Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1538/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Mərkəzi Seçki Komissiyası və digərlərinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Mərkəzi Seçki Komissiyası və digərlərinə qarşı “kompensasiya və digər” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2 025-ci il tarixli, 2-1(103)-700/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Mərkəzi Seçki Komissiyası və digərlərinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək təxribat, şər və böhtan xarakterli illərdir bilərəkdən davam edən özlərinin cinayətlərinə aid olan hərəkət və hərəkətsizliyə görə hələ də Seçki məntəqələrinədək özlərinə aid əməllərini bilərəkdən təxribat xarakterli bulaşdırdıqları üçün siyasi informasiya oyununa bilərəkdən nəzarət etmədiyi üçün Bəylər Əyyubov tənbeh olunmaqla 10 (on) AZN, Xalik Məmmədov, Arzu Nağıyev və Aydın Hüseynovdan hər birindən ümumilikdə 1.000.0 00.000 (bir milyard), Ziya Məmmədovun siyasi, şər böhtan xarakterli oyunu, Quba icra hakimi oyunu bu günədək ölkə üzrə gənclərin və əhalinin başına Respublika üzrə radar və telefon izləmə əməllərin davam etdirdiyi üçün iki yüz milyarda və telefon izləmə əməllərin davam etdirdiyi üçün 200.000.000.000 (iki yüz milyard) heç bir halda qızıl və silah sursat alınmamaq şərt və tələbi ilə Dövlət büdcəsinə ödənilməsi barəsində və Qubanın SƏBA yurdunda adı keçən GƏLİNin iftiradan daşa dönmüş halı və müqəddəs torpağın məbədi və Hüdud məntəqəsi ilə həmin yerdə adı keçən X5 eyni hüduda daxil olunması barəsində və SOCAR (ARDNŞ) da illərdir rüşvətlə işə düzəlmə əməllərinə görə və s. bu siyasi hərəkətləri illərdir davam etdirdikləri üçün hələ də seçki məntəqələrinədək illərdir davam etdirdikləri üçün 100. 000.000.000 (yüz milyard) Qubanın bütün hüdudlarından həqiqətən seçilmək istəyən Namizəd seçki hesablarına ödənilməsi barəsində və Qubanın bütün Hüdudları bir Dairəyə verilməsi, 2020-ci il və 2024-cü ildə Milli Məclisə Seçkilər X7 Qutuya total saxta səslər səbəbindən, yəni səslərlə yekun protokollara uyğun gəlməməsi səbəbindən və həmin problemlərin hələ də maddi və mənəvi siyasi və iqtisadi səbəbləri hələ də araşdırmadığı və ya araşdırıldığı halda elan olunmadığı üçün 1.000.000.000 (bir milyarda) onun X8 büdcəsindən və cavabdehlər tərəfindən ödənilməsi öhdəliyinin qoyulması barəsində və heç bir halda silah sursat və s. alınmamaq şərti ilə ancaq Qubanın və digər rayonların daha da gözəlləşməsi və inkişafına yönəltməyi üçün 2020-ci il və 2024ci il Milli Məclisə saxta seçkilər keçirdikləri sə bəbindən və ona bilərəkdən külli miqdarda maddi və mənəvi borc ziyan vurduğuna görə və siyasi bulaşmanı əsassız olaraq hələ də davam etdirdikləri və s. səbəblərə görə Seçki hesabına daha da gec olmadan cavabdehlər bu hissədə əsl cavabdeh olan şəxslərdən, yəni bu hissədə əsl cavabdeh orqanlardan alınması və ona və özlərini maraqlı şəxs öhdəliyi qoyulması barəsində tam ədalətli qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)-12756/2024 nömrəli qərardadı ilə (hakim X1) iddia tələbi mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibаti Kollegiyasının 16 yanvar 2025-ci il tarixli 2-1(103)-700/2025 nömrəli qərarda dı ilə (hakimlər X6 (məruzəçi), X2 və X3) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 21(112)-12756/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Daha sonra iddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibаti Kollegiyasının 24 yanvar 2025-ci il tarixli 2-1(103)-700/2025 nömrəli qərardadı ilə iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmişdir.
7. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyə n edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnz ibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsasla nan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada, bir qayda olaraq, kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1769/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-109/2024 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-683/2023 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-654/2023 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)771/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)-358/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)270/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102) -308/2022 nömrəli; xx.xx.2022ci il tarixli 2-1(102)-157/2022 nömrəli qərarları (qərardadları)).
12. Digər tərəfdən, qanunvericiliyin tələblərinə görə proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığının müəyyən olunmasından asılıdır. Hazırkı halda isə sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq iddiaçı az təminatlı olduğuna dair kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı ərizəsində vəkilin xidmət haqqının ödənilməsi üçün kifayət qədər maddi imkanının olmadığını atasının əlil olması ilə əsaslandırsa da, bu fakt iddiaçının özünə aid olan hal deyildir və yalnız atasının tərəf olduğu işlərdə müzakirə oluna bilər.
13. Məhkəmə kollegiyası nəzərə alır ki, iş də iştirak edən şəxslər maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Qanunla vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər (İPM-in 1.2, 31.1-ci, MPM-in 14.4, 14.5-ci maddələri). Bununla yanaşı, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM-in 47.1-ci maddəsi).
14. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2025-ci il tarixli, 2-1(103)-700/2025 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılma