Məhkəmə qərarları › İş №2-1(102)-1542/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1542/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1542/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Xəqan Hümmətzadənin iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Nəsimi rayon şöbəsinə qarşı “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən pensiya hüququnun yarandığı 2011 -ci ilin mart ayından 2015-ci ilin avqust ayına kimi onun pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-327/2019 saylı iş üzrə 17.01.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1986-cı ilin mart ayından 2015-c i ilin avqust ayının 17-nə kimi Azərbaycan Respublikasının Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu tarixdən 60 yaşı tamam olduğu üçün qanunvericiliklə müəyyən edilmiş ümumi qaydada yaşa görə pensiyaya çıxmışdır. Lakin ümumi qaydada pensiyaya çıxmamışdan əvvəl, yəni 2011-ci ildə həmin vaxt qüvvədə olan “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən 2011-ci ilin mart ayından 2015-ci ilin avqust ayına kimi hesablanmış məbləğin 50 %-i miqdarında pensiya almışdır. Lakin sonralar məlum olmuşdur ki, pensiya məbləği hesablanarkən bütün ödənişlər tam nəzərə alınmamışdır. Belə ki, “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorlu q işçilərinə əsas əmək haqqından əlavə müxtəlif təyinatlı o cümlədən hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının verilməsi, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin verilməsi, habelə prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq maddi yardımın verilməsi kimi təminatlar nəzərdə tutulmuşdur. Lakin qeyd olunan illərdə ona pensiya məbləği hesablanarkən yalnız əsas əmək haqqı məbləği nəzərə alınaraq 50 %-i hesablanmış, əlavə ödənilmiş təminatlar nəzərə alınmamış, həmin əlavə ödənilmiş təminatlardan pensiya hesablanmamışdır. Halbuki, “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.4-cü və 9.4-cü maddələrinə istinad edərək iddiaçı belə qənaətə gəlmişdir ki, “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən təyin olunan pensiyanın miqdarında əmək haqqından başqa Qanunda nəzərdə tutulmuş əlavə ödənişlərin də nəzərə alınması zəruridir. İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun 17.09.2015-ci il tarixli 15/549 saylı arayışı ilə cavabdehə müraciət edərək, həmin arayışda göstərilən əlavələrin pensiyanın hesablanmasında nəzərə alınmasını xahiş etsə də, müraciətin təmin edilməs indən 09.08.2018-ci il tarixli məktubla imtina edilmişdir. İmtinanın əsası kimi arayışda göstərilən əlavələr barədə “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində hər hansı qeydin göstərilmədiyinə istinad edilmişdir. İddiaçı cavabdeh DSMF-nin Nəsimi rayon şöbəsinə qarşı “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən pensiya hüququnun yarandığı 2011-ci ilin mart ayından 2015-ci ilin avqust ayına kimi onun pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) mü raciət etmişdir. Birinci instansiya məhkəməsinin 19.10.2018-ci il tarixli iş № 2-1(81)4116/2018, (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 17.01.2019-cu il tarixli iş № 2-1(103)-327/2019 (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Kəmalə Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 19.10.2018-ci il tarixli qərarının dəyişdi rilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 11 mart 2011-ci ildən prokuror işçisi kimi 25 il çalışdığı üçün ona xidmət illərinə görə son 24 aylıq dövr üzrə orta aylıq əmək haqqından əmək pensiyası hesablanmışdır. Prokurorluq orqanlarında işləmiş işçilərə əmək pensiyası təyin edilərkən onların işlədikləri son 24 ayı və ardıcıl gələn istənilən 60 aylıq aldıqları əmək haqları nəzərə alınaraq pensiya hesablanması aparılır. Pensiya hesablanması üçün müəyyən edilən orta aylıq əmək haqqı iddiaçının sosial sığorta haqlarına cəlb olunan gəlirlərdən müəyyən edilir. İddiaçının təqdim etdiyi əmək haqqı barədə arayışında, ərizədə göstərdiyi “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.9 və 21.4-cü maddələrində göstərilən müavinətlərin verilməsi barədə heç bir məlumat olmamışdır. Həmçinin bildirir ki, həmin müavinətləri prokurorluq işçiləri almış olsa belə, həmin illər üzrə sosial sığorta haqlarına cəlb edilmədiyi halda onlara pensiya hesablanması zamanı almış olduğu əlavələrin nəzərə alınması qanunvericiliklə mümkün deyildir. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçının iddia ərizəsini təmin etmiş, bununla da maddi hüquq normaları pozulmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələb inin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X.Hümmətzadə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 17.01.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17.01.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarı dəy işdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyə n edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya 11 mart 2011-ci ildən prokuror işçisi kimi 25 il çalışdığı üçün ona xidmət illərinə görə son 24 aylıq dövr üzrə orta aylıq əmək haqqından əmək pensiyası hesablanmışdır. Prokurorluq orqanlarında işləmiş işçilərə əmək pensiyası təyin edilərkən onların işlədikləri son 24 ayı və ardıcıl gələn istənilən 60 aylıq aldıqları əmək haqları nəzərə alınaraq pensiya hesablanması aparılır. Pensiya hesablanması üçün müəyyən edilən orta aylıq əmək haqqı iddiaçının sosial sığorta haqqlarına cəlb olunan gəlirlərdən müəyyən edilir. İddiaçının təqdim etdiyi əmək haqqı barədə arayışında, ərizədə göstərdiyi “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.9 və 21.4-cü maddələrind ə göstərilən müavinətlərin verilməsi barədə heç bir məlumat olmamışdır. Həmçinin bildirir ki, həmin müavinətləri prokurorluq işçiləri almış olsa belə, həmin illər üzrə sosial sığorta haqqlarına cəlb edilmədiyi halda onlara pensiya hesablanması zamanı almış olduğu əlavələrin nəzərə alınması qanunvericiliklə mümkün deyildir. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçının iddia ərizəsini təmin etmiş, bununla da maddi hüquq normaları pozulmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iddiaçıya pensiya hesablanarkən pensiyanın mə bləğində prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti, iki aylıq məzuniyyət pulu və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmamışdır. Bununla bağlı iddiaçının müraciəti təqdim etdiyi əmək haqqı barədə arayışda “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.9-cu və 21.4-cü maddələrində göstərilən müavinətlərin verilməsi barədə heç bir məlumatın göstərilməməsi əsası ilə təmin edilməmişdir. 29.06.2001-ci il tarixdə qəbul edilmiş və 31.07.2001-ci il tarixdən qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq iş çiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü hissəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgöt ürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi, prokurorluq orqanlarının əməkdaşlarına il ərzində məzuniyyətə getmələri və müalicə olunmaları ilə əlaqədar hər biri ikiqat əmək haqqı həcmində olmaqla ödənilən müavinətlər qanunvericiliklə əmək haqqının tərkibinə aid edilmişdir və belə olan halda iddiaçıdan qeyd edilən arayışın tələb edilməsi və pensiyasının hesablanması zamanı prokurorluq orqanlarının əməkdaşlarına il ərzində məzuniyyətə getmələri və müalicə olunmaları ilə əlaqədar hər biri ikiqat əmək haqqı həcmində olmaqla ödənilən müavinət və maddi yardımın nəzərə alınmaması ilə onun pensiya hüququ pozulmuşdur. 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyal arı haqqında” Azərbaycan Respublikasının Qanunu vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra - sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Sərəncamı ilə təsdiq edil miş “Azərbaycan Respublikasında pensiya islahatı Konsepsiyası”nın İİ bəndində qeyd olunmuşdur ki, əmək pensiyası islahatında prinsipial tələb qoyulmalıdır ki, pensiyanın məbləği sığortanın davamiyyətindən və sığorta haqqının miqdarından asılı olan və verilmə şərtləri hər bir konkret şəxsin sosial sığortada iştirakı zamanı ödədiyi vəsaitin həcminə uyğun olsun. Göründüyü kimi, qanunverici əmək pensiyasının əsas məqsədini - şəxsin əvvəl aldığı əmək haqqı və digər gəlirlərinin kompensasiya olunması kimi müəyyən etmişdir. Bu baxımdan iddiaçının pensiya hüququnun 2011-ci ildə yarandığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsini rəhbər tutaraq, hazırkı mübahisənin həlli ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 01.07. 2017-ci il tarixdən edilmiş dəyişikliklər tətbiq edilə bilməz və tərəflər arasında mövcud olan hüquq münasibətləri qeyd edilən Qanunun 2011-ci ildə qüvvədə olmuş normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” 01.07.2017-ci il tarixədək qüvvədə olmuş 37.2-ci maddəsinə əsasən əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 37.3.5-ci maddəsinə əsasən bu Qanunun 20.1.11-ci- 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Həmçinin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bütün yuxarıda göstərilənlərə istin adən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 17.01.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DSMF-nin Nəsimi rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.01.2019-cu il tarixli 21(103)-327/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar