Məhkəmə qərarları › İş №2-1(102)-1540/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1540/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1540/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xxxxxxx-ci il təvəllüdlü; FİN: xx.xx.1968) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məlumat və sənədlərin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 a prel 2022-ci il tarixli, 2-1(103)-1564/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

1. İddiaçı 20 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvana dair məlumat və sənədlərin surətlərinin ona verilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2-1(112)-3009/2022 nömrəli qərarı (hakim: X2) ilə iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə iddiaçı cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqandan tələb etdiyi hüquqmüəyyənedici sənədlərin nəinki surətlərini (ksero), ümumiyy ətlə həmin əmlakla bağlı belə bir sənədlərin mövcud olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan iddiaçının iddia etdiyi əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını, arxivində isə həmin ünvanla bağlı hüquqmüəyyənedici sənədlərin, o cümlədən iddiaçının iddia etdiyi mərhum atası X1 adına texniki pasportun aşkar edilmədiyini bildirmişdir. Belə olan halda, mövcud olmayan hüquqmüəyyənedici sənədlərin, eləcə də iddiaçının məhkəmə icraatında da mövcud olmasını sübuta yetirə bilmədiyi sənədlərin verilməsindən cavabdeh tərəfindən imtina edilməsi, onun (inzibati orqanın) hüquqlara müdaxilə edən hərəkət və ya hərəkətsizliyi kimi qiymətləndirilə bilməz. İddiaçının sözügedən ünvanda qeydiyyatda olması fiziki şəxsin yaşadığı yerin ünvanı üzr ə polis orqanı tərəfindən qeydiyyata alınmasını ifadə edir, həmin ünvanda yerləşən əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını ehtiva etmir. Hazırkı halda, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(103)-1564/2022 nömrəli qərardadı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X5) ilə Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli q ərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin araşdırılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh tərəfindən müvafiq ünvanla bağlı lazımi sənədlər ona təqdim edilməmişdir. Burada cavabdeh orqanın iddiaçıya qarşı qərəzli mövqedə durması və sənədlərin mövcud olduğu halda iddiaçıya təqdim edilməməsi işin mübahisəli halıdır. Lakin, məhkəmə tərəfindən işin mübahisəli halı düzgün və hərtərəfli araşdırılmamışdır. İşin mübahis əli halı ilə bağlı daha dəqiq qənaətə gəlmək üçün məhkəmə tərəfindən Milli Arxiv İdarəsinə sorğu verilməli olduğu halda bunu etməmişdir. Bununla da, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbləri pozulmuşdur.

9. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddəyə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında v ə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iş üzrə cavabdeh orqanın hərəkətləri birbaşa iddiaçının maraqlarına toxunur. Belə ki, ünvan 2 ünvana dair texniki pasport iddiaçının atası X1 adına olmuşdur. Lakin cavabdeh orqan müvafiq sənədləri təqdim etmədiyinə görə iddiaçı özünün vərəsəlik hüququndan istifadə edə bilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

10. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və q anunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyas ı məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati müba hisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

15. İnsan Hüquqları üzrə A vropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

16. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının t am və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

17. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi ünvana dair məlumat və sənədlərin surətlərinin verilməsinə dair iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məh kəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

18. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə məhkəmə araşdırmaları zamanı iddiaçı cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqandan tələb etdiyi hüquqmüəyyənedici sənədlərin nəinki surətlərini (ksero), ümumiyyətlə həmin əmlakla bağlı belə bir sənədlərin mövcud olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan iddiaçının iddia etdiyi əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını, arxivində isə həmin ünvanla bağlı hüquqmüəyyənedici sənədlərin, o cümlədən iddiaçının iddia etdiyi mərhum atası X1 adına texniki pasportun aşkar olunmadığını bildirmişdir.

19. Belə olan halda, cavabdeh orqanda mövcud olmayan hüquqmüəyyənedici sənədlərin, eləcə də iddiaçının məhkəmə icraatında da mövcud olmasını sübuta yetirə bilmədiyi sənədlərin verilməsindən imtina edilməsi inzibati orqanın hüquqlara müdaxilə edən hərəkət və ya hərəkətsizliyi kimi qiymətləndirilə bilməz. İddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilmədiyindən, ona qarşı yönəlmiş hazırkı iddianın mümkün hesab edilməməsi nəticəsinə gəlməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

20. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya ş ikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(103)-1564/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar