsaslı asfalt yola çəkilmiş xərclərin məbləği 50.000 manat, ümumi sahəsi 71 kv.m olan iki mərtəbəli ofis binasının dəyəri 106.500 manat, ümumi sahəsi 7 kv.m olan gözətçi otağının dəyəri 10.500 manat, ümumi sahəsi 9 kv.m olan sanitar qovşağın dəyəri 13.500 manat, ümumi sahəsi 420 kv.m olan qəbir daşl arının hazırlanması sexinin dəyəri 420.000 manat, açıq meydançalar və anbarların dəyəri 60.000 manat, hündürlüyü 2 metr olan 140 metr uzunluğunda daş hasarın dəyəri 14.000 manat, ofis mebellərinin dəyəri 1.000 manat, transformatorların və dəzgahların sökülüb başqa yerə daşınmasına çəkilən xərclərin dəyəri 5.000 manat, boş sahələrin geri alınması ilə əlaqədar zərərlər 150.000 manat, sahədə olan məhv olunmuş ağacların dəyəri 300 manat. Vurulmuş maddi zərərin ümumi məbləği 1.040.800 manat təşkil edir. Cavabdeh ona dəymiş zərəri 5 dəfə aşağı qiymətləndirmişdir. Həmin ərazidə digər şəxslərə məxsus tikililərin sökülməsi ilə bağlı ödənilən kompensasiyanın məbləği hər kv.m üçün 750 manatla hesablandığı halda, ona əmlakının sökülməsi ilə bağlı məblğ hər kv.m üzrə 301 manat müəyyən olunmuşdur. Cavab ehin etirazları: Cavabdehin etiraz dəlilləri ondan ibarətdir ki, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi, sosial məsələlərin həlli istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar Xətai rayon ərazisində və Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri həyata keçirilməsi Bakı şəhər icra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Göstərilən sərəncamın icrası ilə əlaqədar, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həy ata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti başçısının xx xxx 2017-ci il tarixli, 157 saylı sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Həmin sərəncamın icrasının təmin edilməsi istiqamətində xx xxxxxx 2017-ci il tarixində 02/01 saylı məktubla rayon icra hakimiyyəti tərəfindən “xxxx” Qiymətləndirilmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. “xxxx” Qiymətləndirmə MMC-nin 53/M saylı, xx xxxxxx 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respublikasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndlərini (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymət inə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı kimi müəyyən olunmuşdur: Yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0-350 manat, qeyri- yaşayış sahələrinin 1 kv.m üçün isə 300,0 manat. Qeyd olunan qiymətləndirməyə əsasən Babək prospekti 2210 ünvanında yerləşən İddiaçı2 KM-nə məxsus ümumi sahəsi 710 kv.m qeyri-yaşayış sahəsi 213.000 manat dəyərində hesablanaraq həmin müəssisənin direktoru İddiaçı1 Məhəmməd oğlu ilə razılaşma aktı imzalanmışdır. Hesablanmış kompensasiya məbləği vəsait açılacağı txxxxirdə şirkət rəhbərliyinin hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1652/19 saylı, 05 avqust 2019-cu il tarixli qərarı ilə (hakim-R.Kərimli) iddia qismən təmin edilmiş, İddiaçı2 KM-nə məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə yerləşən 710 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 852.000 manat məbləğində kompensasiyanın cavabdeh Bakı şəhəri Xətai RİH-dən İddiaçı2 KM-in xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, “X6” MMC tərəfindən verilmiş rəyə əsasən müəyyən edilmiş qiymətləri əsas götürərək belə qənaətə gəlmişdir ki, cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən İddiaçı2 KM-ə o na məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə mövcud olmuş və söküntüyə məruz qalmış 710 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 852.000 manat (710.000 manat + həmin məbləğin 20%-i) məbləğində kompensasiya ödənilməlidir. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-89/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər K.N.Abiyeva (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti qismən t əmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı yoxlanılan hissədə qismən-cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən İddiaçı2 xeyrinə 497.000 (dörd yüz doxsan yeddi min) manatın tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməməmiş, qərar yoxlanılan, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin faktiki olaraq özbaşına tikili olması, analoji ünvan üzrə cavabdeh orqan tərəfindən «Ağşəhər» layihəsi üzrə qeyri-yaşayış sahələrinin bir kv.m üçün 300 manat təklif olunması, iddiaçı müəssisənin direktoru və təsisçisinin bununla bağlı razılaşma sənədini imzalaması, cavabdehin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddia tələbinə yazılı etirazı nın dəlilləri nəzərə alınmaqla, mübahisəli tikiliyə görə bir kv.m üçün 500 manat olmaqla (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007- ci il tarixli, 689 saylı Fərmanının 2.3cü bəndində görə 20% əlavə ilə birgə) cəmi 355.000 manat məbləğində (710x500=355.000) kompensasiyanın tutulması ədalətli və ağlabatandır. Məhkəmənin qeyd olunan qərarından cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, müəssisəyə vurulmuş zərərə görə cavabdehdən 852.000 manat məbləğdə kompensasiyanın tutulub iddiaçıya ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddia çı kassasiya şikayətində göstərmişdir ki, qanunvericilik kompensasiyanın qabaqcadan ödənilməsini və ədalətli olmasını nəzərdə tutur. Baxılan işdə bu prinsiplərin hər ikisi pozulmuşdur. Belə ki, Xətai Rayon İcra Hakimiyyətinin komissiyasının rəyində İddiaçı2 KM-nə zərər vurulması etiraf edilsə də, qiymətləndirmədə ədalətsizliyə yol verilmişdir. İcra Hakimiyyəti komissiyasının qiymətləndirməyə cəlb etdiyi “xxxx” MMC layihə ərazisində yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evinin köməkçi sahələri üçün 750 manat, iddiaçının sahəsini isə qeyri-yaşayış sahəsi kimi hər kv.m üçün 300 manat müəyyən etmişdir. Yəni qiymətlər 5 dəfə azaldılaraq 710 kv.m sahə üçün (əslində tikintialtı sahə 950 kv.m olmuşdur) 213.000 manat zərər hesablanmışdır. Əslində, istehsal sahələrinin və kommersiya obye ktləri sahələrinin qiymətinin yaşayış sahəsnin qiymətindən 2-3 dəfə baha olduğu heç kimə sirr deyil. İstehsal və kommersiya sahələrinin qiymətini yaşayış yerinin həyətindəki qeyri- yaşayış sahələrinin qiyməti ilə eyniləşdirmək olmaz. Cavabdehin nümayəndəsi kassasiya şikayətində apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmadığını, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və mövqeyini əsaslandlırmaq üçün iddiaya qarşı yuxarıda göstərilən etiraz dəlillərini təkrarlamışdır. Tərəflərin izahatları: İddiaçının vəkili X4 iddiaçının kassasiya şikayətinə uyğun çıxış edərək təmin olunmasını, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razı olmadığın bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Kollegiya cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə txxxxim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi üzrə yaranmış mübahisədir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsində deyilir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi). Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi o lmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Lakin qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sos ial funksiyaya malikdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İV hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). “Azərbaycan Respublikasında ins an hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunaraq göstərilir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas verən analoji əsaslar müəyyən edilərək göstərilir ki, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna o lmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Milli qanunvericiliyin və beynəlxalq hüququn qeyd olunan müddəları əsasında işin faktik halları təhlil olunduqda müəyyən olunur ki, iddiaçının sahibliyind ə olan qeyri-yaşayış sahələrinin sökülməsində ifadə olunan mülkiyyət hüququnun məhdudlaşdırılması, qanunilik tələbinə cavab verməmişdir. Çünki həmin tikililərin sökülməsi üçün əsas ola biləcək, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun nəzərdə tutulan şərtlər mövcüd olmamışdır. Həmin Qanunun 3-cü maddəsində «dövlət ehtiyacları» anlayışının izahı verilərək göstərilmişdir ki, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; dəniz limanının ərazisinin artırılması. Cavabdeh tikililərin sökülməsini zəruri edən ictimai ehtiyac kimi ərazidə abadlaşdırma işlərinin aparıldığını göstərir ki, bu da qanunla dövlət ehtiyacları kimi müəyyən edilmiş məqsədlərə uyğun gəlmir. İddiaçıya məxsus olan tikililər onun iradəsinə və qanunazidd olaraq cavabdeh tərəfindən sökülmüş, iddiaçı mülkiyyətindən məhrum edilmişdir. Bu fakt cavabdeh üçün zərərin ödənilməsi öhdəliyi kimi hüquqi nəticə törədir. Çünki «İnzibati icraat haqqında» Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsində zərərin anlayışı müəyyən edilərək göstərilir ki, z ərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instynması məhkəməsi tərəfindən müəyyən olunmuş kompensasiyanın məbləği iddiaçıya vurulmuş maddi zərərə uyğunr və ağlabatandır. Apelyasiya instansiyası məhkəməsi zərərlə bağlı gəl diyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən qeyri-yaşayış sahəsinin faktiki olaraq özbaşına tikili olmasını, analoji ünvan üzrə cavabdeh orqan tərəfindən «Ağşəhər» layihəsi üzrə qeyriyaşayış sahələrinin bir kv.m üçün 300 manat təklif olunmasını, iddiaçı müəssisənin direktoru və təsisçisinin bununla bağlı razılaşma sənədini imzalamasını, cavabdehin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddia tələbinə yazılı etirazının dəlillərini nəzərə alaraq, mübahisəli tikiliyə görə bir kv.m üçün 500 manat olmaqla (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007- ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndində görə 20% əlavə ilə birgə) cəmi 355.000 manat məbləğində (710x500=355.000) kompensasiyanın tutulmasını ədalətli və ağlabatan hesab edilir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və yuxarıda göstərilən maddi hüquq normalarına uyğundur. İddiaçının nümayəndəsinin sökülən tikililər üçün 213.000 manat kompensasiya ödənilməsinə razı olması və bu barədə cavabdeh tərəfindən yaradılmış komissiyanın iştirakı ilə 2017-ci ilin sentyabr ayında razılaşma aktının tərtib olunması barədə cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin akt komissiyanın 14 nəfər üzvünün heç biri tərəfindən imzalanmamış, tarixi və nömrəsi göstərilməmişdir. Komissiya üzvlərinin heç biri tərəfindən imzalanmadığı halda, bu aktın qiymətlə bağlı etibarlı razılaşma aktı kimi qəbul olunması mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası o nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarına və tətbiq olunmalı maddi hüquq norma ları əsasında düzgün nəticəyə gəlmişdir, qərar qanuni və əsaslıdır. Kassasiya şikayətlərinin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cumaddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-89/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar