Məhkəmə qərarları › İş №2-1(102)-1537/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1537/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1537/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışda və texniki pasportda düzəlişin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxslər: X6, "xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “çıxarışda və texniki pasportda düzəlişin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2023-cü il tarixli, 2-1(105)208/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə Xaçmaz rayon İstehsal-İstehlak Kooperativi arasında bağlanmış 9 iyul 2015-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Xaçmaz şəhəri, 11.B.Zərdabi küçəsi, 4 ünvanda kooperativin istifadəsində olan 0,1034 5 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli qeyri yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 280.9 kv.m olan qeyri-yaşayış sahəsini satın almışdır.

2. Həmin alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən satın alınan qeyriyaşayış sahəsinə dair iddiaçının adına xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101-083002 olan texniki pasport verilmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək X3 xx.xx.2015-ci il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan çıxarış və texniki pasportuna, həmçi nin onun adına olan xx.xx.2015-ci il tarixli inventar nömrəsi 9949, reyestr **********17-06101-083002 olan texniki pasportuna düzəliş edilərək mülkiyyətində olan bina ətrafında yerləşən torpaq sahəsinin qüvvədə olan qanunvericiliyə uyğun ölçüdə istifadəsində olan torpaq sahəsi kimi göstərilməsini xahiş etmişdir.

4. Cavabdeh 25 dekabr 2020-ci il tarixli, **********74 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizədə qeyd olunan əmlak qeyri-yaşayış binasının tərkib hissəsi olan sahədir. Qeyri-yaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə hər hansı bir məlumat çıxarış və texniki pasportda əks olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 26 fevral 2021-ci il tarixdə cava bdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin onun ərizəsinin icrasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli, **********74 nömrəli məktubla verilmiş cavabın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə üçüncü şəxs X3 xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi **********31-12301 olan texniki pasportunda, həmçinin onun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101-083002 olan texniki pasportunda düzəlişlərin edilməsi, həmçinin təxliyə pilləkənlərinin adlarının və çıxış istiqamətlərinin göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X2 rayon X1 şəhəri, H.Zərdabi küçəsi, 4 ünvandaki kooperativin istifadəsində olan 0.10345 ha torpaq sahəsi üzərində yerləşən 555.6 kv.m qeyri yaşayış sahəsi (anbar binaları) satın almışdır. Cavabdeh orqan tərəfindən T.N.Hüseynovun satın aldığı qeyri-yaşayış sahəsinə dair onun ad ına xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi 30201 1012031-12301 olan texniki pasport verilmişdir. Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 472.9 kv.m və torpaq sahəsinin ölçüsü 0.05556 ha göstərilir. Texniki pasportun “Torpaq sahəsinin planı’’ bölməsində üçüncü şəxsin mülkiyyətinə verilmiş anbar binaların yerləşdiyi torpaq sahəsinin ölçüsü 1395.6 kv.m göstərilməklə mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının qarşısından keçən H.ünvan 2an üç tərəfi binaya bitişik vəziyyətdə üçüncü şəxs X3 istifadəsində olan torpaq sahəsi kimi ştrixlənmişdir. xx.xx.2015-ci ild ə həm iddiaçı ilə 280.9 kv.m qeyri-yaşayış sahəsinə, həm də üçüncü şəxs X4 555.6 kv.m tikinti altı sahəsi olan anbar binaların satılmasına dair müqavilə bağlanmazdan əvvəl Xaçmaz şəhəri, H.ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına dair Xaçmaz rayon İstehsal-İstehlak Kooperativinin adına olmuş xx.xx.2014-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışda həmin qeyri-yaşayış binasının ümumi sahəsi 824 kv.m və torpaq sahəsinin ölçüsü 0.10345 ha göstərilməklə torpaq sahəsinin mülkiyyət növü “dövlət”, torpaq sahəsinin hüququn növü “istifadədə” göstərilmişdir. xx.xx.2015-ci ildə Xaçmaz rayon İstehsal-İstehlak Kooperativi ilə üçüncü şəxs X6 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən sonuncuya tikinti altı sahə 555.6 kv.m olan qeyri yaşayış sahəsi-anbar binaları satı lmışdır, yəni ona hər hansı torpaq sahəsi satılmamışdır. Buna baxmayaraq cavabdeh orqan üçüncü şəxs X3 adına verilmiş texniki pasportda onun istifadədə olan torpaq sahəsinin ölçüsünü 1395.6 kv.m göstərməklə iddiaçının mülkiyyətində olan binanın üç tərəfdən bitişik vəziyyətdə onun istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazın məzmunu iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(118)-815/2021 nömrəli qərarı (hakim İ.R.Quliyev) ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Xaçmaz rayon İstehsalİstehlak Kooperativindən həmin müəssisənin adına özəlləşdirilmiş daşınmaz əmlakın əsas hissəsini s atın almışdır. Lakin alqı-satqının predmeti torpaq sahəsi olmamışdır və mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Cavabdeh orqan qeydiyyat orqanıdır və iddiaçının təqdim etdiyi alqı-satqı əsasında qeydiyyat aparmışdır. Mübahisə predmeti olan torpaq sahəsi isə dövlət mülkiyyətində olduğuna görə, iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqların əldə edilməsini torpaq sahəsi üzərində hüquqlara və istifadəyə nəzarət edən orqandan tələb edə bilər. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət torpaqlarına nəzarət edən və dövlət torpaqlarının özəlləşdirilməsini həyata keçirən orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsidir. Eyni zamanda, mövcud qanunvericiliyə əsasən özəlləşdirilmiş dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələri il ə bağlı hüquqlara nəzarət edən orqan Əmlak Məsələləri Dövlət Komitəsi olduğuna görə iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(105)-146/2022 nömrəli qərarı (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(118)-815/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci i nstansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, üçüncü şəxs X6 tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş məhkəmə qərarlarına əsasən cavabdeh inzibati orqanın və üçüncü şəxs T.Hüseynovun da cəlb edildiyi İddiaçı Xaçmaz rayon İstehsal-İstehlak Kooperativinə qarşı “Azərittifaq” İH, X6, Xaçmaz rayon 1 saylı Notariat kontoru və DƏDRX-nin 5 saylı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, sərəncam və qərarların, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti olan əmlakın iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, binaya əvvəllər mövcud olmuş girişin, dəhlizin və sanita r qovşağın istifadəyə verilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş e tmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(102)-1858/2022 nömrəli qərarı (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(105)-146/2022 nömrəli qərarı iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsi ilə bağlı xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsinin rədd olunması hissəsində ləğv edilmiş, bu hissədə iş təkrar baxılması üçün apellyasiya mə hkəməsinə göndərilmişdir. Kassasiya şikayəti qalan hissədə təmin olunmamış, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Kassasiya instansiyası məhkəməsi qərarın ləğv edilən hissəsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m. qeyri yaşayış sahəsinə dair xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq sahəsinin kateqoriyası göstərilməmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının ərizəsində qeyd olunan əmlak qeyri-yaşayış binasının tərkib hissəsi olan sahədir, qeyri-yaşayış sahəsi binanın tərkib hi ssəsi olduğu üçün torpaq sahəsi ilə bağlı hər-hansı bir məlumat çıxarışda əks olunmur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlili ilə bağlı müvafiq maddi hüquq normalarının tələbinə uyğun araşdırma aparmamışdır ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2023-cü il tarixli, 2-1(105)-208/2023 nömrəli qərarı (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, İ.K.Dəmirov və M.Ə.Rzayev) ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(118)-815/2021 nömrəli qərarı iddianın “iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsi ilə bağlı xx.xx.2015-ci il qeydiyyat tarixli, ******** ** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsinə dair xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda torpaq sahəsinə dair düzəliş edilərək torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq sahəsinin kateqoriyasının göstərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

17. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilən hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəl i Fərmanının və həmin Fərmanda dəyişiklik edilməsi haqqında 18 iyun 2020-ci il tarixli, 1142 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərinə əsasən iddianın iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsi hissəsində iddia tələbi təmin edilərək torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq sahəsinin kateqoriyasının göstərilməsi üçün əsaslar mövcuddur.

18. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarının “birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılan” hissəsindən kassasiya şikayəti verməmişdir.

19. Cavabd eh həmin qərarın iddianın təmin edilən hissəsindən kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, göstərilən Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 18 iyun 2020-ci il tarixli, 1142 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərildiyi kimi çıxarışda torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq sahəsinin kateqoriyasi (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilrniş kateqoriyalarından biri) göstərilməlidir. Hazırki iş üzrə isə iddiaçıya məxsus olan daşınmaz əmlak nə torpaq sahəsi, nə də qeyri-yaşayış binasıdır, sadəcə qeyri-yaşayış sahəsidir. Belə olan halda isə çıxarışda torpaq sahəsi ilə bağlı məlumatlar əks oluna bilməzdi. Digər tərəfdən isə, iddiaçıya çıxarış verilərkən Azərbaycan Respublikasi Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı qüvvədə olmuşdur, çıxarış da həmin Fərmana uyğun verilmişdir. Bununla yanaşı, qanunvericilikdə həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişin edilməsi cavabdehin səlahiyyətlərinə aid edilməmişdir. Deməli cavabdeh tərəfindən heç bir pozuntuya yol verilməmişdir, buna görə də məhkəmə qərarı ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. T ƏTBİQ EDİLƏN HÜQUQ 22. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı (çıxarışın verildiyi zaman qüvvədə olmuş redaksiya): 2.1. Nümunəsi bu sənədin 1 nömrəli əlavəsində göstərilən dövlət reyestrindən çıxarışda aşağıdakılar göstərilir:... 2.1.10. torpaq sahəsinin mülkiyyət növü; 2.1.11. torpaq sahəsi üzərində hüququn növü; 2.1.12. torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı);...

23. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 18 iyun 2020-ci il tarixli, 1142 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (hazırda qüvvədə olan redaksiya): 2.1. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir:... 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11. torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla);... 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılması nın (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər....

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəm iyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müva fiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvand a yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsinə dair xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda torpaq sahəsinə dair düzəliş edilərək torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq sahəsinin kateqoriyasının göstərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və h ərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən mübahisələndirilən daşınmaz əmlak torpaq sahəsi və ya qeyri-yaşayış binası olmadığından, sadəcə olaraq qeyri-yaşayış sahəsi olduğundan çıxarışda torpaq sahəsi ilə bağlı məlumatlar əks oluna bilməzdi.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq, eyni zamanda hazırkı qərarın 22-23-cü bəndlərində qeyd olunan maddi hüquq normalarına istinad edərək göstərir ki, istər iş üzrə mübahisələndirilən çıxarışın tərtib edildiyi dövrdə (xx.xx.2015-ci il tarixdə), istərsə də, iddiaçının cavabdehə ilkin müraciət etdiyi dövrdə (xx.xx.2020-ci il tarixdə) q üvvədə olan maddi hüquq normalarının tələbləri baxımından çıxarışda torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü və torpaq sahəsinin kateqoriyası göstərilməlidir. 34. 19.08.2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən çıxarışda yuxarıda qeyd edilənlərlə yanaşı torpaq sahəsinin ölçüsü (hektarla) də göstərilməli xüsusatlar siyahısına əlavə edilmişdir.

35. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası ilə bağlı gətirdiyi digər dəlil, yəni qanunvericilikdə həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişin edilməsinin cavabdehin səlahiyyətlərinə aid edilməməsi hazırkı iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. Çünki, hazırkı qərarın 24-cü bəndində qeyd edilən maddi hüquq normasına əsasən qeydiyyat orqanının vəzifə li şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

36. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiy a instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2023-cü il tarixli, 2-1(105)-208/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar