Məhkəmə qərarları › İş №2-1(102)-1542/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1542/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1542/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ehtiyatda olan hərbi qulluqçu kimi ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 mart tarixli 2-1(103)-588/20 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzil növbəsinə götürülməsini və ona mənzil kirayə haqqının ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 24 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 2 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi m ənzillə təmin olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsini, yaşayış sahəsi ilə təmin olunanadək ona kirayə haqqı ödənilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ilin iyul ayında ali hərbi məktəbə qəbul olmuş, 2000-ci ilin iyun ayında təhsilini başa vurmuşdur. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Müdafiə Nazirliyində leytenant rütbəsində xidmətə qəbul olmuşdur. 2019-cu ilin fevral ayının 2-də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna görə) polkovnik-leytenant rütbəsindən ehtiyata buraxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbayca n Respublikası Qanununa uyğun olaraq 20 təqvim ilindən çox hərbi xidmət illəri olduğuna görə pensiya alır. Hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatındadır. Xidməti dövr ərzində evlə (mənzillə) təmin edilməmiş, evi olmadığına görə hal-hazırda kirayədə yaşayır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 21(81)-3777/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ehtiyata yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə deyil, öz arzusu ilə ehtiyata buraxıldığından qanunvericilikdə nəzərdə tutulan güzəştlər ona şamil edilməməlidir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. ape llyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 mart tarixli 2-1(103)-588/20 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının ehtiyatda olan hərbi qulluqçu kimi ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrd ən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçıya münasibətdə bu şərtlər ödənilir. Cavabdeh iddiaçının mənzil növbəsinə götürülməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi kirayə haqqı üzrə tələbi rədd edərkən hesab etmişdir ki, ehtiyata və istefaya buraxılmış vətəndaşların mənzil xərclərinin ödənilməsi “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə nizama salınır ki, həmin qərarda 15 təqvim ili və ya daha çox xidmət etmiş şəxslərin müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır.

12. İddiaçı həmin qərarı mübahisələndirm əmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə materiallar araşdırılıb qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş arayışdan məlum olmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2028-ci il tarixli 0823 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) əsasən ehtiyata buraxılmış dır. 15. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Lakin, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndində “ Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulan şəxslərin sırasında bu güzəştlə buraxılmış zabitlər göstərilməmişdir. Bu baxımdan iddiaçının yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətinin müsbət həlli mümkün olmamışdır.

16. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı 2012-ci il 6 avqust tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Qərardan göründüyü kimi bu şərtlərlə (öz arzusu ilə) ehtiyata və ya istefaya buraxılmış şəxslər nəzərdə tutulmamışdır.

17. Qüvvədə olan qanunvericilik kirayə haqqını o halda ödənilməsini nəzərdə tutur ki, 6 ay ərzində mənzillə təmin edilməsi mümkün olmasın. Bu halda isə iddiaçının mənzil növbəsinə zabit qismində götürülməsi və kirayə haqqının ödənilməməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə mübahisə üzrə qanunvericiliyin konkret müddəalarının olmasına baxmayaraq, iş üzrə qeyri-obyektiv və qanunvericiliyə tamamilə zidd qərar qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ (...)

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır...

21. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövl ükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

25. Cavabdehin həm imtinasının, həm də şikayətinin əsas dəlili ondan ibarətdir ki, yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər.

26. Bu dəlilin əsası kimi cavabdeh «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 7-cı bəndinə istinad edir. Həmin normaya görə, “Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin v ə qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər.

27. Məhkəmə kollegiyası cavabdehin istinadını apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və həmin qərarla təmin edilmiş iddia tələbinin rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin yuxarıda istinad edilən 2-ci bən dinin 1-ci abzasının tələbindən də göründüyü kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.

28. İddiaçının apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilən məzmunda tələb hüququ da məhz “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasının tələbindən irəli gəlir.

29. Normaların məzmunundan göründüyü kimi, cavabdehin istinad etdiyi «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 7-cı bəndi iddiaçının həmin maddənin 2-ci bəndi ilə nəzərdə tutulmuş hüquqlarına təsir etmir.

30. Kirayə haqqı ilə bağlı tələbə gəldikdə, apellyasiya instansiyası məhkəməsinin qərarının məzmunundan da göründüyü kimi, məhkəmə iddianı həmin hissədə təmin etməmiş, iddiaçı isə qərarı mübahisələndirməmişdir.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 mart tarixli 21(103)-588/20 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlo

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar