Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1540/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: plan ölçü sənədinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyest ri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş AN:195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-204/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 1258.53 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı verilmiş və onun adına A195501 nömrəli Torpaq sahəsinin planı və ö lçüsü sənədi tərtib edilmişdir.
2. Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 1226 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X4 verilmiş və onun adına A195500 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək istifadəsində olan torpaq sahəsi üzərində işlənmiş AN195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini xahiş etmişdir.
4. Cavabdeh 13 dekabr 2021-ci il tarixli **********29 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edərək bildirmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torp aq sahəsinə X3 adına (ailə tərkibi 4 nəfərdən ibarətdir) 17 avqust 2009-cu ıl tarixli, A № ******* torpaq sahəsinin planı və ölçüsü verilməsi barədə məlumat mövcuddur. Torpaq sahəsi digər şəxsin istifadəsində olmaqla ərazidə mübahisə olduğundan və X3 vərəsəsi olmağı barədə sənəd təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş AN:195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Ko missiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarı əsasında iddiaçının adına A195501 nömrəli, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən 1226 kv.m torpaq sahəsinə isə üçüncü şəxsin adına A195500 nömrəli plan və ölçü sənədi tərtib edilmişdir. İddiaçı üçüncü şəxsə ayrılmış torpaq sahəsini faktiki istifadə etdiyini bildirərək həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına tərtib edilmiş plan-ölçü sənədinin ləğvi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1155/2022 nömrəli qərardadı ilə X10, X6 və X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.
9. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə X3 adına (ailə tərkibi 4 nəfərdən ibarət-X11, X10, X14 və X7 olmaqla) 17 avqust 2009-cu il tarixli; AN: ******* saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumat mövcuddur. Təqdim olunan sənədlərə əsasən aparılmış müayinə işləri nəticəsində məlum olmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X15iu tərəfindən çoxillik əkmələr kimi istifadə olunan ərazinin daxilində yerləşir. Həmin torpaq sahəsi "X5 Uçotu informasiya Sistemi" proqramında X8 istifadəsində göstərilmişdir. Belə ki, AN195500 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinə bitişik Baqqal kənd sakini X12 məxsus AN-195501 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə qonşu olan torpaq sahəsi vardır.
10. Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-1155/2022 nömrəli qərarı ilə (hakim: V.Ə.Musayev) iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtl ərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh, mübahisələndirilən plan-ölçünün ləğv edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı həmin plan-ölçünün ləğvi üçün zəruri olan şərtləri sübut edə bilməmişlər.
12. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-204/2023 nömrəli iş üzrə 16 mart 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və G.İ.Cavadova) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 20 de kabr 2022-ci il tarixli, 2-1(116)-1155/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 146.1, 146.2-ci maddələrinə, Torpaq İslahatları haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinə, 21-ci maddəsinin 4-cü bəndinə istinad edərək əlavə olaraq qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zid d olmamış və iddiaçıların hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna və İnzibati Prosessual Məcəlləyə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
17. Belə ki, üçüncü şəxs olan X2 rayonun Biləcik kən dində yaşayır. Onun iddia etdiyi və əlində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 12 saylı Şəki Ərazi İdarəsinə məxsus AN: 185500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi Şəki rayonun Baqqal kəndinə aiddir. X1 qanunla Baqqal kəndində Bələdiyyə tərəfindən torpaq ayrılmayıb. X9 Baqqal Bələdiyyəsi icarə ilə də torpaq verməyib. X29 kəndindən torpaq da almayıb. Belə olan halda AN: 185500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin Qürbət Əhmədovda olması sual doğurur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 1
3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki yyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şik ayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanı... 2.3. X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiq ləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X5 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi;...
23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instans iyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. X27 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apell yasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Hazırki iş üzrə iddiaçı A190500 nömrəli plan-ölçü sənədinin faktiki istifadəsində olan (zəbtində olan) torpaq sahəsinə tərtib edildiyini bildirir və buna görə də həmin sənədin ləğvini tələb edir.
30. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı A190500 nömrəli plan-ölçü sənədinin ləğvini tələb etsə də faktiki istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd və ya torpaq sahəsinin ona ayrılmasını, təhkim edilməsini təsdiq edən ilkin yerquruluşu sənədi təqdim edə bilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi A195501 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən başqa iddiaçının adına qonşu torpaq sahəsi ilə bağlı hər hansı sənəd tərtib edilməmişdir.
31. Bundan əlavə iddiaçının faktiki istifadələrində olan torpaq sahəsinə dair hər hansı sənədi olmadığından, mübahisələndirilən A195500 nömrəli plan-ölçü sənədinin iddiaçıya məxsus A195501 nömrəli plan-ölçü sənədi ilə üst-üstə düşüb-düşməməsinin öyrənilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən cavabdeh orqana sorğu verilmişdir.
32. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyində A195501 və A195500 nömrəli plan-ölçü sənədlərində göstərilən koordinatlarda qeyd olunan torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi bildirilmişdir.
33. Belə olan halda hər hansı hüquqmüəyyənedici sənəd olmadan A195500 nömrəli plan-ölçü sənədi ilə üçüncü şəxsin istifadəsində olan torpaq sahəsindən iddiaçının faktiki istifadə və sahiblik etməsi onun tərəfindən həmin torpaq sahəsinin zəbt olunması deməkdir (iddiaçı özü də bunu etiraf edir). Yəni, iddiaçı 195501 nömrəli plan-ölçü sənədi ilə istifadəsində olan torpaq sahəsi ilə bərabər, ona ayrılmamış qonşu torpaq sahəsini də, faktiki olaraq zəbt edərək istifadə və sahiblik edir.
34. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, “X5 Uçotu informasiya Sistemi” proqramına torpaq sahələri ilə bağlı məlumatlar subyektlərin faktiki istifadəsinə uyğun olaraq daxil edilsə də, bu zaman Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li F ərmanının 2.3.3-cü bəndinin tələbləri mütləq şəkildə nəzərə alınmalıdır. Belə ki, həmin Fərmanının 2.3.3-cü bəndində X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki... şəxslərin... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin... yerləşdiyi torpaqlarda... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X5 uçotu informasiya sistemində zəb t olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir.
35. Odur ki, istinad olunan Fərmanın 2.3.3-cü bəndinin tələbləri baxımından iddiaçının hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq istifadə etdiyi zəbt olunmuş sahənin xüsusiyyətlətinin düzgün müəyyən edilərək uyğunsuzluğun aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir.
36. Cavabdeh orqan özü də ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə X3 adına (ailə tərkibi 4 nəfərdən ibarət-X11, X10, X14 və X7 olmaqla) 17 avqust 2009-cu il tarixli; AN: ******* saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumatın mövcudluğunu etiraf edir və həmin sənədin mötəbərliyini mübahisələndirmir. Bu isə o deməkdi r ki, 195500 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin "X5 Uçotu informasiya Sistemi" proqramında iddiaçının istifadəsində göstərilməsi, həmin torpaq sahəsinin iddiaçıya məxsus olması ilə bağlı hüquqi əsas yaratmır və iddiaçı, qeyd olunan hala istinad etməklə həmin sənədin ləğvini tələb etməkdə haqlı sayıla bilməz.
37. Beləliklə, hazırkı iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh, mübahisələndirilən plan-ölçünün ləğv edilməsindən imtinanı zəruri edən faktiki şərtləri n mövcudluğunu sübut etsə də, iddiaçı həmin plan-ölçünün ləğvi üçün zəruri olan şərtləri sübut edə bilməmişlər
38. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından mübahisələndirilən qərarın ləğv edilməsi, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-204/2023 nömrəli iş üzrə 16 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.