Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1536/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqənin verilməsindən imtina, qanuni əsaslarla tərxis barədə sübutun olmaması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X3, cavabdehin vəkili X2, nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyul ması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.08.2020-ci il tarixli, 2-1(103)-728/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 29.05.1992-ci ildən 10.05.1994-cü il tarixədək N və N saylı hərbi hissələrin tərkibində Ağdam, Laçın, Qubadlı və Füzuli rayonları uğrunda döyüşlərdə iştirak etdiyini bildirmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh 16 yanvar 2019-cu il tarixli, 1/N-457 saylı məktubla 12.08.1992-ci il tarixdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığından, ona “müharibə vete ranı” adının və vəsiqəsinin verilməsindən imtina olunduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra-mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, 1992-1994-cü il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyinə nəzərə alaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, xx.xx.1973-cü il tarixində Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur. 29.05.1992-ci il tarixində öz ərizəsi əsasında könüllü kimi Əzizbəyov (indiki Xəzər) rayon hərbi komissarlığı tərəfindən hərbi x idmətə çağırılmış, Müdafiə Nazirliyinin tabeliyində yenicə yaradılan N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, 1992-ci ilin avqust ayından atəşkəsin elan olunduğu 10.05. 1994-cü il tarixinədək torpaqlarımızın müdafiəsi uğrunda N və N saylı hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. O, dəfələrlə cavabdehə və Müdafiə Nazirliyinin Arxiv İdarəsinə ərizə ilə müraciət etsə də, verilən Arxiv Arayışı ilə döyüş əməliyyatlarında iştirakı təsdiq olunsa da, lakin həmin sənəddə hərbi xidmətinin bütün dövrlərini əhatə edən illər göstərilmədiyi və ehtiyata buraxılmağı barədə əmr olmadığı üçün, iddiaçıya indiyə qədər müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Son 2 ildə Müdafiə Nazirliyinin Arxiv İdarəsindən aldığı cavablar da fərqli olmuşdur.
5. Cava bdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
6. Birinci instansiya məhkəməsinin 03.07.2019-cu il tarixli, 2-1(82)-1379/2019 nömrəli (sədrlik edən hakim Zaur Tağıyev ) qərarı ilə iddia tələbi təmin edilmişdir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 03.07.2019-cu il tarixli, 2-1(82)-1379/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadı Kollegiyasının 17.09.2019-cu il tarixli 21(103)-2263/2019 nömrəli (hakimlər İlham Əhmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və Vidadi Məmmədov) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin saxlanılmışdır. 03.07.2019-cu il tarixli 2-1(82)-1379/2019 nömrəli qərarı dəyişdirilmədən
9. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019cu il tarixli, 2-1(102)-3387/2019 nömrəli (hakimlər Xəqani Məmmədov - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Azər Hüseynov) qərarı ilə kassasiya şikayəti təmin olunmuş, apelyasiya instansiya məhkəməsinin 17.09.2019-cu il tarixli, 2-1(103)-2263/2019 saylı qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
11. Məh kəmə kollegiyası hesab etmişdir ki, “artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Lakin apellyasiya məhkəməsi cavabdehin istinad etdiyi dəlilə lazımi hüquqi qiymət verməmişdir. Bu zaman həmçinin iddiaçının özü tərəfindən də qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyi nəzərə alınmalıdır. Əsasnaməyə uyğun olaraq müharibə vetera nı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əksini tapmasıdır. Bununla bağlı döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidməti təsdiq edən sənəd kimi yalnız hərbi biletə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından da göründüyü kimi, hərbi bilet özü-özlüyündə yetərli deyildir, onunla yanaşı həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim olunmalıdır.” Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra- mətndə apelyasiya instansiya məhkəməsi) 04.08.2020-ci il tarixli, 2-1 (103)-728/2020 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Həmid Həmidov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 03.07.2019-cu il tarixli 2-1 (82)-1379/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının tələbinin təmin olunmaması qərara alınmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması iş üzrə materiallarla təsdiq olunmur (əmr mövcud deyildir). Həmçinin, iddiaçının özü tərəfindən də onun qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən müvafiq sübutlar və hərbi bilet məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, məhkəmənin sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin 30.07.2020-ci il tarixli, №887 nömrəli məktubuna və 09.03.1996cı il tarixli, 242 №-li arayışın 18-ci qrafasına əsasən iddiaçı 702№-li hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməmiş, həmin arayışın 21-ci qrafasına əsasən isə kontuziya və yaralanma almamışdır.
14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instans iyası məhkəməsi qəbul etdiyi qərarda obyektiv həqiqəti ifadə edən halları qətiyyən nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmamış, işin hüquqi hallarını aydınlaşdırmamış və nəticədə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq ədalətsiz və əsassız bir qərar qəbul etmişdir. Bundan başqa, apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
18. Cavabdehin vəkili və onun nümayəndəsi apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olma dan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
20. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQM V ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyü ş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsar ət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
22. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Re spublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
23. İnzibati-Prosessual Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
24. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə d air iş üzrə qərarı qətidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən, hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi te rminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir
27. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, ha belə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. İddiaçının əsas dəlili ondan ibarətdir ki, 1992-ci ilin avqust ayından atəşkəsin elan olunduğu 10.05.1994-cü il tarixinə kimi N və N saylı hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmişd ir. Odur ki, ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.
31. Məhkəmə Kollegiyası iddiaçının həmin dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi ehtiyata və istefaya buraxılmış şəxslərə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, müvafiq aidiyyəti orqanlar tərəfindən verilir.
32. Nəzərə almaq lazımdır ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir.
33. Eyni zamanda həm də nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğr unda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir.
34. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hərbi bileti mövcud olmamış, ona müvəqqəti olaraq hərbi bilet əvəzinə 115 saylı arayış verilmiş və arayış 03.12.2018-ci il tarixədək etibarlı olmuşdur.
35. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş 19.03.2018-ci il tarixli, 9/2-4598 saylı arxiv arayışında göstərilir ki, N № hərbi hissə komandirinin 04.06.1992-ci il tarixli, 30 №-li əmrinə əsasən iddiaçı N № hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir.N №-li hərbi hissə komandirinin və qərargah rəisinin 12.08.1992-ci il tarixli, 72/1 №-li əmri ilə iddiaçı hərbi əməliyyat zonasında hərbi əməliyyata başlamışdır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş iddiaçı N №-li hərbi hissə komandirinin 05.01.1994-cü il tarixli 5 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Arayışda iddiaçının sonrakı xidməti və hərbi xidmətdən tərxis olunması barədə dəqiq məlumat aşkar olunmadığı üçün iddiaçıya müvəqqəti olaraq hərbi bilet əvəzi arayış verilmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 10.05.1994-cü il tarixdə tərxis olunduğunu bildirsə də, onun qanunla m üəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən ehtiyata buraxılması işdəki sənədlərlə təsdiqini tapmamışdır. İddiaçının öz tələbinin əsası kimi döyüş əməliyyatlarında iştirak etməsi faktına istinad etməsi ona müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.
37. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənilməmişdir. Bu baxımdan iddiaçıya müha ribə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur.
38. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 39.Yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.08.2020-ci il tarixli, 2-1(103)-728/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.