Məhkəmə qərarları › İş №2-1(102)-1536/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1536/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1536/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1961-ci il; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)1037/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. H3 seriyalı ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletə əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur.

2. İT-İ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı, xx.xx.1978-ci ildə Plastik kütlənin emalı üzrə Salyan zavodunda hazır məhsul anbarına quraşdırıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1978-ci ildə təhsilə getdiyi üçün işdən azad edilmiş, xx.xx.1978-ci ildə Salyan plastik kütlə emalı zavodunda Presləmə sexinə hazır məhsulun qablaşdırma anbarına qablaşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə sovet ordusu sıralarına çağırış ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1984-cü ildən NQÇİ nəzdində Kürsəngi TNİ “Səlyanneft” 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə ESM yanacaq dolduran vəzifəsinə keçirilmiş (2-ci dərəcə), xx.xx.1988-ci ildə TKK protokoluna əsasən 1-ci dərəcə sayılmış, xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək X1 İdarəsinin Nəqliyyat Sexinin Təmir emalatxanasının 1-ci dərəcəli YS operatoru vəzifəsində çalışmı ş, xx.xx.2004-cü ildə X1 İdarəsinin Elektrik avadanlıqlarının Təmir sexinə 5-ci dərəcəli təmir üzrə elektrik montyoru vəzifəsində, xx.xx.2005-ci ildə Kürsəngi Qazma sexinə 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru vəzifəsində, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək Lökbatan sahəsində 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru vəzifəsində, xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilədək “X2” Trestinin Tamponaj İdarəsində xüsusi aqreqatlar və almaşınlar sexinə 5-ci dərəcəli quyuların sementlənməsi üzrə maşinist vəzifəsində, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək həmin Trestdə Tamponaj bölümündə quyuların sementlənməsi üzrə 5-ci dərəcəli maşinist vəzifəsində, xx.xx.2014cü ildən xx.xx.2020-ci ilədək ARDNŞ Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində texnoloji nəqliyyat dəst əsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinist vəzifəsində, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ildən SOCAR Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentində 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinist vəzifəsində, xx.xx.2020-ci ildən hazıradək “Azneft” İstehsalat Birliyinin 3 saylı Texnoloji Nəqliyyat Departamentində Texnoloji nəqliyyat sahəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinist vəzifəsində çalışır.

3. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə müvafiq olaraq xx.xx.2021-ci il tarixli, **********7 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktub ünvanlayaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər (10.2) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş SOCAR-ın “X2i tresti”nin xx.xx.2021-ci il tarixli arayışınd a qeyd olunanlara əsasən xx.xx.2004-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “X1 İdarəsi”ndə elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda onun elektrik montyoru vəzifəsində işlədiyi zaman bilavasitə neft, qaz və qaz kondensantı hasilatı obyektlərində elektrik avadanlığının təmiri xidməti ilə məşğul olub-olmadığı barədə hər hansı məlumat qeyd edilməmişdir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 3 ay 24 gün (xx.xx.2010-xx.xx.2014-cü il, xx.xx.2014xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona 60 yaşdan, yəni 24 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü ildən hazıra qədər əmək fəaliyyəti ilə məşğuldur. 2005-ci ildə X1 idarəsi Qobustan KQİİ-yə çevrilmiş, 2007-ci ildə X2 Trestinə çevrilmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək X2 Trestin Lökbatan sahəsinə 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə keçmişdir. İşlədiyi müddətdə zərərli işdə işlədiyi üçün ona hər ay maaşı ilə bərabər pul verilmişdir. Ağır işdə işlədiy ini müəssisə də arayışla təsdiq etmişdir. Həmin müddətdə işlədiyi əmək stajı əmək kitabçasına işlənilmiş, güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, tələbinin təmin edilməsindən imtina edilmişdir. Onun xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək X2 Trestin Lökbatan sahəsinə 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru peşəsi güzəştli şərtlərlə ağır iş hesab edilməmişdir. Cavabdeh orqan tərəfindən onun güzəştli iş stajının 10 il 3 ay 24 gün olması qeyd edilməklə əsassız imtina verilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-9140/2021 nömrəli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan, yəni x x.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)-1037/2022 n ömrəli qərarı ilə (hakimlər: X.A.Cəmilova -sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-9140/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının güzəştli iş stajı xx.xx.2008-xx.xx.2010 (2 il 6 ay 21 gün) dövr üzrə işlədiyi Lökbatan sahəsində 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru peşəsi yuxarıda adı çəkilən Siyahıda “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “10.1 Qazma” yarımbölməsində a) buruqlara xidmət üzrə elektrik montyoru, xx.xx.2010xx.xx.2014 (3 il 9 ay 3 gün), xx.xx.2014-xx.xx.2021 (6 il 6 ay 23 gün) dövr üzrə işlədiyi quyuların sementl ənməsi üzrə maşinist peşəsi yuxarıda adı çəkilən Siyahıda “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “10.1 Qazma” yarımbölməsində a) quyuların sementlənməsi üzrə maşinistlər peşəsinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir və bu sahədə onun xüsusi iş stajı 12 il 6 aydan artıq təşkil edir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən xx.xx.2004-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “X1 İdarəsi”ndə elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi vəzifə neft, qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil.

13. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)1037/2022 nömrəli qərarının dəyi şdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsa latların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 Qazma a) buruqlara xidmət üzrə elektrik montyorları quyuların sementlənməsi üzrə maşinistlər

17. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasınd a yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. A li Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət fo rmal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

24. Kassa torun yeganə dəlili ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.2004xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “X1 İdarəsi”ndə elektrik montyoru vəzifəsində işlədiyi vəzifə neft, qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil.

25. Məhkəmə kollegiyası kassatorun dəlilini əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin araşdırılmasından görünür ki, iddiaçının güzəştli iş stajı xx.xx.2008-xx.xx.2010 (2 il 6 ay 21 gün) dövr üzrə işlədiyi Lökbatan sahəsində 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru peşəsi hazırkı qərarın 16-cı bəndində qeyd olunan Siyahının “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “10.1 Qazm a” yarımbölməsində a) buruqlara xidmət üzrə elektrik montyoru, xx.xx.2010- xx.xx.2014 (3 il 9 ay 3 gün), xx.xx.2014-xx.xx.2021 (6 il 6 ay 23 gün) dövr üzrə işlədiyi quyuların sementlənməsi üzrə maşinist peşəsi yuxarıda adı çəkilən Siyahıda “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “10.1 Qazma” yarımbölməsində a) quyuların sementlənməsi üzrə maşinistlər peşəsinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir və bu sahədə onun xüsusi iş stajı 12 il 6 aydan artıq təşkil edir

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkə mə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

27. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 21(103)-1037/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar