Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1537/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-528/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bağlar Təsərrüfatı İdarəsinin X1 238 saylı kooperativ tərəfindən verilmiş 14 nömrəli orderə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 1992-ci il tarixli 378 saylı qərarına əsasən Ləhiş Bağlar sahəsində 23 8 saylı BTK-nın nəzdində ölçüsü 0.12 hektar olan 1851 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli **********76 saylı məktubu ilə bildirilmişdir ki, “aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “1719” saylı bağın ərazisinə düşür. Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli 2- 2(102)-75/2014 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ləğv edilmiş və iddia tələbi mümkün sayılmamışdır. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır”.
3. Azərbaycan Respublikası Əmlak Məsələlər i Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli **********05 saylı məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 1851 saylı bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı baxış keçirilməsi barədə ********** nömrəli, xx.xx.2017-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən bağ sahəsinin yeri tərəfinizdən təyin edildikdən və naturada istifadənizdə olan bağ sahəsinin künc nöqtələrinin mərz nişanları göstərildikdən sonra müraciətinizə yenidən baxılacaqdır”.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi nin xx.xx.2019-cu il tarixli **********77 saylı məktubu ilə bildirilmişdir ki, bağ sahəsinə texniki baxış keçirilmişdir. Torpaq sahəsi hasar daxilində 1200 kv.m təşkil edir, üzərində tikili mövcud deyil. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mühəndisin təyin etdiyi koordinatlar üzrə yerləşən ərazi 1719 saylı bağın yerinə uyğundur.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********97 saylı məktubu ilə bildirilmişdir ki, bağ sahəsinə texniki baxış keçirilmişdir. Torpaq sahəsi hasar daxilində 1200 kv.m təşkil edir, üzərində tikili mövcud dey il. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 1851 kimi iddia etdiyi və naturada göstərdiyi bağ sahəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1719 saylı bağ sahəsini yerinə uyğundur.
6. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2-1(82)-186/2019 nömrəli məktubunun icrası ilə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən müraciətdə qeyd edilən sualların cavablandırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edilənlər kimi cavab verilmişdir. Bildirilmişdir ki, göstərilən bağ sahəsinə texniki baxış keçirilmişdir. Torpaq sahəsi hasar daxilində 1200,0 m2 təşkil edir, üzərində tikili mövcud deyil. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mühəndisin təyin etdiyi koordinatlar üzrə yerləşən əra zi 1719 saylı bağın yerinə uyğundur.
7. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 36/1461 saylı arxiv arayışına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 378 saylı Sərəncamı ilə iddiaçıya Ləhiş bağ massivinin 238 saylı bağlar təsərrüfatı kooperativinin bag massivindən bag sahəsi ayrılmışdır. 8. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2in(82)279/2013 saylı qərarına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 14 saylı orderə əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 1851 saylı bağ sahəsinə müvafiq plan-sxemin verilməsi vəzifəsi cavabdeh Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-895/13 saylı qərarına əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2in(82)-279/2013 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2014-cü il tarixli 2-2(102)-75/2014 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2013-cü il tarixli 2-1inz(103)895/13 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1200/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1843 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar göstərilmişdir: Qərardadın birinci və ikinci sualları üzrə: "xxxx" MMC-nin 12 mart 2021-ci il tarixli, 19 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1851 saylı (1719 saylı) bağ torpaq sahəsi Dövlət mülkiyyətinə aid olmaqla bağ torpaq sahələrinin ərazisidir. Həmin bağ sahəsi Ləhiş bağ massivinin bağ sahələrinin sxeminə əsasən yerləşmə mövqeyinə görə 1719 saylı bağ torpaq sahəsinin üzərinə düşür. İŞ ÜZRƏ QƏBUL E DİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
12. İddiaçı 20 dekabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1851 saylı bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. Sonradan iddiaçı iddia ərizəsini dəqiqləşdirərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1851 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın, habelə plan və ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarı ilə iddiaçıya 238 saylı BTK-nə məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha ibarət olan 1851 saylı bağ sahəsi ayrılmışdır. 238 saylı BTK tərəfindən verilmiş 14 saylı orderin surətindən göründüyü kimi, İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha ibarət olan 1851 saylı bağ sahəsi ayrılmışdır. Uzun müddətdir ki, həmin bağ sahəsi iddiaçının və ailəsinin istifadəsindədir. Sözügedən bağ sahəsi üzərin də hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibatı orqana 17 iyul 2018-ci il və 07 avqust 2018-ci il tarixlərdə ərizə ilə müraciət etmiş, müraciətinə xx.xx.2018-ci il tarixli və 28 avqust 2018-ci il tarixli məktublar ünvanlanaraq bildirilmişdir ki, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradıldığı təqdirdə ərizənizə yenidən baxılacağı, digər məktubda isə bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, 1719 saylı bağın ərazisinə düşdüyü əsas gətirilərək imtina edilmişdir. Cavabdeh inzibati orqanın mütəxəssislərinə şərait yaradılsa da, gəlib bağ sahəsinə baxmamışlar. Ölçü işləri aparmadan formal olaraq iddiaçının ərizəsinin təmin olunmasından imtina etmişlər. Qeyd etm işdir ki, cavabdehin hərəkətini qeyri-qanuni hesab edir və ona ayrılmış bağ sahəsinin hüquqi qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi cavabdehin birbaşa vəzifə borcudur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
15. Cavabdehin **********67 saylı, xx.xx.2019-cu il tarixli etirazında bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “1719” saylı bağın ərazisinə düşür. Bundan əlavə, Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli 2-2(102)-75/2014 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ləğv edilmiş və iddia tələbi mümkün sayılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********76 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Sonda cavabdeh iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 16. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-882/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim X.İmanov) iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir.
17. Bakı İnzibati Məhkəməsi 2-1(112)-1200/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim M.Qarayeva) iş üzrə təkrarən məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. 18. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli,10/1843 №-li ekspert rəyi məhkəməyə daxil olmuşdur.
19. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-90/2021 nömrəli qə rarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1851 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi, habelə plan və ölçünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 378 saylı Sərəncamı əsasında Bağlar Təsərrüfatı İdarəsinin X1 238 saylı kooperativi tərəfindən verilmiş 14 nömrəli orderlə Ləhiş Bağlar sahəsində 238 saylı BTK-nın nəzdində öl çüsü 0.12 hektar olan 1851 saylı bağ sahəsi ayrılmışdır. Lakin cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının iddia tələbi ilə bağlı bağçılıq yoldaşlığın ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir.
21. Məhkəmə həmçinin iddia olunan torpaq sahəsinin 1719 sahəsi ilə üst-üstə düşməsi barədə cavabdehin dəlillərini araşdırmış, bu faktın müəyyən olunması üçün ekspertiza təyin etmişdir. Ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şə həri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1851 saylı (1719 saylı) bağ torpaq sahəsi Dövlət mülkiyyətinə aid olmaqla bağ torpaq sahələrinin ərazisidir. Həmin bağ sahəsi Ləhiş bağ massivinin bağ sahələrinin sxeminə əsasən yerləşmə mövqeyinə görə 1719 saylı bağ torpaq sahəsinin üzərinə düşür.
22. Bundan başqa, rəyin təsviri hissəsinə əsasən naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə “Google Yer” proqramının ortofoto görüntülərinə və Ləhiş bağ massivinin bağçılıq sxeminə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, bağ sahələrinin sxemi hazırlanarkən texniki səhvə yol verilərək həmin sxemdə orderə əsasən iddiaçıya ayrılmış 1851 saylı bağ sahəsi 1719 saylı bağ sahəsi kimi qeyd edilmişdir. 1851 saylı bağ torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan bağ torpaq sahəsinə perpendikulyar yerləşir və həmin bağ torpaq sahələrinin arasında yol keçir. Bağların bölgü sxeminə əsasən 1851 saylı bağ torpaq sahəsi başqa şəxsin istifadəsindədir. Araşadırma zamanı o da məlum oldu ki, 1851 saylı bağ sahəsinə bitişik yerləşən 1852 saylı bağ torpaq səhəsinin də order nömrəsi əvvəllər fərqli olmuş və həmin bağ sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış müvafiq məhkəmə qərarı əsasında verilmişdir. İddiaçının bağ sahəsinə bitişik yerləşən 1920 saylı bağ torpaq sahəsi də daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunanlardan məlum oldu ki, İddiaçı faktiki istifadəsində olan bağ sahəsinin nömrəsi Ləhiş bağ massivinin bağ sahələrinin sxeminə əs asən 1719 kimi qeydə alınmalıdır.
23. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarət olsa da, bu vəzifəyə əməl edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya ayrılmış 1851 saylı bağ sahəsi ilə 1719 saylı bağ sahəsini faktiki eynilik təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, məhkəmə sorgusuna əsasən cavabdehin xx.xx.2019cu il tarixli məktubunda bildirilmişdir ki, 1719 saylı bağ sahəsinə dair sənəd (order və ya müqavilə) arxivdə aşkar edilməmişdir.
24. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-528/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-90/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
27. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
28. Kassasiya şikayətində işin halları və iddia tələbinə qarşı təqdim olunmuş etirazın dəlilləri sadalanmış, əlavə olaraq Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 8.0.7, 11.1 və 12.1-ci maddələrinə istinad edilərək apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarının ləğv olunaraq iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:... -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçü n aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... -8.0.7 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam veril məsinin dövlət qeydiyyatı üçün əsasdır. -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... -9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayand ırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.... -15 hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtinar edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra h akimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. 31. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: -9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətənda şların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
32. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 378 saylı Sərəncamı əsasında Bağlar Təsərrüfatı İdarəsinin X1 238 saylı kooperativi tərəfindən verilmiş 14 nömrəli orderlə Ləhiş Bağlar sahəsində 238 saylı BTK-nın nəzdində ölçüsü 0.12 hektar olan 1851 saylı bağ sahəsi ayrılmışdır.
39. Həmçinin, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan qeyd olunan bağ sahəsinin bağçılıq yoldaşlığın ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğu əsası ilə müraciətin icrasından imtina etmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirir ki, apellyasiya məhkəməsi ətraflı araşdırma aparmaqla haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair sərəncam və orderlər belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı mübahisəli bağ sahəsi ilə də bağlı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 378 saylı Sərəncamı mövcuddur.
41. Bundan başqa, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin, cavabdeh bağçılıq yoldaşlığın ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin sənəd sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir.
42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir.
43. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişd ir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı iddia tələbi ilə bağlı apellyasiya məhkəməsi məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
45. Yuxarıda göstərilənlərə əsasən mə hkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-528/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.