Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1539/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əqli Mülkiyyət Agentliyinin qərarının ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əq li Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)513/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Topт KOHTИ” adlı əmtəə nişanının təsviri Ukrayna Respublikasının Donetsk vilayəti, Kostantinovka şəhəri, İnternatsionalnaya küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi "Konti" Xüsusi Səhmdar Cəmiyyətinin (bundan sonra- "Konti İB") işçisi X2 tərəfindən yaradılmışdır və təsvirə dair bütün əqli mülkiyyət hüquqları işəgötürən kimi Konti İB- yə məxsusdur. 2. "Topт KOHTИ" adlı əmtəə nişanının yaradılması haqqında” 20 oktyabr 2014cü il tarixli Aktlarda göstərilmişdir ki, "Topт KOHTИ" adlı təsvirin müəllifi X1 və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları “X4 Konti” XSC-yə keçmişdir.
3. İddiaçı "Konti-Rus” Səhmdar Cəmiyyəti və İddiaçı2 Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasına müraciət edərək " Konfirella Торт бисквитный кокосовый " (təsvir) adlı əmtəə nişanının (xx.xx.2016-cı il tarixli, 2016 1343 qeydiyyat nömrəli) qeydiyyatının etibarsız sayılmasını xahiş etmişdir.
4. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarı ilə iddiaçının mür aciətinin təmin edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar 16 mart 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarının tamamilə ləğv olunması və "Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1343 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişlər.
6. İddiaçı tələbini aşağıdakı qaydada əsaslandırmışdır: - iddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək "Konfirella Торт бисквит ный кокосовый" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1343 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və ərizəni təmin etməmişdir. “Topт KOHTИ” adlı əmtəə nişanının təsviri Ukrayna Respublikasının Donetsk vilayəti, Kostantinovka şəhəri, İnternatsionalnaya küçəsi 460 ünvanında yerləşən “X4" Xüsusi Səhmdar Cəmiyyətinin işçisi X2 tərəfindən yaradılmışdır və təsvirə dair bütün əqli mülkiyyət hüquqları işəgötürən kimi İddiaçı2nə məxsusdur. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (bundan sonra-"xxxx" MMC) “Konfirella Торт бисквитный кокосовый” adlı ə mtəə nişanının 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə qeydiyyata alınmasına dair 05 avqust 2016-cı il tarixində iddia ərizəsi verilmişdir və 12 dekabr 2016-cı il tarixində " Konfirella Торт бисквитный кокосовый " adlı əmtəə nişanı 2016 1343 nömrəsi ilə qeydiyyata alınmışdır. Hesab edirlər ki, "xxxx" MMC "Konfirella Торт бисквитный кокосовый” adlı əmtəə nişanını qeydiyyata aldırmaqla, “Konti” İB-yə məxsus olan müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(112)-820/2021 nömrəli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli, 2-1(112)-820/2021 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia təmin edilmiş, Azərbaycan Re spublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarı ləğv olunmuş və “Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1343 nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna əsasən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafizə edir. Qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən n işanın qadağan olunmasını tələb edə bilər. "xxxx" MMC ilə iddiaçılar arasında müqavilə münasibətlərinin mövcud olduğu 20102016-cı illərdə “Topт KOHTИ” əmtəə nişanlı tort məhsullarının İddiaçı1, İddiaçı2 və "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin ünvanına 2016-cı il ərzində Azərbaycan Respublikasına idxal olunması barədə məlumatlar işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1000-170/1xx-xx/018181 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş gömrük bəyannamələri əsasında rəsmiləşdirillən idxal əməliyyatları haqqında məlumatlarla təsdiq olunur. Məhkəmə “Topт KOHTИ” adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri “Konti” Xüsusi Səhmdar Cəmiyyətinin tapşırığı ilə onun işçisi X2 tərəfindən xx.xx.2014-cü il tarixdə yaradıldığından, həmin əmtəə nişanının "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla və təsvirlə qeydə alınması ilə iddiaçıların hüquqlarının pozulduğunu, “Konfirella Торт бисквитный кокосовый” adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmış “Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının qarışdırılacaq dərəcədə bənzər olan nişanlar olduqlarını, əmtəə nişanlarının təsvirlərinin eynilik təşkil etdiyini, əmtəə nişanlarının təsvirlərində istifadə edilən sözlərin ümumi görünüş (müşahidə) təəssüratını, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışını (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbasının üst–üstə düşdüyünü, hər iki əmtəə nişanında sözlərin kiril əlifbası ilə rus dilində və eyni şriftlə yazıldığını, əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması və xüsusiyyətlərinin (naturallığı) oxşarlıq yaratdığını, həmçinin 2016-cı ildən əvvəl bağlanılmış müvafiq müqavilələrə uyğun olaraq “Topт KOHTИ” adlı məhsulun iddiaçı tərəfindən "xxxx" MMC-yə göndərildiyini, Azərbaycan Respublikasına idxal edildiyini, beləliklə, cavabdeh orqanın imtinasının qanunsuz və əsassız olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
10. Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-513/2022 nömrəli qərarı (hakimlər E.E.Nağıyva (sədrlik edən və məruzəç i), C.A.Yusifov və V.Ə.Baxışova) ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və işdəki sübutlara düzgün qiymət verilməmiş, işə birtərəfli qaydada yanaşılmış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə məhkəmə kollegiyası iş üzrə səhv nəticəyə gəlmişdir. Mə hkəmənin “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası qanununun 4-cü maddəsinə istinad etməsi də əsaslı hesab oluna bilməz. Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi, digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması, eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafı göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hə rəkətlərə yol verilmir. "xxxx" MMC qeyd olunan əmtəə nişanını qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirmişdir. Apellyasiya instansiya məhkəməsinin bu maddəyə istinadı əsaslı hesab edilməməlidir.
15. Bundan başqa, «Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası»nın 6-cı maddəsinin A (2) bəndində göstərilir ki, “Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi götürülür.” Hazırkı iş üzrə iddiaçı tərəfə məxsus olan “Konti MOUSSE” yalnız sözdən ibarət əmtəə nişanı 17 mart 2015-ci il tarixdə Qazaxıstan Respublikasında qeydiyyatdan keçmişdir. Lakin, iş materiallarında bu maddənin tələblərinə cavab verən, iddiaçı tərəfin həmin ölkədə hər hansı bir həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsinin yerləşdiyini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi hazırkı qərarı qəbul etməklə bu maddənin tələblərini də kobud şəkildə pozmuşdur. Həmçinin, "xxxx" MMC “Konfirella Торт бисквитный кокосовый » kombinasiya olunmuş əmtəə nişanına şəhadətnamənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X5 Komitəsinə müraciət olunan vaxt həmin əmtəə nişanın ilkin ekspertizası keçirilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasında müraciətə baxılan zaman təkrar araşdırma aparılmış, iddiaçıya məxsus əmtəə nişanı ilə "xxxx" MMC-yə məxsus əmtəə nişanı arasında oxşarlığın olmadığı və bu nişanların fərqli nişanlar olduğu müəyyən olunmuşdur. Bununla bağlı işə baxan məhkəmələr tərəfindən müvafiq ekspertiza təyi n olunmalı olduğu halda edilməmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə dair yazılı mülahizə təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)513/2022 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun Maddə
3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və m üqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə
6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır:.a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... Maddə
10. Əmtəə nişanının il kinliyi Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi)... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. Maddə
25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmada n ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.... Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Maddə
29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: (...) əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. (...) 18. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun Maddə
5. Müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Həmin maddənin 2-ci bəndinin dördüncü hissəsinə görə isə müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formada mövcud ola bilər: “təsviri (rəsm, eskiz, şə kil, plan, cizgi, kino, tele-, video-, yaxud fotokadr və s.)...” 19. “Ədəbi və X3 haqqında Bern Konvensiyası” Maddə 2. “«Ədəbi və bədii əsərlər» termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən:...rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini...”əhatə edir...” Həmin maddənin 6-cı bəndinə əsasən, “bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.” 20. “Haqsız rəqabət haqqında” Qanun Maddə 4. “Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtə əsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. 21. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası Maddə
6. Mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göst ərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşması kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi, əgər onun İttifaq sərhədlərində belə müəssisəsi yoxdursa, İttifaqın onun yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa, onun vətəndaşı olduğu ölkə götürülür. İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa, baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatı rə dd edilə, yaxud etibarsız hesab edilə bilər
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. M addə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
24. Şikayətdə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxar ı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kasasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Yuxarıda istinad olunan normalara görə, müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr) və sair obyektiv formada mövcud ola bilər.
29. Bu qərarın 21-ci bəndində istinad olunan normalara əsasən, mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşması kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilmiş şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və cidd i sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi, əgər onun İttifaq sərhədlərində belə müəssisəsi yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa, onun vətəndaşı olduğu ölkə götürülür. 30. “Haqsız rəqabət haqqında” Qanunun yuxarıda istinad olunan 4-cü maddəsinə görə, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir.
31. Eyni zamanda, nəzərə almaq lazımdır ki, yuxarıda istinad edilmiş normalara görə, “Ədəbi və bədii əsərlər” termini, ifadə üsul və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənətəsərlərini əhatə edir. Həmin normaların tələbinə əsasən bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəl lifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.
32. İş üzrə materiallarla müəyyən olunmuşdur ki, “Topт KOHTИ” adlı əmtəə nişanının təsviri Ukrayna Respublikasının Donetsk vilayəti, Kostantinovka şəhəri, İnternatsionalnaya küçəsi 460 ünvanında yerləşən “X4" Xüsusi Səhmdar Cəmiyyətinin işçisi X2 tərəfindən yaradılmışdır. "Topт KOHTИ" adlı əmtəə nişanının yaradılması haqqında” 20 oktyabr 2014-cü il tarixli Aktlarda göstərilmişdir ki, "Topт KOHTИ" adlı təsvirin müəllifi X1 və tərəflər arasında bağlanılmış əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları İddiaçı2 XSC-yə keçmişdir. 20 oktyabr 2014-cü il tarixli müstəsna müəllif hüquqlarının işəgötürənə verilməsinin təsdiqi haqqında akta əsasən həmin cəmiyyət qeyd olunan təsvirə müstəsna hüquq əldə etmişdir. 33. "xxxx" MMC ilə iddiaçılar arasında müqavilə münasibətlərinin mövcud olduğu “Topт KOHTИ” əmtəə nişanlı tort məhsullarının İddiaçı1, İddiaçı2 və "xxxx" MMC tərəfindən 2010-2016-cı illərdə "xxxx" MMC-yə bağlı "xxxx" MMC-nin ünvanına Azərbaycan Respublikasına idxal olunması barədə işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1000-170/1xxxx/018181 nömrəli məktubu ilə və həmin məktuba əlavə edilmiş gömrük bəyannamələri əsasında rəsmiləşdirillən idxal əməliyyatları haqqında məlumatlarla təsdiq olunur
34. Qeyd olunan xüsusat başqa bir inzibati iş üzrə işə əlavə olunmuş hazırkı tərəflərin və üçüncü şəxsin iştirak etdiyi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəsini almış 2-1(102)-2684/2019 saylı qərarı ilə də təsdiq olunur. Bu baxımdan, MPM-in 82.3-cü maddəsinin tələbləri nöqteyinəzərindən, iddiaçı ilə "xxxx" MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə müqavilələrin bağlandığı və sonuncu tərəfindən həmin məmulatların Azərbaycanda distribusiyasının və dağıtımının həqiqətən həyata keçirilməsinin hazırkı iş üzrə yenidən sübutuna ehtiyac mövcud deyildir.
35. İş üzrə materiallara əlavə olunmuş, eləcə də məhkəməyə təqdim olunmuş əmtəə nişanı və foto-təsvirlərinin vizual müqayisəsi və müayinəsi zamanı çaşdırıcı, yanıldıcı vəziyyət yaradan əlamətlər adi gözlə də aydın şəkildə müşahidə olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, MPM-in 97.1-ci maddəsinə görə, yalnız xüsusi bilik tələb olunan sualların izah olunması zərurəti yarandığı hallarda məhkəmə tər əfindən ekspertiza təyin edə bilər. Hazırkı mübahisəyə münasibətdə belə bir zərurətin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. 36. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. Həmin Qanunun müddəalarına görə, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvens iyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Qeyd olunan Qanunun 31-ci maddəsinə (2-ci hissəsinə) əsasən, əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.
37. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsinə görə, iddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlan ılması zamanı, məna etibarı ilə (semantik) oxşarlıq nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi kimi əlamətlər əsasında müəyyən edilir.
38. Göründüyü kimi, qüvvədə olan əmtəə nişanları və coğrafi göstəricilər həm yerli qanunvericilik, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr baxımından eyni dərəcədə mühafizə olunur. Beləliklə, yuxarıda istinad olunan normalar və qeyd olunan səbəblər nəzərə alındıqda, "xxxx" MMC-nin adına cavabdeh tərəfindən aparılmış “Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının (təsviri) qeydiyyatının və bununla bağlı verilmiş şəhadətnamənin etibarsız hesab olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Hazırkı mübahis əyə münasibətdə bununla bağlı faktiki şərtlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
40. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 21(103)-513/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.