Məhkəmə qərarları › İş №2-1(102)-1541/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1541/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1541/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: səyyar vergi yoxlamasına dair qərarın ləğvi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Depa rtamentinə qarşı “qərarın ləğv edilməsi və vergi borcunun silinməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-508/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı barəsində cavabdehin xx.xx.2017-ci il tarixli qərarı ilə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2017-ci il tarixli **********100595 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt əsasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən qəbul edilmiş xx.xx.20 17-ci il tarixli **********12109 saylı qərarla iddiaçıya 2015-ci ilin mənfəət vergisi üzrə 1474.26 manat, 2015-ci ilin ödəmə mənbəyindən vergi üzrə 5040 manat hesablanmış və ümumilikdə 3337.13 manat maliyyə sanksiyası, o cümlədən vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı-nin nümayəndəsi cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, onun üzərinə 16200+1474,26+50% cərimə məbləğində mənfəət vergisi və 5040 manat+50% cərimə məbləğində ÖMV öhdəliyi qoyan xx.xx.2017-ci il tarixli **********121109 saylı qərarının ləğv edilməsi və əsassız hesablanmış vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslan dırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yoxlama aktı tərtib edilərkən İddiaçı-nin şəxsi hesab vərəqəsi arasında vergi borclarında yanlışlıqlara yol verilmiş, müəssisənin xərcləri nəzərə alınmamış, vergi borcları düzgün hesablanmamışdır. Cavabdehin etirazları: Cavabdeh yazılı etirazında bildirmişdir ki, 2015-ci il üzrə 488272,09 manat gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri olmadığına görə iddiaçıya kameral qaydada Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 16.275,74 manat mənfəət vergisi hesablanmışdır. Eyni zamanda, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 44.227,91 manat gəlir əldə etdiyi aşkar olunaraq ona 1.474,26 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Həmçinin əldə olunmuş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu 9da yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində X2 məxsus 200 kv.m qeyri-yaşayış sahəsinin xx.xx.2008-ci il tarixli etibarnamə əsasında “Mini Market” fəaliyyəti məqsədləri ilə istifadəyə verilmişdir. Faktiki olaraq fiziki şəxsdən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə görə icarə müqaviləsi bağlanmamış və müvafiq olaraq rəsmiləşdirmə aparılmamışdır. Bununla əlaqədar Vergi Məcəlləsinin 14.3.5, 67.1.4 və 124.4-cü maddələrinə əsasən Vergi Məcəlləsinin 14.9-cu maddəsində nəzərdə tutulmuş məlumat mənbələrindən (internet məlumatlarından) istifadə edilməklə 200 kv.m qeyri-yaşayış sahəsinə görə aylıq icarə haqqı 3000 manat mü əyyən edilərək (1 kv.m 15 manatdan) vergi ödəyicisinə 5.040,00 manat məbləğində ödəmə mənbəyində tutulan vergi («ÖMV») hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev) iddia təmin edilmiş, iddiaçının üzərinə 16200+1474,26+50% cərimə məbləğində mənfəət vergisi və 5040 manat+50% cərimə məbləğində ÖMV öhdəliyi qoyan xx.xx.2017-ci il tarixli **********121109 saylı qərarı ləğv edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarı instansiyası məhkəmələrinin iş üzrə qərarları: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2715/2018 sayl ı, xx.xx.2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı “cavabdehin xx.xx.2017-ci il tarixli qərarının 16200 manat mənfəət vergisi hissəsində ləğv edilməsi və həmin vergi borcunun silinməsi haqqında” iddia tələbinin təmin olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının eyni tarixli 2-1(103)2715/2018 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı cavabdehin xx.xx.2017ci il tarixli **********12109 saylı qərarının “1474.26+50% cərimə” məbləğində mənfəət vergisinin hesablanması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd ed ilmiş, məhkəmə qərarı qalan hissədə - cavabdehin xx.xx.2017-ci il tarixli **********12109 saylı qərarının iddiaçının üzərinə “5040 manat+50%” cərimə məbləğində ÖMV öhdəliyi qoyan hissəsində ləğv olunması və həmin vergi borcunun silinməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilməli halda ekspert cəlb olunmamış, xüsusi bilik tələb edilən məsələ ilə bağlı internet mənbələrindən istifadə edilərək vergi hesablanmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının 2-1(102)1050/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, işə təkrar baxan apelyasiya instansiya məhkəməsi tərəfindən iddia müddəti ilə bağlı mümkünlük şərtləri araşdırılmalıdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1682/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2322/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı cavabdehin xx.xx.20170-ci il tarixli **********12109 saylı qərarının iddiaçının üzərin ə “5040 manat+50%” cərimə məbləğində ÖMV öhdəliyi qoyan hissəsində ləğv olunması və həmin vergi borcunun silinməsi hissəsində” dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)3445/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, işə baxılarkən, iddiaçının eyni əsaslarla və eyni predmet barədə iddiasını geri götürdükdən 28 gün sonra yenidən iddia verməsi faktı, iddianın mümkünlüyü baxımından araşdırılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-508/2020 saylı, xx xxxx 2020-ci il tarixli qə rarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), Ü.Mayılov və K.Abiyeva) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2017-ci il tarixli **********121109 saylı qərarının «1474,26+50% cərimə» məbləğində mənfəət vergisinin hesablanması hissəsində ləğv edilmiş, həmin hissədə İddiaçı-nin iddia tələbi rədd edilmş, qalan hissədə – “cavabdehin xx.xx.20170-ci il tarixli **********12109 saylı qərarının iddiaçının üzərinə «5040 manat+50%» cərimə məbləğində ÖMV öhdəliyi qoyan hissəsində l əğv olunması və həmin vergi borcunun silinməsi” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə çatdırılmış və cavabdehin nümayəndəsi və vəkili xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası ödəmə mənbəyində tutulan vergilərə münasibətdə heç bir araşdırma aparmadan əvvəlki məhkəmələrin əsassız dəlillərini təkrarlamaqla kifayətlənmişdir. Məhkəmənin ödəmə mənbəyində tutulan verginin hesablanmasına münasibətdə dəlili ondan ibarət ol muşdur ki, icarə haqqının müəyyən edilməsinə əsas olmuş internet elanı mötəbər sübut deyildir. Məhkəmə bu qənaətə gələrkən həmçinin qeyd etmişdir ki, vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən analoji vergi ödəyicisi tərəfindən bağlanmış müqavilələr və ya ekspert rəyi əsasında icarə haqqının bazar qiymətini müəyyən edə bilərdi. Göründüyü kimi, məhkəmə iddiaçı və əmlakın mülkiyyətçisi arasında icarə münasibətlərinin olmasını qəbul etmiş, sadəcə müəyyən edilmiş bazar qiymətini əsaslı hesab etmədiyindən yoxlama ilə hesablanmış ÖMV-ni tam ləğv etmişdir. Məhkəmə bununla da vergitutma məqsədləri üçün icarə münasibətləri mövcud olduğu halda iddiaçının ÖMV öhdəliyindən yayınmasına şərait yaratmışdır. Halbuki, məhkəmə müəyyən edilmiş bazar qiyməti ilə razı deyildisə icarə h aqqının real bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etməli idi. Ali Məhkəmə işi təkrar baxılması üçün göndərərkən xx.xx.2019-cu il tarixli qərarında apelyasiya instansiyası məhkəməsi tərəfindən mümkünlük şərtlərinin tam araşdırılmadığını, cavabdehin bu hissədə bildirdiyi dəlilləri əsaslı saymışdır. İddia müddəti ötürüldüyü halda məhkəmə qeyd olunan halı ətraflı araşdırmadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. İddiaçı mübahisələndirilən qərarın və səyyar vergi yoxlaması aktının ona təqdim edilmədiyini iddia etsə də, iddia ərizəsinə əlavə etdiyi və vergi orqanına ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda yoxlama üzrə hesablanmış məbləğləri və açıqlamalarını, hətta səyyar vergi yoxlaması aktı və məsuliyyət qərarlarının 16 rəqəmli AVİS nömrələrini belə də qiqliklə qeyd etmişdir. Digər hallar nəzərə alınmadan belə, bu hal özlüyündə mübahisələndirilən inzibati aktın ən geci xx.xx.2017-ci il tarixədək iddiaçıya təqdim edildiyini sübut edir. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Kollegiya iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnziba ti Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı səyyar vergi yoxlamasına dair qərarın ləğv edilməsini xahiş edir. İddianın mümkünlük şərtləri yoxlanılarkən iddiaçı mübahisələndirilən qərarın onlara təqdim edilmədiyini, cavabdeh orqan isə mübahisələndirilən qərarın “Elektron sənəd mübadiləsi haqqında” müqaviləyə uyğun olaraq elektron qaydada iddiaçıya göndərildiyini və iddiaçı tərəfindən oxunduğunu, bundan əlavə mübahisələndirilən qərarın iddiaçıya “əlbəəl” təqdim edildiyini bildirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -62.3. Bu Qanunun 62.2-ci maddəsində n əzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Qeyd edilən qanunvericilik normalarının mənasına görə iddiaçı mübahisələndirilən qərarı almadığını bəyan etdiyindən, həmin aktın iddiaçıya təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Apelyasiya insntansiyası məhkəməsi işə baxarkən cavabdeh tərəfin iddia müddətləri ilə bağlı dəlillərini bu normalar əsasında təhlil etmiş və bildirmişdir ki, araşdırma zamanı cavabdehin nümayəndəsi vergi ödəyicisi ilə bütün yazışmaların tərəflər arasında “Elektron sənəd mübadiləsi haqqında” müqavi lə əsasında aparıldığını bildirdiyinə görə kollegiya həmin müqavilənin təqdim edilməsini cavabdehin nümayəndəsinə təklif etmiş, bununla bağlı məhkəmə iclası bir necə dəfə təxirə salınmasına baxmayaraq, qeyd edilən müqavilə təqdim edilməmiş, iddiaçı tərəf isə belə bir müqavilənin olmasını təsdiq etməmişdir. İddia ərizəsi geri götürüldükdən 28 gün sonra yenidən məhkəməyə müraciət etmələrini İddiaçı-nin səlahiyyətli nümayəndəsi belə izah etmişdir ki, “xxxx” MMC xx xxxxxxx 2017-ci il tarixli, **********121109 nömrəli qərarı əldə edə bilmədiklərinə görə iddia tələbinin düzgün qoyulmaması əsası ilə iddianın rədd edilməsindən ehtiyatlanaraq xx xxxx 2018-ci il tarixli ərizə ilə iddia ərizəsi geri götürülmüş, iddia tələbinin düzgün qoyulması üçün həmin qərarın əldə edilməsi məqsədi ilə aidiyyəti üz rə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə müraciətlər edilmiş, həmin qərarlar İddiaçı-yə təqdim edilməmiş, Departamentlə əlaqə saxlanılsa da qərarın əldə olunmasının mümkün olmadığını görüb yenidən xx xxxxxxx 2017-ci il tarixli, **********121109 nömrəli qərarı əldə etmədən 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi geri götürüldükdən sonra iddiaçının aidiyyatı orqanlara müraciəti ilə bağlı cavabdehin yoxlama aktının, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarının təkrar olaraq iddiaçıya təqdim ediləcəyi Vergilər Nazirliyi yanında vergi Cinay ətlərinin İbtidai Araşdırılması Departamentin xx.xx.2018-ci il tarixli, **********285600 nömrəli və Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli, **********973500 nömrəli məktubları ilə ona “əlbəəl” təkrar təqdim ediləcəyi (iş vərəqə 33, 34) bildirsə də, bu faktı da təsdiq edəcək sübutu nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. İşin bu halları əsasında apelyasiya instansiyası məhkəməsi müddətlərlə bağlı cavabdehin dəlillərini əsassız saymış və iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizənin təmin olunması barədə birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadla gəldiyi nəticəni qanunauyğun hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəti cə əsaslı və qanuni olmaqla işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına uyğundur. İşin mahiyyəti üzrə həlli ilə bağlı apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması aparılarkən iddiaçının 2015-ci ildə əlavə olaraq 442.309, manat gəlir əldə etdiyi müəyyən edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarlarına əsasən ona 2015-ci il üçün 1474,26 manat mənfəət vergisi hesablanmışdır. Əlavə mənfəət vergisinin hesablanmasına əsas iddiaçı tərəfindən 2015-ci il üçün mənfəət vergi hesabatı verilərəkən həmin hesabatında 488.272,0 manat gəlirinin və 531.304,54 manat məbləğinə xərclərinin olduğunu bəyan etməsi, lakin yoxlama zamanı həmin xərcləri təsdiq edən sənədləri vergi orqanına təqdim edə bilməməsi olmuşdur. Bu hal iddi açının qanuni təmsilçisinin (direktoru Ə.Nəsibovun) Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə verdiyi yazılı izahatı ilə də təsdiq olunur (iş vərəqə 90). İddiaçı mənfəətin müəyyən olunması üçün zəruri olan bu xərcləri təsdiq edən sənədləri nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Vergi Məcəlləsinin 83.9-cu maddəsi ilə bu vəziyyətdə mənfəətin müəyyən olunması qaydaları müəyyən edilir. Həmin normada göstərilir ki, vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı halda, mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Bu normada müəyyən olunmuş müvafiq icra hakimiyyəti olan Azərbyacan Respublikası Nazirlər Kabinetinin xx.xx.2 001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarında isə müvafiq düstur əsasında 20% rentabellik dərəcəsi tətbiq olunmaqla mənfəət vergisinin hesablanma qaydası müəyyən olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya mənfəət vergisi cavabdeh tərəfindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun hesablama aparılmaqla düzgün müəyyən edilmişdir. Buna görə də apelyasiya məhkəməsi mənfəət vergisi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qərarının işin hallarına uyğun olmadığı qənaətinə gəlmiş və həmin hissədə birinci instansiyası məhkəməsinin qərarını ləğv edərək, iddia tələbi əsassız olduğundan yeni qərar çıxarmaqla bu hissədə iddianı rədd etmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2017-ci il tarixli **********12109 saylı qərarının iddia çının üzərinə “5040 manat+50%” cərimə məbləğində ÖMV öhdəliyi qoyan hissəsində ləğv olunması və həmin vergi borcunun silinməsi hissəsində əsaslığını araşdıraraq hesab etmişdir ki, birinci instansyia məhkəməsi tərəfindən cavabdehin qərarının ödəmə mənbəyində tutulan verginin (ÖMV) (5040 manat) hesablanması və bunun 50 faizi miqdarında (2520 manat) maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsi işin hallarına və maddi hüquq normalarına uyğundur. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən səyyar vergi yoxlaması aktında, eləcə də, iddia ərizəsinə qarşı yazılı etirazında və apelyasiya şikayətində cavabdeh açıq şəkildə bildirmişdir ki, iddiaçıya 200 kv.m qeyriyaşayış sahəsinə görə 3000,00 manat aylıq icarə haqqı müəyyən edilərək, ona 5040 manat ÖMV v ergisi internet məlumatlarına əsasən hesablanmışdır. Lakin internet məlumatları reallığı, yəni faktiki bazar qiymətini əks etdirən məlumatlar kimi qiymətləndirilə bilməz. Ona görə ki, həmin məlumatlar məlumat sahibinin ilkin qiyməti kimi bazara təklif olunur və faktiki nəticələrlə uzlaşmaya bilər. Həm də, tərəflərin aşağı qiymətlərlə razılığa gəlməsi istisna deyil. Eyni zamanda həmin hesablama Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sah əsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına ç əkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıd a göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Ve rgi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyri-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. Göründüyü kimi cavabdeh yuxarıda qeyd olunan normaların tələbləri qaydasında analoji vergi ödəyicisinə görə, onun tərəfindən bağlanmış müqavilə və hesabatları nəzərə alınmaqla, iddiaçıya ödəmə mənbəyində tutulan vergi hesablamaq imkanına malik olmuşdur. Həmçinin Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspe rt, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Cavabdeh vergi məbləğinin müəyyən olunması üçün, mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Apelyasiya instansiyası məhkəməsi də haqlı olaraq gəldiyi nəticəni bu əsaslara uyğun izah edərək bildirmişdir ki, cavabdehin qərarı ilə, internet məlumatlarına istinadən müəyyən etdiyi qiymətlər əsas götürülməklə, iddiaçıya 5040 manat məbləğində ödəmə mənbəyində tutulan verginin hesablanması və bu verginin 50 faizi miqdarında maliyyə sanks iyasının tətbiq edilməsi qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-508/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar