Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1538/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, 12.06.2019 X1 ibarət tərkibdə Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2929/2018 nömrəli inzibati iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 12 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) 23 avqust 2013-cü il tarixli diplom ilə Bakı Dövlət Universiteti tərəfindən “Dünya İqtisadiyyatı” ixtisası üzrə Bakalavr ali peşə ixtisas dərəcəsi, İtaliya Respublikası Pavia Universitetinin 23 iyul 2015-ci il tarixli diplomu ilə “Dünya siyasəti və beynəlxalq münasibətlər” üzrə magistr dərəcəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra - cavabdeh) müraciət edərək, həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınmasını xahiş etmiş, cavabdeh 23-04-607-ANİ nömrəli, 09.07.2018-ci il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, iddiaçı bakalavr təhsilini “Düny a iqtisadiyyatı”, magistr təhsilini isə “Dünya siyasəti və beynəlxalq münasibətlər” ixtisası üzrə bitirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” və 12 may 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə, magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilməli olduğundan, bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxsin magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları üzrə təhsil alması milli qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəbdir. Bundan sonra iddiaçı cavabdeh ə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona İtaliya Respublikasının Pavia Universiteti tərəfindən verilmiş 23.07.2015-ci il tarixli ali təhsil haqqında magistr diplomunun ölkədə qanunvericiliklə müəyyən edilmiş qaydada nostrifikasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bakalavr təhsilini Bakı Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisası üzrə almış, Dövlət Attestasiya Komissiyasının 03.07.2013-cü il tarixli qərarı ilə ona Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Təhsilini davam etdirmək üçün İtaliya Respublikasına getmiş, 25 may 2016-cı il tarixdə İtaliya Respublikası Pavia Universitetinin dünya siyasəti və beynəlxalq münasibətlər üzrə magistr pilləsini bitirmiş və ona 23.07.2015-ci il tarixli diplom verilmişdir. Qeyd edilən diplom 07.09.2017-ci il tarixdə apostil olunmuşdur. Ona məxsus diplomun ölkə ərazisində tanınması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, lakin nazirlik 09.07.2018-ci il tarixli, 23-04-607/ANİ saylı məktubla diplomun ölkə ərazində tanınmasından imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3696/2018 nömrəli, 06 sentyabr 2018-ci il tarixli (Z.M.Tağıyev) qərarı ilə iddia təmin edilmiş, iddiaçının adına İtaliya Respublikasının Pavia Universiteti tərəfindən verilmiş 23.07.2015-ci il tarixli diplomun tanınıb, şəhadətnamə verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya m əhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası qanuna zidd olduğundan iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2929/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin еdilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3696/2018 nömrəli, 06 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı bakalavr təhsilini “Dünya iqtisadiyyatı”, magistr təhsilini isə “Dünya siyasəti və beynəlxalq münasibətlər” ixtisası üzrə bitirmişdir. Bu isə “Təhsil haqqında” Azərbaycan Respublikasını n Qanunu”nun 22.3-cü və 22.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları” na ziddir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xar ici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin a li təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqa vilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarının 2.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları təhsil almaq məqsədi ilə yerləşdikləri dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrini, ixtisası (ixtisaslaşmanı), təhsil pilləsini və səviyyəsini seçməkdə sərbəstdirlər. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, növbəti təhsil səviyyəsi üzrə təhsilini davam etdirmək istəyən xaricdə təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nost rifikasiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”na uyğun həyata keçirilir. Göründüyü kimi, xarici ölkələrdə artıq təhsil almış və müəyyən ixtisaslara yiyələnmiş Azərbaycan Respublikasının vətəndaşı növbəti təhsil səviyyəsi üzrə təhsilini Azərbaycan Respublikasında davam etdirmək istədikdə, bu prosedur “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun həyata keçirilir. Bu o deməkdir ki, bakalavr dərəcəsi ilə ixtisaslanmış şəxs yalnız həmin ixtisas üzrə Azərbaycan Respublikasında magistr pilləsini bitirə bilər. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydalar”nın 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsində imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ö lkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani- qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə verilə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, diplomu nostrifikasiya etməkdə əsas məqsədi Azərbaycan Respublikasında doktorantura pilləsində təhsil alması ilə bağlıdır. Təəssüflər olsun ki, diplomu nəinki Çində, hətta bütün dünyada tanınmasına baxmayaraq, Azərbaycan Respublikası tanınmır. Bu da onun doktorantura pilləsində təhsil almasına mane olur. Magistratura təhsili almaq üçün universitetə qəbul olunarkən İt aliya Respublikası ondan tələb olunan fənn üzrə 32 kreditin verilməsini şərt kimi qoymuşdur. Bu fənlər hüquq, tarix və siyasi politologiya fənləridir. O, bu 32 kreditdən artıq krediti verərək həmin universitetə qəbul edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Dünya iqtisadiyyatı ixtisası fərqli olsa da, bu ixtisas Bakı Dövlət Universitetində “Beynəlxalq münasibətlər” fakültəsinin tərkibindədir. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2929/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabd eh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə göndərilmiş məhkəmə bildirişində onun nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Kassasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin ediməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ix tisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir; 3.1-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması üçün bu Qaydaların 2.1-ci bəndində göstərilmiş sənədlər tələb olunur. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Na zirliyi tərəfindən verilir. Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının bakalavr təhsili ilə İtaliyada aldığı magistr təhsili fərqli ixtisas qruplarına aid olduql arından cavabdeh inzibati orqan magistr diplomunun tanınmasından imtina etmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin imtinasını əsaslı sayaraq hesab etmişdir ki, iddiaçının fərqli ixtisaslar üzrə bakalavr və magistr təhsili alması “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3-cü və 22.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları” na ziddir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası işin hallarını tam araşdırmadığından düzgün nəticəyə gəlməmilşdir. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilm iş «Magistratura təhsilinin məzmunu, təşkili və magistr» dərəcələrinin verilməsi Qaydalarının 1.2-ci bəndinə əsəsən, magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Həmin Qaydaların 1.9-cu bəndinə əsasən, müvafiq ixtisas üzrə magistr hazırlığı yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 saylı qərarı ilə təsdiq edilmiş ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatından görünür ki, beynəlxalq münasibətlər (o cümlədən dünya siyasəti ixtisaslaşması) humanitar və sosial ixtisaslar qrupuna aiddir. İddiaçının aldığı “dünya iqtisadiyyatı” bakalavr təhsili isə ikinci ixtisas qrupuna daxil olmaqla ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların təsnifatına əsasən, iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna daxildir. Beləliklə müəyyən olunur ki, həqiqətən də iddiaçının bakalavr və magistr təhsili eyni ixtisas qrupuna aid deyildir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bu hal magistr diplomunun tanınmasından imtinaya əsas ola bilməz. Əvvəla iddiaçı izahatında bildirir ki, İtaliya Respublikasının Pavia Universitetinin “D ünya siyasəti və beynəlxalq münasibətlər” proqramı üzrə magistratura pilləsinə qəbul olmaq istədikdə ona əvvəl imtina cavabı verilmiş, lakin sonradan bakalavrda tədris edilməyən fənlər üzrə fərq imtahanını uğurla verdiyindən qəbul həyata keçirilmiş və magistr dərəcəsinə yiyələnmişdir. Lakin nə iddiaçıya imtina cavabı verən inzibati orqan, nə də ki, apelyasiya instansiya məhkəməsi işə baxarkən qeyd edilən halı ümumiyyətlə araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa bor cludur.(12.1) Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.(12.2) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının magistr ixtisasına uyğun olaraq bakalavr hazırlığına qoyulan tələblər həcmində yaranmış akademik fərqləri verməsi sübuta yetirilərsə, komissiya tərəfindən mənfi rəyin verilməsi üçün yaranmış əsas aradan qalxmış olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 15 fevral tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş və 13.01.2011-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında Əsasnamənin 4.1-ci bəndində də nəzərdə tutulmuşdur ki, ali təhsi lin əsas peşə təhsili proqramlarından biri üzrə təhsili müvəffəqiyyətlə başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər magistraturada təhsil almaq hüququna malikdirlər. Magistraturaya daxil olmaq istədiyi ixtisas üzrə bakalavr diplomu olmayan ali təhsilli şəxslər həmin ixtisasa uyğun bakalavr hazırlığına qoyulan tələblər həcmində yaranmış akademik fərqləri verməlidirlər. Bundan əlavə, qeyd olunmalıdır ki, hazırda Azərbaycanda MBA (Master of Business Administration) magistr proqramı tətbiq edilir ki, bu proqram üzrə magistraturaya, hansı ixtisası bitirməsindən asılı olmayaraq, ali təhsil haqqında diplomu olan bütün şəxslər sənəd verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən xidməti vəzifəsinə uyğun ola raq işin hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, bu barədə hüquq normalarını pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri təmin olunmadığından yoxlanılan qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2929/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1538/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1538/2019
12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver