Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1537/2021 28.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: icraatın dayandırılmasını zəruri edən halların ətraflı araşdırılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdır ılması Baş İdarəsinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(103)-436/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi X 20.05.2019-cu il tarixli qərarı ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Qərarın icrası məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 07.06.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6- cı maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi 09.09.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, 22.10.2019-cu il tarixində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir.
2. Yoxlama ilə yaranmış dövriyyə kənarlaşmasına görə Vergi Məcəlləsinin 67.15, 159.1, 161.1 və 175-ci maddələrinə əsasən 2019-cu ilin mart ayının ƏDV bəyannaməsi üzrə 185006,07 manat ƏDV-nin və 2018-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 32069,49 manat mənfəət vergisinin azaldıldığı müəyyən olunmuşdur. İddiaçıya Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin azaldılmasına görə 92503,03 manat, mənfəət vergisinin azaldılmasına görə 16034,75 manat, vergi bəyannamələrinin təqdim edilməməsi nə görə 120 manat maliyyət sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC 19.11.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 22.10.2019-cu il tarixli **********191952 nömrəli inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC dövlət qeydiyyatına alınaraq sahibkarlıq fəaliyyətinə başlamış və qanunvericiliklə müəyyən olunmuş vergiləri həmişə vaxtı-vaxtında ödəmişdir. 22 oktyabr 2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə mə suliyyətə cəlb edilməsinə dair” **********91952 nömrəli Qərar qəbul edilmişdir. Cəmiyyət qərarla razılaşmır və qərar qanunsuz və əsassızdır. Çünki səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş bu qərar nəticə etibarı ilə hər hansı faktiki sübut və dəlil əsasında deyil, güman və ehtimal əsasında qəbul edilmişdir. Hansı ki, şəxsin məsuliyyətə cəlb edilməsi kimi mühüm hüquqi inzibati akt kifayət qədər əsaslı və hər hansı şübhəyə yer qoymayan sübutlar və dəlillər əsasında qəbul edilməli olduğu halda, cavabdeh inzibati orqan hər hansı sübut və dəlil olmadan, sadəcə ehtimallar əsasında belə qərara gəlmişdir. 22.10.2019-cu il tarixli Qərarda 217,075.56 manat məbləğində əlavə hesablanmış vergi məbləğinin hesablanması heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır və inzibati aktda (qərarda ) göstərilənləri isbat edən heç bir hal mövcud deyildir.
5. Daha sonra cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 6. 22.09.2020-ci il tarixdə cavabdeh məhkəməyə vəsatət təqdim edərək, İddiaçı MMC-nin iddia tələbləri üzrə məhkəmə baxışının həmin iş üzrə başlamış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Vəsatət onunla əsaslandırılmışdır ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi X 20.05.2019-cu il tarixli qərarı ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Qərarın icrası məqsədil ə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin 07.06.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi 09.09.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, 22.10.2019-cu il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama nəticəsində iddiaçının 185.006,07 manat məbləğində ƏDV və 32.069,49 manat mənfəət vergisi (2018) olmaqla, ümumilikdə 217.075,56 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığı müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması zamanı aşkar edilmiş vergidən yayınma faktı ilə əlaqədar hal-hazırda Vergi Cinayətlə rinin İbtidai Araşdırılması Baş idarəsində ********* nömrəli cinayət işi üzrə cinayət mühakimə icraatı davam etdirilir. Cinayət işinin istintaqı zamanı Məhkəmə Ekspertizası Mərkəzinin 18.08.2020-ci il tarixli 9/1707 nömrəli rəyi ilə səyyar vergi yoxlaması zamanı müəssisəyə hesablanmış əlavə vergilər öz təsdiqini tapmışdır (rəy vəsatətə əlavə edilir). Göstərilənlərə uyğun olaraq qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyrimümkündür. Belə ki, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin ha lların müvafiq ifadələr əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər.
8. Bakı İnzibati Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2-1(112)-1915/2020 nömrəli qərardadı ilə (hakim Nəriman Abıyev) İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı 22.10.2019-cu il tarixli **********191952 nömrəli inzibati aktın ləğv edilməsi tələbi barədə 2-1(112)-1915/2020 saylı iş üzrə icraat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə yekun qərar qəbul ed ilənədək dayandırılması qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, hazırkı işə baxılması cavabdeh orqanın icraatında olan ********* nömrəli cinayət işi üzrə yekun qərar qəbul edilənədək mümkün deyil.
10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 21(103)-436/2021 nömrəli qərardadı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Namiq Cəfərov və Vidadi Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2-1(112)-1915/2020 nömrəli qərardadı ləğv edilmiş, inzibat iş cavabdehin vəsatətinə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır.
12. Məhkəmə hesab etmişdir ki, mübahis ənin predmeti ilə bağlı cinayət təqibi hazırkı işin həllinə təsir etmir, yaxud məhkəmə qərarı cinayət işi üzrə məsələnin həllindən asılı deyil. Birinci instansiya məhkəməsi bu istiqamətdə hərtərəfli araşdırma aparmamışdır.
13. Məhkəmə qərardadı cavabdehə 17.05.2021-ci il tarixində təqdim edilmişdir.
14. Cavabdeh 26.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(103)-436/2021 nömrəli qərardadın ləğv edilməsi və İddiaçı MMC-nin iddia tələbi üzrə məhkəmə baxışının, həmin iş üzrə başlanmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şi kayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinə görə cavabdeh orqan tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat başlanmış və qeyd edilən cinayət işi 12.01.2021-ci il tarixli **********356000 nömrəli ittiham aktı ilə məhkəməyə göndərilmişdir. Belə olan halda, bir mübahisə üzrə iki paralel icraatın aparılmasına şərait yaradılmışdır. Qeyd olunan cinayət işi üzrə cinayət təqibinin hazırkı mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, həmin hallar cinayət təqibi zamanı araşdırılmalıdır. Məhkəmədə baxılan cinayət işi üzrə vergidən yayınma faktı təsdiqini tapacağı halda, həmin hal birbaşa hazırkı işin nəticəsinə təsir edəcəkdir.
16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İnzibati Prosessual Məcəllənin 7.2-ci, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddələri nə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25.03.2004-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə ziddir. Avropa Məhkəməsinin “Johanesson və digərləri İslandiyaya qarşı” işi üzrə 18.05.2017-ci il tarixli qərarında da qeyd edilmişdir ki, həm inzibati məsuliyyət, həm cinayət məsuliyyəti birgə icraatın tərkib hissələri olduqda – başqa sözlə eyni təhqiqatın nəticəsi olaraq tətbiq edildikdə, eyni qanuna əsaslandıqda, qanunvericilikdə vergi ödəyicisinə hər iki məsuliyyətin tətbiq ediləcəyi aydın şəkildə ifadə olunduqda – həm inzibati məsuliyyətin, həm cinayət məsuliyyətinin (birgə icraat qaydasında) tətbiq edilməsi yol veriləndir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasi ya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilməmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllənin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasib əti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.
21. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
23. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Həm in Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
25. Mülki Prosessual Məcəllənin 254.1-ci maddəsinə görə məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;
26. Konstitusiya Məhkəməsi Plenumunun 25.03.2004-cü il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4- cü maddəsinin şərh edilməsinə dair” Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Həmin Qərarda qeyd edilmişdir ki, “göründüyü kimi qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb e tmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, hazırkı qərarın 20-ci bəndində göstərilən normanın məzmunundan göründüyü kimi, qanunvericilikdə inzibati məhkəmə icraatının dayandırılması iki halla şərtləndirilmişdir. Birincisi mübahisənin predmeti ilə bağlı cinayət təqibi mübahisənin həllinə təsir etsin. İkincisi məhkəmənin qərarı cinayət işi üzrə məsələnin həllindən asılı olsun.
31. Konstitusiya Məhkəməsi Plenumunun 25.03.2004-cü il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən iş üzrə icraatın dayandırılması məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyy ən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.
32. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu da bu mövqedən çıxış edir ki, iş üzrə məhkəmə icraatının dayandırılması üçün həmin işə baxılmasının qeyrimümkünlüyü müəyyən edilməlidir.
33. Hazırkı işə baxan birinci instansiya məhkəməsi isə işə baxılmasının qeyrimümkünlüyünü müəyyən etmədən iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul etmişdir.
34. Belə ki, cavabdehin tələbi ********* nömrəli cinayət işi üzrə icraat başa çatanadək hazırkı məhkəmə icraatının dayandırılması olduğundan məhkəmələr həmin cinayət işi ilə hazırkı inzibati iş arasında inzibati işin baxılmasına mane olan halları müəyyən etməlidir.
35. Birinci instansiya məhkəməsi göstərilən istiqamətdə hərtərəfli araşdırma aparmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin məhkəmənin iş üzrə icraatın dayandırılması barədə qərardadını ləğv etmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini qərara almışdır.
36. Kassasiya şikayətinin dəlillərində hazırkı məhkəmə icraatının dayandırılmasını zəruri edən halların olduğu qeyd edilsə də, cavabdeh nə kassasiya şikayətində, nə də işə aşağı instansiya məhkəmələrində baxılarkən belə bir zərurətin olduğunu əsaslandıra bilməmişdir.
37. Odur ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(103)436/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Şərh edilənlərə əsasən məhkəmə kollegiya sı QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 21(103)-436/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.