Məhkəmə qərarları › İş №2-1(102)-1540/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1540/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1540/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, İddiaçı (vəkil), cavabdehin vəkili Cavid Əhmədovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-430/2021 nömrəli iş üzrə 06.04.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən iş yeri üzrə sonuncu 24 ayın əmək haqqı məbləğinin müvafiq hissəsini sonrakı artımlar nəzərə alıb hesablamaqla hakim işlədiyi müddət də daxil olunmaqla prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçisi kimi əmək pensiyası təyin edib, 8 avqust 2008-ci il tarixdə hərbi qulluqçu kimi təyin olunmuş əmək pensiyası ilə əvəz edilməsi, yenidən pensiya təyin olunması zamanı yaranmış fərq məbləğinin müraciət tarixindən 2 il əvvəlki vaxtdan, yəni 6 avqust 2013-cü il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsində işlədiyi son 24 ayın sonrakı artımlar nəzərə alınan əmək haqqı əsas götürülməklə ona 25 il qulluq etmiş prokurorluq işçisi ki mi əmək pensiyası təyin edilməsi və 08.08.2008-ci il tarixdə ona təyin edilmiş hərbi qulluqçu pensiyası ilə əvəz edilməsi, əmək haqqına vəzifə maaşının və ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin, hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində, o cümlədən hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqqın verilməsi nəzərə alınmaqla 45 faiz əlavənin, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında ödənilən aylıq pul təminatının, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin ilk beş ilinin son dörd ilində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində verilə n birdəfəlik yardımın, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinətin, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının daxil edilməsinin nəzərə alınması, əmək pensiyasının ilk müraciət etdiyi vaxtdan - 2015-ci ilin avqust ayından 3 il əvvələ, yəni 2012-ci ilin avqust ayından təyin edilməsi, təyin edilmiş pensiya məbləği ilə ona artıq ödənilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq birdəfəlik ödənilməsi barədə cavabdehin üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 02.10.2020-ci il tarixli, 2-1(112)4223/2020 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərar ı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Təyinat üzrə Mərkəzi Filialına) qarşı «iddiaçıya əmək pensiyasının hakimlik stajı və müvafiq əlavələr nəzərə alınmaqla prokurorluq işçisi kimi yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası «İnzibati icraat haqqında» Qanununun 1, 2.0.6 və 13-cü maddələrinə, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.1, 9.4 və 32.5-ci maddələrinə, Azərbaycan Respublikası «Konstitusiya məhkəməsi haqqında» Qanununun 63.3-cü maddəsinə, Azərbaycan Respublika sı İPM-in 2.2.2, 68 və 73.1-ci maddələrinə, Azərbaycan Respublikasının «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 may 2020-ci il tarixdə xüsusi konstitusiya icraatı üzrə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli 168 saylı qərarı ilə təsdiq edilmiş «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası»na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qa ydaları»na istinad etməklə belə hesab etmişdir ki, iddiaçının 2008 – 2013-cü illər üzrə hakim vəzifəsində işlədiyi dövr prokurorluq orqanlarında iş stajına daxil edilsə də, onun prokurorluq orqanlarına keçirilməmişdən əvvəlki dövr üzrə iş stajı ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən müəyyən edilmiş qayda çərçivəsində, Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyası tərəfindən hər hansı qərarın, aktın qəbulu olmadığından, iddiaçının 2017-ci ilin 1 iyul tarixinədək 25 il prokurorluq orqanlarında qulluq stajı toplanmış olmur, iddiaçının prokurorluq orqanlarında xidmət illəri hesablanarkən onun hərbi prokurorluqda, eləcə də müvafiq xidmətə bərabər tutulan xidmətdə, o cümlədən hakimlik stajı fasiləsiz xidmət illərində nəzərə alınmalıdır, lakin güzəştli (yəni “üçqat” hesablanan) illərin nəzərə alınması faktiki təkrarlanma hesablanması kimi nəticələndiyindən yolverilən hal deyil (AR Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən), iddiaçıya sabiq hakim kimi əmək pensiyası təyin edilmədiyindən, müvafiq əlavələrin bir qismini isə almadığından və onlardan məcburi dövlət sosial sığorta haqları ödəmədiyindən, onun əmək pensiyasının hesablanmasında fəaliyyətdə olan hakimin əmək haqqına əlavələrin nəzərə alınması yolverilən hal deyil, iddiaçıya münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.4, 9.8-ci maddələrinin tələbləri tətbiq oluna bilməz, Çünki, o, prokurorluq orqanlarının işçisi kimi müvafiq dövrdə tələb 25 illik iş stajını toplamamışdır, iddiaçıya hərbi qulluqçu kimi təyin edilmiş əmək pensiya sının hər hansı başqa əsasla əmək pensiyasına yuxarıdakılara görə dəyişmədiyindən, yenidən hesablanmanın aparılması və fərq məbləğinin yaranması mümkün deyil.

5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02.10.2020-ci il tarixli, 2-1(112)-4223/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(103)-430/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 02.10.2020-ci il tarixli, 2-1(112)-4223/2020 nömrəli qərarının d əyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87.6 və 87.8-ci maddələrinə, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.4, 20.1.11, 20.14, 22.4 və 32.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqqın, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”na istinadən belə hesab etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları d üzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və iddianın müdafiəsi çıxışında oxşar iddia üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.05.2012-ci il tarixli qərarındakı hüquqi mövqeyinə istinad etsə də, Bakı İnzibati Məhkəməsi istinad etdiyi xüsusatları nəzərə almamış, Konstitusiya Məhkəməsinin həmin qərarından yanlış nəticə çıxarmış cavabdehin dəlillərini əsaslı hesab edərək qanunsuz və əsassız qərar qəbul etmişdir. Həmin qərardan apelyasiya şikayətində və apelyasiya şi kayəti üzrə əlavə əsaslandırmada birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasını sübut edən çoxsaylı dəlillər göstərsə də, apelyasiya instansiyası məhkəməsi nəinki həmin dəlillərə münasibət bildirməmiş, hətta onları qərarına daxil etməyib, yalnız birinci instansiya məhkəməsinin əsas kimi göstərdiklərini özü də əsas kimi qeyd etməklə istinad etdiyi İPM-nin 87.8-ci maddəsinin tələbini pozmuş, əsassız və qanunsuz qərar qəbul etmişdir. Birinci və apelyasiya instansiyası məhkəmələri Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarına istinad etməklə iddianı təmin etməmiş, lakin qərarında güzəştli (konkret halda üçqat hesablanan) xidmət illərinin pensiyanın hesablanmasında ilkin olaraq sayılmasının nədə ifadə olunduğunu göstərməmiş, yalnız xidmət illərinin nəzərə alınmasının faktiki təkrarlanma hesablanması kimi nəticələnəcəyini qeyd edərək iddianı təmin etməkdən qanunsuz və əsassız imtina işdir. Qanunvericilikdə güzəştli xidmət illərinə görə fasiləsiz iş stajı üçün əlavə haqq nəzərdə tutulmayan sahədə işləmiş və həmin əlavə haqqı almamış şəxsin pensiya təyini zamanı qanunda nəzərdə tutulan müvafiq güzəştdən qanunsuz olaraq məhrum edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 38 və 71-ci maddələrinin pozulmasıdır. Müvafiq hüquq münasibətlərini birbaşa nizama salan kifayət qədər hüquq normalarına iddia ərizəsində və iddianın müdafiəsi çıxışında istinad etsə də, birinci instansiya məhkəməsi qərarında həmin normativ-hüquqi aktların tətbiq edilməməsi səbəbini göstərmədən oxşar münasibəti nizama salan və hazırkı iddia ilə heç bir əlaqəsi olm ayan normativ xarakterli aktı əsas götürməklə iddianı rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə apelyasiya şikayətində və əlavə əsaslandırmada göstərdiyi dəlillərə heç bir münasibət bildirmədən birinci instansiya məhkəməsinin mövqeyini olduğu kimi qərarına əsas kimi daxil etmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Qərarının polis orqanları əməkdaşlarının fəaliyyətini nizamlayan normativ - hüquqi aktları şərh edən hissəsinin prokurorluq işçisinin pensiya təyini məsələsinə tətbiqi zərurəti anlaşılan deyil.

9. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(103)-430/2021 nömrəli qərarının tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kas asiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etirazda Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(103)430/2021 nömrəli qərarının qüvvədə saxlanılmasını, kasasiya şikayətinin isə rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən İddiaçı (vəkil) kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsin in 06.04.2021-ci il tarixli qərarının tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili C.Əhmədov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 06.04.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06.04.2021-ci il tarixli tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vək ilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şi kayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 06.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunması na əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

19. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassızdır.

20. Belə ki, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

21. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun m üəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

22. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ib arət olan məbləğdir.

23. Həmin Qanunun 9.4-cü maddəsinin 01.07.2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri, (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.

24. Həmin Qanunun 9.4-cü maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 25 il qull uq etmiş prokurorluq işçiləri, (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.

25. Həmin Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil e dilir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15.05.2020ci il tarixdə xüsusi konstitusiya icraatı üzrə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” müvafiq sorğu əsasında konstitusiya işinə baxaraq qərara almışdır: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 20.1.11, 20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqqın, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 2004cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olan təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və veri lmiş ödənclərdən artımları nəzərdə tutur; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

27. Göründüyü kimi, iddiaçının 2008 – 2013-cü illər üzrə hakim vəzifəsində işlədiyi dövr prokurorluq orqanlarında iş stajına daxil edilir, lakin iddiaçının prokurorluq orqanlarına keçirilməmişdən əvvəlki dövr üzrə iş stajı ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən müəyyən edilmiş qayda çərçivəsində, Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyası tərəfindən hə r hansı qərarın, aktın qəbulu olmadığından, iddiaçının 2017-ci ilin 1 iyul tarixinədək 25 il prokurorluq orqanlarında qulluq stajı toplanmış hesab olunmamalıdır. İddiaçının prokurorluq orqanlarında xidmət illəri hesablanarkən onun hərbi prokurorluqda, eləcə də müvafiq xidmətə bərabər tutulan xidmətdə, o cümlədən hakimlik stajı fasiləsiz xidmət illərində nəzərə alınmalıdır, lakin güzəştli (yəni “üçqat” hesablanan) illərin nəzərə alınması faktiki təkrarlanma kimi hesab olunur. İddiaçıya sabiq hakim kimi əmək pensiyası təyin edilmədiyindən, müvafiq əlavələrin bir qismini isə almadığından və onlardan məcburi dövlət sosial sığorta haqları ödəmədiyindən, onun əmək pensiyasının hesablanmasında fəaliyyətdə olan hakimin əmək haqqına əlavələri nəzərə alınmamalıdır.

28. İddiaçı kasasiya şikayətinin ona münasibətdə Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 9.4-cü maddəsinin tətbiqinə gəldikdə isə Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki qeyd edilən bu dəlili də əsassızdır.

29. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı, prokurorluq orqanlarının işçisi kimi müvafiq dövrdə tələb edilən 25 illik iş stajını toplamamışdır.

30. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçıya hərbi qulluqçu kimi təyin edilmiş əmək pensiyasının hər hansı başqa əsasla əmək pensiyasına yuxarıdakılara görə dəyişmədiyindən hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.

31. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegi yası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 06.04.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(103)-430/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar