Məhkəmə qərarları › İş №2-1(102)-1541/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1541/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1541/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( şəhid ailəsi vəsiqəsinin verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-ci il təvəllüdlü; FİN: AA*******) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailəsi üzvünün vəsiqəsini n verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)1297/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsini xahiş etmişdir.

2. Cavabdeh iddiaçının müraciətin təmin olunmasından imtina edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 2-ci yarımbəndinə əsasən, şəhidin ailə üzvü onun arvadı (əri), valideynləri; 18 yaşına çatm ayan uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar; babalar və nənələr (qanunla onları saxlayan şəxs yoxdursa) hesab olunur. Qeyd olunanlara əsasən, qanunvericiliyin tələbi baxımından şəhidin ailə üzvü olan şəxslər kateqoriyasına aid edilmədiyinizdən, şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini o nunla əsaslandırmışdır ki, anası X3 və qardaşı X4 1992-ci ilin may ayında Laçın rayonu ərazisində hərbi əməliyyatlar zamanı itkin düşmüşlər. Laçın rayon Məhkəməsinin 3 iyul 1997-ci il tarixli qətnaməsi ilə X1 və X2 xəbərsiz itkin düşməsi faktının müəyyən edilməsi barədə iddia təmin edilmişdir. 15 avqust 1997-ci il tarixdən ona (iddiaçıya) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvü statusu və bu statusu təsdiq edən vəsiqə verilmişdir. Şəhid ailəsi üzvü statusu alsa da, indiyədək şəhid ailələri üçün qanunla nəzərdə tutulmuş imtiyazlardan istifadə edə bilməmişdir. Belə ki, şəhid ailələri üçün nəzərdə tutulmuş sosial müavinətin verilməsi və mənzillə təmin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanı nda Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin göstərilən məsələlər həllini tapmamışdır. Bununla əlaqədar 2019-cu ilin əvvəllərində Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinin qəbulunda olmuş və həmin vaxt ona şəhid ailəsi üzvü olduğunu təsdiq edən vəsiqənin yenilənməli olması bildirilmişdir. Bundan sonra o, vəsiqəsinin yenilənməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etsə də, qeyd olunan qurum tərəfindən vəsiqəsinin yenilənməsindən imtina edilmiş və buna səbəb kimi onun şəhid ailəsi statusunun olmaması göstərilmişdir. Həmçinin, qeyd olunan qurum tərəfindən ona bildirilmişdir ki, şəhid ailəsi statusunun alınması üçün anası X1 və qar daşı X2 ölmüş elan olunmaları barədə məhkəmə qətnaməsi olmalıdır. Daha sonra, iddiaçı anası X1 və qardaşı X2 ölmüş elan olunmaları barədə ərizə ilə Laçın rayon Məhkəməsinə müraciət etmişdir. Laçın rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunaraq 1926-cı ildə Laçın rayonu Mollalar kəndində doğulmuş X3 və 1965-ci ildə Laçın rayonu Mollalar kəndində anadan olmuş qardaşı X4 ölmüş elan edilmişlər. Bundan sonra o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə ərizə ilə müraciət edərək ona verilmiş şəhid ailəsi üzvünün vəsiqəsinin yenilənməsini xahiş etsə də, qeyd olunan qurumdan göndərilmiş 14 aprel 2021-ci il tarixli cavab məktubunda şəhid ailəsi üzvü olan şəxslər kateqoriyasına aid edilmədiyind ən, ona şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, inzibati orqan tərəfindən ona şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsindən imtina edilməsi qanunsuz və əsassızdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsinə, İPM-in 2.2.3, 34.1, 45, 46-cı maddələrinə, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.12-ci maddəsinə əsaslanaraq, məhkəmədən ona şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Sosial Xidmətlər Agentliyinin üzərinə qoyuması barədə qərar çıxarılmasını xahiş edir.

5. Birinci instansiya məhkə məsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7422/2021 nömrəli (hakim R.Kərimli) qərarı ilə iddia təmin edilməmişdir.

6. Məhkəmə hesab etmişdir ki, mövcud qanunvericilik normalarının məzmunundan görünür ki, şəxsin şəhid ailəsinin üzvü olması ilə bağlı meyarlar konkret müəyyən edilmişdir və bu şəxslərin sırasına şəhidin yalnız “uşaq evində tərbiyə edilən” bacısı aid olunmuşdur. İddiaçı “uşaq evində tərbiyə edilən” bacı olmadığından və onun 65 yaşı olduğundan, eyni zamanda 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə heç bir sübut təqdim etmədiyindən iddia tələbi əsassızdır.

7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1297/2022 nömrəli (hakimlər E.Nağıyeva-sədrlik edən və məruzəçi, H.Həmidov və C.Yusifov) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7422/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının şəhid ailəsi üzvü olmasını təsdiq edən ******* nömrəli vəsiqə xx.xx.1997-ci il tarixdən etibarlı olmuşdur. Eyni zamanda iş materiallarında olan Laçın rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(047)-579/2020 saylı qətnaməsindən görünür ki, Laçın rayon Məhkəməsinin 03 iyul 1997-ci il t arixli qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilərək, 1926-cı il tarixdə anadan olmuş anası X1 və 1965-ci il tarixdə anadan olmuş qardaşı X2 1992-ci ilin may ayından itkin düşmələri faktı müəyyən olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı xx.xx.1997-ci il tarixli vəsiqəni anasının və qardaşının itkin düşmələri faktı ilə əlaqədar olaraq əldə etmişdir.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia tələbinin məzmunu ilə eynidir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»ndan fərqli olaraq, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununda şəhidin qardaş və bacılarının şəhid ailəsi üzvü hesab edilməsi üçün hər hansı xüsusi şərt müəyyən edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

13. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanunu Maddə

1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericilikl ə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr Maddə 2. bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya ş əhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti or qanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 8 Bu qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. 14.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları" Bənd 1.1 Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Bənd 2.1 Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1 arvadı (əri), 2.1.2 valideynləri, 2.1.3 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanla rının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, 2.1.4 qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar, 2.1.5 babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa. 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Bənd 4.1 Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mü lki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. 4.2 Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayə ti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

16. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, ap elyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

20. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. B elə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 2

2. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Bu qərarın 13-14-cü bəndlərində istinad olunan normalarda (həm «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanun, həm də "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları") şəxsin şəhid ailəsinin üzvü hesab olunması ilə bağlı konkret meyarlar və ya şərtlər təsbit edilmişdir. Belə ki, həmin normalara görə, şəhidin ailə üzvləri sırasına şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar, qanunla onları saxlayan şəxs yoxdursa babalar və nənələr aid edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd edirik, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanununda təsbit edilmiş “qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar” meyarında uşaq evlərində tərbiyə olunanlar ifadəsi “qardaşlar və bacılar” ifadəsinə bağlıdır və həmin ifadələri ayıran vergül işarəsindən sonra gələn “uşaq evlərində tərbiyə olunanlar” ifadəsi hər hansı müstəqil kateqoriyaya aid olan şəxsləri ifadə etmir. Odur ki, həm «Şəhid adının əbədiləş dirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunda və həm də "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nda təsbit olunmuş qardaşlar və bacılar ifadəsi hər iki halda uşaq evlərində tərbiyə olunan bacı və qardaş anlamında təfsir edilməlidir.

26. Bundan əlavə həmçinin nəzərə almaq lazımdır ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 8-ci maddəsinə əsasən, həmin qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Başqa sözlə, həmin qanunla Nazirlər Kabineti qanunun tətbiqi ilə bağlı məslələrin həlli üçün səlahiyyətləndirilir.

27. Hazırkı mübahisəyə münasibətdə şəhid ailəsinin üzvü vəsiqəsinin verilməsi üç ün iddiaçı yuxarıda istinad olunan normalarda təsbit olunmuş meyarlara və ya şərtlərə, konkret olaraq isə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övlad (anası tərəfdən) və ya uşaq evində tərbiyə olunan bacı (qardaşı tərəfdən) meyarına cavab verməlidir.

28. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçının həmin meyarlara uyğun gəlmədiyi görünür. Belə ki, iddiaçının nə uşaq evində tərbiyə olunan bacı, nə də 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övlad olduğu iş üzrə materiallarla təsdiq olunmur.

29. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən şəhid ailəsinin üzvü vəsiqəsinin verilməsini təl əb etməkdə iddiaçı haqlı sayıla bilməz. Bu mənada həmin vəsiqənin verilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur.

30. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1297/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar