Məhkəmə qərarları › İş №2-1(102)-1537/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1537/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1537/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1961-ci il) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəşt li şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(107)-60/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1978-xx.xx.1979-cu ilədək peşə təhsili almış, xx.xx.1979-xx.xx.1981ci il tarixləri arasında hərbi xidmətdə olmuşdur.

2. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1981-xx.xx.1982-ci, xx.xx.1982xx.xx.1983-cü, xx.xx.1983-xx.xx.2001-ci illər ərzində əmək fəaliyyəti ilə, 2012-2015 ci tarixləri arasında isə fərdi sahibkarlıqla məşğul olmuşdur.

3. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvaf iq olaraq 12 aprel 2023-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim olunmuş sənədlərdən iddiaçının ümumi iş stajı da 25 ildən az (23 il 05 gün (xx.xx.1979-xx.xx.1981-ci il; xx.xx.1981-xx.xx.1982-ci il; xx.xx.1982-xx.xx.1983-cü il;; xx.xx.1983-xx.xx.2001-ci il) və 2006-2022-ci il tarixləri üzrə 1 il 5 ay) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alın an pensiya kapitalı cəmi 20632,82 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək kitabçasına əsasən 23 il 8 ay 2 gün iş stajının olması, xx.xx.1983-cü ildən xx.xx.2001-ci il tarixədək olan dövrdə 18 il 20 gün olmaqla işlədiyi peşənin güzəştli sahəyə aid olması (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 320№li siyahı üzrə 2140000a-18455 kodu), 2012-2015-ci tarixləri arasında fərdi sahibkarlıqla məşğul olması və müvafiq vergi və sığorta ödənişlərini ödəməsi, xx.xx.1978-xx.xx.1979-cu il tarixləri arasında Azərbaycan SSR Vartaşen rayonu 143 №-li Kənd texniki peşə məktəbində təhsil alması və xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasında hərbi xidmətdə olması ilə əsaslandırmışdır.

6. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1966/2023 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək müəyyən edilmiş ümumi sosial sığorta stajı ilə (22 il, 2 ay, 18 gün), onun 20 12-2015-ci illər üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə yaranmış sosial sığorta stajını (2 il, 4 ay) topladıqda ümumi sosial sığorta stajı cəmi, 24 il, 6 ay, 18 günə bərabər olur ki, bu da tələb olunan 25 ildən azdır. İddiaçının ümumi iş stajı tələb olunan 25 ildən az olduğundan hər bir halda iddia tələbi uğursuzdur.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(107)-60/2024 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İ nzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin e dilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır.

12. Apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 19.1, “Əmək pensiyaları haqqında Qanunun 9.1, 21.1, 23.2-ci maddəsinə istinad etmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, cavabdeh orqan iddia edir ki, iddiaçı 2014-cü il tarixində yalnız 1 ay işləmişdir, bu dəlil absurddur və iş üzrə təqdim edilmiş sübutlarla təkzib edilir. Belə ki, 2012-2015-ci illər ərzində məcburi sosial ödənişlər ödənildiyini cavabdeh özü də təsdiq edir, bu halda nədən iddiaçı 2014-cü ildə ödənişi dayandırsın və sonra 2015 yenidən ödəsin, görünür ki cavabdehin bu dəlili absurd xarakter daşıyır. Digər tərəfdən iddiaçının 2012-2015-c i illər tarixində işləməsi və ən əsası da 2014-cü il tarixində işləməsi məhkəməyə təqdim edilən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş sənəddən görünür. Qeyd olunan məktubda faktiki olaraq vətəndaşın 2012-2015-ci il tarixində işlədiyini və hər ay ********** saylı VOEN üzrə ödənişləri həyata keçirmişdir.

15. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1-ci və İPM-in 12.1, 12.2 və 14.3-cü maddələrin tələbləri pozulmu şdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(107)-60/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan Hüquqları Məh kəməsinin qərarları: 1) Potocka və digərləri Polşaya qarşı, § 57 2) H. Belçikaya qarşı, § 53 3) Suominen Finlandiyaya qarşı, § 36 4) X1rşı, § 29; § 30 5) Hiro Balani İspaniyaya qarşı, § 27; § 28 6) Helle Finlandiyaya qarşı, § 60 KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini a raşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli fakt iki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

26. Belə ki, hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ona güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir.

27. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının 25 il ümumi stajının olmaması əsası ilə iddia tələbi rədd edilmişdir. Məhkəmələrin mövqeyinə görə, iddiaçının 2006-cı ilədək peşə təhsili aldığı (7 ay, 13 gün), hərbi xidmətdə olduğu (2 il, 1 ay, 7 gün) və əmək kitabçasına əsasə n işlədiyi (19 il, 5 ay, 28 gün) müddətin cəmi – 22 il, 2 ay, 18 günə bərabərdir. Bundan əlavə, iddiaçının 2012-2015-ci illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 2012-2013-cü illər üzrə 2 il, 2014-cü il üzrə 1 ay, 2015-ci il üzrə isə 3 ay məcburi dövlət sosial sığorta haqlarını ödədiyi müddət isə cəmi – 2 il 4 ay kimi hesablanmışdır.

28. Belə ki, məhkəmə iddiaçının 2014-cü ildə fərdi sahibkar kimi fəaliyyətini ancaq 1 ayı nəzərə alaraq ümumi iş stajın 24 il 6 ay 1 gün olması qənaətinə gəlmişdir.

29. Halbuki işin araşdırılmış hallarından görünür ki (bax Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin sorğuya cavabı səh. 19), iddiaçı 2012-2015-ci illərdə fərdi sahibkar kimi fasiləsiz olaraq fəaliyyət göstərmiş və müvafiq dövrdə vergi ödənişləri həyata keçirmişdir (səh. 20).

30. Bununla yanaşı işə əlavə edilmiş fərdi şəxsi hesab çıxarışlarında müəyyən olunur ki, iddiaçı tərəfindən 2012-ci il üçün 46.75 cəmi manat, 2013-cü il üçün cəmi 205.25 manat, 2014-cü il üçün cəmi 52.50 manat və 2015-ci ilin 3 ayı üçün 115 manat sığorta haqları ödənilmişdir.

31. Məhkəmə iddiaçının sığorta stajını hesablayarkən 2014-cü il üçün ödədiyi 52.50 manat vəsaitin ancaq dekabr ayı üzrə nəzərə almış və ümumi iş stajını 24 il 6 ay 18 gün hesablayaraq yanlış nəticəyə gəlmişdir.

32. Belə ki, iddiaçı həm apellyasiya, həm də ki kassasiya şikayətində bu barədə qeyd etmişdir ki, cavabdeh orqan 2012-ci il üçün yalnız 1 ayı, dekabr ayın ödənişin qəbul etmişdir, lakin qeyd olunan ödəniş sonradan iddiaçının cavabdeh orqana müraciətdən sonra qeyd olunan ödəniş a ylara bölünməklə bütün 2012-ci ili əhatə etmişdir, bu halda 2014-cü il üzrə ödənilmiş 52.50 azn ödəniş cavabdeh orqan tərəfindən aylara bölünməmiş, 2012-ci il üzrə ödənişin il üzrə bölünməyi mümkün olduğu halda 2014-cü il üzrə həyata keçirilmiş ödəniş niyə cavabdeh və məhkəmə tərəfindən yalnız 1 ay kimi nəzərə alınır.

33. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsaslı hesab edir.

34. Belə ki, apellyasiya məhkəməsi iddiaçı tərəfindən 2012-ci ildə ödənilmiş 46,75 manat pul vəsaitinin məhz dekabr ayında ödənilməsinə baxmayaraq sözügedən məbləğin 12 ay üzrə hesablanmış ümumi 95 manat gəlir məbləğinə uyğun olaraq müəyyən edilmiş 23,75 manat pul məbləğinə münasibətdə bütövlükdə 2012-ci ilə aid olması qənaətinə gəlmişdir.

35. Lakin 2014-cü ildə ödənilmiş 52.5 manat pul vəsaitinə münasibətdə fərqli yanaşma göstərərək həmin ödənişi yalnız 1 ay kimi nəzərə almışdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu cur yanaşması Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin tələblərinin pozulmasına, yəni iddiaçının sosial təminat hüququnun məhdudlaşdırması ilə nəticələnə bilər.

37. İddiaçı apellyasiya şikayətində işin qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Beləliklə də İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələblərini pozmuşdur.

38. Həmin maddənin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarında hər bir halda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

39. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 18 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspek tlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X1rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərs ə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).

41. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə ziddiyyətli hallar olduğu halda, apellyasiya məhkəməsi, apellyasiya şikayətinin dəlillərinə qiymət verməmiş, bu istiqamətdə ətraflı araşdırma aparmamış, sadəcə iddiaçının 25 il stajının olmamasına istinad edərək iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir.

42. Halbuki, belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İn zibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 58.7 və 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

44. Məhkəmə kollegiyası kassatorun dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, hazırkı mübahisə ilə bağlı ziddiyyətli hallar aradan qaldırılmalı, iddiaçının ümumi və xüsusi stajı yenidən araşdırılmalı və hüquqi qiymət verilməlidir.

45. İddiaçı qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

46. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun ol araq araşdırılaraq müəyyən edilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 21(107)-60/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar