Məhkəmə qərarları › İş №2-1(102)-154/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-154/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-154/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X8 rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-154/2019) Bakı şəhəri 13 fevral 2019-cu il 13.02.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, üçüncü şəxs X4, vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı (X16, X17, X12 üçüncü şəxslər olmaqla) sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2367/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərardadından üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Səbail rayon İcra Hakimiyyətinə qarşı (bundan sonra - cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra Hakimiyyətinin 17.04.1995-ci il tarixli 1171 N-İi sərəncamının X16 və X9 aid hissədə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.08.2018-ci il tarixli qərardadı ilə X16, X14 və X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X3 alqı- satqı yolu ilə xxxxndə yerləşən 0.12 ha tor paq sahəsini almış və buna dair reyestrdən müvafiq çıxarış verilmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus sahəni Səbail rayon İcra Hakimiyyətinin 1171 N-İi, 17.04.1995-ci il tarixli sərəncamı ilə X16 öz adına rəsmiləşdirmiş və sonradan o, həmin sahəni X1. Mübahisə predmeti olan sərəncamda qanunsuzluqları pərdələmək üçün X6 adı da sərəncama daxil edilmişdir. Hesab edir ki, həmin sərəncam onun qanunla qorunan hüquq və maraqlarına toxunduğundan ləğv edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-158/2018 saylı 10 avqust 2018-ci il tarixli qərardadı ilə (hakim T.Ə.Əsədova) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə cavabdeh inzibatı orqanın qəbul etdiyi inzibati aktların mübahisələndirilməsi imkanı artıq aradan qalxdığından həmin iddia müm kün sayıla bilməz. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2367/2018 saylı iş üzrə 25 sentyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-158/2018 saylı 10 avqust 2018-ci il tarixli qərardadı ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Üçüncü şəxs X12 həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətin in dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı öz iddiasında mübahisə predmeti olan sərəncamın onun qanunla qorunan hüquq və mənafelərinə toxunduğunu qeyd etsə də, bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə tam təkzib olunur. Belə olduğu təqdirdə iddia mümkün sayıla bilməz. Eyni zamanda inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 24-1 fəslində və 01.09.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası MPM-nin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində ümumi (publik) hüquq münasibətlərində mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Hazırki iş üzrə iddiaçı həmin qanunvericilik aktlarının verdi yi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 01.01.2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01.01.2011-ci il tarixədək artıq ötürülmüşdürsə, yeni qanuna istinadla mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qaldırdığından hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, iddiaçının inzibati orqanın qəbul etdiyi inzibati aktların mübahisələndirilməsi imkanı artıq aradan qalxdığından həmin iddia mümkün sayıla bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs A.Məmmədov və onun vəkili Vək il kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2367/2018 saylı iş üzrə 25 sentyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının digər iştirakçıları (iddiaçı, cavabdeh və digər üçüncü şəxslər) məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması ü çün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti əsaslıdır. Kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndir mədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı mübahisələndirmə haqqında iddia n övündən istifadə edərək, Səbail rayon İcra Hakimiyyətinin 17.04.1995-ci il tarixli 1171 N-İi sərəncamının X16 və X9 aid hissədə ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, həmçinin onun sərəncamı mübahisələndirməyə subyektiv hüququ olmamışdır. İş materiallarından görünür ki, X13 fərdi ev tikmək üçün Səbail rayon İcra Hakimiyyəti Başçısının 1171 N-li, 17.04.1995-ci il tarixli Sərəncamı ilə Badamdar qəsəbəsində dəqiq ünvanı qeyd olunmamaqla 600 kv.m torpaq sahəsi ayrılmış, Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən ayrılmış torpaq sahəsinə dair 13.02.2005-ci il tarixdə cizgi tərtib edilmişdir. Sonradan həmin torpaq sahəsi, yəni xxxx, 3cü yaşayış massivi, 1184 a saylı sahə də yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X10 adına qeydiyyatdan keçmiş və sonuncu 07.11.2014-cü il tarixli alqısatqı müqaviləsi əsasında torpaq sahəsini X1. İddiaçı (hazırkı iş üzrə iddiaçı) Səbail rayon İcra Hakimiyyəti Başçısının 1171 N-li, 17.04.1995-ci il tarixli Sərəncamı ilə X13 ayrılmış xxxx, 3-cü yaşayış massivi, 1184 a saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə dair iddia ilə Səbail rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 27.10.2016-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçının hazırda mübahisələndirdiyi Səbail rayon İcra Hakimiyyətinin 17.04.1995-ci il tarixli 1171 N-İi sərəncamından məlumatı olmuş, lakin məhkəm əyə hazırkı iddia ərizəsi ilə iddia müddətini ötürdükdən sonra - 02.08.2017-ci il tarixdə müraciət etmişdir. Kollegiya həmçinin qeyd edir ki, A.İ.xxxxə münasibətdə sərəncamın mübahisələndirilməsi üzrə iddiaçının subyektiv hüququ da olmamışdır. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən sərəncamla üçüncü şəxslərə ayrılmış torpaq sahələrinin koordinatları ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizanın 28082 nömrəli, 13 aprel 2018-ci il tarixli rəyindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1171 N-li, 17.04.1995-ci il tarixli Sərəncamı ilə X13 ayrılmış xxxx, 3-cü yaşayış massivi, 1184 a saylı sa hədə yerləşən 0.06 ha torpaq sahəsinin koordinatlarının iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. X2 aid hissədə ləğv edilməsinə dair iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, X14 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində iddia qaldıraraq, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1171 N-li, 17.04.1995-ci il tarixli Sərəncamı ilə fərdi yaşayş evinin tikintisi məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş “torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlara uyğun olaraq adına hüquqi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xah iş etmişdir. 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsinin 28.12.2015-ci il tarixli 2-1(81)-4088/2015 saylı qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssislər cəlb edilməklə verilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən ərazi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş “torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlara uyğundur, bu iş üzrə üçüncü şəxslər olan X15, X7 və digər şəxslərin torpaq sahəsi ilə üstüstə düşmür. Qeyd edilən qərardan cavabdeh apellyasiya şikayəti verərək, X9 ayrılmış torpaq sahəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyün ü iddia edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası mərhələsində İddiaçı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 12.05.2016-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız hesab edilməklə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, eyni əsaslarla cavabdeh və üçüncü şəxs İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 12.05.2016-cı il tarixli qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.10.2016-cı il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, iş materiallarından görünür ki, qeyd edilən qərar qanuni qüvvəyə mindikdən sonra cavabdeh yeni açılmış hallara dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X9 ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyünü göstərərək, qeyd edilən halı yeni açılmış hal kimi nəzərə alıb icraatın təzlənməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 19.12.2016-cı il tarixli 2-1(81)4088/2015 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh həmin qərardadı apellyasiya və kassasiya instansiyalarında mübahisələndirsə də, şikayətləri təmin edilməmişdir. İşə baxan məhkəmələr hesab etmişlər ki, cavabdehin ərizəsində istinad etdiyi hallar işə mahiyyəti üzrə baxılıb həll edilərkən mövcud olmuş, beləliklə də məhkəmə ara şdırması zamanı həmin hallar nəzərə alınmışdır. Beləliklə, qanuni qüvvəyə minmiş və hazırkı iş üzrə preyedusial əhəmiyyət kəsb edən məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1171 N-li, 17.04.1995-ci il tarixli Sərəncamı ilə fərdi yaşayş evinin tikintisi məqsədilə X9 ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatları İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Eyni zamanda, məhkəmə qərarlarından aydın olur ki, iddiaçı, Ə.xxxxaya münasibətdə də hazırda mübahisələndirdiyi sərəncam barədə ən geci 2016-cı ilin may ayında məlumatlı olmuş, sərəncamı 30(otuz) gün müddətində mübahisələndirmək imkanı olmasına baxmayaraq, bu barədə 01 ildən artıq müddət keçdikdən sonra, 02.08.2017-ci ildə iddia qaldırmışdır. Göründüyü kimi, i ddiaçı hər iki sərəncamı mübahisələndirmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu ba rədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.(298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). İş materiallarından görünür ki, MPM-in yuxarıda sadalanan normalarının 11 il qüvvədə olduğu müddətdə, eləcə də mübahisəli sərəncamların verildiyi vaxtdan keçən 22 il müddətində (1995 - 2017-ci illər) həmin sərəncamların ləğvi və ya etibarsız hesab edilməsi barədə iddia qaldırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğv edilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötü rülmüşdürsə, həmin aktların hazırda qüvvədə olan inzibati prosessual qanunvericiliyə istinadən ləğv edilməsi barədə iddia mümkün sayıla bilməz. Çünki, İPM, əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin iddia müddəti buraxılmış müdafiə imkanını təzələmir. Eləcə də, hazırda qüvvədə olan Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə “ 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikay ətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimlə yən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müə yyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Müddətin ötürülməsi ilə yanaşı, həmçinin məhkəmə qərarları ilə müəyyən olunur ki, iddiaçının sərəncamları mübahisələndirməyə subyektiv hüququ da olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28.12.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, h üquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddianın hər iki xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçı hazırkı iddianı qaldırmaq səlahiyyətinə, yəni m üvafiq subyektiv hüquqa malik olmamış, həmçinin iddia qaldırmaq müddətinə əməl etməmişdir. Qeyd edilənlər hazırkı iddianın baxılmasını mümkünsüz edir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın hazırkı mərhələdə mümkünlüyü məsələsinə qeyd edilən prosessual hüquq normalarına əsasən qi ymət verməli olduğu halda, bu məsələyə düzgün hüquqi qiymət verməmiş, beləliklə də prosessual pozuntuya yol vermişdir. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mümkün sayıla bilməz. Ona görə də kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2367/2018 saylı iş üzrə 25 sentyabr 2018-ci il tarixli qərardadı prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara al dı: Üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2367/2018 saylı iş üzrə 25 sentyabr 2018-ci il tarixli qərardadı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir. Sədrlik edən: Kəmaləddin Bədəlov Hakimlər: İlqar Dadaşov Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar