Məhkəmə qərarları › İş №2-1(102)-1537/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1537/2019

04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1537/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “müavinətin ödənilməsi haqqında” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)250/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 4 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 aprel 2018-ci il tarixli, 2-1(81)-864/2018 saylı qərarına əsasən iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmiş, bundan sonra 23 may 2018-ci il tarixdə iddiaçı “müharibə veteranı” vəsiqəsini almışdır. 23 may 2018-ci il tarixdə məhkəmə qərarı əsasında vəsiqənin verilməsinə əsas iddiaçının 05.07.1992-ci il tarixdən 05.09.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi olmuşdur. Sosial müavinət vəsiqəni aldığı tarixdən, yəni 23 may 2018-ci il tarixdən hesablanaraq verilsə də, keçmiş dövr üçün sosial müavinət ödənilməmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edib ona müharibə veteranı statusu və vəsiqəsi təqdim edilməzdən əvvəlki 3 il üçün ödənilməmiş müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh 30 iyul 2018-ci il tarixli məktubunda iddiaçının müharibə veteranlarına ödənilən müavinəti almaq hüququnun müharibə veteranı vəsiqəsini aldığı 23 may 2018-ci il tarixdən yarandığını qeyd edərək, iddiaçıya müharibə veteranı vəsiqəsi təqdim edilməzdən əvvəlki 3 il üçün ödənilməmiş müavinətin hesablanıb ödənilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı 27 avqust 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 23 may 2015-ci il tarixdən 23 may 2018-ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-3891/2018 saylı iş) 19 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verildiyi 23 may 2018-ci il tarixdən üç il əvvəlki – 36 aylıq dövr üzrə ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh orqana sosial müavinətin təyin olunduğu tarixdən üç il əvvəlki dövrünün ödənilməsi barədə müraciəti qanuni olmuş, lakin cavabdeh orqan əsassız olaraq ona imtina cavabı vermiş, bunu nla da onu mülkiyyətindən məhrum etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi, X4 və X3, 2-1(103)-250/2019 saylı iş) 24 yanvar 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 11 fevral 2019-cu il tarixdə qərarın surətini almış, 5 mart 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarıldığı üçün ləğv edilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübu tlar əsasında müəyyənləşdirilməsi təmin edilməli, müəyyən edilmiş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə qərarının çıxarılması təmin olunmalıdır. Birinci və apellyasiya instansiya məhkəmələrinin iddianın təmin və apellyasiya şikayətinin rədd olunması ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. tərəflərin izahatları: Cavabdeh məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay müddətində (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqandan 23 may 2015-ci ildən 23 may 2018-ci ilə qədər olan dövr üzrə müavinətin hesablanıb ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə həmin dövrün müavinətinin ona ödən ilməsinə dair öhdəlik qoyulması barədə iddia qaldırmış, iddia məhkəmə tərəfindən son 3 ilə aid hissədə təmin edilmişdir. İPM-in 33.1 və 33.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə görə...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər...müharibə veteranları sayılırlar. İşdən görünür ki, iddiaçının Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi mübahisə olunmur və 23 may 2018-ci ildən başlayaraq iddiaçıy a müavinət təyin edilərək ödənilir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə görə müharibə veteranı...adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya müharibə veteranı vəsiqəsi 23 may 2018-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət baş İdarəsi tərəfindən verilmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsini 23 may 2018-ci ildə alsa da, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə görə o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi vaxtdan müharibə veteranı sayılır. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə sosial müavinətlərbu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət-onu al maq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilə bilər. Odur ki, apellyasiya instansiyası məhkəməsi 2018-ci ilin may ayına qədər olan son 3 ilə aid müavinətin iddiaçıya ödənilməli olması barədə gəldiyi nəticə əsaslıdır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində həmçinin qeyd edilir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı onun üçün nəzərdə tutulan hər hansı güzəştin tətbiq edilməsini deyil, “Sosial müavinətlər haqqında” Qanunla ona ödənilməli olan aylıq müavinətin ödənilməsini xahiş edir və qanunla ödənilməli olan müavinət hansıs a güzəşti ehtiva etmir. Odur ki, şikayətin dəlilləri əsaslı sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzər də tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-250/19 saylı, 24 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar