Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1539/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Bəhman Qəribov, İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, vəkili X1 cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “01.01.2006-cı il tarixdən 01.06.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (31.05.2018-ci ilədək DSMF-nin Səbail rayon şöbəsindən İİ dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi ŞərtlərləTəyinat İdarəsindən 01.06.2018-ci ildən hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə aldığı pensiya arasında fərqin) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2-1(103)-176/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1965-ci ildə Ucar rayonunda doğulmuşdur və hazırda Bakı şəhərində yaşayır.
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçıya 25.01.1994-cü il tarixdən İİ dərəcə əlillik təyin etmişdir. İddiaçı həmin tarixdən 31.05.2018-ci il tarixədək əmək pensiyası almışdır.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 24.12.2020-ci il tarixli, **********74 nömrəli məktuba əlavə edilmiş 1517 nömrəli müayinə aktından çıxarışa əsasən iddiaçıya 28.12.1993-cü ildən müddətsiz olaraq İİ dərəcə əlillik müəyyən edilmişdir. Arayışda əlilliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı yaranması qeyd edilmişdir. 4. 01.06.2018-ci il tarixdən iddiaçıya İİ dərəcə əlilliyə görə Azərbaycan Re spublikasının Müdafiə Nazirliyinin məlumat vərəqi əsasında hərbi qulluqçu kimi pensiya təyin olunmuşdur. İddiaçıya ümumi əlilliyə görə aldığı pensiya ilə ona hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında 3 illik fərq cavabdeh tərəfindən hesablanaraq ödənilmişdir.
5. İddiaçı 13.05.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona yalnız sonuncu 3 ilin yox, 01.01.2006-cı il tarixdən 01.06.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciəti cavabsız qalmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehin müraciətə cavab verməməsini imtina kimi qəbul etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.2006-cı il tarixdən 01.06.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (31.05.2018-ci ilədək DSMF-nin Səbail rayon şöbəsindən İİ dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsindən 01.06.2018-ci ildən hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinı xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət dövründə aldığı yara (travma) nəticəsində sağlamlığını itirmiş və ona 25.01.1994-cü il tarixdən İİ dərəcə əlillik təyin edilmişdir. 25.01.1994-cü il tarixdən 31.05.2018-ci il tarixədək DSMF-nin Səbail rayonu şöbəsindən əmək pensiyası almışdır. 01.0 6.2018-ci il tarixdən isə Müdafiə Nazirliyinin məlumat vərəqi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, DSMF-nin Səbail rayon şöbəsi tərəfindən ödənilən pensiya isə dayandırılmışdır. Bu zaman DSMF-nin Səbail rayon şöbəsindən aldığı pensiya ilə hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında 3 illik fərqin cavabdeh tərəfindən hesablanaraq ona ödənilmişdir. İddiaçı isə yalnız sonuncu 3 ilin yox, 01.01.2006-cı il tarixdən 01.06.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq ödənilməli olduğunu hesab edərək 13.05.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır.
8. Cavabdeh iddiaya qarşı 24.09.2019-cu il tarixli etirazında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05.02.2016-cı il ta rixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma və əlilliyə görə pensiyanın ödənilməsi tarixinin TSEK-in qərarının qəbul olunduğu vaxtdan hesablandığını və iddiaçının 2018-ci ildən etibarən müəyyənləşdirilmiş əlillik səbəbinin geriyə qüvvəsi olmadığından, iddiaçıya tələb etdiyi dövrlər üzrə pensiya hesablanması mümkün olmadığını bildirmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-1(81)2990/2019 nömrəli qərarı (hakim Miminat Hacıbəyova) ilə iddia təmin edilmiş, iddiaçıya 01.01.2006-cı il tarixdən 01.06.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (31.05.2018-ci ilədək DSMF-nin Səbail rayon şöbəsindən İİ dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi ŞərtlərləTəyinat İdarəsindən 01.06.2018-ci ildən hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hərbi xidmət dövrü aldığı yara (travma) nəticəsində sağlamlığını itirmiş və ona 25.01.1994-cü il tarixdən İİ dərəcə əlillik təyin edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçının hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ artıq 1994-cü ildə yaranmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi 01.06.2018-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsi qərara alınmışdır.
11. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayə ti verilmişdir. Yuxarı instansiya məhkəmələrində icraat
12. Bakı Apelyasiya Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2-1(103)-401/2020 saylı (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-1(81)-2990/2019 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
13. İddiaçı 15.04.2020-ci il tarixində həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2020-ci il tarixli, 2-1(102)-1305/2020 saylı (hakimlər İspəndiyar Şəfiyev - sədrlik edən və məruzəçi, Zakir Quliyev və Rahib Nəbizadə) qərarı ilə kassasiy a şikayəti qismən təmin olunmuş, Apelyasiya Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2-1(103)401/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
15. Bakı Apelyasiya Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2-1(103)-176/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-1(81)-2990/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. həmin qərarın ləğv KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya ş ikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 -ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli Qərarına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 01.07.2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Buna görə də, iddiaçıya ən çoxu üç il üçün pensiya fərqi ödənilə bilərdi və həmin məbləğ də iddiaçıya münasibətdə hesablanıb ödənilmişdir. Pensiya məbləği zaman keçdikcə artdığın ı da nəzərə alaraq, iddiaçı 2007ci ildə hətta hərbi qulluqçu kimi pensiya alsaydı belə ödəniləcək məbləğ 2018-ci ildə alacağı ilə eyni olmayacaqdı. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
20. İddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (01.07.2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (01.07.2017-ci ildən qüvvəyə minmiş redaksiya). 22. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun: Maddə
49. Keçmiş müddət üçün pensiyaların ödənməsi Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.
23. İnzibati Prosessual Məcəllə: 96.8. Şikayət əsa ssızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq norma larının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməkl ə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə Məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 29. 27.04.2018-ci il tarixli, 10499 nömrəli MN seriyalı Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsinə əsasən iddiaçıya 25.01.1994-cü il tarixdən İİ dərəcə əlliliyə görə pensiya təyin edilmiş, pensiyanın ümumi məbləği 484 (dörd yüz səksən dörd manat 00 qəpik) manat təşkil etmişdir. 3
0. İddiaçı 25.01.1994-cü il tarixdən 31.05.2018-ci il tarixədək DSMF-nin Səbail rayon şöbəsindən əmək pensiyası almışdır. 01.06.2018-ci il tarixdən iddiaçıya İİ dərəcə əlilliyə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat vərəqi əsasında hərbi qulluqçu kimi pensiya təyin olunmuş, DSMF-nin Səbail rayon şöbəsi tərəfindən ödənilən pensiya isə dayandırılmışdır. İddiaçının DSMF-nin Səbail rayon şöbəsindən aldığı pensiya ilə ona hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında 3 illik fərq cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilmişdir.
31. İş Apelyasiya Məhkəməsinin təkrar icraatında olarkən araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 24.12.2020-ci il tarixli, **********74 nömrəli məktuba əlavə edilmiş 1517 nömrəli müayinə aktından çıxarışa əsasən iddiaçıya 28.12.1993-cü ildən müddətsiz olaraq İİ dərəcə əlillik müəyyən edilmişdir. Arayışda əlilliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı yaranması qeyd edilmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ 25.01.1994-cü il tarixdə yarandığından, hazırkı mübahisə cavabdehin şikayətdə iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir.
33. Bu qərarın 22-ci bəndində istinad olunan normaya görə, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçını n vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.
34. Qeyd edilən normanın müddəaları baxımından, iddiaçı 01.01.2006-cı il tarixdən 01.06.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin ( iddiaçının 31.05.2018-ci ilədək DSMF-nin Səbail rayon şöbəsindən İİ dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi ŞərtlərləTəyinat İdarəsindən 01.06.2018-ci ildən hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə aldığı pensiya arasında fərqin) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır və apelyasiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
35. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə b ağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 22.12.2006-cı il tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 01.01.2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fonduna həvalə edildiyindən və hərbi qulluqçuların pensiya təminatı hazırda başqa dövlət orqanı tərəfindən həyata keçirilmədiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondudur.
36. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 01.01.2006-cı il tarixdən 01.06.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin ödənilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
37. Nəticə etibarı ilə, cavabdehin kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu baxımdan şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(103)176/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.