Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1541/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 2-1(103)-361/2019 saylı 19 fevral 2019cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 01.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı 18.06.1997-ci il tarixdə II qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi hərbi xidmət dövründə xəstələnməsi göstərilmişdir. 10.04.2018-ci il tarixdə iddiaçıya təyin edilmiş II qrup əlilliyin səbəb-əlaqəsi dəyişdirilmiş, əlilliyin səbəbi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədargöstərilmişdir. 10.04.2018-ci il tarixdən iddiaçıya II qrup əlil kimi təyin edilmiş pensiyanın məbləği yeni səbəb-əlaqəyə müvafiq olaraq yenidən hesablanmış və ödənilməyə başlanılmışdır. İddiaçı 10.04.2018-ci il tarixdən təyin edilmiş əlilliyə görə pensiyanın 01.01.2007-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 07.08.2018-ci il tarixli 03/89/02-578 saylı imtina məktubu ilə bildirmişdir ki, onun əlilliyinin səbəbi 10.04.2018-ci il tarixdən dəyişdiyindən həmin vaxtdan da pensiya yenidən hesablanmışdır. Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10.04.2018-ci il tarixdən təyin edilmiş əlilliyə görə pensiyanın 01.01.2007-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pe nsiya fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3822/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3822/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-361/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3822/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı qismən iddiaçıya 10.04.2018-ci il tarixdən təyin edilmiş əlilliyə görə pensiyanın 01.01.20 07-ci il tarixdən 10.04.2015-ci il tarixədək yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı əlilliyinin 1992-ci ildə döyüş zonasında alınan travmanın nəticəsində yaranması AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə müəyyən olunduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən ona müharibə əlili kimi əmək pensiyasının təyin edildiyi 10 aprel 2018-ci il tarixdən əvvəlki 3 il üçün pensiyanın yenidən hesablanması və yaranacaq fərqin ödənilməsi hissəsində iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-361/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə əlilliyin səbəbi dəyişdirildiyindən onun pensiyası 01.01.2007-ci il tarixdən yenidən hesablanmalıdır. İddiaçı İnzibati Prosessual Məcəllənin 90-96-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-361/2019 saylı 19 fevral 2019cu il tarixli qərarının qismən iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə əlilliyinin səbəbi 10.04.2018-ci il tarixdən dəyişdiyindən həmin vaxtdan da pensiya yenidən hesa blanmışdır. Əvvəlki dövr üçün pensiyanın hesablanması qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh İnzibati Prosessual Məcəllənin 90, 91,94,96-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 386, 402, 403, 404, 405, 407, 417.4, 418-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-361/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarının qismən iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddia çı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-361/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarının qismən iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam edilməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-361/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə qismən razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı Iddiaçı 18.06.1997-ci il tarixdə II qrup əlillik təyin edilməsi (hərbi xidmət dövrü ilə əlaqədar), 10.04.2018-ci il tarixdə iddiaçıya təyin edilmiş II qrup əlilliyin səbəb-əlaqəsi dəyişdirilərək əlil liyin səbəbi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədargöstərilməsi, 10.04.2018-ci il tarixdən iddiaçıya II qrup əlil kimi pensiyanın məbləğinin yenidən hesablanması işin mübahisəsiz hallarına aiddir. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı iddiaçıya təyin edilmiş II qrup əlilliyin səbəb-əlaqəsinin dəyişdirildiyi 10.04.2018-ci il tarixdən əvvəlki dövrə pensiyanın yenidən hesablanmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə ləğv edilmişdir) 1.5-ci maddəsinə əsasən, tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrin in (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında I, II və III qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. Həmin Əsasnamənin 3.1-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları:...həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir;... Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, əlillik müddəti Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə”yə uyğun olaraq müəyyən ed ilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən, müayinə olunan şəxs tibbi-sosial ekspert komissiyasının qərarı ilə razılaşmadıqda bir ay müddətində zona TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda zona TSEK sədri 3 gün müddətində onun tibbi ekspertiza sənədlərini və ərizəni ali pillə ekspertizaya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlili və sağlamlıq imkanları məhdud uşağı əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət v erilə bilər. Həmin Əsasnamənin 5.6-cı bəndinə əsasən, ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. İddiaçıya ikinci dəfə əlilliyin səbəb əlaqəsi dəyişdirilməklə yenidən əlilliyin təyin edildiyi vaxtda (2018-ci ildə) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbisosial ekspertiza keçi rərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSE K-in vəzifələrindən biridir. Həmin Əsasnamənin 4.26-cə bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən, TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilən normativ aktların müddəalarından göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-i n belə qərarları inzibati aktdırlar. Çünki onlar iddiaçı üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. İddiaçıya əlillik təyin edilən vaxtlarda əlilliklə bağlı müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilmiş, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin sonrakı dövrdə iddiaçı həmin aktlarla bağlı mübahisə açmamış, TSEK-in qərarından inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. İddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər qəbul edilmiş qərar iddiaçıya məlum olmuş, onun tərəfindən mübahisələndirilməyərək hüquqi cəhətdən qüvvədə olmaqla etibarlılıq xüsusiyyətinə malik olmuşdur. Həmin inzibati akt əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əlilliyin səbəbini TSEK müəyyən etdiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Çünki cavabdehin hansısa ödənişlər etmək vəzifəsi məhz TSEK-in müvafiq qərarı əsasında yaranır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtər əfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-361/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarı qismən, iddiaçıya 10.04.2018-ci il tarixdən təyin edilmiş əlilliyə görə pensiyanın 10.04.2015 -ci il tarixdən 10.04.2018-ci il tarixədək yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsinin həvalə edilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-361/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 2-1(103)-361/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarı qismən, Iddiaçı 10.04.2018-ci il tarixdən təyin edilmiş əlilliyə görə pensiyanın 10.04.2015-ci il tarixdən 10.04.2018-ci il tarixədək yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-361/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1541/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1541/2019
01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver