Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-154/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçunun işə bərpası, xidməti uyğunsuzluq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və əvvəlki tutduğu vəzifəyə bərpa edilməsinə dair iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının NN sentyabr N0N1-ci il tarixli, N-1(105)-66/N 0N1 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı N007-ci ildə N nömrəli hərbi hissədə, N008-ci ildə N nömrəli hərbi hissədə, daha sonra isə N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmət illərində müxtəlif vəzifələr (tağım komandiri, bölük komandiri, qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi, tabor komandirinin müavini) tutmuş, son olaraq isə 03.0N.N018-ci ildə 6511-ci motoatıcı taborun komandiri vəzifəsinə təyin olunmuşdur. N. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0N67 N-li, 05 aprel N019-cu il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata bura xılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 3.İddiaçı məhkəməyə müraciət edərək onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair Azəbaycan Respublikası Müdafiə Nazirinin 0N67 N-li, 05 aprel N019-cu il tarixli əmrinin ləğv edilməsi və əvvəlki tutduğu vəzifəyə (mayor rütbəsi, tabor komandiri) bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini belə əsaslandırmışdır ki, 17 illik xidmət müddəti ərzində bir çox fəxri fərmanlara layiq görülmüş, AR Silahlı Qüvvələrinin 90 illik yubileyi medalı, 95 illik yubiley medalı, qüsursuz xidmətə görə İİ dərəcəli medal və hərbi xidmətdə əldə etdiyi yüksək nailiy yətlərə görə Azərbaycan Respublikasının Prezidentinin adından İİİ dərəcəli medal verilmişdir. N018-ci ildə hərbi hissənin komandiri dəyişilərək yerinə polkovnik Ə.Nurəliyev təyin olunmuş və həmin ildə o, Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Tabor Komandiri vəzifəsinə təyin olunmuşdur. Təyin olduğu vəzifənin öhdəsindən şərəflə gəlməyə çalışmışdır. Tabeçiliyində olan vəzifəli şəxslərin dəyişilməsini hərbi hissə komandiri Ə.Nurəliyevə və onun müavinlərinə bildirmiş, lakin onlar onu təqsirkar bilərək dəyişiklik etmək istəməmişlər. O isə şikayət edə bilməmiş və həmin zabitlərin də yerinə işləmişdir. Yuxarıda qeyd etdiyi narazılıqlara görə hərbi hissə komandiri onunla prinsip aparmağa, ona qarşı qərəzli mövqe tutmağa başlamışdır. Hərbi hissə komandiri Ə.Nurəliyev özünün yol verdiyi qanun pozu ntularının hamısını onun üzərinə atmış, raport yazmış və onun barəsində Şərəf Məhkəməsi keçirilmişdir. Şərəf Məhkəməsində qəbul edilən qərar onun aşağı vəzifəyə keçirilməyi barədə olsa da, hərbi hissə komandiri sonradan həmin qərarın dəyişdirilməsinə nail olmuş və onun ordu sıralarından ehtiyata xidməti uyğunsuzluqla çıxarılmağı barədə yeni bir qərar çıxarılmışdır ki, həmin qərardan da onun xəbəri yoxdur. Əsgər Rüstəmovun qanunsuz evə buraxılması faktı üzrə Müdafiə Nazirliyinin 4-cü Təhqiqat Bölməsi tərəfindən 03.01.N019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1–ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası CPM–nin 39.3-cü maddəsinə əsasən Bu Məcəllənin 39.1.1, 39.1.N və 39.N–ci maddələrində nəzərdə tutulm uş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Barəsində cinayət təqibi bəraətverici əsaslarla xitam verilməsinə baxmayaraq, N nömrəli hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsi tərəfindən qərəzli olaraq haqqında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluqla ehtiyata buraxılmağına dair vəsatət qəbul edilmişdir. 5.Cavabdeh iddiaya etirazinda bildirmişdir ki, İddiaçı 03.0N N018-ci il tarixdən N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun komandiri vəzifəsində xidmət etmiş, xidmət etdiyi müddət ərzində özünü intizamsız, bacarıqsız bir zabit kimi göstərmiş, taborun şəxsi heyətinin döyüş və ictimai–siyasi hazırlığına rəhbərlik edə bilməmiş, taktiki təlimlərdə taboru idarə edə bilməmiş, tabe liyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilməmiş, onları idarə etməkdə çətinlik çəkmiş, tabor üçün ayrılmış yaşayış və qeyri-yaşayış binalarının düzgün istismar edilməsinə nəzarət edə bilməmişdir. İddiaçı xidmətə münasibəti ilə bağlı N nömrəli hərbi hissə baş zabitlərinin şərəf məhkəməsinin protokolunda göstərilir ki, iddiaçının barəsində xidmətdə buraxdığı nöqsanları və intizam pozuntularına görə 7 dəfə “töhmət”, 6 dəfə “şiddətli töhmət" və 1 dəfə "vəzifəsinə uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. Zabitlərin şərəf məhkəməsi iddiaçının xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırmış, komandanlıq vəsatətlə razılaşaraq Müdafiə Nazirinə təqdimat vermiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N67 nömrəli 05 aprel N019cu il tarixli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
6. Sumqayit İnzibati Məhkəməsinin N6 avqust N0N0-ci il tarixli N-1(118)-3N4/N0N0 saylı qərarı ilə (hakim – C.Məmmədov) ilə iddia təmin edilməmişdir. 7.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi əmrin verilməsinə əsas kimi onun məhz xidmətə uyğun olmadığı qeyd olunmuşdur. 8.Məhkəmənin qənaətinə görə hazırkı halda mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirildiyi üçün həmin əmrin ləğv edilməsinə dair yetərli əsasların olması iş üzrə müəyyəm olunmur. 9.İddiaçı apellyasiya ş ikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının NN sentyabr N0N1ci il tarixli N-1(105)-66/N0N1 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – H.Ç.Babayeva, hakimlər –R.Ə.Ağayev və İ.K.Dəmirov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayit İnzibati Məhkəməsinin N6 avqust N0N0-ci il tarixli N-1(118)3N4/N0N0 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia təmin edilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N67 №li 05 aprel N019cu il tarixli əmri ləğv edilmiş və İddiaçı əvvəlki tutduğu vəzifəyə bərpa edilmişdir. 11.Apellyasiya məhkəməsinin mövqeyinə görə N-ci Qarabağ müharibəsinin başlanılması ilə əlaqədar olaraq iddiaçı yenidən xidmətə qayıdarkən nəinki sıravi xidmət etmiş, eyni zamanda döyüş tapşırığını uğurla yerinə yetirmiş, qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş, şəxsi igidlik və şücaət nümayiş etdirmiş və bu səbəblə də ölkə başçısı tərəfindən təltif edilmişdir. Bütün qeyd olunanlar isə iddiaçı barəsində qəbul olunmuş xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 05 aprel N019-cu il tarixli əmrin qeyri-qanuniliyinə dəlalət edir və həmin əmrin ləğv edilməsini qaçılmaz edir. 1N.Cavabdeh kassasiya şikayəti verərə k qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ. a) Kassasiya şikayətinin dəlilləri 13.Cavabdeh kassasiya şikayətinda iddiaya qarşı təqdim etdiyi etirazda göstərdiyi dəlilləri qeyd edərək əlavə olaraq bildirmişdir ki, iddiaçı xidmətdə olarkən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci (vəzifə səlahiyyətlərindən suiistifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsilə cinayət işi başlanılmış, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-15/N0 nömrəli 10.01.N0N0-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəz asına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab edilmiş, ona 6 ay sınaq müddəti təyin edilməklə Lənkəran rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, N saylı hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli, 305 saylı əmrindən çıxarışdan görünür ki, mayor Şabanov X1 Nazirinin N7.10.N0N0-ci il tarixli 08N nömrəli əmrinə əsasən hərbi hissənin 5-ci motoatıcı taborun komandiri vəzifəsinə təyin edilmiş, Xocavənd rayonu N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək N oktyabr N0N0-ci il il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil ed ilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamış, vəzifə maaşı ştata əsasən təyin edilmişdir. Beləliklə, ölkə miqyasında aparılan hərbi əməliyyatlarla əlaqədar iddiaçı ilə cavabdeh arasında münasibətlər əvvəlki vəziyyətinə qayıtmış, hətta iddiaçı əvvəlki vəzifəsi olan tabor komandiri vəzifəsinə təyin olunmuşdur. 15.Bundan basqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının 18610 saylı arayışdan görünür ki, mayor İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N0N1-ci il tarixli, NN31 saylı göndərişi ilə 19 fevral N0N1-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamnezidə aşağıdakılar qeyd edilmişdir: -N6.10.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqam ətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sağ bazunun yuxarı 1/3-nin açıq, qəlpəli, yerini dəyişmiş sınığı ilə müşayiət olunan, döş qəfəsinin sağ yarısının döş qəfəsinə nüfuz etməyən odlu silah yaralanması ətraf funksiyalarının müvəqqəti pozulması ilə”, ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. 16.Azərbaycan Respublikası Prezidentinin 18 dekabr N0N0-ci il tarixli Sərəncamı ilə mayor İddiaçı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırığını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə “Cəsur döyüşçü” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirərək “Xocavəndin azad olunmasına görə” medalı ilə, eləcə də Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamı ilə mayor Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirərək “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 17.Bundan basqa, cavabdehin əmri inzibati akt olduğu üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin, “İnzibati icraat haqqında” AR Qanununun və digər maddi hüquq normaların tələblərinə cavab verməli olduğu halda, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsində nəzərdə tutulmuş qanunçuluq prinsipinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Bundan əlavə, cavabdeh tərəfindən 0N67 № 05 aprel N019-cu il tarixli əmri qəbul edilərkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161,16N və 163-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Əsasnamənin tələblərinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqiq hərbi xidmət qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Lakin iş materiallarında olan “Söhbət vərəqəsin”dən görünür ki, iddiaçı ilə 1 dəfə fərdi söhbət aparılmasına baxmayaraq, sənədlər saxtalaşd ırılaraq guya 08 fevral N019-cu il və N4 fevral N019-cu il tarixlərdə iki dəfə fərdi söhbət aparılmasına dair söhbət vərəqələri tərtib edilmiş və hərbi hissə komandiri Əflatun Nurəliyevin imzası və hərbi hissənin möhürü ilə təsdiqlənmişdir. Əsasnaməyə görə, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Eyni zamanda Əsasnamədə hərbi-həkim komissiyasının müayinəsinə öz xahişinə əsasən göndərilməyənlər və adətən göndərilməyənlər şəxslərin kateqoriyası açıq aydın göstərilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiq i hərbi xidmətdən ehtiyata buraxildığından o, hərbi-həkim komissiyasının müayinəsinə göndərilməli olduğu halda, göndərilməmişdir. Bundan başqa, mübahisələndirilən əmr qəbul olunan zaman onun barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməm işdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. 19.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: Maddə N.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə
14. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.N. Hüquq normasının tətbiqi inzi bati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. N0.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 108-ci bəndinə əsasən tabor komandiri sülh və müharibə dövründə: taborun döyüşə və səfərbərliyə hazırlığına; şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə; taborun silahlarının, döyüş texnikası və digər texnikasının, hərbi sursatının, yanacaq və başqa maddi vasitələrinin vəziyyətinə və qorunub saxlanmasına; taborun döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməsinə; taborun maddi, texniki, tibbi, ticarət-məişət və maliyyə təminatına cavabdehdir. Əlahiddə tabor komandiri taborun bütün şəxsi heyətinin bi rbaşa rəisidir. 109-cu bəndinə əsasən isə əlahiddə tabor komandirinin vəzifəsidir: - taborun şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına və tərbiyəsinə rəhbərlik etmək, döyüş tapşırıqlarını yerinə yetirərkən taboru bacarıqla idarə etmək; -qərargahla, bölük komandirləri, onların müavinləri və taborun xidmət rəisləri ilə məşğələlər, həmçinin taborun bölmələri ilə təlimlər və nəzarət məşğələləri keçirmək; taborun səfərbərlik planının işlənib hazırlanmasına rəhbərlik etmək; -taborda günün nizam və möhkəm daxili nizam-intizam qaydalarını müəyyən etmək və saxlamaq; -bölmələrdə zabitlərin, gizirlərin işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək; -tabora yeni gələnləri bölmələr üzrə bölüşdürmək və onlara 4 saylı əlavədə göstərilən qaydada hərbi and içdirmək; -gizir, həmçinin müddətindən a rtıq xidmət çavuşları vəzifəsində hərbi xidmətdə qulluq etmək və hərbi təhsil müəssisələrinə göndərilmək üçün seçilmiş namizədləri yoxlamaq; -ərzağın həftəlik bölgüsünə baxmaq, onu təsdiq etmək, xörəyin keyfiyyətinə və tam verilməsinə nəzarət etmək, hazırlanan xörəyin keyfiyyətini vaxtaşırı şəxsən yoxlamaq; -silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, yanacağın və digər maddi vasitələrin qorunub saxlanması, saz olması və onlardan düzgün istifadə edilməsi üçün tədbirlər görmək, ildə üç dəfədən az olmayaraq onların vəziyyətini və döyüşə hazırlığını yoxlamaq; -silahlarla, döyüş texnikası və digər texnika ilə, döyüş sursatı ilə işləyərkən, məşğələlər, təlimlər və atışlar keçirərkən, təhlükəsizlik tədbirləri müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək; -c inayətlərin və hadisələrin qarşısını alan tədbirlər görmək; cinayət törədiləndə və yaxud hadisə baş verəndə, dərhal böyük komandirə (rəisə) yazılı məlumat vermək, hərbi prokurora məlumat verərək, cinayət işi başlamaq, təhqiqat aparmaq (müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə cinayət işi başlamaq və təhqiqat aparmaq vəzifəsi müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən yerinə yetirilir); insan tələfatı və ya başqa ağır nəticələr verən qəza hallarının və digər hadisələrin təhqiq edilməsində şəxsən iştirak etmək; -şəxsi heyətin, silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının və taborun digər maddi vasitələrinin kütl əvi qırğın silahından mühafizəsini təşkil etmək və həyata keçirmək; -taborun maliyyə və təsərrüfat fəaliyyətinə rəhbərlik etmək; -taborun kazarma-mənzil fondunun, digər bina və tikililərinin ərazisinin səliqəsəhmanına, düzgün istismar edilməsinə, həmçinin taborda yanğın əleyhinə mühafizənin vəziyyətinə diqqət yetirmək; -taborda müəyyən edilmiş silah, döyüş sursatı və əmlak ehtiyatını saxlamaq; -taborun yerləşdiyi ərazinin mühafizəsini təşkil etmək, qarovulun və daxili xidmətlərin yerinə yetirilməsini, həmçinin həbsə alınanların hauptvaxtda saxlanılmasını yoxlamaq; -xidmətlər üzrə maddi vasitələrin, həmçinin taborun pul vəsaitinin və qiymətli kağızlarının yerində olmasını planlı və qəfildən yoxlamasını aparmaq; -65-ci maddənin tələblərinə müvafiq tabor üzrə əmrlər vermək. N1.İnzibati Proses sual Məcəllə: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə 74.İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını y oxlayır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icr aat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞ İNİN HƏDLƏRİ NN.Kassasiya şikayəti vaxtında verilmiş, şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. N3.Apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ N4.Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. N5. Belə ki, hazırki iş üzrə iddiaçı ehtiyata buraxılması barədə əmri mübahisələndirir. Həmin əmri cavabdeh malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul etmişdir. N6. Bununla bağlı olaraq apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. N7. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərdən istifadə edərək verilmiş qərarına (iddiaçını məhz xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məsələsinə) qiymət verilərkən sonuncunun biridigəri ilə uzlaşmayan mövqeyi aşkara çıxmış olur, bu isə öz növbəsində cavabdehin hərəkətlərinin əsaslılığının öz təsdiq ini tapmadığına dəlalət edir. Belə ki, cavabdeh tərəfindən iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi bacarıqsız bir zabit kimi qiymətləndirilməsi olmuşdur. N8. Məhkəmə tərkibi apellyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır ki, ölkədə N7 sentyabr N0N0-ci il tarixində başlanan Vətən müharibəsi ilə əlaqədar tərəflər arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, iddiaçı 01.10.N0N0-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 01.10.N0N0-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş, o cümlədən N saylı Hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli, 305 saylı əmrindən çıxarışından görünür ki, mayor Şabanov X1 Nazirinin N7.10.N0N0-ci il tarixli 08N nömrəli əmrinə əsasən hərbi hissənin 5-ci motoatıcı taborun komandiri vəzifəsinə təyin edilmiş, Xocavənd rayonu N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək N oktyabr N0N0-ci il il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamış, vəzifə maaşı ştata əsasən təyin edilmişdir. N9. Beləliklə də müəyyən olunur ki, ölkə miqyasında aparılan hərbi əməliyyatlarla əlaqədar iddiaçı ilə cavabdeh arasındakı münasibətlər əvvəlki vəziyyətinə qayıtmış, hətta iddiaçı əvvəlki vəzifəsi olan tabor komandiri vəzifəsinə təyin olunmuşdur. İddiaçının ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan hərbi qulluqçu kimi müharibə dövründə yenidən ordu sıralarına çağırılması anlaşılandır. Lakin apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, onun yenidən əvvəlki – məsul vəzifəsinə təyin o lunması, sonuncunun vəzifəsinin öhdəsindən gələ bilməyən bacarıqsız zabit kimi ordu sıralarından tərxis olunması barədə cavabdehin mövqeyi ilə uzlaşmır. Diqqəti çəkən növbəti məqam isə bunun müharibə dövründə baş verməsidir.
30. Qanunvericilikdə tabor komandiri vəzifəsini icra edən şəxsin vəzifələri dəqiq qeyd edilmiş və sadalanan vəzifələrdən də göründüyü kimi tabor komandiri sülh və müharibə dövründə tabeliyində olanların təliminə, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə və s. cavabdehdir. Belə olduğu təqdirdə apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sadalanan vəzifələrin icrasının həyata keçirilməsi yüksək bacarıq tələb etdiyindən bu vəzifəni icra edən hərbi qulluqçuların tutduğu vəzifəyə uyğunluğu mütləqdir. Vəzifəsinə uyğun gəlməyən və yaxud onun öhdəsindən la zımınca və layiqincə gələ bilməyən hərbi qulluqçunun yenidən həmin vəzifəyə təyin olunması, həm də bu təyinatın müharibə şəraiti dövründə, aktiv döyüş əməliyyatları aparılan zamanda baş verməsi iddiaçının mübahisələndirdiyi – onun xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 05 aprel N019-cu il tarixli əmrinin qanuniliyini şübhə altına alır.
31. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 19 may N0N1-ci il tarixli, 1N848 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır. N saylı hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. Azərbaycan Respublik ası Nazirlər Kabinetinin N9 fevral N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən ona hərbi xidmətə müvəqqəti yararsız, xəstəliyə görə məzuniyyət 30 (otuz) gün müddətinə verilməlidir, məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməsi qeyd edilmişdir. 3N. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının 18610 saylı arayışdan görünür ki, mayor İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N0N1-ci il tarixli, NN31 saylı göndərişi ilə 19 fevral N0N1-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamnezidə aşağıdakılar qeyd edilmişdir: - N6.10.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiq amətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sağ bazunun yuxarı 1/3-nin açıq, qəlpəli, yerini dəyişmiş sınığı ilə müşayiət olunan, döş qəfəsinin sağ yarısının döş qəfəsinə nüfuz etməyən odlu silah yaralanması ətraf funksiyalarının müvəqqəti pozulması ilə”, ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. (N6.10.N0N0-ci il tarixdə N nömrəli hərbi hissədən təqdim edilmiş travma haqqında arayış). 19.05.N0N1-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikada şəhadətləndirilərək 30 (otuz) gün müddətinə məzuniyyət verilmişdir.(əsas:1N848 nömrəli arayış). N3.06.N0N1-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikada şəhadətləndirilərək 30 (otuz) gün müddətinə məzuniyyət verilmişdir. (əsas 1493N nömrəli arayış). N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasından keçirilmişdir. SQ BKH-nın travmatoloqu ilə konsultasiya olunmuşdur.
33. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının digər arayışlarından da görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və xəstəliyə görə ona məzuniyyət verilmişdir. 34.İş materiallarına əlavə edilmiş travma haqqında arayışdan görünür ki, mayor İddiaçı N6.10.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sağ bazunun yuxarı 1/3-nin açıq qəlpəli, yerinidəyişmiş sınığı ilə müşaiyət olunan, döş qəfəsinin sağ yarısının döş qəfəsinə nüfuz etməyən odlu silah yaralanması ətraf funksiyalarının müvəqqəti pozulması” ilə ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Xəsarət döyüş tapşırığını yerinə yetirərkən baş vermişdir.
35. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr N0N0-ci il tarixli Sərəncamı ilə mayor İddiaçı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırığını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə “Cəsur döyüşçü” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrund a aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirərək “Xocavəndin azad olunmasına görə” medalı ilə, eləcə də Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamı ilə mayor Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirərək “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 36.Məhkəmə tərkibi yuxarıda qeyd edilənləri nəzərə almaqla apellyasiya məhkəməsinin gəldiyi belə bir qənaəti də əsaslı hesab edir ki, iddiaçı yenidən xidmətə qayıdarkən nəinki sıravi xidmət etmiş, eyni zamanda döyüş tapşırığını uğurla yerinə yetirmiş, qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş, şəxsi igidlik və ş ücaət nümayiş etdirmiş və bu səbəblə də ölkə başçısı tərədindən təltif edilmişdir. Bütün qeyd olunanlar isə iddiaçı barəsində qəbul olunmuş xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 05 aprel N019-cu il tarixli əmrin qeyriqanuniliyinə dəlalət edir.
37. Kassasiya şikayətinin dəlilində göstərilən iddiaçının məhkumluğu ilə bağlı məsələ ilə əlaqədar olaraq da məhkəmə tərkibi apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir.
38. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-15/N0N0 saylı, 10 yanvar N0N0-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. 39.AR Cinayət Məcəlləsinin 70-ci maddəsinin 1 və N-ci bəndlərinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 40.Göründüyü kimi qanunvericilikdə “şərti məhkum etmə” institutu spesif ik institut olub, məhkəmədən, törədilmiş əmələ və onu törədənin şəxsiyyətinə münasibətdə individual yanaşmanı tələb edərək, məhkəməyə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmək səlahiyyəti verilmişdir. Şərti məhkum etmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmasa da, barəsində təyin edilmiş cəza icra edilmir, qanunla müəyyən edilmiş xüsusi formada “şərti” həyata keçirilir. 41.Hazırki halda da iddiaçı barəsində çıxarılmış hökmdə məhkəmə cəza təyin edərkən hesab etmişdir ki, iddiaçı barəsində cəmiyyətdən təcrid olunmadan cəza tətbiq etmək məqsədə müvafiqdir, bu səbəbdən də barəsində sınaq müddəti müəyyən etmişdir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. 4N. Göründüyü kimi şərti məhkum etmənin əsasını məhkum edilmiş şəxsin öz davanışı ilə islah və tərbiyə olunduğunu sübut etməsi təşkil edir. Məhkum edilmiş şəxsin islah olunması dedikdə onda qanuna hörmət hissinin yaranması, qanuna, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsində qeyd olunub ki, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. 43.Hazırki halda da i şdən görünür ki, iddiaçı sınaq müddəti ərzində islah olunduğunu sübut etmiş və barəsində təyin edilmiş sınaq müddəti uzadılmadan başa çatmışdır. Sınaq müddətinin başa çatması isə həmin şəxs barəsində məhkumluğun da başa çatması deməkdir.
44. AR Ədliyyə Nazirliyi Lənkəran rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 30 iyul N0N0-ci il tarixli, N5 nömrəli arayışdan görünür ki, məhkum İddiaçı təyin edilmiş şərti sınaq müddəti bitdiyi üçün barəsində olan nəzarət işi bağlanaraq 30.07.N0N0ci il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır.
45. Əgər cəza - cinayət törətmiş şəxsin əməlinə dövlətin verdiyi hüquqi reaksiyadırsa, məhkumluq - törədilən cinayətə görə çəkilən cəzanın hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin tələbinə əsasən məhk umluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təsadüfi deyil ki, Cinayət Məcəlləsinin 16.3-cü maddəsində qeyd olunub ki, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi qanunverici məhkumluğun ödənilməsi səbəbindən həmin şəxs tərəfindən törədilmiş cinayəti təkrar deyil, ilk dəfə törədilmiş kimi qəbul edir. Bu isə o deməkdir ki, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr-şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. 46.Belə olan halda iddiaçı barəsində sınaq müddətinin bitdiyi - 30.07.N0N0-ci il tarixdən etibarən onun bu əsasla, yəni əvvəllər məhkum olması əsası ilə hər hansı məhdudiyyətə məruz qalması artıq cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. 47.Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının NN sentyabr N0N1-ci il tarixli, N-1(105)-66/N0N1 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.