Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1539/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cəlal qızının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqından tutulmuş, lakin səhvən digər şəxslərin hesabına ödənilmiş məcburi dövlət sosial sığorta haqqı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Cəlal qızının (xx xxxx 1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fond unun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 2-1(107)-176/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçası və Balakən rayon X4 01 iyun 2006-ci il tarixli 03 K nömrəli və 29 fevral 2016-cı il tarixli 01 K nömrəli əmrlərinə əsasən iddiaçı 01 iyun 2006-ci il tarixdən 29 fevral 2016-cı il tarixədək Balakən rayon Baytarlıq Laboratoriyasının laborantı işləmişdir.
2. İddiaçıya 19 mart 2019-cu il tarixdən 28 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 1991,39 manat pensiya sığorta kapitalı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunarkən iddiaçının 01 iyun 2006-cı il tarixdən 29 fevral 2016-cı il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin tərkibində Balakən rayon X5 Baytarlıq Laboratoriyasının laborantı kimi işlədiyi dövr üzrə əmək haqqından tutulmuş ümumilikdə 4108,84 manat sosial sığorta ayırmaları nəzərə alınmamışdır.
3. X9 Laboratoriyasının sabiq baş mühasibi tərəfindən Azərbaycan Respublikası Qida X1 X8 X2 müdirinə ünvanlanmış izahat və Azərbaycan Respublikası Qida X1 X8 X7 tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə ünvanlanmış 24 sentyabr 2019-cu il tarixli 18 nömrəli məktuba əsasən iddiaçı 01 iyun 2006-cı il tarixdə n 29 fevral 2016-cı il tarixədək işlədiyi dövr ərzində əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna qanunamüvafiq tutulmalar edilmiş və əmək haqqını Kapital Bankın ASC-nin Qax filialından kartla almışdır. Lakin həmin müddət ərzində edilmiş tutulmalar ona məxsus sosial kartdakı nömrəyə deyil, digər hesaba (xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Cəlal qızına məxsus), 2008-ci ildə isə başqa hesaba (Məhərrəmov Qasım Xanqulu oğluna məxsus) köçürülmüşdür.
4. Sığortaolunan İddiaçı Cəlal qızı və Məhərrəmov Qasım Xanqulu oğlunun sığorta hesablarından çıxarışa əsasən, sığortaedən X9 Laboratoriyası tərəfindən sığortaolunan xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Cəlal qızına iyun 2006-cı il tarixdən mart 2016-cı il tarixədək 3748,84 manat, sığortaolunan Məhərrəmov Qasım Xanqulu oğluna yanvar 2008-ci il tari xdən dekabr 2008-ci il tarixədək 359,98 manat sığorta haqqı hesablanaraq ödənilmişdir.
5. İddiaçı əmək haqqından tutulmuş, lakin onun sosial sığorta hesabına ödənilməmiş sığorta ayırmaları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubla müraciətə cavab olaraq bildirmişdir ki, sığortaedən X9 Laboratoriyası tərəfindən təqdim edilmiş 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda iddiaçının adı sığortaolunan kimi qeyd edilmədiyi üçün həmin dövrlər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatlar **********242 sosial sığorta nöm rəli fərdi hesabında əks olunmamışdır. Eyni zamanda həmin məlumatlarda iddiaçının adı ümumiyyətlə sığortaolunan kimi qeyd edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə 26 noyabr 2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərək X9 Laboratoriyasında işlədiyi illərin (2006-2016) əmək haqqından tutulmaların cavabdeh tərəfindən düzgün araşdırılaraq pensiyasının hesablanması üçün qərar qəbul edilməsini xahiş etmişdir 7. 03 fevral 2022-ci il tarixdə iddia ərizəsi dəqiqləşdirilərək cavabdeh inzibati orqan qismində DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilmiş və iddia tələbində əmək haqqından sosial sığortaya olan tutulmaların əmək haqqına əlavə edil məklə, yenidən hesablanaraq pensiya hesabına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. 8. 22 noyabr 2022-ci il tarixdə keçirilmiş inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı növbəti dəfə tələbini dəqiqləşdirərək X9 İdarəsinin nəzdində X6 xx.xx.2006-cı ildən xx.xx.2016-cı il tarixədək işlədiyi dövrdə əmək haqqından sosial sığorta kartına tutulmalı olan və səhvən digər şəxslərin adına hesablanan cəmi 4108,84 manat sosial sığorta ayırmalarının nəzərə alınaraq ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.. İddiaçının əsaslandırması:
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X9 Laboratoriyasının nəzdində X6 01 iyun 2006-cı ildən - 29 fevral 2016-cı il tarixədək işlədiyi dövrdə əmək haqqından sosial sığortaya tutulan vəsaitin bir hissəsi öz adına yox, səhvən Lənkəran rayon sakini 14 fevral 1965-ci il təvəllüdlü onunla eyni ad, soyad və ata adı olan İddiaçı Cəlal qızının adına, bir hissəsi isə qeydiyyatı, ünvanı ona məlum olmayan Məhərrəmov Qasım Xanqulu oğlunun adına hesablanmışdır. Bu səbəbdən əmək haqqından sosial sığortaya tutulan həmin tutulmalar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları:
10. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, 2006cı il üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata əsasən, sığ ortaolunan xx xxxx 1958-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) **********242 nömrəli fərdi şəxsi hesabında göstərilmiş məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, habelə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar sığortaedən “Balakən rayon baytarlıq idarəsi” (SUN: **********4) tərəfindən təqdim edilmişdir. Həmçinin, xx xxxx 1958-ci il doğum tarixli İddiaçı sığorta stajı 2006-cı ilin fevral ayından 2016-cı ilin oktyabr ayınadək məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, habelə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar sığortaedən Balakən rayon Seçki Məntəqəsi (SUN: **********4) tərəfindən, 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək hesablanmış və ödənilmiş məcburi dövlət sosial s ığorta haqları barədə məlumatlar isə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən (SUN: **********) təqdim edilmişdir. “Balakən rayon baytarlıq idarəsi” tərəfindən təqdim edilmiş 2007-2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda xx xxxx 1958-ci il tarixli doğum tarixli İddiaçı, eləcə də müraciətdə qeyd edilmiş 14 fevral 1965-ci il tarixli doğum tarixli İddiaçı Cəlal qızı və Məhərrəmov Qasım Xanqulu oğlu sığortaolunan kimi qeyd edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(116)-540/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının X9 İdarəsinin nəzdində X6 01 iyun 2006-cı ildən 02 fevral 2016-cı il tarixədək işlədiyi dövrdə əmə k haqqından sosial sığorta kartına tutulmalı olan və səhvən digər şəxslərin adına hesablanan cəmi 4108,84 manat sosial sığorta ayırmaları nəzərə alınaraq ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 01 iyun 2006-cı il tarixdən – 29 fevral 2016-cı il tarixədək Balakən rayon X3 işlədiyi müddət ərzində onun əmək haqqından tutulan məcburi dövlət sosial sığorta ayırmaları texniki səhv nəticəsində 14 fevral 1965-ci il təvəllüdlü İddiaçı və 05 avqust 1958-ci il təvəllüdlü Məhərrəmov Qasım Xanqulu oğlunun fərdi hesabına köçürülmüşdür. Həmin vəsaitin məhz texniki səhv nəticəsində adları qeyd edilmiş şəxslərin fərdi hesabına köçürülməsi iş materiallarında olan sənədlərlə öz təsdi qini tapır. Belə olan halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan vəsait 4108,84 manat az əks olunduğundan iddiaçı cavabdeh orqana qarşı hazırkı tələblə müraciət etməkdə haqlıdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 2-1(107)-176/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(116)-540/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 01 iyun 2006-cı il tarixdən – 29 fevral 2016-cı il ta rixədək Balakən rayon X3 işlədiyi müddət ərzində onun əmək haqqından tutulan məcburi dövlət sosial sığorta ayırmaları məhz texniki səhv nəticəsində 14 fevral 1965-ci il doğum tarixli İddiaçı və 05 avqust 1958-ci il təvəllüdlü Məhərrəmov Qasım Xanqulu oğlunun fərdi hesabına köçürülmüşdür. Bu səbəbdən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan vəsait 4108,84 manat az əks olunduğundan iddiaçı cavabdeh orqana qarşı hazırkı tələblə müraciət etməkdə haqlıdır. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. Yəni cavabdehin iddiaçıya əmək pensiyasının yenidən hesablanmasından imtinası qanuni və əsaslı olmamış və birinci instansiya mə hkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd ilə bağlı yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh qeyd edir ki, 2006-cı il üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a əsasən, sığortaolunan xx xxxx 1958-ci il təvəllüdlü İddiaçı (FİN xxxxxxx) **********242 nömrəli fərdi şəxsi hesabında göstərilmiş məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, habelə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar sığortaedən Balakən rayon Baytarlıq İdarəsi (SUN: **********4) tərəfindən təqdim edilm işdir. Həmçinin, xx xxxx 1958-ci il təvəllüdlü İddiaçı sığorta stajı 2006-cı ilin fevral ayından 2016-cı ilin oktyabr ayınadək məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, habelə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar sığortaedən Balakən rayon Seçki Məntəqəsi (SUN: **********4) tərəfindən, 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar isə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən (SUN: **********) təqdim edilmişdir.
18. Balakən rayon Baytarlıq İdarəsi tərəfindən təqdim edilmiş 2007-2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda xx xxxx 1958-ci il təvəllüdlü İddiaçı, eləc ə də müraciətdə qeyd edilmiş 14 fevral 1965-ci il təvəllüdlü İddiaçı və Məhərrəmov Qasım Xanlar oğlu sığortaolunan kimi qeyd edilməmişdir.
19. İddia olunan illərdə iddiaçının, eləcə də 14 fevral 1965-ci il təvəllüdlü İddiaçı və Q.Məhərrəmovun adına (iddiaçının adına hesablanmış məbləğdən əlavə) məcburi dövlət sosial sığorta haqqı ödənişi olmamışdır. Hətta, müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları səhvən başqa şəxslərin adına ödənmiş olsa belə, bu, Fondun deyil, müəssisənin təqsiri olduğundan Fondun öhdəliyi yaranmır. Heç bir əsas olmadan və iddiaçının fərdi şəxsi hesabında olmayan pensiya kapitalının onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur.
20. İddianın maddi hüquqi ə sası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.6, 1.0.7, 1.0.8, 21.1, 22.1, 22.2, 22-1.1., 27.1, 31.2-1, 37.2, 37.3, 37.3.1-ci maddələrinə və ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsi” nə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçı kassasiya instansiyası məhkəməsinə etirazla müraciət edərək kassasiya şikayətinin əsassız olduğunu bildirmiş, etirazının dəlillərini iddianın dəlilləri ilə əsaslandırmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖV QEYİ
25. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
27. İşin araşdırılmış və məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı həqiqətən də 01 iyun 2006-ci il tarixdən 29 fevral 2016-cı il tarixədək Balakən rayon Baytarlıq Laboratoriyasının laborantı işləmiş və işlədiyi müddətdə ümumilikdə əmək haqqından 4108,84 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Buna baxmayaraq, həmin məbləğin 3748,86 manat hissəsi səhvən iddiaçı ilə soyadı, adı və ata adı eynilik təşkil edən digər şəxs İddiaçı, 359,98 mana t hissəsi isə Məhərrəmov Qasım Xanqulu oğluna məxsus sosial sığorta hesabına ödənilmişdir. Halbuki, adları qeyd olunan şəxslər ümumiyyətlə həmin müəssisədə işləməmişlər. Bu səbəbdən iddiaçıya 19 mart 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilərkən mübahisə predmeti olan 2006-2016-cı illər sosial sığorta stajı kimi, 4108,84 manat sosial sığorta ödənişi isə pensiya kapitalı kimi nəzərə alınmamışdır. İddiaçının aldığı əmək haqqından qanunvericiliyin tələblərinə uyğun şəkildə məcburi dövlət sosial sığorta haqqı tutulduğundan və işəgötürən müəssisənin səhlənkarlığı və səhvi nəticəsində həmin vəsaitin düzgün hesaba ödənilməməsi iddiaçının təqsiri ucbatından baş vermədiyindən cavabdehin həmin ödənişləri nəzərə alaraq əmək pensiyasının yenidən hesablanmasından imtinası əsaslı hesab edilə bi lməz.
28. Cavabdeh hətta iddiaçının müraciətindən sonra da vaxtilə ödənilmiş sosial sığorta haqlarının düzgün hesablara aidiyyəti üzrə ödənilib-ödənilməməsi ilə bağlı araşdırma aparmamış, formal olaraq iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin “iddia olunan illərdə iddiaçının, eləcə də 14 fevral 1965-ci il təvəllüdlü İddiaçı və Q.Məhərrəmovun adına (iddiaçının adına hesablanmış məbləğdən əlavə) məcburi dövlət sosial sığorta haqqı ödənişi olmaması” ilə bağlı dəlilinə münasibətdə təkrar qeyd edir ki, iddiaçının əmək haqqından tutulmaqla 14 fevral 1965-ci il təvəllüdlü İddiaçı sosial sığorta hesabına 3748,86 manat, Məhərrəmov Qasım Xanqulu oğlunun sosial sığorta hesabına isə 359,98 manat sosial sığorta haqqı ödənilmişdir ki, bu hal məhz cav abdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş sığorta hesablarından çıxarışla öz təsdiqini tapır.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 21(107)-176/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.