Məhkəmə qərarları › İş №2-1(102)-1538/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1538/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1538/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin müəyyən edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (bundan sonra mə tndə cavabdeh) qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-806/2021 saylı, 22 aprel 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxxx-ci ildə doğulmuşdur.

2. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, müayinə olunan şəxs iddiaçı, əsas diaqnoz və ağırlaşmaları əlillik əlamətləri təyin etmir, əmək qabiliyyəti itirmə vərəqəsi günləri tam deyil, 180 gün olmalıdır səbəbi ilə əlilliyin müəyyən edilməsi barədə müraciətin təmin edilməsindən imtina edilmişdir. Qiymətləndirmə tarixi 16.10.2019-cu il, Forma 088 № 2736003AADDW, diaqnoz şəkə rli diabet. İddiaçı ona əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etmişdir, cavabdeh 28 oktyabr 2019-cu il tarixli müayinə barədə məlumatın verilməsinə dair məktubla əsas diaqnoz və ağırlaşmaları əlillik əlamətləri təyin etmədiyi, əmək qabiliyyəti itirmə vərəqəsi günləri tam olmadığı üçün əlilliyin müəyyən edilməsi barədə müraciətin təmin edilməsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 13 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmış dır ki, o, uzun müddətdir müxtəlif xəstəliklərdən əzab çəkir. Belə ki, şəkər xəstəliyi, böyrək sallanması, qısa müddətə şüurun itməsi ilə nəticələnən xəstəliklərin, o cümlədən onurğa-bel nahiyəsində kəskin deşik ağrıları, bundan başqa şiş xarakterli qalxanabənzər xərçəng xəstəliklərinə düçar olmuşdur. Səhhəti ilə bağlı Bakı şəhər Baş Səhiyyə idarəsi klinik xəstəxanasında müalicə almış və ona TQS N027 saylı çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 03.09.2019-cu il tarixdən 23.09.2019-cu il tarixədək şəkərli diabetdən müalicə olunması və sağalmaması göstərilmişdir. Bundan başqa 3 saylı Bakı şəhər Baş Səhiyyə idarəsinin göndərişi əsasında şəhər klinik xəstəxanasında 09.03.2019-cu il tarixdən 18.03.2019-cu il tarixədək müalicə almışdır. O, Bakı Respublika Endikrinoloji Mərkəzində müalicə alm ış və ağır vəziyyətdə xəstə olması qeyd olunmuşdur. Bundan sonra təkrarən Bakı şəhər Baş Səhiyyə idarəsinin 3 saylı klinikasında müalicə olunmuş, lakin ağır xəstə olaraq qalmışdır. “Uni” klinika xəstəxanasının verdiyi epikrizə əsasən anal nahiyədə ağrı, qəbizlik, düz bağırsaqda qanaxma, halsızlıq diaqnozları ilə 523 saylı epikriz verilmişdir. 05 aprel 2019cu il tarixdə məhkəmə tibbi ekspertiza və patoloji anatomiya ETT birliyinin Binəqədi rayon şöbəsinin histoptoloji müayinə aktı verilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı Xidmət və Əməliyyat Mərkəzinin 599 saylı arayışına əsasən uzun müddət xəstə olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin 03 iyun 2019-cu il tarixli patositmorfologiya rəyi, “Uni” klinikanın 337 saylı epikrizi, Vita Med hos pitalın 15 mart 2019-cu il tarixli nəticə arayışı, Milli Onkologiya Mərkəzinin əməliyyat edilmə barədə 27.05.2019-cu il tarixli və yenə Milli Onkologiya Mərkəzinin 23.04.2019-cu il tarixli epikrizlərinə əsasən onun iş qabiliyyətinin xəstəliyinə görə itirilməsi və əlillik dərəcəsinin müəyyən edilmə faktına görə Tibbi Sosial Ekspertiza Komissiyasına sənədləri göndərilmişdir. Lakin qeyri şəffaf olan Tibbi Sosial Ekspertiza Komissiyası müxtəlif süründürməçiliyə yol verməklə ona xəstəliyə görə əlillik dərəcəsinin verilməsindən imtina etmişdir. İmtinanın səbəbləri kimi əlavə müalicəyə ehtiyac olmasını, ağırlaşmaların əlillik dərəcəsi müəyyən edilməsi üçün faktın olmamasını, əmək qabiliyyətini itirmə vərəqəsinin günlərinin tam olunması və 180 gün müalicədə olmaması bəhanə gətirilmişdir.

5. Cavabd ehin məhkəməyə ünvanladığı 17.12.2019-cu il tarixli məktubunda qeyd edilir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 16.10.2019-cu il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəlik 01.01.2009-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 1, insulindən asılı, ağır gedişli labil forma” diaqnozu, ağırlaşma kimi isə “Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı, diabetik nefropatiya, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-diabetik retinopatiya. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), diabetik pol ineyrpatiya" diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Essensial [birincili] hipertenziya, essensial hipertenziya mərhələ İİ, risk

3. Enmiş xayanın bədxassəli yenitörəməsi, sağ xayanın Cr-i. İ mərhələ.” xəstəliyi qeyd edilmişdir. Bildiririk ki, qeyd edilmiş diaqnoz və ağırlaşmalar əsasında Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlillik təyinatı aparmaq mümkün deyil. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7. bəndinə uyğun olaraq “2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər” ikinci dərəcə, 2.3.7. bəndinə uyğun olaraq isə “// mərhələ bədxassəli şişlər” üçüncü dərəcə əlilliyin təyininə əsas verir. Səhiyyə müəssisəsinin 2736003AADDW saylı göndərişində iddiaçıya şəkərli diabet xəstəliyinin hədəf orqanlarda törətdiyi dəyişiklərin ağırlıq dərəcəsi qeyd edilmədiyindən hansı funksiya pozuntularının olması məlum olmur. Həmçinin yanaşı xəstəlik kimi qeyd edilmiş “Sağ xayanın Cr-i. İ mərhələ” xəstəliyi də əlilliyin təyininə əsas vermir. Həmçinin xəstəliyi gözlərin görmə itiliyi, böyrək funksiyasının vəziyyətini əks etdirən biokimyəvi müayinələrin nəticəsi qeyd edilməyib. Buna görə də əlillik dərəcəsi təyin etmək mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Bildiririk ki, Azərbaycan Respub likası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə "Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik pr oqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” 4.22. bəndinə əsasən “Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır” iddiaçıya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 14.08.2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən o, 2019-cu və 2020-ci illərdə şəhərin müxtəlif klinikalarında “şəkərli diabet İİ tip, insulin tələbli, diabetik retinopatiya, diabetik polinevropatiya, diabetik nefropatiya, hipertoniya xəstəliyi İİ dərəcə, İİ faza, səthi qastrit, bilbar eroziyalar, erotiv ezofaqit, xayaların dəqiqləşdirilməmiş xərçəngi” diaqnozu ilə mütəmadi ambulator və stasionar müalicələrdə olmuş, “sağ xayanın bədxassəli şişi İ mərhələ” diaqnozu ilə isə 19.03.2019cu il tarixdə “Uniklinika”da üzərində “sağ tərəfl i orxifunikulektomiya” əməliyyatı icra olunmuşdur, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Lakin, İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş əsas xəstəliyin “şəkərli diabet İİ tip, insulin tələbli”, ağırlaşmalarının tam təsdiqi üçün aparılmış laborator, instrumental metodlar yetərincə olmadığından həmin diaqnoz və onun ağırlaşmaları ona əlillik dərəcəsi verilməsi üçün əsaslı hesab edilə bilməz.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-538/2020 saylı iş) 4 noyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 14.08.2020-ci il tarixli ekspert rəyinə istinadən hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X2 və X5, 2-1(103)-806/2021 saylı iş) 22 aprel 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 4 noyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlanmışdır.

11. İddiaçı 30 iyun 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şika yətinin dəlilləri

12. Bakı Apelyasiya Məhkəməsi instansiyasında vəsatətlərin araşdırılmaması, hər hansı fikir bildirilməməsi, qərardadların qəbul olunaraq tərəflərə təqdim olunmaması, məhkəmənin hazırlıq iclası zamanı yekunlaşması “Çəkişmə” prinsipinin ciddi səkildə pozulmasına gətirib çıxarır.

13. Bir ildən çox davam edən məhkəmə proseslərində cavabdeh imtinasını rəsmi sənədlərlə və qanuna istinad edərək əsaslandırmayıb.

14. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

15. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunma sı meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (-).

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – g öndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüqu qu olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa ol unmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaq noz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-).

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik p roqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

1. Ümumi müddəalar 1. 1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-s osial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-).

2. Əlilliyin müəyyən olunması meyarları (-). 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kəna r şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-t ez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri.

24. İnzibati Prosessual Məcəllə: Maddə

12. Sübutların araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar ı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi va sitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələ ri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

25. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfin dən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İddiaçı ona ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.

29. İddiaçının şikayətinin dəlillərinə görə şəkər xəstəliyi, böyrək sallanması, qısa müddətə şüurun itməsi ilə nəticələnən xəstəliklərə, o cümlədən onurğa-bel nahiyəsində kəskin deşik ağrıları, bundan başqa şiş xarakterli qalxanabənzər xərçəng xəstəliklərinə düçar olmuş, ayrı-ayrı xəstəxanalarda müali cə almış və sənədlərdə ağır vəziyyətdə xəstə olması qeyd olunmuşdur. Onda olan xəstəliklər ikinci dərəcəli əlillik müəyyən edilməsi üçün əsas olsa da, onun müraciəti əsassız olaraq rədd edilmişdir.

30. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakılar qeyd edir.

31. İşdə olan sənədlərə görə iddiaçıda 01.01.2009-cu il tarixdən müəyyən xəstəliklərin əlamətləri özünü biruzə vermiş, əsas xəstəlik kimi “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 1, insulindən asılı, ağır gedişli labil forma” diaqnozu, ağırlaşma kimi isə “Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı, diabetik nefropatiya, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OUdiabetik retinopatiya. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işar əsi ilə), diabetik polineyrpatiya” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Essensial [birincili] hipertenziya, essensial hipertenziya mərhələ İİ, risk

3. Enmiş xayanın bədxassəli yenitörəməsi, sağ xayanın Cr-i. İ mərhələ.” xəstəliyi qeyd edilmişdir

32. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, müayinə olunan iddiaçı, əsas diaqnoz və ağırlaşmaları əlillik əlamətləri təyin etmir, əmək qabiliyyəti itirmə vərəqəsi günləri tam deyil, 180 gün olmalıdır səbəbi ilə əlilliyin müəyyən edilməsi barədə müraciətin təmin edilməsindən imtina edilmişdir. Qiymətləndirmə tarixi 16.10.2019-cu il, diaqnoz şəkərli diabet.

33. Bundan sonra cavabdeh 17.12.2019-cu il tarixli məktubunda bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 16.10.2019-cu il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəlik 01.01.2009-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 1, insulindən asılı, ağır gedişli labil forma” diaqnozu, ağırlaşma kimi isə “Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı, diabetik nefropatiya, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OUdiabetik retinopatiya. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), diabetik polineyrpatiya” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Essensial [birincili] hipertenziya, essensial hipertenziya mərhələ İİ, risk

3. Enmiş xayanın bədxassəli yenitörəməsi, sağ xayanın Cr-i. İ mərhələ.” xəstəliyi qeyd edilmişdir. Bildiririk ki, qeyd edilmiş diaqnoz və ağırlaşmalar əsasında Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlillik təyinatı aparmaq mümkün deyil. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7. bəndinə uyğun olaraq “2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər” ikinci dərəcə, 2.3.7. bəndinə uyğun olaraq isə “İİ mərhələ bədxassəli şi şlər” üçüncü dərəcə əlilliyin təyininə əsas verir. Səhiyyə müəssisəsinin göndərişində iddiaçıda şəkərli diabet xəstəliyinin hədəf orqanlarda törətdiyi dəyişiklərin ağırlıq dərəcəsi qeyd edilmədiyindən hansı funksiya pozuntularının olması məlum olmur. Həmçinin yanaşı xəstəlik kimi qeyd edilmiş “Sağ xayanın Cr-i. İ mərhələ” xəstəliyi də əlilliyin təyininə əsas vermir. Həmçinin xəstəliyi gözlərin görmə itiliyi, böyrək funksiyasının vəziyyətini əks etdirən biokimyəvi müayinələrin nəticəsi qeyd edilməyib. Buna görə də əlillik dərəcəsi təyin etmək mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tib bi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə "Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyə tli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” 4.22. bəndinə əsasən “Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir.

34. Birinci instansiya məh kəməsinin aldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 14.08.2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının tibbi sənədlərinə əsasən o, 2019-cu və 2020-ci illərdə şəhərin müxtəlif klinikalarında “şəkərli diabet İİ tip, insulin tələbli, diabetik retinopatiya, diabetik polinevropatiya, diabetik nefropatiya, hipertoniya xəstəliyi İİ dərəcə, İİ faza, səthi qastrit, bilbar eroziyalar, erotiv ezofaqit, xayaların dəqiqləşdirilməmiş xərçəngi” diaqnozu ilə mütəmadi ambulator və stasionar müalicələrdə olmuş, “sağ xayanın bədxassəli şişi İ mərhələ” diaqnozu ilə isə 19.03.2019-cu il tarixdə “Uniklinika”da üzərində “sağ tərəfli orxifunikulektomiya” əməliyyatı icra olunmuşdur, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Lakin iddiaçının sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş əsas xəstəliyin “şəkərli diabet İİ tip, insulin tələbli”, ağırlaşmalarının tam təsdiqi üçün aparılmış laborator, instrumental metodlar yetərincə olmadığından həmin diaqnoz və onun ağırlaşmaları ona əlillik dərəcəsi verilməsi üçün əsaslı hesab edilə bilməz.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində ikinci dərəcə əlilliyin müəyyən olunması meyarları və halları göstərilmişdir.

36. İddiaçının xəstəlikləri ikinci dərəcə əlillik təyin olunması üçün Əsasnamədə sadalanan hallarda əksini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası iddiaçıya əlillik dərəc əsi verilməsi üçün əsas olmaması barədə məhkəmə tibbi ekspertizasının rəyini əsaslı hesab edir.

37. Bəhs olunanlara əsasən, iddiaçının kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-806/2021 saylı 22 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar